Azərbaycan miLLİ elmlər akademiyasi a. A. Bakixanov adına tariX İnstitutu


səhifə14/89
tarix15.07.2018
ölçüsü
#55814
1   ...   10   11   12   13   14   15   16   17   ...   89

müşahidəçi kimi  iştirak edən Monqolustan nümayəndəsi  ölkəsi- 
nin  TRASEKA proqramına  qoşulması  imkanlarının  öyrənilmə- 
sində maraqlı olduğunu ifadə etmişdir (126,1998, №1, s.87).
TRASEKA  proqramı  üzrə  işçi  qrupunun  dördüncü  görüşü
1996-cı il oktyabr ayının  17-18-də Afina şəhərində keçirilmişdir. 
Görüşdə  iştirakçı  ölkələr arasında əldə  edilmiş  sazişlər bir daha 
nəzərdən keçirilmiş, proqram çərçivəsində icra edilməli olan layi- 
hələrin qiymətləndirilməsi məsələsinə baxılmışdır. Avropa Komis- 
siyası TRASEKA proqramımn davam etdirilməsinə əlavə  10 mln 
ekyu aynlması barədə məlumatı iştirakçılann nəzərinə çatdırmış 
və  yeni  layihələrin  maliyyələşdirilməsi  mənbələrinin  işlənib 
hazırlanması  və  həyata  keçirilməsi  prinsipləri  müəyyənləşdiril- 
mişdir. Həmçinin proqrama yeni üzvlərin -  Ukrayna və Monqo- 
lustanın qoşulması məsələsinə baxılmışdır (126,1998, №1, s.87).
TRASEKA  proqramı  üzrə  işçi  qrupunun  beşinci  yığıncağı
1998-ci  il  may  ayının  5-də  Tbilisi  şəhərində  olmuşdur.  Yığın- 
caqda  TRASEKA  ölkələri  üçün  nəqliyyat  üzrə  çoxtərəfli  saziş 
müzakirə  edilmiş,  yeni  layihələrin  maliyyələşdirilməsi  üçün 
“TASİS”in  ayırdığı  vəsaitlərin  bölüşdürülməsi  istiqamətləri 
haqqında  fikir  mübadiləsi  apanlmışdır.  Görüşdə  Qara  dəniz 
İqtisadi Əməkdaşlıq Şurasınm (QİƏŞ), Avropa Yenidənqurma və 
Inkişaf  Bankının  (AYİB),  Beynəlxalq  Dəmir  Yol  İttifaqının 
iştirakı  ilə  beynəlxalq  nəqliyyat  üzrə  çoxtərəfli  saziş  müzakirə 
olunmuşdur  (126,  1998,  №4,  s.87).  Qeyd  etmək  lazımdır  ki, 
TRASEKA  proqramının  həyata  keçirilməsi  istiqamətində  Qaf- 
qaz və Mərkəzi Asiya ölkələri də müəyyən addımlar atmışdır. Bu 
sahədə  Azərbaycan  Prezidenti  Heydər  Əliyevin  böyük  əməyi, 
təşkilatçılıq  fəaliyyəti  olmuşdur.  Belə  ki,  artıq  əwəlki  fəsildə 
qeyd olunduğu kimi,  1996-cı ilin mayında Azərbaycan,  Gürcüs- 
tan,  Türkmənistan və  Özbəkistan  dövlət başçılannın  iştirakı  ilə 
Türkmənistanın  Sərəxs  şəhərində  tranzit  yükdaşımanın  tənzim- 
lənməsi,  dəmir  yolu  nəqliyyatının  əlaqələndirilməsi  haqqında 
saziş  imzalanmışdır.  Sazişdə yükdaşımada hüquqi  və tarif əsas- 
lan, tranzit daşrnıalanna maksimum kömək göstərilməsi, tariflərin 
50  %  azaldılması,  yüklərin  maneəsiz  keçməsi,  qorunması  kimi 
məsələlər nəzərdə tutulmuşdur (100,15.05,1996).


“Tarixi  İpək  yolu”nun  bərpası  istiqamətində  region  ölkələ- 
rinin  həyata  keçirdiyi  tədbirlərdən  biri  də  1996-cı  ilin  deka- 
bnnda Odessada Azərbaycan, Gürcüstan, Ukrayna respublikalan 
dövlət  başçılannın  Avrasiya  nəqliyyat  dəhlizinin  yaradılması 
haqqında  saziş  imzalamalan  olmuşdur  (24,v.ll5).1997-ci  il 
sentyabr ayının 2-3-də isə Bolqanstanın Burqas şəhərində ərazi- 
sindən  İpək  yolu  keçən  ölkələrin  nəqliyyat  nazirlərinin  görüşü 
olmuşdur (206,67-68).  Görüşün nəticəsi  olaraq  imzalanmış me- 
morandumda  qeyd  edilmişdir  ki,  İpək  yolu  Avropa  ilə  Qara 
dəniz  regionunu  birləşdirən  Krit  dəhlizinin  təbii  davamıdır  və 
Azərbaycan-Gürcüstan-Türkmənistan-Özbəkistan-Qırğızıstan 
vasitəsilə  Mərkəzi  Asiya,  sonra  isə  Çin  vasitəsilə  Cənub-Şərqi 
Asiya ölkələri istiqamətində davam etdirilmişdir (206,68).
1997-ci ilin sentyabnnda Azərbaycan Prezidenti Heydər Əliyev 
və  Gürcüstan  Prezidenti  Eduard  Şevardnadzenin  görüşündə  isə 
hər  iki  lider  1998-ci  ildə  Qafqazda  Prezidentlər  səviyyəsində 
konfrans çağınlması təşəbbüsü ilə çıxış etdilər. Azərbaycan Res- 
publikası  Prezidentinin  17  iyun  1998-ci  il  830  saylı  sərəncamı 
ilə  Bakıda  “Tarixi  İpək  yolu”nun  bərpası  üzrə  beynəlxalq kon- 
fratısın çağınlması qərara alındı (22,1998, №6, s.252).
1997-ci ilin oktyabnn  18-də Avropa Şurası dövlət başçılannm 
Strasburqda keçirilən görüşündə Azərbaycan, Gürcüstan, Ukrayna, 
Moldova prezidentləri  tərəfindən gələcək əməkdaşlığın,  о  cüm- 
lədən Avroasiya nəqliyyat  dəhlizinin  inkişafının  əsas prinsipləri 
müəyyənləşdirilmişdir.  Bununla  əlaqədar  olaraq,  1998-ci  ilin 
yanvannda TRASEKA proqramı üzrə Brüssel  görüşündə  Xəzər 
Dəniz Gəmiçiliyi ümumi operatorun yaradılması haqqında qərar 
qəbul  edilmişdir ki,  bu  da Avrasiya  nəqliyyat  dəhlizinin  ritmik 
fəaliyyəti üçün perspektiv imkanlann açılması demək idi (221,29).
TRASEKA proqramının həyata keçirilməsi  istiqamətində  ən 
mühüm  addım  isə  1998-ci  il  sentyabrın  7-8-də  Bakıda  “Tarixi 
İpək yolu”nun bərpasına dair beynəlxalq konfransın keçirilməsi 
oldu. Konfransda 9 ölkənin: Azərbaycan, Bolqanstan, Gürcüstan, 
Qırğızıstan,  Moldova,  Rumıniya,  Türkiyə,  Özbəkistan,  Ukrayna 
dövlət başçılannın,  13 beynəlxalq təşkilatın və 32 dövlətin nüma- 
yəndələrinin iştirak etdiyi konfransın mühüm nəticələrindən biri


Avropa  İttifaqının  TRASEKA  proqramı  əsasında  “Avropa- 
Qafqaz-Asiya”  nəqliyyat  dəhlizinin  inkişafı  üzrə  beynəlxalq 
nəqliyyat  haqqında  “Çoxtərəfli  əsas  saziş  və  onun  beynəlxalq 
ticarət  gəmiçiliyi,  gömrük  proseduru  və  sənədlərin  işlənməsi 
üzrə  texniki  əlavələr  haqqında”  sənədin  imzalanması  və  “Bakı 
bəyannaməsinin”  qəbul  edilməsi  olmuşdur  (59).  Saziş  12  döv- 
lətin -  Azərbaycan,  Gürcüstan,  Ermənistan,  Bolqanstan,  Rumı- 
niya,  Moldova,  Ukrayna,  Özbəkistan,  Qazaxıstan,  Qırğızıstan, 
Tacikstan  və  Türkiyənin  dövlət  və  hökumət  başçılan  tərəfindən 
imzalanmışdır (177,  2006, №4,  s.35).  Çoxtərəfli Əsas  Sazişin və 
onun texniki  əlavəsinin əsas məqsədləri mahiyyət etibarilə bun- 
lardan  ibarətdir:  l.Xəzər  hövzəsinin,  Mərkəzi  Asiyanın,  Qara 
dəniz hövzəsi  ölkələrinin Avropa ilə iqtisadi, ticarət əlaqələrinin 
inkişaf etdirilməsinə kömək göstərilməsi; 2. Beynəlxalq avtomo- 
bil,  dəmir  yolu nəqliyyatı  və  ticarət  gəmiçiliyi  bazarına  çıxışın 
əldə edilməsi;  3.Nəqliyyat növləri üzrə hərəkətin təhlükəsizliyi- 
nin, yüklərin qorunmasının və ətraf mühitin mühafizəsinin təmin 
edilməsi;  4.Nəqliyyat  sahəsində  siyasətin və  onun hüquqi baza- 
sının  yaradılması;  5.Nəqliyyatın  bütün  növləri  üçün  bərabər 
rəqabət şəraitinin yaradılmasıdır (126,1998, №4, s.71).
Çoxtərəfli əsas sazişin VII bölməsinin 9-cu maddəsinə uyğun 
olaraq 2000-ci ilin martin  10-11-də Gürcüstanda keçirilmiş kon- 
fransda  qəbul  edilmiş  qərara  uyğun  olaraq  TRASEKA  Höku- 
mətlərarası  Komitəsinin  Daimi Katibliyinin  Bakıda yaradılması 
qərara  alındı.  2001-ci  ilin  fevralın 21-də  Bakıda Daimi  Katibli- 
yin rəsmi açılışı oldu. Açılışda Prezident Heydər Əliyev, Isveçin 
xarici işlər naziri, Avropa İttifaqında sədrlik edən ölkənin təmsil- 
çisi  xanım  Anna  Lind,  Avropa  Ittifaqının  Baş  katibi,  Ümumi 
Xarici  və  Təhlükəsizlik  Siyasəti  üzrə  Ali  nümayəndə  Havyer 
Salano  və  Avropa  Şurasmm  Xarici  Əlaqələr  Üzrə  Komissan 
Kristofer  Patten  iştirak  etmişdirlər  (177,  2006,  №4,  s.35).Həmin 
ilin  iyul  ayından  isə  TRASEKA  Daimi  Katibliyində  ekspert 
qrupu  fəaliyyətə  başladı  (223,13).  Hökumətlərarası  TRASEKA 
Komissiyası  aşağıda  göstərilən  təşkilati  strukturda  fəaliyyətə 
başladı:  1) Avropa  Komissiyası.  2)  Hökumətlərarası  komissiya.
3)  Daimi  katiblik.  4)  Ekspert  əlaqələndiricisi.  5)  Baş  ekspert.


Yüklə

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə