Azərbaycan miLLİ elmlər akademiyasi a. Bakixanov adina tariX İnstitutu



Yüklə 4,04 Mb.
Pdf görüntüsü
səhifə104/189
tarix24.12.2017
ölçüsü4,04 Mb.
#18030
1   ...   100   101   102   103   104   105   106   107   ...   189

daha  güclü  axını  sənayesinin  və  onun  məhsulları  ilə  ticarətə  yönəlmişdi.  Ölkə 

iqtisadiyyatının  müxtəlif  sahələri  arasında  əlaqələri  gücləndirən  banklar  ödəmələr 

zamanı  həyata  keçirdikləri  vasitəçi  rolundan  tədricən  kapitalist  təsərrüfat 

sisteminin mərkəzinə çevrilirdi. 

 

§ 8. ġƏHƏRLƏR 

 

XIX  yüzilliyin  ikinci  yarısında  Şimali  Azərbaycanda  12  şəhər  var  idi. 

Şəhərlərin  inkişafı  və  ölkənin  sosial-iqtisadi  və  siyasi  həyatında  rollarının 

yüksəlməsi  onların  əhalisinin  sayının  artmasına  təsir  göstərirdi.  50-60-cı  illərdə 

yenə  əvvəlki  kimi  əhalisi  daha  çox  olan  ən  iri  mərkəzlər  25,6  min  əhalisi  olan 

Şamaxı,  sonra  Nuxa  (23,3  min),  Şuşa  (19,3  min),  Gəncə  (14,9  min),  Bakı  (12,3 

min),  Quba  (11,2  min)  və  s.  şəhərlər  idi  [179].  Bu  illərdə  şəhər  əhalisinin  143,5 

min nəfərə çatırdı ki, bu da Azərbaycanın bütün əhalisinin 12,4 faizini təşkil edirdi. 

XIX  yüzilliyin  sonunda  şəhərlərin  əhalisi  xeyli  artışdı.  İri  sənaye 

mərkəzlərinin  görünməmiş  inkişafı  bir  sıra  yeni  sənaye  mərkəzlərinin  əmələ 

gəlməsi islahatdan sonrakı dövrün ən xarakterik əlamətlərindən biri idi. 

1897-ci  ildə  şəhər  əhalisinin  sayı  270  minə  çatmışdı  ki,  bu  da  artıq 

Azərbaycanın  bütün  əhalisinin  14,5  faizini  təşkil  edirdi.  Bakı  quberniyası 

əhalisinin  sayı  sürətlə  artırdı.  XIX  yüzilliyin  sonlarına  yaxın  buradakı  şəhərlərdə 

quberniyanın  bütün  əhalisinin  20  faizi  yaşayırdı  ki,  bu  da  müvafiq  Ümumrusiya 

göstəricisindən xeyli yüksək idi [180]. 

Ümumrusiya  əhəmiyyətli  iri  mərkəzlərə  çevrilən  Bakı  və  Gəncə 

şəhərlərində əhali daha sürətlə artırdı. 1897-ci ildə Bakının əhalisi 11,9 min nəfər 

təşkil  edirdi,  daha  doğrusu,  1867-ci  illər  müqayisədə,  demək  olar  ki,  on  dəfə 

artmışdı. Həmin müddət ərzində 33,6 min nəfər adam yaşayan Gəncənin əhalisi 2,2 

dəfə artmışdı. 

Bu  dövrdə  Nuxada  24,7  min,  Şuşada  25,8  min,  Qubada  15,3  min, 

Naxçıvanda  8,7  min,  Lənkəranda  8  min,  Ordubadda  7  min  nəfər  əhali  yaşayırdı. 

Şamaxı şəhərinin əhalisi 6 min nəfər azalmışdı. Bu kənarda qalması və 1859-u il 

zəlzələsi,  quberniya  inzibati  idarələrinin  buradan  Bakıya  köçürülməsi  ilə  əlaqədar 

idi. 


Bütövlükdə  isə  şəhər  əhalisinin  artım  sürəti  əhalinin  ümumi  artım  sürəti 

ilə  müqayisədə  xeyli  yüksək  idi.  Şəhərlərin  sayı  2  dəfə  artdığı  halda,  Şimali 

Azərbaycanın bütün əhalisinin sayı 1,5 dəfədən az artmışdı. 

Əhalinin sürətli illik təbii artımı dövrün  ümumi  meyli idi.  1894-cü ildən 

1898-ci ilə qədər, daha doğrusu 5 il ərzində təbii artım Bakıda 2 min nəfər, Gəncə 

və Naxçavanda 1,5 min, Şuşada isə 1,3 nəfər təşkil etmişdi [181]. 

Kapitalist  sənayesinin  inkişaf  etdiyi  şəhərlər  üçün  fəhlə  kadrlarının  artım 

mənbəyi olan kəsbkarlıq xarakterik  hal idi. Əsas  hissəsini  Cənubi  Qafqazın ayrı-

ayrı  rayonlarının,  Dağıstanın,  Orta  və  Aşağı  Volqaboyunun  və  Rusiyanın  bəzi 



digər  mərkəzi  quberniyalarının  müflisləşməsi  kəndliləri,  həmçinin  Cənubi 

Azərbaycanın  şimal-qərb  vilayətlərindən  çıxmış  kəsbkarlar  təşkil  edən  gəlmə 

əhalinin  xüsusi çəkisi böyük şəhərlərdə  xüsusilə  yüksək idi.  Belə  ki,  1897-ci  ildə 

Bakıda  gəlmə  əhali  əhalinin  ümumi  sayının  64%-ni,  Gəncədə  28%-ni,  Şamaxıda 

16%-ni  təşkil  edirdi.  Həm  də  Bakıda  gəlmə  əhali  daha  gənc  yaş  qrupunu  təşkil 

edirdi  ki,  bunun  da  nəticəsində  şəhər  əhalisi  içərisində  gənc  əhali  üstünlük  təşkil 

edirdi. Bu, neft sənayesinin inkişafı, bu sahəyə güclü işçi qüvvəsinin axını ilə bağlı 

idi. Neft istehsalatında məşğul olan əhali, sənayenin digər sahələrində məşğul olan 

əhaliyə  nisbətən  daha  intensiv  artırdı.  Bütövlükdə  yerli  əhali  Azərbaycan 

şəhərlərində yaşayan əhalinin 63%-ni, gəlmə əhali isə 37%-ni təşkil edirdi. 

Gəlmə  əhalinin  ümumi  kütləsi  içərisində  Şimali  Azərbaycanın  müxtəlif 

qəzalarından  olan  mövsimi  fəhlələrin  xüsusi  çəkisi  daha  yüksək  idi.  Onların 

sənayeyə ilk növbədə daimi iş və əmək haqqı cəlb edirdi. 1880-ci ildən onların sayı 

ildə  30-35  min  nəfərə  çatmışdı.  1897-ci  ildə  Bakı  quberniyasının  şəhərlərində 

işləyən  fəhlələrin  ümumi  sayının  yalnız  34%-i  yerli  əhalidən,  10,3%-isə 

Yelizavetpol quberniyasından çıxanlardan ibarət idi. Yerdə qalanlar, daha doğrusu, 

şəhər  əhalisinin  ümumi  sayının  yarısından  çoxu  Rusiyadan,  Dağıstandan,  İrəvan 

quberniyasından və Cənubi Azaərbaycandan gələnlər idi [182]. 

Şəhər  əhalisinin  milli  tərkibində  azərbaycanlılar  üstün  mövqe  tuturdular. 

Onlar əhalinin 53%-ni təşkil edirdi. Digər millətlərin xüsusi çəkisi yüksək deyildi, 

bununla  belə,  artıq  XIX  yüzilliyin  ikinci  yarısında  çoxmillətliliyin  özəyi 

yaranmağa başladı [183] 

Kapitalist  münasibətlər inkişaf edib dərinləşdikcə,  şəhər  əhalisinin sosial 

tərkibində ciddi dəyişikliklər baş verdi. Hakim təbəqələrin xüsusi çəkisi o qədər də 

yüksək  deyildi.  Belə  ki,  tərkibinə  xanların,  bəylərin  və  rus  zadəganlarının 

nümayəndələrinin daxil olduğu qrupun sayı çox cüzi idi. 1870-ci ildə onların sayı 

6600 nəfəri təşkil edirdi ki, bu da şəhər əhalisindən 4,6%-i və Azərbaycanın bütün 

əhalisinin  0,6%-i  qədər  idi.  XIX  yüzilliyin  sonunda  onların  sayı  2,3  dəfə 

artaraq,15,3  min  nəfərə  çatsa  da,  xüsusi  çəkiləri  yenə  cüzi  idi  və  1897-ci  ildə 

şəhərlilərin  5,6%-ni,  bütün  əhalisi  isə  90,8%-ni  təşkil  edirdilər  [184].  Eyni 

zamanda  onların  sayı  qəzalara  nisbətən,  demək  olar  ki,  bütün  şəhərlərdə  az  idi. 

Bakı  və  Şamaxı  şəhərləri  müstəsnalıq  təşkil  edirdilər.  Bu  şəhərlərdə  əhalinin 

göstərilən qrupunun sayı həmin qəzadakılara nisbətən çox idi. 

Muzdlu  əməkdən  istifadə  edən  sənaye,  nəqliyyat,  ticarət.  Müəssisə  və 

təşkilatların sahibləri və kapitaldan gələn gəlirdən istifadə edən  qrup da kiçik idi. 

Məsələn,  XIX  yüziliyin  əvvəlində  Bakıda  onlar  şəhərin  iş  qabiliyyətli  əhalisinin 

yalnız  6,5  faizini  təşkil  edirdi.  Lakin  Bakı  zəhmətkeşlərinin  amansız  istismarı 

hesabına  yaradılmış  maddi  sərvətlərin  xeyli  hissəsi  onlara  mənsub  idi.  Neft 

sənayesi  burjuaziyasının  simasında  şəhərin  istismarçı  yuxarı  təbəqəsi  mədənlərə, 

fabrik  və  zavodlara,  gəmilərə,  ticarət  müəssisələrinə  malik  idi.  Onların  arasında 

tacirlər müəyyən yer tuturdular. Həm də onlar Nuxa, Lənkəran, Naxçıvan, Ordubad 



Yüklə 4,04 Mb.

Dostları ilə paylaş:
1   ...   100   101   102   103   104   105   106   107   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə