Azərbaycan miLLİ elmlər akademiyasi a. Bakixanov adina tariX İnstitutu



Yüklə 4,04 Mb.

səhifə100/189
tarix24.12.2017
ölçüsü4,04 Mb.
1   ...   96   97   98   99   100   101   102   103   ...   189

Taxılçılıqda muzdlu əməyin tətbiqi ümumi xarakter alsa da, Lənkəran qəzası 

bu  cəhətdən  xüsusilə  fərqlənirdi.  Belə  ki,  çəltikçilikdə  muzdlu  əməyin  tətbiqi  daha 

geniş miqyas almışdı. Burada əkində də, biçində də, döyümdə də muzdlu əməkdən, o 

cümlədən  muzdlu  qadın  əməyindən  də  istifadə  olunurdu.  Lakin  taxılçılıqda  muzdlu 

əməkdən istifadə edilməsi hökmranedici xarakterdə də geniş yayılmadı, çünki Şimali 

Azərbaycan  kəndlilərinin  əsas  kütləsi  öz  torpağını  şəxsi  əməyi  ilə  becərirdi. 

Ümumiyyətlə isə taxılçılıq artıq kapitalist inkişaf yoluna qədəm qoyurdu. 

Muzdlu əməkdən üzümçülükdə, xüsusən məhsul yığımında istifadə olunurdu. 

Burada həmçinin qadın və yeniyetmə əməyi tətbiq edilirdi. Forer qardaşları, Xublarov 

qardaşları  kimi  sahibkarların  təsərrüfatları  isə  büsbütün  muzdlu  əməyə  əsaslanırdı 

[146]. Bəzən üzümçülük rayonlarında sənaye tipli təsərrüfatlar yaradılırdı. 1885-ci ildə 

Yelizavetpol şəhərində, demək olar ki, bütünlüklə ticarət burjuaziyasının nümayəndələrinə 

mənsub olan 1277  üzüm bağı  var idi [147]. 

Kapitalist  münasibətləri  tütünçülükdə  də  aydın  nəzərə  çarpırdı,  daha 

doğrusu,  burada  sırf  kapitalist  təsərrüfatları  mövcud  idi.  Şimali  Azərbaycanın 

ipəkçilik sahəsində bəzi hallarda bir qədər irihəcmli təsərrüfatlara rast gəlinsə də, bu 

istehsal  sahəsi əsasən  xırda kənd təsərrüfatı  xarakteri daşıyırdı. Ona  görə də, əksər 

hallarda  ipəkçiliklə  ailənin  öz  üzvləri  məşğul  olurdular.  Lakin  muzdlu  əməyə 

əsaslanan təsərrüfatlar da var idi. Şimali Azərbaycanda böyük sahəli tut bağlarına malik 

olan iri torpaq sahibkarları var idi. 

Onlardan bəziləri barama qurdlarının bəslənməsi ilə bilavasitə məşğul olmur 

və öz bağlarını, məhsulun müəyyən hissəsi müqabilində, icarəyə verirdilər [148]. 

Kənd təsərrüfatının sürətlə inkişaf edən sahəsi olan pambıqçılığı da ticarət və 

sələm kapitalı bürümüşdü. Ticarət pambıqçılığının

 

meydana çıxdığı zaman alğı-satqı elə 



qurulmuşdu  ki,  məhsulu  satan  hər  bir  kəndlinin  Poznanski  və  Korzinkin  firmalarının 

kontorları  ilə

 

bilavasitə  əlaqəsi  var  idi  [149].  80-ci  illərin  ikinci  yarısından  etibarən 



pambıq bazara  artıq  istehsalçılar  tərəfindən deyil,  möhtəkirlər  tərəfindən  gətirilməyə 

başladı.  Bunların  çoxu  kəndlilərin  pula  ehtiyacı  olduğunu  bilərək,  sakinləri 

pambıqçılıqla  məşğul  olan  kəndləri  gəzməyə  və  gələcək  pambıq  məhsulu  hesabına 

ödənilmək  şərti  ilə  borc  pul  təklif  etməyə  başladılar.  Möhtəkirlər  ―pambığı  Tiflis, 

Şuşa,  Nuxaya  aparmaq,  habelə  Moskvada  baha  qiymətə  satmaq  üçün  alıb 

yığırdılar‖ [150]. 

Bununla  yanaşı,  pambıqçılıqda  muzdlu  əmək  də  geniş  tətbiq  olunurdu. 

Burada xalis kapitalist tipli təsərrüfatlar var idi. Məsələn, Tağıyevin 1896-cı ildə satın 

aldığı  ―Yevlax  mülkü‖ndə  muzdlu  əmək  tətbiq  edilməklə  pambıqçılıqla  məşğul 

olurdular.  1896-cı  ildə  onun  bu  mülkündə  39 daimi  işçi  var  idi  [151  ]. Təsərrüfatçılıqla 

özləri məşğul  olan  bəzi bəylərin  təsərrüfatlarında  da  həmçinin  pambıq  muzdlu əmək 

tətbiq edilməklə becərilirdi. Cavanşir qəzasında Məlik-bəylərbəyov familiyalı birisi 1891-

ci ildə öz mülkündə 80, Bədirbəyov isə 300 desyatin sahədə pambıq səpdirmiş, bütün 

işlər  muzdlu  əməyin  tətbiqilə  görülmüşdü.  Bəzi  bəylər  torpaqlarını  öz  pambıqçılıq 

təsərrüfatlarında  muzdlu  əməkdən  geniş  istifadə  edən  varlı  kəndlilərə  icarəyə 



verirdilər. Pambıq tarlalarında rus köçkünlərinin muzdlu əməyindən xüsusən intensiv 

surətdə istifadə olunurdu. Məsələ burasında idi ki, məhsul yığımı dövründə istər varlı 

kəndli,  istərsə  də  qolçomaq  və  ortabab  olsun,  hər  bir  pambıqçı  yığımı  tez  başa 

çatdırmağa tələsirdi. Çünki məhsul yığımı büsbütün iqlim şəraitindən asılı idi. Ona görə 

də, demək olar ki, pambıqçıların əksə-riyyəti məhsul yığımı dövründə muzdur tutmalı 

olurdu. 


Muzdlu  əməkdən  kənd  təsərrüfatının  digər  sahələrində  də  istifadə  olunurdu. 

Hətta zəfərançılıqda plantasiyaların əkini zamanı muzdlu əmək tətbiq edilirdi. Burada, 

başlıca  olaraq,  Cənubi  Azərbaycandan  olan  kəsbkarlar  işləyirdilər.  1897-ci  il  əhali 

sayımının  məlumatlarına  görə,  Şimali  Azərbaycanın  2  quberniyasında  26515  daimi 

kənd təsərrüfatı fəhləsi qeydə alınmışdır. Bu rəqəm xeyli azaldılmışdır. Əslində o, 40-

50 min nəfərə çatırdı. Bütövlükdə götürdükdə isə kənd təsərrüfatı üçün daimi deyil, 

mövsümi,  müvəqqəti  fəhlə  qüvvəsi  səciyyəvi  idi,  onların  sayı  ildə  100  min  nəfərə 

çatırdı [152]. 

XIX  əsrin  son  onilliklərində  kənd  təsərrüfatının  demək  olar  ki,  bütün 

sahələrində  –  bəzilərində  çox,  bəzilərində  isə  az  dərəcədə,  muzdlu  əmək  tətbiq 

olunurdu.  Bundan  əlavə,  kənd  təsərrüfatı  istehsalının  bütün  sahələri  ticarət  və  sələm 

kapitalı ilə bağlı idi. Deməli,  Şimali Azərbaycanın kənd təsərrüfatmda əksər hallarda, 

ilkin formalarda olsa da, kapitalist istehsal üsulu formalaşmışdı. Şimali Azərbaycanın kənd 

təsərrüfatmda  kapitalist  münasibətləri  öz  əksini  feodal  torpaq  mülkiyyətinin 

dağılmasında  tapırdı.  Feodalların  torpaq  üzərində  müstəsna  hüququ  laxladılmış  oldu. 

Xəzinə  və  bəy-mülkədar  kəndliləri  içərisində  artıq  çox  az  miqdarda  olsa  da, 

sahibkarlar var idi. 

Beləliklə, yüzilliyin 70-90-cı illəri, xüsusən də əsrin sonu Şimali Azərbaycanın 

kənd  təsərrüfatında  intensiv  surətdə  feodal  istehsal  münasibətlərinin  dağılması, 

kapitalist istehsal münasibətlərinin intişarı prosesinin başladığı bir dövr idi. 

 

§ 6. TĠCARƏT 

 

XIX əsrin 60-cı illərində Şimali Azərbaycan ticarəti sürətlə genişlənməyə 



başladı.  Şimali  Azərbaycanın  Bakı,  Nuxa,  Şamaxı,  Şuşa,  Yelizavetpol,  Naxçıvan, 

Zaqatala  və  b.  şəhərlərində  tacirlərin  sayı,  ticarət  müəssisələrinin  miqdarı  və  illik 

dövriyyəsi  ilbəil  çoxalır,  ticarət  kapitalının  həcmi  artırdı.  60-cı  illərin  ortalarında 

Şimali  Azərbaycan  ərazisinin  çox  böyük  hissəsini  təşkil  edən  Bakı  quberniyasında 

3879  ticarət  müəssisəsinin  olması  bunu  açıq  göstərir  [153].  Bu  zaman  Naxçıvan 

qəzasında 955, Yelizavetpol şəhərində isə 571 ticarət müəssisəsi açılmış, Zaqatalada 

150,  Qaxda  isə  80  ticarət  müəssisəsi  olmuşdur.  Lakin  hələ  bu  dövrdə  tacirlərin 

kapitallarının miqdarı xeyli az idi. Şuşa və qismən də Şamaxıda çox az tacirin 100 min 

manatdan yuxarı kapitalı var idi. Ordubadda isə 10 tacirin müəssisəsinin illik dövriyyəsi 

bütünlükdə 300-400 min manatdan artıq deyildi [154]. 






Dostları ilə paylaş:
1   ...   96   97   98   99   100   101   102   103   ...   189


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə