Azərbaycan miLLİ elmlər akademiyasi a. Bakixanov adina tariX İnstitutu



Yüklə 4,04 Mb.
Pdf görüntüsü
səhifə10/189
tarix24.12.2017
ölçüsü4,04 Mb.
#18030
1   ...   6   7   8   9   10   11   12   13   ...   189

Yay  kampaniyasının  müvəffəqiyyətlə  başa  çatmasından  sonra  qarşıda 

Şimali  Azərbaycanın  talan  ərazisinin,  ilk  növbədə  Bakı  və  Quba  xanlıqlarının 

işğalı məsələsi dururdu. 

Rus  komandanlığı  Bakı  və  Dərbənd  qalalarını  ələ  keçirilməsinə  böyük 

əhəmiyyət verirdi. General Qlazenap 1806-cı il mayın 3-də çara yazırdı: ―Nə qədər 

ki,  Bakı  alınmayıb,  o  vaxtadək  Şirvan  və  Qarabağdakı  nailiyyətlər  həmişəlik 

təhlükədə olacaqdır, elə Gürcüstanıpn özü də farsların basqınını gözləməlidir‖. İran 

hökuməti Rusiya və onun planları üçün Bakının əhəmiyyətini aydın başa düşürdü 

və  Qarabağdakı  uğursuzluqlardan  sonra  rus  qoşunlarının  irəliləməsinin  qarşısını 

almaq  məqsədilə  hərbi  əməliyyatları  Şamaxı  xanlığı  istiqamətinə  keçirdi  [12]. Bu 

vaxt  bir  rus  dəstəsi  Zərdaba,  digər  isə  Cavada  daxil  oldu.  Rus  qoşunlarının 

yaxınlaşdığını eşidən Abbas Mirzə düşərgə saldığı Ağsudan Kür çayına doğru geri 

çəkildi. Bakı və Dərbəndə doğru irəliləmək üçün əlverişli şərait yaradırdı. Qubalı 

Şeyxəli xan Rusiya hakimiyyətini  qəbul etmək istəmirdi. 1806-cı ilin iyununda rus 

qoşunları  Quba  xanına  tabe  olan  Dərbəndə  yaxınlaşdılar  və  iyunun  22-də  onu 

tutdular.  Sonra  onlar  general  Bulqaqkovun  komandanlığı  altında    Bakıya  doğru 

yönəldilər.  General  şəhər  sakinlərinə  müraciət  göndərdi.  Hüseynqulu  xan  öz 

nümayəndə  heyətini  şəhərin  bayrağı,  qalanın  açarı  və  duz-çörəklə  Buqakovun 

yanına göndərdi, lakin Hüseynqulu xanın öxü qisasdan qorxaraq, ailəsi ilə birlikdə 

Qubaya,  oradan  da  İrana  qaçdı  [13].  Beləliklə,  1806-cı  il  sentyabrın  3-də  Bakı 

xanlığı  Rusiyaya  tabe  edildi.  Tezliklə  Quba  xanı  da  qaçdı,  onun  xanlığı  da 

Rusiyaya  tabe  olundu.  Dərbənd  və  Quba  xanlıqları  Tərki  şamxalının  ixtiyarına 

verildi, sonralar isə əyalətlərə çevrildi. 

Beləliklə, 1806-cı ilin sonund, Talış, İrəvan və Naxçıvan xanlıqları istisna 

olmaqla, Şimali Azərbaycan ərazisi Rusiyanın hakimiyyəti altına keçdi. 

Göstərilən  xanlıqların  işğalından  sonra  rus  qoşunları  Şəki  xanlığındakı 

üsyanı  yatırmaq  üçün  göndərildi.  1806-cı  ilin  oktyabrın  22-də  Nuxa  yaxınlığında 

həlledici döyüş baş verdi və şəkili Səlim xanın dəstələri məğlubiyyətə uğradı. Rus 

qoşunları  Nuxa  şəhərini  mühasirəyə  aldılar.  Şəhər  sakinləri  müqavimət 

göstərməkdə davam edirdi. Onlar şəhər divarlarının ətrafını yandırıcı materiallarla 

doldurdular və rus qoşuunları hücuma başlayanda onlara od vurdular. Bununla belə 

nuxalıların müqaviməti qırıldı və rus qoşunlatrı hücum edib, Nuxanı ələ keçirtdilər. 

Səlim  xan  İrana  qaçdı.  Xanlığın  idarə  olunması  üçün  Şəkidə  yerli,  Rusiyaya 

meyilli olan bəylərdən ibarət müvəqqəti idarə təşkil olundu. 

Sonra  rus  qoşunları  üsyanı  bürümüş  Car-Balakənə  yola  düşdü.  Rus 

qoşunları  Carda  üsyanları  və  avar  xanının,  habelə  digər  Dağıstan  feodallarının 

burada olan süvarilərini mühasirəyə aldılar. Tezliklə bu üsyan da yatırıldı. 

Şimali  Azərbaycan  xanlıqlarında  üsyan  yatırıldıqdan  sonra  hökumət  bir 

sıra  yerli  feodal  hökmdarları  dəyişdi.  Rusiya-İran  müharibəsinin  başlanğıcında 

Rusiyanın  tərəfinə  keçmiş  xoylu  Cəfərqulu  xan  Şəki  xanı  təyin  edildi.  O  özünün 

keçmiş Xoy xanlığı əhalisinin bir hissəsini Şəkiyə köçürdü. Azərbaycanlılardan və 



ermənilərdən  ibarət  olan  bu  köçkünlər  Nuxa  şəhərinin  ətrafında  bir  neçə  kənd 

(Yenikənd, Cəfərabad vəs.) saldılar. 

Çar hökuməti Quba və Bakı xanlıqlarını ələ keçirdikdən sonra İranla sülh 

bağlamağa  can  atırdı,  belə  ki,  rus  komandanlığı  Türkiyə  ilə  müharibənin 

yaxınlaşdığını qabaqcadan görür və buna görə də əl-qolunu azad etmək, mümükün 

olarsa, hətta İranı Türkiyəyə qarşı müharibəyə sövq etmək istəyirdi. İran hökuməti 

də  güzəştlərə  ümid  bəsləyərək,  sülh  bağlamaq  istəyirdi.  1806-cı  il  sentyabrın 

ortalarında şah sarayı öz nümayəndəsini sülh bağlamaq təklifi ilə rus qoşunlarının 

baş komandanı Qudoviçin yanına göndərdi. 

Çar  hökuməti  heç  nəyi  İrana  güzəşt  etmək  fikrində  deyildi,  əksinə  o, 

İrandan Naxçıvan və İrəvan xanlıqlarını tələb etgdi. Qudoviç 1806-cı il oktyabrın 

4-də  I  Aleksandrdan  göstəriş  aldı  ki,  ―...yaranmış  mövcud  şəraitdə  İranla  hərbi 

əməliyyatların  dayandırılması  ən  mühüm  məsələdir‖.  Çar  hökuməti  hətta 

müvəqqəti  barışığın  imzalanmasına  razı  idi.  Lakin  danışıqlar  uzandı.  İngiltərə  və 

Fransa bu işdə az rol oynamırdı. 

İngiltərə  və  Fransanın  başlıca  mənafelərini  başqa  beynəlxalq  məsələlərə 

daha  çox  məşğul  etsə  də,Onlar  Cənubi  Qafqazı  bir  anlığa  da  gözdən  qoymur, 

İngiltərə  açıq-aşkar, Fransa  isə  gizlicə  İranı müdafiə  edir və Türkiyəni Rusiya  ilə 

müharibəyə  təhrik  edirdilər.  Austerlitsdən  sonra  İran  və  Türkjiyə  də  Napoleon 

diplomatiyası  daha  da  fəallaşdı.  Napoleon  1806-cı  ildə  öz  nümayəndəsi  general 

Romyeni  İrana  göndərdi.  İranın  Fransa  ilə  danışıqları  İngiltərəni  təşvişə  saldı. 

Bağdaddakı  ingilis  səfiri  Xarford  Cons  şah  nazirinə  müraciət  edib  ona  təminat 

verdi  ki,  İngiltərə  1801-ci  il  müqaviləsinin  şərtlərinə  sadiq  qalacaqdır.  General 

Romyenin  qəfildən,  müəmmalı  şəkildə  vəfatı  üzündən  danışıqlar  kəsildi.  Lakin 

tezliklə digər fransız nümayəndəsi Jober İrana gəldi. Onu şahın özü də qəbul etdi. 

Napoleon  ―rus  qoşunlarını  Zaqafqaziyadan  qovmaq  üçün...  fransız 

qoşunlarının İran sahillərinə çıxmasına icazə verməyi‖ İrana təklif etdi. 

Fransa bütün vasitələrlə Türkiyəni də Rusiyaya qarşı qaldırmağa çalışırdı. 

Dövlət  kansleri  A.R.Vorontsov  bu  barədə  hələ  1803-cü  ildə  general  Sisianova 

məlumat verirdi. Fransanın təsiri altıpnda Türkiyə Rusiyaya qarşı birgə mübarizəsi 

üçün İranla hərbi ittifaq bağlamaq niyyətində idi. Türkiyə məmuru Feyzi Mahmud 

Əfəndi 1805-ci ilin payızında bu məqsədlə Tehrana gəldi. Napoleonun 1806-cı ildə 

İstanbula gəlmiş səfiri general Sebastian hədələr və cəlbedici vədlərlə Türkiyəni bir 

sıra  rus-türk  sazişlərini,  o  cümlədən  də  də  təzəcə  imzalanmış  müttəfiqlik 

müqaviləsini  təhrik  yolu  ilə  pozmağa  nail  oldu.  1806-cı  ilin  sonunda  Türkiyə 

Rusiyaya qarşı müharibəyə başladı. 

Türkiyənin  müharibəyə  başlanması  rus  qoşunlarının  Qafqazdakı 

vəziyyətini ağırlaşdırdı. Rus ordusun un əsas qüvvələri Napoleon qoşunlarına qarşı 

mübarizəyə  yönəlmişdi  və  Qafqaza  göndərilə  bilməzdi.  İndi  Qafqaz  fərbi 

əməliyyatlar meydanında İranla yanaşı, Türkiyə ilə də müharibə aparmaq lazım idi. 




Yüklə 4,04 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə