Azərbaycan miLLİ elmlər akademiyasi a. A. Bakixanov adına tariX İnstitutu


səhifə1/89
tarix15.07.2018
ölçüsü
#55814
  1   2   3   4   5   6   7   8   9   ...   89
55814

AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI 
A.A.BAKIXANOV adına TARİX İNSTİTUTU
HAKİM İSAKOV
AZƏRBAYCAN RESPUBLİKASININ 
“BÖYÜKİPƏK YOLU”NUN 
BƏRPASINDAİŞTİRAKI 
(1991-2005-ci illər)
“Şərq-Qərb”
Bakı-2011


Azərbaycarı Milli Elmlər Akademiyası A.A.Bakıxanov adına 
Tarix İnstitutu Elmi Şurasının qərarı ilə çap olunur
Layihənin rəhbəri:
Yaqub Mahmudov
Əməkdar elm xadimi, 
AMEA-nın miixbir üzvü, 
tarix elmləri doktoru, professor
Q.Ə.Əliyev
tarix elmləri doktoru, professor
V.S.Həsənov
tarix elmləri doktoru
İ.Y.Həsənov
tarix elmləri rıamizədi
Elmi redaktor:
Rəyçilər:
H.V. İsakov. Azərbaycan Respublikasının “Böyük tpək yolu”nun 
bərpasında iştirakı (1991-2005-ci Шэг)
Bakı, “Şərq-Qərb” Nəşriyyat evi, 2011, 284 səh.
Azərbaycan tarixşünaslığında ilk dəfə olaraq “İpək yolu”nun bərpası pro- 
sesi  monoqrafiyada  kompleks  şəkildə  tədqiq  edilmişdir.  Əsərdə  SSRİ  dağıl- 
dıqdan  sonra respublikanın nəqliyyat-iqtisadi vəziyyətinə  aydınlıq gətirilmiş, 
“Yeni  ipək yolu”nun yaradılmasmın iqtisadi,  siyasi  zəruriliyi  elmi  baxımdan 
şərh edilmiş, bərpa istiqamətində Avropa Komissiyasmın həyata keçirdiyi layi- 
hələr təhlil  və  tədqiq  edilib  öyrənilmişdir.  Monoqrafiyada həmçinin Ümum- 
milli  lider  Heydər  Əliyevin  bu  sahədəki  xidmətləri  elmi  tədqiqat  obyektinə 
çevrilmiş, bərpa prosesinin respublikanın nəqliyyat infrastrukturunun yenidən 
qurulmasında,  regional və beynəlxalq nəqliyyat-iqtisadi əlaqələrin inkişafmda 
əsaslı  rolu,  həmçinin  Ermənistanm  ölkəmizin  iqtisadiyyatına,  ekologiyasına 
və  mədəniyyətinə  vurduğu  zərbələr  elmi  baxımdan  təhlil  və  tədqiq  edilib 
öyrənilmişdir.
Monoqrafiya  elm  və  təhsil  sahəsində  çalışanlar,  tədqiqatçılar,  ali  məktəb 
tələbələri və geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.
ISBN 978-9952-34-652-7
© AMEA Tarix İnstitutu, 2011 
© “Şərq-Qərb” Nəşriyyat evi, 2011


Azərbaycan  Respublikası  dövlət  müstəqilliyi  əldə  etdikdən 
sonra  tariximizin  müxtəlif  problemlərinin,  о  cümlədən  о1кэ- 
mizin  iştirak  etdiyi  qlobal  iqtisadi  layihələrlə  bağlı  məsələlərin 
tədqiq edilib  öyrənilməsi istiqamətində uğurlu addımlar atılmış, 
bir çox əsərlər yazılmış,  dissertasiyalar müdafiə edilmişdirsə də
уепэ də bu qəbildən olan işlərə daha çox ehtiyac duyulmaqdadır. 
Bu baxımdan tarix elmləri namizədi Hakim Vəlican oğlu İsako- 
vun  təqdim  etdiyi  “Azərbaycan  Respublikasının  “Böyük  İpək 
yolu”nun  bərpasında  iştirakı  (1991-2005-ci  illər)”adlı  mono- 
qrafiya böyük əhəmiyyət kəsb  edir.  Müəllif əsərdə  ilk dəfə  ola- 
raq geniş faktiki və tarixi materiallara əsaslanaraq müasir tarixi­
mizin  iqtisadi  inkişafla  bağlı  aktual  bir  istiqamətini  -   “Böyük 
İpək yolu”nun bərpası  ilə bağlı problemi hərtərəfli və kompleks 
şəkildə tədqiq edərək “Yeni İpək yolu” ilə bağlı elmi dövriyyəyə 
yeni, maraqlı faktlar gətirmişdir.
Müəllif əsərin  stnıkturunu məntiqi  baxımdan  düzgün müəy- 
yənləşdirərək “Böyük Ipək yolu”nun bərpasmı tələb edən obyek- 
tiv  tarixi  zərurəti,  iqtisadi  və  siyasi  səbəbləri  elmi  baxımdan 
əsaslandırmış, bu prosesdə mühüm əhəmiyyət kəsb edən Avropa 
Birliyinin  “Traseka”  proqramı  çərçivəsində  həyata  keçirdiyi 
texniki və investisiya yardım layihələrini оугэпэгэк təhlil etmiş, 
bərpa  prosesinin  ölkənin  iqtisadi  inkişafındakı  rolunu,  nəqliy- 
yatın müxtəlif növlərinin, rabitənin, yol və  liman təsərrüfatmın, 
gömrük sisteminin inkişafı kontekstində tədqiq etmişdir.
Monoqrafiyada  həmçinin  “Yeni  İpək  yolu”nun  yaradılma- 
sının  elm və mədəniyyətlərin qarşılıqlı zənginləşməsində,  turiz- 
min  inkişafında,  ətraf mühitin  mühafizəsində  və  ölkənin  sosial 
həyatındakı  rolu  kimi  məsələlər  də  əsaslı  tədqiqat  obyektinə 
çevrilmiş, elmi baxımdan maraq doğuran ümumibşmələr apanlmış 
cədvəllər verilmiş və onlar təhlil edilmişdir.


Beləliklə,  təqdim  edilən monoqrafiya  ciddi  elmi-nəzəri  əhə- 
miyyət kəsb  edən  əsər kimi  müasir dövr mülki  tariximizin iqti­
sadi  inkişafla bağlı mühüm bir istiqamətinin yeni təfəkkür tərzi 
əsasında tədqiq edilib öyrənilməsi baxımından əldə edilən nailiy- 
yətlərdən  biridir.  Tədqiq  edilən  problem  təkcə  Azərbaycan 
tarixşünaslığının  deyil,  bütövlükdə  çox  mühüm  iqtisadi-siyasi, 
sosial-mədəni  və  elmi  xarakterli  problem  olduğundan  həm  də 
böyük praktik əhəmiyyətə malikdir və  onun çapı  elmi  ictimaiy- 
yət üçün faydalıdır.
İ.H.Alıyev
AMEA Iqtisadiyyat Institutunun 
direktoru,  i.e.d., professor


GİRİŞ
1991-ci ilin oktyabr ayının 18-də Azərbaycan Respublikasının 
dövlət müstəqilliyinin bərpa edilməsi ölkəmizin iqtisadi qüdrəti- 
nin yüksəldilməsini, regional və beynəlxalq əməkdaşlığın inkişaf 
etdirilməsini,  dünya  birliyinə  daha  geniş  şəkildə  inteqrasiyanı 
həyati zərurətə çevirdi.  SSRİ-nin dağılması nəticəsində pozulmuş 
iqtisadi,  xüsusilə  də  nəqliyyat  əlaqələrinin  bərpa  edilməsi  və 
yeni  əsaslarla  təşkil  edilməsi  mühüm və  təxirəsalınmaz  vəzifə- 
lərdən biri kimi xüsusi  əhəmiyyət kəsb  etməyə başladı.  Bu işdə 
Avropa Komissiyasının hazırladığı və ölkə rəhbərliyinin iqtisadi 
inkişaf strategiyasmda mühüm  yer tutan  “Tarixi  İpək yolu”nun 
bərpası,  “Avropa-Qafqaz-Asiya”  (TRASEKA)  nəqliyyat  dəhlizi 
layihəsinin həyata keçirilməsi mühüm rol oynadı.
Ümummilli  liderimiz  Heydər Əliyev məqsədyönlü  və  kom- 
pleks tədbirlər həyata keçirməklə “Tarixi İpək yolu”nun bərpası 
ideyasını xəyaldan reallığa çevirdi. Bu nəhəng layihənin gerçəkləş- 
dirilməsi nəticəsində ölkəmizin geostrateji və geosiyasi əhəmiyyəti 
daha da artmış, Azərbaycan  Şərqlə  Qərb  arasında  strateji кофй 
rolunu oynayan əlverişli tranzit əhəmiyyətli dövtlətlərdən birinə 
çevrilmişdir.
“Tarixi İpək yolu”nun bərpası prosesinin həyata keçirilməsində 
mühüm mərhələ  1993-cü il may ayının 3-7-də Avropa Birliyinin 
təşəbbüsü ilə Brüsseldə çağınlmış konfransla başlandı. Konfransda 
5 Mərkəzi Asiya ölkəsi -  Qazaxıstan, Qırğızıstan, Türkmənistan, 
Özbəkistan,  Tacikistan və  3  Qafqaz  respublikası -  Azərbaycan, 
Gürcüstan və  Ermənistanın  nəqliyyat və  ticarət  nazirləri  iştirak 
etdilər.  Adları  çəkilən  ölkələr  üçün  “TRASEKA”  proqramı  və 
“Brüssel  bəyannaməsi”  qəbul  olundu.  Proqramın  əsas  məqsədi 
aşağıdakılar elan edildi:
-  
Müstəqillik əldə etmiş ölkələrin Avropa və Dünya bazanna 
altemativ  nəqliyyat  marşrutu  ilə  çıxışını  təmin  etməklə  onlara 
iqtisadi və siyasi yardım göstərmək;


Yüklə

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə