Azərbaycan miLLİ elmlər akademiyasi a. А. Bakixanov adına tariX İnstitutu sahiBƏ budaqova



Yüklə 0,84 Mb.
Pdf görüntüsü
səhifə6/33
tarix03.08.2018
ölçüsü0,84 Mb.
#60700
1   2   3   4   5   6   7   8   9   ...   33

 
 
17 
Rusiya  tərəfindən  edilən  işğal  ərəfəsində  Naxçıvan  xanlığı 
haqqında  çox  qiymətli  məlumatlara,  həmin  dövrdə  diplomatik 
fəaliyyət  göstərən  görkəmli  rus  yazıçısı  A.S.Qriboyedovun  ya-
zılarında da təsadüf edilir.
1
 
Tədqiqat obyektimiz olan Naxçıvan xanlığının siyasi-tarixini 
daha geniş işıqlandırmaq üçün XIX əsrdə yaşamış bəzi rus tarix-
çilərinin  əsərlərindən  də  geniş  istifadə  edilmişdir.  Göstərmək 
lazımdır  ki,  XIX  əsr  rus  tarixçilərinin  əksəriyyəti  baş  vermiş 
tarixi  hadisələrin  mahiyyətini  açmağa  və  onları  hərtərəfli  təhlil 
etməyə o qədər də maraq göstərmişdilər. Bu tarixçilər hər vasitə 
ilə  rus  çarizminin  Qafqazdakı  işğalçı  siyasətinə  haqq  qazandır-
mağa  çalışır  və  bu  məqsədlə,  hətta  faktları  saxtalaşdırmaqdan 
belə çəkinmirdilər. Bütün bunlara baxmayaraq,  XIX əsr rus ta-
rixçilərinin  Qafqaz  bölgəsində  gedən  siyasi  və  tarixi  coğrafi 
proseslərə  həsr  olunmuş  əsərlərinin  əhəmiyyətini  azaltmaq  ol-
maz. Belə müəlliflərdən biri XVIII əsrin sonlarında  (1796), rus 
qoşunlarının  tərkibində  Azərbaycanda  olmuş  akademik 
P.Q.Butkovdur. Rusiyanın müxtəlif arxivlərində saxlanan sənəd-
lərə yaxından bələd olan P.Q.Butkovun əsəri elmi əhəmiyyətini 
bu gün də itirməmişdir.
2
 Onun əsərində Qafqazın digər bölgələri 
kimi,  Naxçıvan  diyarının  da  tarixi-coğrafiyasına  aid  maraqlı 
faktlar və materiallar verilir. Digər rus tarixçisi N.F.Dubrovinin 
əsərində
3
  hərbi  tarixə  üstünlük  verilsə  də,  Naxçıvanın  tarixi-
coğrafiya məsələlərinə də toxunulmuşdur. 
XIX  əsr  rus  müəlliflərinin  bilavasitə  Naxçıvan  xanlığının 
tarixinə, ilk növbədə isə onun tarixi-coğrafiyasına həsr olunmuş 
əsərləri  böyük  maraq  doğurur.  Bu  baxımdan  K.N.Nikitinin 
                                                 
1
 А.С.Грибоедов. Записка о переселении армян из Персии в наши 
области. Сочинение в двух томах. Т. II - М.: Изд: «Правда», 1971, с. 
339-341. 
2
 П.Г.Бутков. Материалы для новой истории Кавказа с 1722 по 1802гг. ч. 
1-3. - СПб, 1869. 
3
 Н.Ф.Дубровин. История войны и владычества русских на Кавказе. Т. I-
III. - СПб,1871. 


 
 
18 
«Naxçıvan  şəhəri  və  Naxçıvan  qəzası»
1
  adlı  məqaləsini  xüsusi 
qeyd etmək lazımdır. Əsər tədqiq etdiyimiz dövrdən xeyli sonra, 
1882-ci  ildə  yazılsa  da,  müəllifin  tez-tez  xanlıqlar  dövrünə 
müraciət  etməsi,  ondan  mötəbər  məxəz  kimi  istifadə  etməyə 
əsas  verir.  Məsələn,  Naxçıvan  qəzasının  sərhədlərindən  bəhs 
edən  müəllif  yazır  ki,  onun  ərazisi  «Naxçıvan  xanlığının  əra-
zisinə  tamamilə  uyğundur».
2
  K.N.Nikitinin  əsərində  xanlıqlar 
dövrünə  aid  olan  sosial-iqtisadi  xarakterli  çoxlu  fakta  rast  gəl-
mək mümkündür. 
Naxçıvan  xanlığının  siyasi-tarixi  ilə  bilavasitə  bağlı  olan 
əsərlər içərisində S.P.Zelinskinin XIX əsrdə yazmış olduğu mə-
qaləsi
3
 üzərində xüsusilə dayanmaq lazımdır. Coğrafi və statistik 
materiallarla  zəngin  olan  bu  məqalədə  Naxçıvan  xanlığının 
iqlim  şəraitinin  və  əhalinin  məşğuliyyətinə,  ilk  növbədə  kənd 
təsərrüfatının vəziyyətinə olan təsiri haqqında zəngin materiallar 
verilir.  XIX  əsrin  ortalarında  yaşamış  digər  rus  tədqiqatçısı 
N.Engelqardt  da  Naxçıvan  xanlığına  xüsusi  məqalə  həsr 
etmişdir. Doğrudur, müəllifin özünün etiraf etdiyi kimi, məqalə
4
 
Naxçıvan xanlığının Rusiya tərəfindən işğal  edilməsindən  20 il 
sonra  yazılsa  da,  orada  Naxçıvan  şəhərinin  tarixinə,  diyarın 
tarixi-coğrafiyasına həsr olunmuş xeyli material toplanmışdır. 
Görkəmli  şərqşünas  İ.P.Petruşevski  yazır  ki,  II  Rusiya-İran 
müharibəsi nəticəsində Rusiya dövlətinin tərkibinə daxil olduq-
dan  sonra  da  Naxçıvan  xanlığı  1840-cı  ilədək  mövcud  olmuş-
dur.
5
 Bu o deməkdir ki, XIX əsrin 40-cı illərindən, keçmiş Nax-
                                                 
1
 К.Н.Никитин.  Город  Нахичевань  и  Нахичеванский  уезд.-  Сборник 
материалов  для  описания  местностей  и  племен  Кавказа  (bundan  sonra 
СМОМПК), вып. П. Тифлис. 1882. 
2
 К.Н.Никитин. Город Нахичевань и Нахичеванский уезд. 
3
 С.П.Зелинский.  «Три  магала»  (Нахичеванский,  Ордубадский,  Дарала
-
гезский). - Сборник сведений о Кавказе. Т.VII.Тифлис,1880. 
4
 К.Энгельгардт. Нахичевань. - «Кавказский календарь на 1852 г.». Тиф
-
лис, 1851. 
5
 И.П.Петрушевский.  Система  русского  колониального  управления  в 
Азербайджане  в  1  половине  XIX  в.  Колониальная  политика  россий
-


 
 
19 
çıvan  xanlığının  ərazisində  xanlıq  üsul-idarəsi  davam  etmişdir. 
Müasir  rus  tarixçisi  N.P.Boqdanova  da  demək  olar  ki,  belə  bir 
fikirdədir.  O  yazır:  «...çarizm  öz  ağalığının  birinci  dövrlərində 
Azərbaycanda xanlıq idarə üsulunu saxlamışdı»
1

Əsərlərinə  istinad  etdiyimiz  alimlərin  fikirlərindən  belə  qə-
naətə  gəlmək  olar  ki,  Naxçıvan  xanlığı  Rusiya  tərəfindən  işğal 
olunduqdan  sonrakı  dövrlərdə  yazılmış  əsərlərdən  də  Naxçıvan 
diyarının tarixi üzrə ilk mənbə kimi istifadə oluna bilər. 
Yuxarıda  qeyd  edildiyi  kimi,  Azərbaycan  tarixşünaslığında 
Naxçıvan  diyarının  siyasi-tarixi  xüsusi  tədqiqat  obyekti  ol-
mamışdır. Bununla belə, diyarın sosial-iqtisadi, siyasi həyatının 
müxtəlif aspektləri ayrı-ayrı tədqiqatçılar tərəfindən öyrənilmiş-
dir. Bu baxımdan  R.Məmmədovun orta  əsr Naxçıvan şəhərinin 
tarixinə  həsr  olunmuş  monoqrafiyası  işlədiyimiz  mövzu  üçün 
xüsusi əhəmiyyət  kəsb edir.
2
  Müəllif  zəngin  mənbələr  əsasında 
yazdığı bu əsərində, Naxçıvan şəhərinin iqtisadi inkişafını işıq-
landırmaqla  yanaşı,  bölgədə  orta  əsrlərdə  cərəyan  edən  siyasi 
hadisələrin  şəhər  həyatına  göstərdiyi  təsir  haqqında  da  ətraflı 
məlumat vermişdir. 
Naxçıvan  diyarının  siyasi-tarixinin  ayrı-ayrı  məsələləri 
M.X.Heydərovun  əsərində
3
  də  işıqlandırılmışdır.  Bütövlükdə 
Azərbaycan  miqyasında  sənətkarlığın  inkişafını  və  şəhərlərin 
vəziyyətini tədqiq edən müəllif, Naxçıvan diyarının şəhərləri və 
şəhər iqtisadiyyatı məsələlərinə də xeyli diqqət vermişdir. Onun 
Ordubad,  Əylis,  Culfa  və  Aza  şəhərləri  haqqındakı  fikirləri 
tədqiq etdiyimiz mövzu üçün xüsusilə faydalı olmuşdur. 
 
                                                                                                         
ского царизма в Азербайджане. М.- Л.: 1936, c.8. 
1
 Н.П.Богданова.  Аграрные отношения в  Азербайджане  в 1870-1917 гг.- 
«Исторические записки», №12, 1941, c. 208. 
2
 R.Məmmədov.  Naxçıvan  şəhərinin  tarixi  oçerki  (orta  əsrlər  dövrü),  Bakı, 
Elm, 1977. 
3
 М.Х.Гейдаров.  Города  и  городские  ремесло  Азербайджана  XIII-XVII 
вв. Баку: Элм, 1982. 


Yüklə 0,84 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə