Azərbaycan miLLİ elmlər akademiyasi a. A. Bakixanov adına tariX İnstitutu


səhifə5/89
tarix15.07.2018
ölçüsü
#55814
1   2   3   4   5   6   7   8   9   ...   89

vacib  idi.  Bu  baxımdan  Avropa  Komissiyasının  hazırladığı  və 
ölkə  rəhbərliyi  tərəfindən  dəstəklənən  “Tarixi  İpək  yolu”nun 
bərpası layihəsi mühüm əhəmiyyət kəsb etdi.
“Tarixi  İpək yolu”nun bərpasına  dair  Beynəlxalq  Bakı  kon- 
fransından  sonra  problemlə  bağlı  dövrü  mətbuat  səhifələrində 
çoxsaylı məqalələr dərc  edilmiş,  əsərlər çapdan çıxmışdır.  Lakin 
bu  əsərlərin  çoxu  elmi-populyar,  publisistik,  məlumat  xarakteri 
daşıdığından,  “Böyük İpək yolu”nun bərpası  ilə bağlı  problem- 
lərin  dərindən,  hərtərəfli,  kompleks  şəkildə  öyrənilməsi zərurəti 
qarşıya çıxmışdır.  Ona görə də qlobal xarakter daşıyan,  respub- 
likamızın və digər region ölkələrinin iqtisadi inkişafında mühüm 
əhəmiyyət  kəsb  edən belə  bir  aktual  problemin  daha  dərindən, 
bütün  nəqliyyat,  infrastruktur  sahələlərini  əhatə  edən  layihələr 
kontekstində kompleks  şəkildə araşdınlması tarixşünaslığımızın 
tədqiqi zəruri olan aktual problemlərindən biri olaraq qalmaqda idi.
“İpək yolu”nun bərpası ilə bağlı problemlərin tədqiqində ilk 
növbədə bu yolun reallaşmasında böyük xidmətləri olmuş Heydər 
Əliyevin  nitq  və  çıxışlarınm  toplandığı  əsərlərin  (63;64,69,70) 
böyük əhəmiyyəti olmuşdur. Bu əsərlərdə T Jmummilli liderimizin 
Xəzər neftinin Azərbaycan  və  dünya  ölkələri  üçün  əhəmiyyəti, 
iqtisadi  inteqrasiyanın genişləndirilməsində nəqliyyat dəhlizinin 
rolu,  “İpək  yolu”nun  bərpasına  dair  Beynəlxalq  Bakı  konfran- 
sının  əhəmiyyəti  və  onun  yerinə  yetirilməsi  tədbirləri  haqqında 
qiymətli fikirləri, qərar və tövsiyələri əks olmımuşdur.
“Qədim  və Yeni  İpək  yolu”  ilə  bağlı  problemlər  ümumiləş- 
dirici əsərlərdə öz əksini tapmışdır. Həmin əsərlərdən Azərbaycan 
Milli  Elmlər  Akademiyasının  Tarix  İnstitutunda  1998,  1999, 
2003-cü  illərdə  çapdan  çıxmış  7  cildlik Azərbaycan  tarixinin  I, 
II,  III və VII  cildlərini  (36),  tarix  elmləri  doktoru T.QafFarovun 
dərsliklərini  (139;  141)  göstərmək  olar.  Lakin  yuxarıda  qeyd 
olunan  dərsliklər  ümumiləşdirici  əsər  olduğundan  problemin 
qədim  dövrü  və  ‘İpək  yolu”nun  bərpası  prosesinin  hərtərəfli, 
kompleks araşdınlması məsələsi qarşıya qoyulmamışdır.
Tədqiq  olunan problemlə bağlı  əsərlərin bir  qismini  də  hələ 
Sovet hakimiyyəti  illərində  yazılan, ümumiyyətlə,  “Qədim İpək 
yolu”  barədə  məlumatlann  xatırlandığı  əsərlər  təşkil  edir. 
Bunlardan  Y.Mahmudovun  (146;147),  M.Nemətovanın  (173),


N.Vəlixanlının  (200),  O.Əfəndiyevin  (76),  F.Əliyevin  (74),
S.Aşurbəylinin (208), M.Heydərovun (219), S.Onullahinin (178) 
əsərlərini  göstərmək  lazımdır.  Həmin  əsərlərdə  Azərbaycanda 
ticarətin,  sənətkarlığın,  mədəni  və  siyasi  əlaqələrin  inkişafında 
“Qədim İpək yolu”nun rolu məsələsinə toxunulmuşdur.
Problemlə  bağlı  əsərlərin  digər  qrupuna  isə  “İpək  yolu”nun 
bərpası prosesinin əks  olunduğu əsərləri aid etmək olar. Bunlar- 
dan A.Əliyev, Ə.Qasımov və N.Qasımovun həmmüəllif olduqlan 
(59), N.Ərəbovun (206), H.Həmidovun (81;82;218),  S.Xəlilovun 
(213)  və  T.Məmmədovun  redaktəsi  ilə  yazılmış  əsərləri  (80), 
A.Məmmədov  və  N.Ərəbovun  birgə  yazdıqlan  əsəri  (228) 
göstərmək  olar.  Lakin  bu  əsərlərdə  ‘İpək  yolu”nun  bərpası  ilə 
bağlı  məsələlər  çox vaxt ümumi  xarakter  daşımış,  Ьэфа prose- 
sində  mühüm  rol  oynayan  Avropa  Komissiyasının  TRASEKA 
proqramı çərçivəsində həyata keçirilən, nəqliyyat və digər infra­
struktur  sahələrini  əhatə  edən  texniki  və  investisiya  yardım 
layihələrinin öyrənilməsi,  bərpa prosesinin  infrastruktur  sahələ- 
rinin inkişafı və yenidən qurulması ilə bağlı məsələləri, dəhlizin 
Azərbaycan hissəsində nəqliyyatın müxtəlif növlərinin fəaliyyət 
dinamikası, “Yeni İpək yolu”nun elmi-mədəni, humanitar əlaqə- 
lərin  inkişafmda,  regional  təhlükəsizliyin  möhkəmlənməsində 
artan əhəmiyyəti kimi mühüm məsələlərə geniş diqqət yetirilmə- 
mişdir.  Çünki  bu  əsərlərdə,  ümumiyyətlə,  məsələnin  kompleks 
şəkildə öyrənilməsi bir məqsəd kimi qarşıya qoyulmamışdır.
‘İpək  yolu”nun  bərpası  problemləri  ilə  bağlı  əsərlərin  bir 
hissəsini  də bu məsələnin bilavasitə toxunulduğu dissertasiyalar 
təşkil  edir.  Bunlardan  S.Allahverdiyevanın  (21),  E.Hüseynovun 
(88), E.İsayevin (128), L.Kaşıyevanm namizədlik (222), B. Əbdür- 
rəhmanovun  doktorluq  dissertasiyalannı  (205)  göstərmək  olar. 
Lakin  bu  əsərlərdə  “İpək  yolu”  ilə  bağlı  müəlliflər  tərəfindən 
yalnız  tədqiqat üçün  qaşıya  qoyulan  istiqamət araşdınldığından 
problemin  kompleks,  hərtərəfli  araşdmlması  öz  əksini  tapma- 
mışdır.
“İpək  yolu”  ilə  bağlı  əsərlərin bir  qismini  isə  bu  problemin 
daha  çox  nəzəri  aspektlərinin  və  əhəmiyyətinin  əks  olunduğu 
əsərlər təşkil edir. Bunlardan RMehdiyevin (157; 158), A.Nadiro- 
vun (169), Z.Məmmədovun (148), T.Qaffarovun (140), İ.Şükürovun


(238), Z.Məmmədovun (149), A.Piriyevin (179),  K.Heydərovun 
(84) monoqrafiyalan, K.Tağıyev və C.Rzayevin həmmüəllif olduq- 
ları  əsəri  (192),  geniş  müəlliflər  kollektivi  tərəfindən  yazılmış 
“Müasir mərhələdə Azərbaycanın sosial-iqtisadi inkişafinın əsas 
meyilləri” adlı külliyatı (159), A.Əliyev, Ə Abbasov, Ə.Qasımovun 
həmmüəllif  olduqlan  (72),  Ə.Nağıyev  və  V.Novruzovun  birgə 
yazdıqlan  (172)  və  İ.Hüseynovanm  (86)  əsərlərini  göstərmək 
olar.  Lakin bu əsərlərdə “Yeni Ipək yolu”nun yaradılması məsə- 
ləsi  tədqiqat  obyekti  olmadığından,  bu  problemin  yalnız  bəzi 
cəhətlərinə toxunulmuşdur.
“İpək  yolu”  ilə  bağlı  problemlərin  öyrənilməsində  Təhsil 
cəmiyyəti  tərəfindən  təşkil  olunmuş  I  və  II  Respublika  elmi- 
praktik  konfrans  materiallannın  (193; 194),  Təhsil  Nazirliyinin 
“BP”  və  “Amoko”  neft  şirkəti  ilə  birgə  təşkil  etdiyi  konfrans 
materiallannın  (27),  Gənclər,  İdman  və  Turizm  Nazirliyinin 
AMEA-nın Memarlıq və İncəsənət Institutu ilə birgə təşkil etdiyi 
beynəlxalq  konfrans  materiallarının  (51)  da  müəyyən  köməyi 
olmuşdur.  Bu  konfranslarda  nəqliyyat  dəhlizinin  bərpası  ilə 
əlaqədar  müvafik  infrastruktur  və  sahə  rəhbərlərinin,  alimlərin 
çoxsaylı  məruzələri  dinlənilmiş,  bərpa  prosesinin  sürətləndiril- 
məsi üçün zəruri təkliflər irəli sürülmüş, şəhərsalma, karvansara- 
lar tarixi, “Yeni 
1рэк 
yolu” boyunca şəhərlərin inkişaf konsepsiyası 
kimi məsələlər öz əksini tapmışdır.
“Yeni  İpək  yolu”  ilə  bağlı  əsərlərin  digər  bir  qrupuna  isə 
yaxın və uzaq xaricdə problemlə bağlı  çap  olunmuş  əsərləri aid 
etmək  olar.  Bunlardan  R.Mirzayevin  (229;  230),  Ə.Akayevin 
(207), E.Şevemadzenin (245), Bay Kutellamn (242), K.Hacıyevin 
(216)  əsərlərini  göstərmək  olar.  Bu  əsərlərdə  qloballaşan  dün- 
yada Qərblə Şərq arasında nəqliyyat kommunikasiyasmın inkişaf 
imkanları, Mərkəzi Asiyanm dünya siyasətində perspektivi, tica- 
rət  diplomatiyasının  zəfərləri,  “İpək  yolu”nun  Qırğızıstan üçün 
əhəmiyyəti, ABŞ  və Avropa Ittifaqınm “Ipək yolu  strategiyası”, 
müstəqilliyin  ilk  illərində  Gürcüstanda  yaranmış  ağır  iqtisadi 
vəziyyətin  aradan  qaldınlmasında,  inteqrasiya  proseslərinin 
genişləndirilməsində XXI əsrin böyük hadisəsi olan “Tarixi İpək 
yolu”nun bərpasının əhəmiyyəti kimi məsələlər öz əksini tapmış-


Yüklə

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə