Azərbaycan miLLİ elmlər akademiyasi a. А. Bakixanov adına tariX İnstitutu sahiBƏ budaqova



Yüklə 0,84 Mb.
Pdf görüntüsü
səhifə5/33
tarix03.08.2018
ölçüsü0,84 Mb.
#60700
1   2   3   4   5   6   7   8   9   ...   33

 
 
14 
çox dürüst məlumata rast gəlirik. «Təzkirət əl-mülük» əsəri həm 
də ona görə qiymətli mənbə hesab edilir ki, məhz onun köməyi 
ilə  Naxçıvan  diyarının  inzibati-ərazi  bölgüsündə,  istər  XVIII 
əsrin  birinci  rübünədək,  istərsə  də  ondan  sonrakı  dövrdə  baş 
vermiş dəyişiklikləri izləyə bilirik. 
XVIII  əsrin  ikinci  yarısına  aid  yerli  faktiki  materiallara 
gəldikdə  isə  cəsarətlə  demək  olar  ki,  belə  tipli  sənədlər  yox 
dərəcəsindədir.  Məsələ  burasındadır  ki,  XVIII  əsrin  ikinci  ya-
rısından  başlayaraq,  Türkmənçay  (1828)  müqaviləsinə  qədərki 
dövrdə,  Naxçıvan  xanlığında  gedən  feodal-ara  müharibələri  və 
yadelli  işğalçılara  qarşı  mübarizə,  birinci  (1804-1813)  və  ikinci 
(1826-1828)  Rusiya-İran  müharibələri  dövründə  Naxçıvan  xan-
lığı  ərazisinin  müharibələr  meydanına  çevrilməsi  faktları,  Nax-
çıvan xanlığının həm siyasi və həm də təsərrüfat həyatına zərbə 
endirmişdi.  Bu  müharibələr  Naxçıvan  xanlığında  məhsuldar 
qüvvələrin zəifləməsinə, maddi mədəniyyət abidələrinin, o cüm-
lədən  yazılı  mənbələrin  məhv  olunmasına  gətirib  çıxartmışdı. 
Belə bir vəziyyət  Naxçıvan xanlığına aid  olan bir çox faktların 
üzə çıxarılmasında çətinlik törədir. 1936-cı ildə Tiflis şəhərində 
nəşr olunmuş «XVII-XIX əsrlərdə Naxçıvan əlyazmaları sənəd-
ləri»,
1
  mübaliğəsiz  demək  olar  ki,  Naxçıvan  xanlığına  aid  olan 
yeganə  yerli  materiallardır.  Həmin  külliyyata  dair  sənədlər 
əsasən torpaq mülkiyyətinə aid olsa da, xanlıqlar dövründə Nax-
çıvanda  mövcud  olan  feodal  münasibətləri  haqqında  təsəvvür 
yaratmaqda tədqiqatçılara kömək edə bilir. 
Naxçıvan  xanlığının  siyasi-tarixinin  bir  çox  problemləri 
Azərbaycanın  Rusiya  tərəfindən  işğal  edildiyi  və  ondan  bir 
qədər  sonrakı  dövrdə  rus  müəllifləri  tərəfindən  qələmə  alınmış 
ilk  mənbə  xarakteri  daşıyan  əsərlərdə  əks  olunmuşdur.  Bu 
əsərlər  içərisində,  1833-cü  ildə  V.Qriqoryev  tərəfindən  tərtib 
edilmiş  «Naxçıvan  əyalətinin  statistik  təsviri»  kitabı
2
 
                                                 
1
 Нахчиванские рукописные документы XVII-XIX вв.- Передняя Азия в 
документах (Серия памяти Ю. Н. Марра). Т. 1, Тбилиси, 1936. 
2
 Статические описание Нахичеванской провинции, составленное В. Г. - 
СПб, 1933 (bundan sonra: NƏST). 


 
 
15 
tədqiqatımız üçün daha faydalı mənbə olmuşdur. Əsərdə tədqiq 
etdiyimiz  dövrdə  Naxçıvan  diyarının  fiziki  coğrafiyası,  iqlimi, 
ərazisi,  inzibati-ərazi  bölgüsü,  şəhərləri  və  şəhər  həyatı, 
sənətkarlıq,  ticarət,  əkinçilik,  maldarlıq,  əhalinin  sayı,  etnik  və 
sosial tərkibi və s. sahələrlə bağlı olan məsələlər haqqında ətraflı 
məlumat verilir. 
Belə əsərlərdən biri də İ. Şopenin yazmış olduğu «Rusiyaya 
birləşdirmə  dövründə  erməni  vilayətinin  vəziyyətinin  tarixi 
abidəsi»dir.
1
 Müəllifin özünün etiraf etdiyi kimi, o, bu əsəri qraf 
Paskeviçin  tapşırığı  ilə  1829-cu  ilin  aprelindən  yazmağa  baş-
lamış və 1832-ci ilin mayında tamamlamışdır. İ.Şopenin əsərinin 
adında  yalnız  «Erməni  vilayətinin»  adının  çəkilməsinə  baxma-
yaraq, əslində o, Rusiya işğalları dövründə İrəvan və Naxçıvan 
xanlıqlarının  təsvirinə  həsr  olunmuşdur.  Əsərin  adının  belə 
adlanması  da  təsadüfi  deyildir.  Belə  ki,  1828-ci  ildə  Türk-
mənçay  müqaviləsi  imzalandıqdan  bir  qədər  keçdikdən  sonra 
martın 21-də rus çarı I Nikolayın xüsusi fərmanı ilə Naxçıvan və 
İrəvan xanlıqları ləğv edilərək onların yerində «Erməni vilayəti» 
adlı  süni,  qondarma  inzibati-ərazi  vahidi  yaradılmışdı
2
.  Ədalət 
naminə  qeyd  etmək  lazımdır  ki,  İ.Şopenin  əsəri  rus  işğalları 
dövründə meydana gəlmiş digər əsərlərdən faktiki materialların 
zənginliyi ilə xeyli fərqlənir. 
XVIII  əsrin  ikinci  yarısı  –  XIX  əsrin  əvvəllərinə  aid  olan 
arxiv  sənədləri  də  azlıq  təşkil  edir.  Belə  sənədləri  az-çox 
Rusiyanın  arxivlərində  müşahidə  etmək  mümkündür.  Bütün 
XVIII  əsr  boyu  Rusiya  dövləti  Cənubi  Qafqazı  ələ  keçirmək, 
mənimsəmək  məqsədi  ilə  bu  diyarı  hərtərəfli  öyrənməyə  səy 
göstərmiş  və  buraya  göndərdiyi  diplomatlara,  hərbi  xadimlərə, 
məmurlara, hətta tacirlərə də xüsusi tapşırıqlar vermişdir. Onla-
rın yazılı surətdə mərkəzə verdikləri məlumatlar hazırda Rusiya-
nın  bir  çox  arxivlərində  saxlanılmaqdadır.  Həmin  arxiv  sənəd-
                                                 
1
 И.Шопен. Исторический памятник состояния Армянской области в 
эпоху ее присоединения к Российском империи - СПб.,1852. 
2
 Bu inzibati bölgü 1850-ci ilə kimi lavam etmiş və «İrəvan quberniyası» ilə 
əvəz olunmuşdur. Naxçıvan diyarı da həmin quberniyaya daxil edilmişdir. 


 
 
16 
lərindən, birinci və ikinci Rusiya-İran müharibələri dövründə rus 
zabitlərinin Sankt-Peterburqa göndərdikləri məktubları, Qafqaz-
da olan rus ordusunun qərargahının sənədləri, Naxçıvanın hakim 
feodallarından,  xüsusilə  Kəlbəli  xanın,  Cəfərqulu  xanın  rus 
dilinə tərcümə olunmuş məktubları, habelə Kartli-Kaxetiya çarı 
II  İraklinin  Naxçıvan  xanlığına  olan  münasibətinə  dair  Rusiya-
nın dövlət xadimlərinə yazdığı məktubları və s. göstərmək olar. 
Tədqiq  etdiyimiz  mövzu  üçün  Kartli-Kaxetiya  çarı  II  İrak-
linin  yanında  olmuş  (1783)  rus  ordusunun  polkovniki  S.  D. 
Burnaşevin  mərkəzə  göndərdiyi  raportlarında,  xüsusilə  zəngin 
faktlar vardır ki, onlar da Rusiyanın əsas etibarilə, Mərkəzi Döv-
lət Hərbi Tarixi Arxivində hifz olunur. Arxiv sənədləri arasında 
II Yekaterinanın, Q.A.Potyomkinin, D.P.Sisianovun və başqala-
rının  fərman,  raport  və  məktublarında  da  maraqlı  məlumatlar 
vardır.
1
  Məlum  olduğu  kimi,  1816-cı  ildə  rus  generalı 
A.Y.Yermolovun  başçılığı  altında  Rusiya  imperiyasının  nüma-
yəndəliyi  İrana  göndərilmişdi.  Həmin  diplomatik  missiya  və 
A.Y.Yermolovun  apardığı  danışıqlar  haqqında  tarixi  ədəbiy-
yatda geniş məlumatın olmasına baxmayaraq, nədənsə A.Y.Yer-
molovun  Naxçıvanda  olması  və  Kəlbəli  xanla  danışıqları  bu 
günə kimi Azərbaycan tarixşünaslığında öz əksini tapmamışdır. 
Halbuki  Yermolovun  «jurnalında»  və  onu  müşayiət  edənlərin 
yol  qeydlərində,  Yermolovun  Kəlbəli  xanla  görüşü  haqqında 
maraqlı  məlumat  verilir.  Xüsusilə  bu  mövzunun  tədqiqatı  ilə 
əlaqədar  Kəlbəli  xanın  rus  generalı  ilə  söhbəti  böyük  maraq 
doğurur:  birinci,  ona  görə  ki,  Kəlbəli  xanın  sözlərindən  aydın 
olur ki, hüquqi cəhətdən İrandan asılı olsa da, onun qəlbən İran 
hakimiyyətinə nifrət bəslədiyi hiss olunur. Unudulmamalıdır ki, 
İran  şahı  Ağa  Məhəmməd  şah  Qacar  1797-ci  ildə  onu  dünya 
işığından məhrum etmişdi. İkinci, danışıqların gedişindən aydın 
olur ki, gözləri çıxarılmış bu şəxs vətəninin müstəqilliyi uğrunda 
mübarizə aparmaq naminə, yenə də ruhdan düşməmiş, xanlığın 
siyasi həyatında fəal iştirak etmişdir. 
                                                 
1
 РГВИА, ф.ВУА, д.4259. 6164. 


Yüklə 0,84 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə