Azərbaycan miLLİ elmlər akademiyasi a. A. Bakixanov adına tariX İnstitutu


səhifə3/89
tarix15.07.2018
ölçüsü
#55814
1   2   3   4   5   6   7   8   9   ...   89

dan  daha  səmərəli  istifadə  olunması,  ticarətin  və  iqtisadi 
əməkdaşlığm  genişlənməsi  üçün  etibarlı  zəmin  yaradır.  “Tarixi 
İpək  yolu”nun  bərpası  üzrə  aparılan  işlər Azərbaycan  Respub- 
likasının  dünya  birliyi  ölkələri  ilə  inteqrasiyasuıın  daha  da 
gücləndirilməsinə xidmət edir” (70, 89).
“Tarixi  İpək  yolu”nun  bərpası  prosesinin  tədqiqini  zəruri 
edən  başlıca  amillər  ilk  növbədə  Azərbaycanın  Şərqlə  Qərbi 
birləşdirən tranzit qovşağı kimi  əlverişli  coğrafi vəziyyətdə yer- 
ləşməsi, respublikada bütün nəqliyyat vasitələrinin və əsas yolla- 
nn (hava, dəmir yolu, dəniz və avtomobil yolları) inkişaf etməsi, 
zəngin  sərvətlərə malik olması, Avropa və  dünya bazanna  çıxı- 
şın  təmin  edilməsi,  milli  iqtisadiyyatın  inkişaf  etdirilməsi, 
TRASEKA  nəqliyyat  dəhlizinin  digər  nəqliyyat  şəbəkələrinə 
nisbətən iqtisadi baxımdan daha səmərəli olmasıdır. Nefit strate- 
giyasmm  reallaşdınlmasmda,  transkontinental  yük  dövriyyəsinin 
formalaşmasında,  həmçinin  qlobal  problemlərdən  olan  eneıji 
çatışmazlığınm aradan qaldınlmasında “İpək yolu”nun, xüsusilə 
onun  eneıji  dayaq  nöqtəsi  olan  Xəzər  regionu  potensialmın 
mühüm  əhəmiyyəti vardır.  Ве1э  ki,  proqnozlara görə XXI  əsrin 
ilk  onilliyinin  sonunda  dünya  əhalisinin  sayı  10  milyarda  çata- 
caq,  enerji istehlakı isə müvafiq olaraq 47  % artacaqdır (59,20). 
Ekspertlərin fikrincə, hazırda dünyada  1047 mlrd barel neft ehti- 
yatı  qalmışdır ki, bu da 41  ilə çatar (123,  4-10.VII.  2003).  Belə 
bir şəraitdə Xəzər regionunun yanacaq-eneıji potensialından tam 
səmərəli  istifadə  edilməsi  beynəlxalq  miqyasda  eneıji  böhranı- 
nın qarşısının alınmasında, dünya iqtisadiyyatının sabit, dinamik 
inkişafında getdikcə daha böyük əhəmiyyət kəsb edir və bu pro- 
sesin  reallaşdmlmasmda,  heç  şübhəsiz  ki,  nəqliyyat  dəhlizinin 
rolu  ildən-ilə  daha  da  artmaqdadır.  Ona  görə  də  “Tarixi  İpək 
yolu”nun  bərpası  probleminin  tədqiqi  heç  də  təsadüfi  olmayıb 
belə bir zərurətlə izah edilir ki, bu yol dünya ərazisinin 26 %-ni, 
əhalisinin 36 %-ni əhatə edən 39,7 mln kv. km ərazini nəqliyyat- 
iqtisadi məkanda birləşdirməyə imkan vermişdir (94).“Yeni 
Ipək 
yolu”nun ümumi uzunluğu  10  min km,  Çin ərazisindəki hissəsi 
isə 4313 km-dir (95).
“Azərbaycan Respublikasuıın  “Böyük İpək yolu”nun bərpa- 
sında iştirakı  (1991-2005-ci  illər)” mövzusu vətən tarixşünaslı-


ğının  çox  böyük  elmi,  nəzəri  əhəmiyyət  kəsb  edən,  kompleks 
şəkildə  hərtərəfl,  dərindən  öyrənilməsi  zəruri  olan  aktual  prob- 
lemi  olduğundan  monoqrafiyada  əsas  məqsəd  kimi  aşağıdakı 
konkret vəzifələrin həlli qarşıya qoyulmuşdur:
-  ‘İpək yolu”nun bərpasını zəruri edən tarixi  şəraitin obyek- 
tiv və elmi cəhətdən təhlil edilməsi;
-   Görkəmli  dövlət  xadimi  Heydər  Əliyevin  “Tarixi  Ipək 
yolu”nun bərpasındakı çox böyük xidmətlərinin araşdınlması;
-  Bərpa prosesi istiqamətində Avropa Birliyinin həyata keçir- 
diyi  texniki  və  investisiya  layihələrinin,  onlann  həyata  keçiril- 
məsi dinamikasının, bu sahədə beynəlxalq maliyyə qurumlannın 
göstərdiyi yardımların elmi baxımdan tədqiq edilməsi;
-  “İpək yolu”nun bərpasının ölkənin nəqliyyat və kommuni- 
kasiya  sistemlərinin  dünya  standartlarına  uyğun  yenidən  qurul- 
masında, inkişafında,  dünya nəqliyyat şəbəkəsinə qoşulmasında, 
inteqrasiya  proseslərinin  genişləndirilməsindəki  əhəmiyyətinin 
konkret faktlarla sübuta yetirilməsi;
-  ‘İpək yolu”nun bərpasının xarici iqtisadi əlaqələrdə, trans- 
kontinental  yük  dövriyyəsinin  artmasında  önəmli  rolunun  və 
əhəmiyyətinin elmi cəhətdən əsaslandınlması;
-   “İpək  yolu”nun  bərpasının  ölkəmizin  iqtisadi  qüdrətinin 
yüksəldilməsində, kəsirsiz büdcə siyasətinin formalaşdmlmasm- 
dakı rolunun öyrənilməsi;
-  “Yeni Ipək yolu”nun yaradılması  ilə Azərbaycanm Cənubi 
Qafqazda  Qərblə  Şərqi  birləşdirən  mühüm  geosiyasi  zonaya, 
tranzit  mərkəzinə,  regionun  lider  dövlətinə  çevrilməsini  elmi 
baxımdan əsaslandınlması;
-   Bərpa  prosesinin  Azərbaycanın  sosial  inkişafına  müsbət 
təsirinin,  xüsusilə  işsizlik  probleminin  və  infrastmktur  sahələri 
üçün  kadr  hazırlığı probleminin  həllindəki  rolunun  tədqiq  edil- 
məsi;
-   “1рэк 
yolu”nun bərpasmın  ətraf mühitə  təsiri  məsələsinin 
öyrənilməsi  və bu  sahədə  həlli  zəruri  olan problemlərin  araşdı- 
nlıb üzə çıxanlması;
-   Ermənistanm  ölkəmizin  iqtisadiyyatına,  mədəniyyətinə, 
ekologiyasına vurduğu ziyanın miqyasınm müəyyənləşdirilməsi 
və onun dünya ictimaiyyətinə çatdmlması;


-  “İpək yolu” ilə nefit strategiyasının reallaşdınlması arasında 
olan dialektik əlaqənin araşdınlması;
-   Вэгра  prosesinin  Şərq-Qərb  elmi  və  mədəni  dəyərlərinin 
sintezində, xalqlann ümumbəşəri dəyərlərə qovuşmasmda, dünyada 
sülhün, sabitliyin təmin edilməsindəki rolunun tədqiq edilməsi;
-  “İpək yolu”nun bərpasınm turizm  əlaqələrinin inkişafmda, 
humanitar missiyalann reallaşdırılmasındakı rolvmun aydınlaşdı- 
nlması.
Tədqiqat  işinin  xronoloji  çərçivəsini  tariximizin  mürəkkəb, 
ziddiyyətli, həmçinin xalqımızın taleyində əlamətdar hadisələrlə 
zəngin olan dövrü -  1991-2005-ci illəri əhatə edir. Çünki  1991-ci 
ildə  АгэгЬаусап  Respublikası  müstəqilliyini  bərpa  etmiş,  bey- 
nəlxalq birliyə inteqrasiya olunmaq üçün ardıcıl addımlar atmağa 
başlamışdır.  2005-ci  ildə  isə  “Tarixi  İpək  yolu”nun  bərpası 
istiqamətində əsaslı işlər görülmüş, TRASEKA nəqliyyat dəhlizi 
fəaliyyətini genişləndirmişdir.
Tədqiqat  işində  bu dövrün  özünü  də  iki  mərhələyə  ayırmaq 
məqsədəuyğun sayılmışdır:  1991-1998-ci illəri əhatə edən birinci 
mərhələ və 1998-2005-ci illəri əhatə edən ikinci mərhələ. Birinci 
mərhələdə “Tarixi İpək yolu”nun bərpasımn əsaslan işlənib hazır- 
lanmışdır. Avropa Komissiyası tərəfindən  1991-ci ildə “TASİS”,
1993-cü ildə isə “TRASEKA” proqramlan qəbul edilmiş,  1998-ci 
ilə  qədərki  dövrdə  bu  proqramlann  reallaşdmlması  məqsədilə 
iştirakçı  ölkələrin  5  işçi  görüşü  keçirilmiş,  bu  görüşlərdə  avto- 
mobil,  dəmir  yollan,  dəniz  nəqliyyatı,  ticarətin  inkişaf etdiril- 
məsi  və  qanun  yaradıcılığı  üzrə  layihələr  müzakirə  edilərək 
qəbul olunmuş, Avropa Komissiyası tərəfindən həmin layihələrin 
reallaşdınlması  üçün  müvafiq  maliyyə  yardımlan  aynlmışdır. 
Bu  mərhələdə  Azərbaycanla  bağlı  13  texniki  və  1  investisiya 
yardım  layihəsi  həyata  keçirilmiş,  həmçinin  respublika  rəhbər- 
liyi  tərəfindən  “Tarixi  İpək  yolu”nun  bərpası  istiqamətində  bir 
sıra tədbirlər görülmüşdür. Birinci mərhələ öz xüsusiyyətinə görə 
əsasən  Qara  dəniz  və  Xəzər  dənizi  hövzəsində  əməkdaşlığın 
inkişafına yönəlmiş, regional xarakter daşımışdn-. İkinci mərhələ 
isə  1998-ci ilin  sentyabrında Bakıda “Tarixi İpək yolu”nun bər- 
pasına dair beynəlxalq konfransının çağnlması, “Avropa-Qafqaz- 
Asiya”  nəqliyyat  dəhlizinin  inkişafı  üzrə  beynəlxalq  nəqliyyat


Yüklə

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə