Azərbaycan miLLİ elmlər akademiyasi a. A. Bakixanov adına tariX İnstitutu


səhifə8/89
tarix15.07.2018
ölçüsü
#55814
1   ...   4   5   6   7   8   9   10   11   ...   89

istismanna xidmət edən bir  sıra sazişlər imzalanmışdır.  Belə ki,
1996-cı  ilin  mayında Azərbaycan,  Gürcüstan,  Turkmenistan  və 
Özbəkistan dövlət başçılannın iştirakı ilə Türkmənistanın Sərəxs 
şəhərində tranzit yükdaşımanın tənzimlənməsi,  dəmir yolu nəq- 
liyyatınm əlaqələndirilməsi haqqında saziş imzalanmışdır.  Sazişdə 
yükdaşmıalarm hüquqi və tarif əsaslan, tranzit daşımalanna mak- 
simum kömək göstərilməsi, tariflərin 50 % azaldılması, yüklərin 
maneəsiz keçməsi,  qorunması kimi məsələlər nəzərdə tutulmuş- 
dur  (100,15.05,1996).  Bu  istiqamətdə  region  ölkələrinin həyata 
keçirdiyi  tədbirlərdən biri  də  1996-cı  ilin  dekabrında  Odessada 
Azərbaycan,  Gürcüstan,  Ukrayna  respublikaları  dövlət  başçıla- 
nnın  Avrasiya  nəqliyyat  dəhlizinin  yaradılması  haqqında  saziş 
imzalaması  oldu  (24).  Bu  razılaşmalann reallaşduılması  istiqa- 
mətində görülən işlər nəticəsində bəzi stansiyalarda əsaslı yenidən- 
qurma apanldı. Belə təmir işlərindən sonra  1998-ci ilin yanvann 
4-də Dübəndi dəmir yolu stansiyasının, həmin ilin dekabnn 6-da 
isə Keşlə  stansiyasınm  açılışı  olmuşdur  (148,246).  Bu  stansiya- 
lann yükü qəbul edib yola salma imkanlannın genişləndirilməsi 
nəticədə  bərpa  dövrünə  qədərki  müddətdə,  xüsusilə  1996-cı 
ildən sonrakı dövrdə Transqafqaz nəqliyyat yolu ilə daşımalann 
həcminin  artmasında  özünü  göstərmişdir.  Belə  ki,  əgər  1996-cı 
ildə bu nəqliyyat xətti ilə 650 min ton yük daşınmışdısa,  1997-ci 
ildə bu göstərici 2 min ton,  1998-ci ildə 3,5 min ton olmuşdur ki
həmin yüklərin də  1,8 mln tonu Dübəndi stansiyasından apanlan 
Qazaxıstan  nefti  olmuşdur  (148,255).  “İpək  yolu”nun  bərpası 
prosesi  ilə  əlaqədar  1998-ci  ildən  sonrakı  dövr  isə  dəmir  yolu 
nəqliyyatında  müxtəlif  layihələrin  həyata  keçirilməsi,  sahənin 
dünya  standartlarına  uyğun  yenidən  qurulması,  maddi-texniki 
bazasının  gücbndirilməsi,  nəqliyyat  əlaqəbrinin  genişbndiril- 
məsi və bu kimi digər əsaslı dəyişikliklərlə əlamətdar olmuşdur.
Respublikanın nəqliyyat sistemində mühüm yer tutan nəqliy- 
yat  növbrindən  bir  də  avtomobil  nəqliyyatıdnr.  Bunu  bərpa 
dövrünə  qədərki  müddətdə  avtomobil  yollan  ilə  daşınmış  yük- 
brin ümmni yükdaşımadakı payı aydın göstərir. Belə ki,  1990-cı 
ildə nəqliyyat sektorunda daşınmış  bütün yüklərin 27  %-i  avto­
mobil nəqliyyatının payına düşdüyü halda,  1995-ci ildə daşınmış


yüklərin  10,9%-i,  1997-ci  ildə  11,5%-i,  1998-ci  ildə  isə  10%-i 
nəqliyyatın  bu  növünün  payrna  düşmüşdür  (33,595).  Qeyd 
etmək lazımdır ki, 90-cı illərin əwəllərində ittifaq respublikalan 
ilə  təsərrüfat  əlaqələrinin  pozulması,  ehtiyat  hissələrin  təmina- 
tındakı  çətinliklər avtomobil nəqliyyatının fəaliyyətinə də mənfi 
təsir göstərmişdir. Avtonəqliyyat müəssisələrinin 7 noyabr 1992-ci 
il  tarixli  təsis  konfransında  yaradılmış  “Azəravtonəqliyyat 
Dövlət  Konsemi”  13  fevral  1993-cü  il  tarixdə  Azərbaycan 
Respublikası Ədliyyə Nazirliyi tərəfindən qeydiyyata alındı (11). 
О  zaman Konsemin tabeliyində  271  avtonəqliyyat birliyi,  avto­
mobil  təmiri  zavodu  və  nəqliyyat-ekspedisiya  müəssisələri 
fəaliyyət göstərirdi.  Bu müəssisələrdə 25 mindən artıq nəqliyyat 
vasitələri  var  idi.  Həmin  nəqliyyat  vasitələrinin  hamısı  SSRİ 
istehsalı  idi  və  köhnəlmişdi.  Çünki  hamısmın  istehsal  tarixi 
1991-ci ilə qədər idi (11).
1991-1993-cü illərdə hakimiyyət dəyişiklikləri,  qanşıqlıq və 
xaos  nəticəsində  avtomobil  nəqliyyatına  böyük  ziyan  dəydi. 
Bakı  şəhərində  və  respublikanın  digər rayonlannda  avtonəqliy- 
yat müəssisələri,  demək olar ki, tamamilə dağıdılmış, yük avto- 
mobilləri və avtobuslar istismara yararsız hala düşmüşdü. Yalnız 
görkəmli dövlət xadimi Heydər Əliyevin yenidən respublika rəh- 
bərliyinə  qayıtması  ilə bu  sahədə  dirçəliş baş  verdi.  Prezidentin 
verdiyi fərmanlar və göstərişlər əsasmda “Azəravtonəqliyyat Döv- 
lət  Konsemində”  köklü  islahatlar  apanldı.  Konsemin  tərkibinə 
daxil olan bütün müəssisələrin sənədləri müvafiq qaydada hazır- 
landı  və  “Azərbaycan  Respublikasmda  1995-1998-ci  illərdə 
dövlət mülkiyyətinin  özəlləşdirilməsi  haqqmda”  Dövlət Proqra- 
mına  əsasən,  Dövlət  Əmlak  Komitəsinə  verildi.  Avtonəqliyyat 
müəssisələrinin  bir  hissəsi  özəlləşdirildi.  1996-cı  ildən  sonra 
avtonəqliyyat müəssisələrindən  qanunsuz  apanlmış  8  min avto- 
nəqliyyat vasitəsi geri qaytanldı. Dövlət Proqramma uyğun olaraq 
özəlləşmə prosesinin  ilk  iki  il  ərzində,  yəni  1997-1999-cu  illər 
ərzində avtonəqliyyat müəssisələrinin 97 %-i özəlləşdirildi və ya 
səhmdar cəmiyyətə çevrildi (11).
Bu  tədbirlər  tezliklə  öz  bəhrəsini  verdi.  1997-ci  ilin  aprelin 
l-dən  1998-ci ilin sonunadək beynəlxalq avtomobil daşımalannı


tənzimləyən  “İcazə”  sistemi  tətbiq  edilmiş,  13  628  min  dollar 
məbləğində  gəlir əldə  edilmiş,  onun əksər hissəsi  müvafiq qay- 
dada dövlət büdcəsinə keçirilmişdi (126,  1999, №1, s.43).
Lakin  qeyd  etmək  lazımdır  ki,  bərpa  prosesinə  qədərki 
müddətdə  Azərbaycanın  beynəlxalq  daşımalarda  iştirak  etməsi 
üçün müvafiq avtonəqliyyat vasitələri çatışmırdı.  1998-ci  il üçün 
beynəlxalq  daşımalarda  işləmək  üçün  respublikamızda  cəmisi 
100-э qədər avropa standartına uyğun avtomaşın istismar edilirdi 
ki, bu da çox cüzi rəqəm idi.  Qalan maşınlann əksəriyyəti fiziki 
cəhətdən köhnəlmişdi.  Həmin dövrdə bir ədəd iri  qabaritli yük, 
yaxud səmişin avtomobilinin alınıb ölkəyə gətirilməsi təxminən 
160-180  min  dollara  başa  gəlirdi  ki,  yerli  sahibkarlann  buna 
imkanı çatmırdı. Vəziyyətdən çıxmaq üçün Avropanın iri nəqliy- 
yat  firmalan  ilə  danışıqlar  apanldı.  Nəticədə  Almaniyanın 
“Villibets”, “Fiksimer” firmalannın Bakıda nümayəndəliklərinin 
açılmasma  razılıq  əldə  olundu  və  bu  firmalar vasitəsilə  Bakıya 
bütövlükdə  100  ədəd  avtomobilin  gətirilməsi  mümkün  oldu. 
Bundan başqa, Niderlandm “Van-Der-Vap” firması ilə də bu isti- 
qamətdə uğurlu danışıqlar apanldı (126,  1999, №1, s.44).
Azərbaycan  milli  iqtisadiyyatının  dünya  iqtisadiyyatına 
inteqrasiyasında,  tranzit  ölkəyə  çevrilməsində,  transkontinental 
yük dövriyyəsinin formalaşmasmda avtomobil yollan xüsusi rol 
oynayır.  Respublikadakı  avtomobil  yollan  şəbəkəsi  bütün 
şəhərlərlə, rayon mərkəzləri, şəhərtipli qəsəbələrlə, hava və dəniz 
limanlan, dəmiryol stansiyalan, qoruqlar, kurort, istirahət yerləri 
ilə həmçinin həmsərhəd ölkələrin sərhəd məntəqələri ilə  etibarlı 
formada əlaqəbndirilmişdir.
Müstəqilliyin  ilk  illərindən  bərpa  prosesinə  qədərki  dövrdə 
respublikanın yol təsərrüfatında vəziyyət  aşağıdakı kimi  olmuş- 
dur.  Azərbaycan  Respublikası  Nazirlər  Kabinetinin  1992-ci  il 
18  iyun,  344  saylı  əmri  ilə  respublikamızın  dövlət  əhəmiyyətli 
avtomobil yollannın  siyahısı təsdiq  edilmişdir  (89,112).  Buraya 
uzunluğu  508  km-lik  Bakı-Ələt-Qazıməmməd-Kürdəmir-Gəncə- 
Qazax-Gürcüstan  dövlət  sərhədinə  qədər  olan  avtomobil  yolu, 
Bakı-Quba-Dağıstan  dövlət  sərhədinə  qədər  olan  300  km-lik 
avtomobil  yolu,  İran  İslam  Respublikası  ilə  dövlət  sərhədinə


Yüklə

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə