Azərbaycan miLLİ elmlər akademiyasi a. А. Bakixanov adına tariX İnstitutu sahiBƏ budaqova



Yüklə 0,84 Mb.
Pdf görüntüsü
səhifə8/33
tarix03.08.2018
ölçüsü0,84 Mb.
#60700
1   ...   4   5   6   7   8   9   10   11   ...   33

 
 
24 
Sadəcə olaraq, biz burada siyasi münasibətlərin yalnız Naxçıvan 
diyarı ilə bağlı nəticələrinə toxunmaq istəyirik. 
Naxçıvan  diyarı  Səfəvilər  dövlətinin  tərkibində  inzibati 
bölgü  baxımından  Azərbaycana  aid  olan  dörd  bəylərbəylikdən 
biri  olaraq  Çuxur-Səd  bəylərbəyliyinə  daxil  edilmişdir.  Çuxur-
Səd  bəylərbəyliyinin  daxilində  isə  Naxçıvan  diyarı,  Qızılbaş 
tayfasından  olan  Ustaclulara  verilərək,  onların  «ölkəsi»nə 
çevrilmişdir.
1
 
XVI  əsrin  əvvəllərindən  başlayaraq  XVIII  əsrin  birinci 
yarısına  qədər  Osmanlı  imperiyası  Azərbaycanı  ələ  keçirmək 
üçün  dəfələrlə  bu  ölkəyə  yürüşlər  təşkil  etmişdir.  Osmanlıların 
bu yürüşləri nəticəsində Azərbaycanın xəritəsi dəyişmiş, müha-
ribələr Azərbaycana, o cümlədən Naxçıvan diyarına böyük ziyan 
vurmuş, müvəqqəti olaraq ələ keçirilən Naxçıvan diyarı və onun 
mərkəzi  şəhəri  dəfələrlə  dağıntılara  məruz  qalaraq  yandırılmış-
dır.
2
 
Müharibələr nəticəsində Səfəvi hakimiyyəti tərkibindən təc-
rid  edilən  Azərbaycan  ərazisində  osmanlılar  öz  idarəetmə  sis-
temlərini tətbiq etmiş və ilk tədbir kimi onlar ölkəni paşalıqlara 
və  sancaqlara  bölmüşlər.
3
  Bu  bölgü  Naxçıvan  diyarına  da  to-
xunmuşdur. 
Səfəvilər dövründə Naxçıvan diyarının sadəcə olaraq, Ustac-
luların «ölkəsi» olduğu məlumatından başqa, son vaxtlara qədər 
bu ölkənin ərazisi, onun inzibati  bölgüsü haqqında heç bir mə-
lumat  əldə  edilməmişdi.  Osmanlıların  hakimiyyəti  dövründə 
Naxçıvan  diyarının  ərazi  və  inzibati  bölgüsü  barəsində  yeni 
mənbələr  yalnız  son  zamanlarda  aşkarlanmışdır.  Bu  mənbələr-
                                                                                                         
1975. 
1
 О.А.Эфендиев.  Территория  и  границы  Азербайджанских  государств  в 
XV-XVI вв. Историческая география Азербайджана. Баку, Элм, 1987,с. 
114. 
2
 R.Məmmədov.  Naxçıvan  şəhərinin  tarixi  oçerki  (orta  əsrlər  dövrü).  Bakı: 
Elm, 1977, s. 125-126. 
3
 O.Ə.Əfəndiyev.  Azərbaycan  XIII-XVII  əsrlərdə.  Azərbaycan  tarixi,  Bakı, 
Elm, s. 165-166. 


 
 
25 
dən  ən  əhəmiyyətlisi  osmanlıların  ələ  keçirdikləri  yerlərin  əha-
lisindən vergi toplamaq məqsədi ilə tərtib etdikləri, yuxarıda adı 
çəkilən «Müfəssəl dəftərlər»dir. Bu dəftərlərdə Naxçıvan diyarı 
ilə də bağlı çox qiymətli məlumatlar vardır. 
Naxçıvan  diyarı  ilə  bağlı  hərtərəfli  məlumatlar  verən  dəf-
tərlərdən  biri  də  «İrəvan  əyalətinin  müfəssəl  dəftəri»dir.  393 
səhifəlik bu dəftərin 117 səhifəsi (səhifə 276-393) Naxçıvan di-
yarına  aiddir.  Dəftərdəki  məlumata  görə,  Naxçıvan  diyarı 
inzibati baxımdan «sancaq» kimi qeydə alınmışdır. Osmanlıların 
inzibati  bölgüsünə  görə  Naxçıvan  sancağı  on  altı  nahiyəyə 
bölünmüşdür:  Naxçıvan,  Məvaziyi-Xatun,  Mülkü-Arslan, 
Qarabağ,  Dərəşam,  Dərəşahbuz,  Bozarçayı,  Şərur,  Zar,  Zəbil, 
Əlinçə,  Sisyan,  Ordubad,  Azadciran,  Şorlut  və  Dərənürküt. 
Naxçıvan sancağının kəndləri bu nahiyələrə tabe idi.
1
 
Osmanlılar  dövründə  Naxçıvan  sancağının  idarə  edilməsi 
sancaqbəyinə,  nahiyələr  naiblərə,  kəndlər  isə  kəndxudalara  tap-
şırılmışdı. 
Nahiyələrin  adlarından  və  dəftərin  verdiyi  məlumatlardan 
görünür  ki,  Naxçıvan  sancağının  ərazisi  Naxçıvan  Muxtar 
Respublikasının bugünkü ərazisindən çox geniş olmuşdur. Elmi 
məxəzlərə  görə  indi  müasir  Ermənistan  Respublikasının  tərki-
bində  olan  Yexeqnadzor,  Əzizbəyov,  Sisyan  və  Mehri  rayon-
larının ərazisi əvvəlki Naxçıvan sancağının tərkibində olmuşdu. 
Yuxarıda göstərilən inzibati-ərazi bölgüsü ilə osmanlılar tə-
rəfindən  idarə  olunan  Naxçıvan  sancağı,  Səfəvilərin  və  daha 
sonra  Əfşarların  apardıqları  müharibə  nəticəsində  türk  qoşun-
larından təmizlənmişdir. 
Türk  qoşunları  Cənubi  Qafqazı  zəbt  edərkən  Səfəvi  dövlə-
tinin  inzibati  quruluşu və bu dövlətdə mövcud olan feodal  mü-
nasibətləri  barədə  tərtib  olunmuş,  müəllifi  məlum  olmayan 
«Təzkirət  əl-mülük»  əlyazmasında  da  Səfəvi  dövlətinin  başqa 
əyalətləri  sırasında  Azərbaycan  torpaqlarından  bəhs  olunarkən 
Naxçıvan  diyarının  inzibati  quruluşunda  baş  vermiş  dəyişiklik-
                                                 
1
 İrəvan əyalətinin müfəssəl dəftəri. İstanbul, Başbakanlıq Arxivi, iş 699. 


 
 
26 
lərə də toxunulmuşdur. 
«Təzkirət  əl-müluk»  əsərinin  verdiyi  məlumata  görə,  Nax-
çıvan  ölkəsi  XVII  əsrin  sonundan  etibarən  Çuxur-Səd  bəylər-
bəyliyinin  tərkibinə  daxil  edilmişdir.  Bununla  yanaşı,  osman-
lıların  əvvəllər  tərtib  etdikləri  dəftərindən  fərqli  olaraq  inzibati 
baxımdan  Naxçıvan  sancaq  kimi  deyil,  Səfəvilər  dövlətinin  in-
zibati quruluşuna uyğun olaraq tümən kimi qeydə alınıb. Həmin 
əsərdə  (əlyazmasında)  osmanlılar  dövründə  Zar  və  Zəbil  kimi 
qələmə  alınan  nahiyələr  birləşdirilib  Zar-zəbil  adlandırılmışdır 
(həmin  yerin  inzibati  vahid  kimi  nahiyə  və  yaxud  da  tümən 
olduğu göstərilmir), bu dövrdə Sədərək adlı  yeni inzibati vahid 
yaradıldığı  haqqında  da  məlumat  verilir.  «Təzkirət  əl-mülük»ə 
görə,  osmanlılar  dövründən  fərqli  olaraq,  Naxçıvan  diyarı 
Çuxur-Səd  bəylərbəyliyinə  tabe  olan  sancaqbəyi  və  yaxud  da 
naiblər  tərəfindən  deyil,  ayrı-ayrı  hakimlər  tərəfindən  idarə 
olunurdu.
1
 
XVIII  əsrin  əvvəllərində  Səfəvilər  dövlətinin  daxilində  ge-
dən ictimai-siyasi və sosial-iqtisadi proseslərin nəticəsində döv-
lət get-gedə zəifləyir, ölkədə mərkəzdənqaçma qüvvələr güclən-
məyə  başlayır.  Səfəvi  dövlətində  yaranmış  bu  vəziyyətdən  iki 
böyük qonşu dövlət olan Rusiya və Osmanlı dövləti istifadə etdi. 
Çünki öz təbii sərvətləri və xammalı, eyni zamanda strateji möv-
qeyi  ilə  Azərbaycan  Rusiya  və  Osmanlı  dövlətləri  üçün  böyük 
əhəmiyyət kəsb edirdi.
2
 
Rusiya  hökmdarı  I  Pyotr  1722-ci  ildə  Azərbaycanın  Xəzər 
boyu əyalətlərini ələ keçirmək üçün, özü də başda olmaqla bu-
raya ordu çəkdi.  Bu  yürüşdə I Pyotrun  əsas məqsədi Xəzər də-
nizinin qərb və cənub sahillərini, sonra isə Cənubi Qafqazda di-
gər  yerləri  ələ  keçirmək,  Xəzər  dənizi  vasitəsi  ilə  aparılan  ti-
carətdə,  Rusiyanı  Şərqlə  Qərb  arasında  vasitəçi  bir  ölkə  etmək 
idi.  Elə  bu  zaman  Avropa  dövlətlərinin  birləşmiş  orduları  ilə 
(1686-1698)  apardığı  müharibədə  məğlub  olmuş  və  Avropada 
                                                 
1
 «Təzkirət əl-mülük», s. 111. 
2
 Ф.М.Алиев. Антиранские выступления, с. 16-36. 


Yüklə 0,84 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə