kimi ticarət şəhərlərində xüsusilə çox idilər. XIX yüzillyin sonunda şəhərlərin
bütövlükdə 30 min tacir yaşayırdı ki, onlar da şəhər əhalisinin 11%-ni təşkil
edirdilər [185]. Həm daxili, həm də xarici topdan-satış ticarətilıə məşğul olan
birinci gildiya tacirlərinin əsas hissəsi Bakıda cəmləşmişdi. Yerdə qalan bütün
digər şəhərlərdə II gildiya hissəsini isə xırda ticarətlə məşğul olan şəxslər təşkil
edirdilər.
Şəhərlərin
xırda
burjuaziyası,
hər
şeydən
əvvəl,
sənətkar
emalatxanalarının, kiçik ticarət müəssisələrinin, nəqliyyat (at-araba) vasitələri
sahiblərindən və s. ibarət idi. Kənd təsərrüfatı ilə əlaqədar kəsmiş şəhərlilərin xeyli
hissəsi də burjuaziyaya aid idilər. 1870-ci ildə onların sayı 100 min nəfərə çatırdı
ki, bu da Şimali Azərbaycanda şəhər əhalisinin əksəriyyətini təşkil edirdi. 1897-ci
ildə onların sayı 68 min nəfərə enərək, şəhər əhalisinin ümumi sayının yalız 25%-
ni təşkil edən zaman mənzərə əsaslı surətdə dəyişdi [186]. Bu onu göstərirdi ki,
şəhərlər getdikcə daha çox özlərinin xarakterini itirir, yeni sənaye görünüşü
alırdılar. Kənd təsərrüfatı ilə məşğuliyyət artıq şəhər əhalisinin əsas məşğulliyət
artıq şəhər əhalisinin əsas məşğulliyyət sahəsi olmayıb, köməkçi xarakter daşıyırdı.
Şəhərlilərin təsərrüfat fəaliyyətinin əsasd növləri isə sənətkarlıq, ticarət və sənaye
istehsalı idi.
XIX yüzilliyin ikinci yarısında başlayan sənaye-texniki tərəqqi
ziyalılarının sayının artmasına kömək etdi. Belə ki, məhsuldar qüvvələrin inkişafı
və zehni əməyin tətbiq edildiyi sahələrin genişlənməsi alimlərin, mühəndislərin,
texniklərin və digər mütəxəssislərin çoxalmasını tələb edirdi, dövlət aparatının və
ölkənin ictimai strukturunun genişlənməsi isə ideloji funksiyaları yerinə yetirən
məmurların, qulluqçuların və ziyalıların artmasına təkan verdi. XIX yüzilliyin
sonunda ziyalılar aşağıdakı əsas sosial qruplardan ibarət idi: zadəgan-mülkədar,
burjua, xırda burjua ziyalıları [187].
Ziyalıların xeyli hissəsi iri şəhərlərdə, başlıca olaraq Bakı və Gəncədə
toplanmışdı. Onlar öz tərkibinə görə yekcins deyildi. Peşə mənsubiyyəti
baxımından Şimali Azərbaycan ziyalıları aşağıdakılardan ibarət idi: 1) maddi
istehsal sahəsində işləyən ziyalılar (mühəndislər, texniklər, poçt-teleqraf və
dəmiryol qulluqçuları, kənd təsərrüfatı mütəxəssisləri); 2) mədəniyyət sahəsində
çalışan ziyalılar (maarif və tibb işçiləri, alimlər, ədiblər, rəssamlar və b.); 3) dövlət
(inzibati, məhkəmə və digər müəssisələrin məmurları, şəhər və zadəgan məmurları,
sənaye və ticarət müəssisələrinin inzibati işçiləri, hüquqşünaslar və b.). Şimali
Azərbaycan şəhərlərində yuxarıda adları çəkilən peşələrin 35 min nümayəndəsi
yaşayırdı ki, bu da bütün şəhər əhalisinin 13%-ni təşkil edirdi [188].
Cəmiyyətin sosial strukturunda sayı 2 min nəfər olan və yaxud şəhərlilərin
1,4 və ölkə əhalisinin 0,2%-ni təşkil edən ruhanilər mühüm yer tutmaqda davam
edirdilər. 1897-ci ildə onların sayı 1500 nəfərə qədər azalaraq şəhərlilərin 0,55
faizini və Şimali Azərbaycanın bütün əhalisinin 0,8 faizini təşkil etdi [189].
İş qabiliyyətli şəhər əhalisinin bir hissəsini fəhlələr təşkil edirdilər.XIX
yüzilliyin sonunda Bakıda onun xüsusi çəkisi çox yüksək idi və şəhər əhalisi
arasında da fəhlələr böyük yer tuturdu. XIX yüzilliyin sonlarında Şimali
Azərbaycanın çoxmillətli fəhlə sinfi təşəkkül tapmışdı.
Əmtəə kapitalist münasibətlərinin inkişafı ilə şəhərlərin ixtisaslaşması da
baş verirdi. Bakı dünya neft sənayesinin mərkəzinə, Rusiyanın dəniz və dəmir yolu
daşımalarının ən mühüm məntəqələrindən birinə, böyük tranzit və ticarət, maliyyə
və kredit müəssisələrinin inkişaf etdiyi mərkəzə çevrilirdi.
Gəncə ticarət mərkəzi olmaqla yanaşı, həm də mühüm yol daşımaları,
şərab, konyak və spirt istehsalı məntəqəsi idi. Nuxada ipək sənayesi və ticarət daha
yüksək sürətlə inkişaf edirdi. Şuşada ipək, yun istehsalı və xalçaçılıq, Qubada
xalçaçılıq, Lənkəranda balıq sənayesi yayılmış, Şamaxıda ipəktoxuma istehsalı və
şərabçılıq cəmləşmişdi. Yerdə qalan şəhərlər, o cümlədən Naxçıvan, Ordubad
əsasən ticarət əhəmiyyətini qoruyub saxlayırdı.
Şimali Azərbaycan şəhərlərində sənaye və ticarət müəssisələrinin sayı
xeyli artmışdı. 1900-cü ilə yaxın onların ümumi sayı 10 min müəssisəyə, o
cümlədən Bakıda 4365-ə, Gəncədə 1425-ə, Nuxada 810-a, Şuşada 708-ə,
lənkəranda 485-ə çatmışdı [190].
Şəhərlərin ümumi xərcləri içərisində məcburi xərclər – müxtəlif dövlət
müəssisələrinin, polisin, ordunun və s. saxlanılması birinci yerdə dururdu.
Şəhərlərin abadlaşdırılmasına ayrılan xərclər vacib olmayan xərclər sırasına aid
edilirdi, onun miqdarı az idi və daima ixtisar edilirdi. Belə ki, 1879-1882-ci illərdə
Bakı şəhərinin abadlaşdırılmasına bütün xərclərin 40-faizi ayrılmışdı, 1883-1888-ci
illərdə bu, 15, 1895-1899-cu illərdə isə 12 faizə qədər azalmışdı.
Səhiyyə maarif və digər ictimai ehtiyaclara ayrılan vəsait çoz cüzi idi.
Şimali Azərbaycanda kapitalist sənayesinin inkişafı ilə əlaqədar istesalatda savadlı
işçilərə ehtiyac yarandı. Şəhərlərdə ilk peşə məktəbləri təsis olundu. Lakin
ümumtəhsil məktəbləri kimi peşə məktəblərinin də sayı çox deyildi. İşin belə
təşkili şəraitində şəhər əhalisi arasında savadlıların faizi aşağı olaraq qalmaqda
davam edirdi. Bakıda o, 1897-ci ildə 32,3 faiz, Şuşada 25 faiz, Gəncədə 23,3 faiz,
digər şəhərlərdə isə daha aşağı idi [191].
Kapitalist sənaye mərkəzləri olan görkəmli şəhərlərin xarici
görünüşlərində də diyişikliklər baş verirdi. Onlarda daş binalar üstünlük təşkil edir,
ticarət-sənaye burjuaziyasının nümayəndələrinə mənsub olan üç və dördmərtəbəli
yaraşıqlı mülklərin tikintisi başlanırdı. Şəhərlərdə onlar üçün səciyyəvi olan məscid
və kilsələrdən əlavə, yeni müəssisələr – teleqraf, poçt və elektrik stansiyaları, təhsil
müəssisələri tikilir, yaşıllıqlara, bağ və parkların salınması, küçələrin
işıqlandırılması yaxşılaşırdı.
Şəhər nəqliyyatı geridə qalırdı. Yalnız 1889-cu ildə Bakıda konka (at
dəmiryolu) fəaliyyətə başladı. Su ilə təchizat yarıtmaz halda idi. Şəhərlərdə
kanalizasiya yox idi, antisanitariya hökm sürürdü.