Azərbaycan miLLİ elmlər akademiyasi a. Bakixanov adina tariX İnstitutu



Yüklə 4,04 Mb.
Pdf görüntüsü
səhifə102/189
tarix24.12.2017
ölçüsü4,04 Mb.
#18030
1   ...   98   99   100   101   102   103   104   105   ...   189

var idi. 1900-cü ildə onların sayı müvafiq surətdə 78 və 163 nəfər olmuşdu [165]. 

Yelizavetpol  quberniyasında  isə  1897-ci  ildə  6  nəfər  birinci  və  58  nəfər  ikinci 

gildiya taciri var idi. 

Bu  dövrdə  Azərbaycanda  illik  dövriyyəsi  yüz  min  manatlara  çatan 

tacirlərin  xüsusi  çəkisi  xeyli  çoxalmışdı.  80-ci  illərin  sonu  və  90-cı  illərin 

başlanğıcında  Bakıda  ticarət  müəssisələrinin  çoxunun  illik  dövriyyəsi  250  min 

manatdan çox idi. 8 müəssisənin illik dövriyyəsi 500 min manatdan bir mln manata 

qədər idi. Bakıda illik dövriyyəsi bir mln manatdan çox olan ticarət müəssisələri də 

var  idi.  Azərbaycanda  ticarət  kapitalı  yekcins  deyildi.  Bununla  belə  milli  ticarət 

kapitalı da artıb çoxalırdı. 1897-ci ildə Bakıda yerli tacirlərin illik dövriyyəsi 21,5 

mln manat olub, bütün ticarət dövriyyəsinin 20 faizini təşkil edirdi. Azərbaycanın 

digər  şəhərlərində  və  qəzalarında  isə  üstünlük  Azərbaycanlı  tacirlərə  məxsus  idi. 

XIX  əsrin  sonlarında  Azərbaycanda  ticarət  kapitalının  təmərküzləşməsi  və 

mərkəzləşməsi  prosesi  xeyli  sürətlənmiş,  inhisarçı  ticarət  meydana  gəlib  inkişaf 

etməyə  başlamışdı.  Bu  dövrdə  Bakının  ticarət  müəssisələrinin  saymm  və 

dövriyyəsinin artmasına nisbətən onların mənfəəti daha sürətlə artırdı. 1892-1897-

ci illərdə gakıda ticarət müəssisələrinin sayı 32,5 faiz və illik dövriyyə 207,4 faiz 

çoxaldığı halda, illik mənfəət 417,6 faiz artmışdı. 1897-ci ildə illik mənfəəti 5 min 

manat və ondan çox olan ticarət müəssisələri bütün müəssisələrin 10,9 faizini əhatə 

etdiyi  halda,  ümumi  illik  mənfəətdə  belə  müəssisələrin  payı  87,9  faizi  təşkil 

etmişdi. 

Bakıda  ticarət  evləri  və  səhmdar  cəmiyyətlərinin  sayı  da  sürətlə  artır  və 

fəaliyyət  dairəsi  genişlənirdi.  Bakıda  ilk  ticarət  evləri  70-ci  illərin  başlanğıcında 

təşkil edilmiş və 1893-cü ildə onların sayı 20-yə çatmışdı. 1899-cu ildə Bakıda 38 

ticarət evi var idi. 

Bakıda səhmdar cəmiyyətlərinin də sayı çoxalırdı. 1899-cu ildə burada 24 

səhmdar cəmiyyəti var idi. 

Bakıda  ticarət  kapitalının  təmərküzləşməsi  və  mərkəzləşməsi  prosesinin 

sürətlənməsi  burada  inhisar  ticarətin  yaranıb  inkişaf  etməsinə  səbəb  oldu.  Neft 

sənayesinin  ilk  inkişafı  dövründə  yaranan  ―Bakı  neft  cəmiyyəti‖,  ―Nobel 

qardaşları‖  və  daha  sonra  ―Xəzər-Qara  dəniz‖  kimi  iri  səhmdar  cəmiyyətləri  neft   

icarətində  mühüm  inhisar  təşkilatlarına  çevrilmişdilər.  1894-cü  ildə  Rusiyada  ilk 

neft ixracedici  sindikat  – ―Bakı ağ neft zavod sahibləri ittifaqı‖ yaradıldı. Sindikat 

Rusiyadan  ixrac  edilən  ağ  neftin  98  faizini  öz  əlində  mərkəzləşdirmişdi.  1897-ci 

ildə ―Bakı ağ neft zavod sahibləri ittifaqı‖ dağıldı. Rotşild tərəfindən 1898-ci ildə 

―Mazut‖  cəmiyyəti  təsis  edildikdən  sonra  Nobel  onunla  saziş  bağladı.  Nəticədə 

1900-cü  illərin  lap  başlanğıcında  bu  iki  neft  maqnatı  arasında  kartel  müqaviləsi 

bağlandı.  Azərbaycanın  ticarət  əlaqələrinin  genişlənməsində  mühüm  rol  oynayan 

Bakı limanının mal dövriyyəsi çox böyük sürətlə artırdı. 



1886-1900-cü illərdə aparılan malların miqdarı 59066 min puddan 343959 

min  puda,  gətirilən  malların  miqdarı  isə  6000  min  puddan  30558  min  puda 

yüksəlmişdi [166]. 

1883-cü  ilin  mayında  Bakı-Tiflis  yolunun  işə  düşməsi  Azərbaycanın 

ticarət  əlaqələrinin  genişlənməsinə  güclü  təsir  göstərdi.  1883-1894-cü  illərdə 

Azərbaycanın  başlıca  dəmir  yol  stansiyalarından  aparılan  malların  orta  illik 

miqdarı  44145  min  pud,  gətirilən  malların  miqdarı  isə  9453  min  pud  olmuşdu 

[167]. 


Dəmiryol  vasitəsi  ilə  yalnız  Yelizavetpol  quberniyasından  1889-cu  ildə 

2534 min pud, 1895-ci ildə isə 4613 min pud mal  aparılmış, həmin illərdə müvafiq 

surətdə 1518 min və 3312 min pud mal gətirilmişdi [168]. 

1881-1900-cü  illərdə  Bakıdan  bütün  istiqamətlərdə  aparılan  neft 

məhsullarının  miqdarı  194,4  milyon  puddan  artaraq  443,1  mln  puda  çatmışdı  [169]. 

Azərbaycanın ticarət əlaqələrinin inkişafında pambıq, ipək, yun və şərabla ticarət də 

müəyyən rol oynayırdı. 

Azərbaycanın ipəyi, yunu, biyan kökü, meyvəsi və s. malları da getdikcə daha 

uzaq  bazarlara  gedib  çıxırdı.  XIX  əsrin  sonlarında  Bakı  quberniyasından  aparılan 

yunun miqdarı ildə orta hesabla 75 min pud olurdu [170]. 

Zaqatala  dairəsində  toplanılan  qoz-fındıq  Tiflislə  yanaşı,  Nijni-Novqorod 

yarmarkasında yüksək qiymətə satılırdı. 1884-cü ildə Nijni-Novqorod yarmarkasında 

Zaqataladan aparılan 23 min pud qoz-fındıq satılmışdı [171]. 

XIX əsrin sonlarında Şimali Azərbaycanın İranla ticarəti xeyli inkişaf etmişdi. 

Burdan İrana yerli məhsullar ixrac edilməklə, habelə İrandan buraya yerli tələbatı ödəmək 

üçün müxtəlif mallar idxal olunmaqla bərabər, Azərbaycan Rusiya ilə İran arasında mövcud 

olan  tranzit  ticarətində  də  əhəmiyyətli  rol  oynamaqda  davam  edirdi.  1885-ci  ildə 

Azərbaycan  ərazisində  olan  bütün  gömrükxanalardan  İrana  ixrac  edilən  və  İrandan 

buraya idxal edilən malların dəyəri, 6,8 mln manat olduğu halda, 1895-ci ildə bu, 20,1 

mln manata çatmışdı [172]. 



 

§ 7. KREDĠT-BANK MÜƏSSĠSƏLƏRĠ 

 

Şimali  Azərbaycanın  kredit-bank  sistemi  Ümumrusiya  kredit-bank 



sisteminin bir hissəsi kimi formalaşır və inkişaf edirdi. 

Bütövlükdə  Şimali  Azərbaycanın  kredit-bank  şəbəkəsi  Rusiya  banklarının 

(həm  dövlət,  həm  də  səhmdar),  bankir  evləri,  qarşılıqlı  kredit  cəmiyyətləri,  şəhər 

kredit  cəmiyyətləri,  xəzinə,  əmanət  kassaları,  xırda  kredit  birlikləri,  borc-əmanət 

birliklərinin, şöbələrinin, həmçinin öz əməliyyatlarını Şimali Azərbaycanda aparan 

dövlət və səhmdar torpaq banklarının açılması nəticəsində meydana gəldi. 

Bankların,  bankir  evlərinin,  xəzinələrin,  qarşılıqlı  kredit  cəmiyyətlərinin, 

şəhər kredit cəmiyyətlərinin cəmləşdikləri əsas yerlər Bakı, Gəncə, Nuxa, Şuşa, Culfa 




Yüklə 4,04 Mb.

Dostları ilə paylaş:
1   ...   98   99   100   101   102   103   104   105   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə