Azərbaycan miLLİ elmlər akademiyasi a. А. Bakixanov adına tariX İnstitutu sahiBƏ budaqova



Yüklə 0,84 Mb.
Pdf görüntüsü
səhifə9/33
tarix03.08.2018
ölçüsü0,84 Mb.
#60700
1   ...   5   6   7   8   9   10   11   12   ...   33

 
 
27 
vaxtı ilə əldə etdiyi böyük ərazini itirmiş Osmanlı imperiyası da, 
bunun  əvəzində  Cənubi  Qafqazda  yeni  torpaqlar  ələ  keçirmək 
məqsədi ilə bu tərəflərə yürüş etdi. Beləliklə, Rusiya və Osmanlı 
imperiyasının  marağı  Cənubi  Qafqaz  regionunda  toqquşmalı 
oldu
1

1723-cü  ilin  yazında  Cənubi  Qafqaz  və  Şimal-Qərbi  İran 
istiqamətində hərəkət edən osmanlılar, tezliklə Tiflisi ələ keçir-
dilər.  Daha  sonra  Osmanlı  əsgərləri  böyük  maneələrini  dəf 
edərək Azərbaycanın ərazisinə daxil oldu.
2
 
Həmin vaxt Bakını tutmuş Rusiya (1723) ilə Osmanlı dövləti 
arasında hərbi toqquşma ehtimalı gücləndi. Diplomatik danışıq-
ların  nəticəsində  12  iyun  1724-cü  ildə  Rusiya  ilə  Osmanlı  im-
periyası arasında, İstanbulda müqavilə imzalandı. Həmin müqa-
viləyə  əsasən,  Xəzər  dənizinin  qərb  sahilləri  Rusiyaya, 
Gürcüstanın  şərq  hissəsi  Ermənistan,  Azərbaycanın  böyük  bir 
hissəsi  (Xəzərsahili  bölgəsi  istisna  olmaqla),  İranın  Qum  və 
Kermanşah  şəhərləri  daxil  olmaqla  Osmanlı  imperiyasının  hi-
mayəsinə keçirdi.
3
 
Ancaq bununla İstanbul müqaviləsinin şərti bitmirdi.  Tərəf-
lər həmçinin II Təhmasibin İstanbul müqaviləsini tanıması üçün, 
ona birgə təsir göstərmək barədə razılığa gəlmişdilər.
4
 
Şah II Təhmasibin İstanbul müqaviləsini tanımaqdan boyun 
qaçırması,  Osmanlı  imperiyasına  qeyd  etdiyimiz  müqavilədə 
göstərilən əraziləri ələ keçirmək üçün bir bəhanə oldu. 
1724-cü ilin ikinci yarısında və 1725-ci ilin əvvəllərində os-
manlılar  Gürcüstanı,  Ermənistanı,  Azərbaycanın  böyük  bir  his-
səsini, o cümlədən 1724-cü ilin avqustunda Ordubadı, sonra isə 
Naxçıvanı  ələ  keçirdilər.  1725-ci  ilin  iyul  ayında  osmanlılar 
böyük  çətinliklə,  ardı-arası  kəsilməyən  hücumlardan  sonra 
                                                 
1
 Т.Т.Мустафазаде. Азербайджан и русско-турецкие отношения в первой 
трети XVIII в. Баку: Элм, 1993, с.39, 67. 
2
 Ф.МАлиев. Антиранские выступления, с.56-57, 67. 
3
 T.T.Mustafazadə . Göstərilən əsəri, s. 83. 
4
 T.T.MustafayevXVIII əsrin birinci yarısında Azarlayanda Rusiyaya meylin 
güclənməsi. Bakı: Elm, 1986, s. 33. 


 
 
28 
Təbrizi,  iki  aylıq  mühasirədən  sonra  avqust  ayında  Gəncəni, 
1725-ci ilin axırlarında isə Ərdəbili zəbt etdilər.
1
 
Beləliklə, Azərbaycanın böyük bir hissəsi, o cümlədən Nax-
çıvan  diyarı  osmanlıların  tabeçiliyinə  keçdi  və  burada  Osmanlı 
idarəetmə üsulu tətbiq edilməyə başlandı. 
Naxçıvan  diyarının  ərazisi  barədə  geniş  məlumat  osman-
lıların 1727-ci ildə tərtib etdikləri «Naxçıvan sancağının müfəs-
səl dəftəri»ndə vardır. Bu dəftər, Azərbaycanla bağlı digər dəf-
tərlər kimi İstanbulda, Başbakanlıq arxivində saxlanılır (№ 905). 
Dəftərin həcmi 302 səhifədir.
2
 
Əgər Naxçıvan dəftərinin osmanlılar tərəfindən 1727-ci ilin 
avqust  ayında  başa  çatdırıldığını,
3
  Naxçıvan  diyarının  isə  os-
manlılar  tərəfindən  1724-cü  ilin  avqust  ayında  ələ  keçirildiyini 
nəzərə  alsaq,  dəftərin  üç  il  ərzində  tərtib  edildiyini  güman  edə 
bilərik. 
Naxçıvan  dəftərinin  tərtib  edilməsinə  üç  il  sərf  edilməsinin 
səbəbi, bu işin çoxcəhətli olması ilə izah olunur. Dəftərin tərtibi 
işinə  təyin  olunmuş  məmurlar,  əvvəlcə  sahəcə  böyük  olan 
inzibati-ərazi  bölgüsünün,  əyalətin,  sonra  isə  əyalətə  daxil  olan 
sancaq  və  nahiyələrin  sərhədlərini  müəyyənləşdirməli  idilər.
4
 
Bundan sonra dəftərin tərtibi başlanırdı. 
Dəftərə daxil olan məlumatlar əvvəlcə ayrı-ayrı təsərrüfatlar 
(«xanə») üzrə aparılır, sonra alınan məlumatlar kənd üzrə, kənd-
lər üzrə olan məlumatlar isə nahiyə üzrə ümumiləşdirilirdi.
5
 
Naxçıvan  dəftərində  nahiyə  adı  yazıldıqdan  sonra,  bu  nahi-
yəyə tabe olan bütün yaşayış məskənlərindən dövlət xəzinəsinin 
götürdüyü  illik  gəlirin  həcmi  qeyd  edilmişdir.  Bütün  yaşayış 
                                                 
1
 Ф.М.Алиев. Антииранские выступления, с. 74-78. 
2
 З.М.Буниятов,  Г.М.Мамедов.  Пространный  дефтер  санджака  Нахчи
-
вань 1727 года (общая характеристика) - «Средневековой Восток». Ба
-
ку, 1990, с. 113. 
3
 Yenə orada. 
4
 Z.M.Bünyadov. H. M. Məmmədov. Naxçıvan dəftəri, c. 113. 
5
 Yenə orada, s. 113. 


 
 
29 
məskənləri üzrə alınan gəlir nahiyə üzrə ümumiləşdirilmişdir.
1
 
Naxçıvan dəftərinin bu diyarla bağlı qiymətli bir mənbə kimi 
səciyyələndirilən  bir  cəhəti  də,  onun  Naxçıvanın  inzibati-ərazi 
bölgüsü  haqqında  verdiyi  dolğun  məlumatlardır.  Dəftərin  ver-
diyi  məlumata  görə,  osmanlılar  dövründə  Naxçıvan  sancağı  14 
nahiyəyə  bölünmüşdür:  Naxçıvan,  Əlincə,  Sair  Məvazi,  Qara-
bağ, Mülkü-Arslan, Məvaziyi-Xatun, Dərəşahbuz, Qışlağat, Də-
rəşam, Azadciran, Şorlut, Dərənürküt, Sisyan, Dərələyəz.
2
 
1727-ci  ildə  osmanlılar  tərəfindən  tərtib  olunmuş  dəftərdə 
göstərilir ki, Naxçıvan diyarı inzibati-ərazi bölgüsü baxımından 
yenə  də  sancaq  adlandırılmışdır.  Əvvəllər  bu  diyarın  mövcud 
olan  Bazarçayı,  Şərur  və  Ordubad  nahiyələri  1727-ci  ilin  inzi-
bati-ərazi  bölgüsünə  əsasən,  iki  yeni  nahiyə  ilə  əvəz  olunur  ki, 
bunlar da Qışlağat  və Dərələyəz nahiyələri  adlanırdı.  «Təzkirət 
əl-mülük»də  qeyd  olunan  Zarzəbil  və  Sədərək  nahiyələri  os-
manlılar  tərəfindən  tərtib  edilən  yeni  inzibati-ərazi  bölgüsünə 
daxil olunmamışdır. 
Yuxarıda  deyilənlərdən  belə  nəticə  çıxarmaq  olar  ki,  adları 
çəkilən  nahiyələrin,  osmanlıların  inzibati-ərazi  bölgüsündə 
qeydə  alınmaması,  sonralar  isə  bölgüdən  çıxarılması  və  eyni 
zamanda  yeni  hadisələrin  adlarının  bölgüyə  daxil  edilməsi,  ya 
osmanlıların  Naxçıvan  sancağının  sərhədlərini  dəyişdirmədən, 
sancağın  daxilində  apardıqları  dəyişikliklərin,  ya  da  Naxçıvan 
sancağının  ərazisinin  böyüdülməsi  və  yaxud  da  kiçildilməsi 
nəticəsində baş vermişdir. 
Osmanlıların  yaratdıqları  idarəetmə  üsulu  nəticəsində  Nax-
çıvan  sancağından  hər  il  böyük  gəlir,  2629059  aqça
3
  əldə 
edilmişdir. 
Osmanlılar  Naxçıvan  sancağından  böyük  gəlir  götürmək 
üçün  dəftəri  tərtib  etdikləri  zaman  bütün  əmək  qabiliyyəti  olan 
kişilərin  evli  və  yaxud  da  subay  olmasından  asılı  olmayacaq, 
                                                 
1
 Yenə orada. s. 114. 
2
 Yenə orada. 
3
 Z. M. Bünyadov. H. M. Məmmədov. Простр. тетрадь., с. 115. 


Yüklə 0,84 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə