Azərbaycan miLLİ elmlər akademiyasi a. A. Bakixanov adına tariX İnstitutu


səhifə4/89
tarix15.07.2018
ölçüsü
#55814
1   2   3   4   5   6   7   8   9   ...   89

haqqında  “Çoxtərəfli  Əsas  Saziş  və  onun  beynəlxalq  ticarət 
gəmiçiliyi, gömrük proseduru və sənədlərin işlənməsi üzrə texniki 
əlavələr  haqqında”  sənədin  imzalanmasından  2005-ci  ilə  qədər 
olan  dövrü  əhatə  edir.  Bu  mərhələdə  “Tarixi  İpək  yolunun” 
bərpası prosesinin inkişaf etdirilməsi məqsədilə TRASEKA proq- 
rammın iştirakçısı olan dövlətbrin Milli katiblərinin 4 konfransı 
və  18  müşavirəsi keçirilmiş,  apanlan məqsədyönlü  işlər nəticə- 
sində  19 texniki yardım və 7 investisiya yardım layihəsi reallaş- 
dınlmış, infrastruktur sahələrinin dünya standartlarma uyğun yeni- 
dən  qurulması  prosesi  davam  etdirilmiş,  beynəlxalq  nəqliyyat 
əlaqələri  genişbndirilmiş,  tranzit  yükdaşımalan  əsaslı  şəkildə 
artmlmışdır.  Bu  mərhələdə  həyata  keçirilən  layihələr  regional 
çərçivədən  çıxaraq  Avravsiya  məkanında  beynəlxalq  xarakter 
almışdır.
Tədqiq edibn problemi bəhs olunan dövrdəki siyasi vəziyyət 
baxımından  da  iki  mərhələyə  bölmək  olar.  1991-1993-cü  ilbri 
əhatə  edən  birinci  mərhələ  və  1993-2005-ci  ilbri  əhətə  edən 
ikinci  mərhələ.  Birinci  mərhələni  müxalif qüwələrin  hakimiy- 
yətdə olduğu, elan edilməmiş Qarabağ müharibəsinin davam etdiyi, 
ölkə  daxilində  siyasi  sabitliyin  olmadığı,  vətəndaş  müharibəsi 
təhlükəsinin  davam  etdiyi,  siyasi böhranın  dərinbşdiyi,  iqtisadi 
tənəzzülün baş  verdiyi,  iqtisadi  və  siyasi blokadanın hökm  sür- 
düyü bir tarixi  dövr kimi xarakterizə etmək olar.  İkinci mərhələ 
isə  görkəmli  dövlət  xadimi  Heydər  Əliyevin  yenidən Azərbay- 
cana rəhbərlik  etdiyi,  ölkə  daxilində  siyasi  sabitliyin yarandığı, 
ardıcıl  iqtisadi  və  siyasi  islahatlann  apanldığı,  neft  və  “İpək 
yolu”  strategiyasmın reallaşdığı,  uğurlu xarici  siyasət sahəsində 
ölkəmizin  dünyada nüfuzunun artdığı,  siyasi blokadanın aradan 
qaldınldığı, hüquqi dövlət quruculuğu və vətəndaş cəmiyyətinin 
formalaşdığı dövrdür.
“Tarixi İpək yolu”nun bərpası prosesinin tədqiqi, şübhəsiz ki, 
bu  yolun  tarixinə  bir  daha  пэгэг  salmağı  zəruri  edir.  Beş  min 
illik  dövlətçilik tarixi  olan Azərbaycan  ərazisi  çox  qədim  dövr- 
lərdən Şərqlə Qərbi, Şimalla Cənubu əlaqəbndirən nəhəng körpü 
rolunu  oynamışdır.  “İpək yolu”nun  qədimdə  daha  çox  fəaliyyət 
göstərən qollarından biri Çin və Hindistandan Mərkəzi Asiyaya, 
Uzboy  çayı  ilə  Xəzər  dənizinə,  sonra  isə  Kür  çayı  vasitəsilə


Albaniyadan  İberiyaya  və  Kolxidaya  (Gürcüstana),  oradan  isə 
yunan  şəhər-dövlətlərinin  yerləşdiyi  Qara  dəniz  sahillərinə  və 
Kiçik Asiyaya  gedib  çatırdı.  Azərbaycanda  “Qədim  İpək  yolu”
2  qola  aynlırdı.  Bu  qollardan biri  Kür  çayı  boyunca İberiyaya, 
digər qol isə Xəzər dənizinin qərb sahilləri ilə Dərbəndə,  Şimali 
Qafqaz  çölləri  ilə  yunan  şəhərlərinə  gedib  çıxırdı  (91).  Görün- 
düyü  kimi,  Qədim  Çini,  Mərkəzi  Asiya  və  Hindistanı  Aralıq 
dənizi və Qara dəniz  sahillərindəki başlıca ticarət mərkəzləri ilə 
birləşdirən  beynəlxalq  karvan  yollannın  2  əsas  qolu  Azərbay- 
candan  keçirdi  və  bu  yollann  üzərində  bir  çox  qədim  şəhərlə- 
rimiz  yaranmışdı.  Erkən  orta  əsrlərdə  Azərbaycanın  paytaxt 
şəhəri  olan Bərdə  “Böyük İpək yolu”nun üzərində  dünyanın эп 
iri ticarət mərkəzlərindən birinə çevrilmişdi (91).
Beynəlxalq ticarət əlaqələrinin inkişafı körpülərin və karvan- 
saralann tikilməsinə səbəb olmuşdu. Belə karvansaralar Şamaxıda, 
Bərdədə,  Şəkidə,  Bakıda,  Gəncədə,  Naxçıvanda  inşa  edilmiş, 
bəziləri  indiyə  kimi  qorunub  saxlanılmışdır.  Bunlardan  Naxçı- 
vandakı Çal, Tivi, Sədərək (128, 8), Gəncədəki XV-XVII əsrlərə 
aid  olan  Şah,  Qızılça,  Daş,  Uğurlu bəy  və  Köhnə  karvansaranı 
və s. göstərmək olar (82, 78).  Şərqi Avropa ölkələri və Rusiya da 
Hindistan  və Yaxın  Şərq  ölkələri  ilə  Dərbənd  keçidi  və  Volqa- 
Xəzər yolu vasitəsi ilə Azərbaycandan keçməklə əlaqə saxlayırdı.
Bu ticarət yolunun “İpək yolu” adlandınlmasının əsas səbəbi 
üç  min  il  əwəldən təbii  ipək  almaq  üçün  Çində  barama  qurdu 
yetişdirilməsi, ticarət zamanı yüksək gəlir gətirən ipək mallannın 
daşmmasına xüsusi əhəmiyyət verilməsi ilə bağlı olmuşdur. Orta 
əsrlərin başlanğıcında  Mərkəzi Asiya və  Cənubi  Qafqazda  Çin- 
dən  gətirilən  barama  becərilməsinə  başlanıldı.  Azərbaycanda 
ipəkqurdunun bəslənilməsi üçün bütün şəraitin olmasına baxma- 
yaraq,  ipəkçiliklə  nisbətən  gec  məşğul  olmağa  başlanılmasının 
əsas səbəbi Çinin uzun müddət öz ipək texnologiyasını tam gizli 
şəraitdə saxlaması ilə əlaqədar olmuşdur (45,1998, №3, s.64-70).
Çini  Orta  Asiya  vasitəsilə  Yaxın  Şərq,  Qara  dəniz,  Xəzər 
dənizi və Aralıq dənizi ilə birləşdirən karvan yolu qədimdə İpək 
yolu  adlanırdı  (36,  III  c.  70).  “Böyük  İpək  yolu”  termini  tarix 
elminə  ilk  dəfə  alman  tarixçisi  Karl  Fon  Rixtqofenin  1877-ci 
ildə yazdığı “Çin” adlı əsərilə daxil olmuşdur (92).


Tarixi  tədqiqatlar  “Qədim  İpək  yolu”nun  e.ə  II  əsrdə  Çinin 
Sinan  şəhərindən  başlayıb  Lançjoudan  Duxan  şəhərinə  qədər 
uzandığını  göstərir.  Burada  yol  2  hissəyə  aynlırdı:  şimal  yolu 
Turfandan  keçib  Pamir  dağlan  vasitəsilə  Fərqanəyə,  oradan 
Qazaxıstan çöllərinə, Həştərxana, Dərbəndə, Şamaxıya, Gəncəyə, 
Batuma,  İstanbula,  Balkan  yanmadasına,  Avropanın  mərkəzinə 
gedib çatırdı. Onun bir qolu isə Şimali Qafqazdan, Krım yanma- 
dasından keçib Balkan yanmadasına doğru uzanırdı. Cənub yolu 
isə  Lobior  gölünün  yanından  Təkla-Məkan  səhrasının  cənub 
qurtaracağından  keçib  Yarkəndə,  Kaşqara,  Fərqanəyə,  Səmər- 
qəndə,  Buxaraya,  Xarəzmə  getmişdir.  Bu  yolun  bir  qolu  Irana, 
oradan Hindistana,  digər qolu Kopetdağın  şimal ətəyi  ilə Xəzər 
dənizinin  cənubundan  Azərbaycana  daxil  olmuşdur.  Aralıq 
dənizi  sahillərinə gəlib  çatan “İpək yolu”  orada Hind okeanı və 
Qırmızı  dənizdən keçən  su yolu  ilə  qovuşurdu.  “İpək yolu”nun 
Azərbaycandan  keçən  hissəsi  Tabriz,  Ərdəbil,  Gəncə,  Bərdə, 
Beyləqan,  Şamaxı,  Naxçivan,  Şəki,  Qəbələ  şəhərindən  keçirdi. 
Onu da qeyd etmək lazımdır ki, “Ipək yolu”nun Gəncədən keçən 
hissəsi Göyçə-Naxçıvan-Təbriz, Naxçıvan-İstanbul istiqamətində 
iki qola aynlırdı. Beləliklə, “Böyük İpək yolu” bir-birini tamam- 
layan  aşağıdakı  hissələrə  aynlırdı:  1)  Çin;  2)  Mərkəzi  Asiya;
3)  Cənubi Qafqaz; 4) Cənub-Qərbi Asiya;  5) Avropa;  6)  Su yolu 
(93).  “Qədim İpək yolu”nun fəaliyyətini iki tarixi dövrə bölmək 
olar. Birinci dövr e.ə. II əsrdən yeni eranın V əsrinə qədər davam 
etmişdir.  Bu  dövrdə  “Qədim  İpək  yolu”  4  imperiyanı  -  Roma, 
Parfiya,  Kuşan  və  Xan  sülaləsi  tərəfindən  idarə  olunan  Çini 
biriəşdirmişdir.  İkinci  dövr  isə  V  əsrdən  XV  əsrə  qədər  davam 
etmişdir.  1492-ci  ildə  Xristofor  Kolumbun  Amerika  qitəsini, 
1498-ci  ildə  isə  Vasko  de  Qamanın  Hindistana  gedən  dəniz 
yolunu kəşf etmələrindən  sonra isə  “İpək yolu” XVI-XVII  əsr- 
lərdə tədricən öz əwəlki əhəmiyyətini itirmişdir (213, s.10).
Azərbaycan  dövlət  müstəqilliyi  əldə  etdikdən  sonrakı  ilk 
dövrdə yaranmış  ağır sosial-iqtisadi vəziyyət,  ənənəvi təsərrüfat 
əlaqələrinin  pozulması,  yeni  əlaqələrin  isə  ləng  yaranması, 
nəqliyyat-iqtisadi  və  siyasi  blokadanın  davam  etməsi  ölkənin 
gələcək  inkişafını  təhlükə  altına  alırdı.  Belə  bir  şəraitdə  yaran- 
mış  vəziyyətdən  xilas  olmaq  üçün  əsaslı  addımların  atılması


Yüklə

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə