Azərbaycan miLLİ elmlər akademiyasi a. Bakixanov adina tariX İnstitutu



Yüklə 4,04 Mb.
Pdf görüntüsü
səhifə108/189
tarix24.12.2017
ölçüsü4,04 Mb.
#18030
1   ...   104   105   106   107   108   109   110   111   ...   189

həyətlərlə  istifadə  şəraitində  verdikləri  borcu  sanballı  girovlarla  təmin  etmək  və 

müflisləşmiş kəndlilərin torpaqlarını su qiymətinə almaq imkanı əldə edirdilər. 

Qeyd  etmək  lazımdır  ki,  qəti  bölgüdən  sonra  birdəfəlik  olaraq  bu  və  ya 

digər  kəndlinin  daimi  istifadəsinə  keçmiş  torpaqlar  bəzi  rəsmi  sənədlərdə  sahə-

həyətyanı  torpaqlar  sayılmır  və  icma  mülkü  adlandırılırdı.  Lakin  bu  da  torpaq 

sahələrini  ələ  keçirmiş  adamlara  özlərini  bu  torpaqların  tamhüquqlu  sahibi 

saymağa mane olmurdu. 

Qəti  bölgülərdən  sonra  yaranan  həyət-malikanə  torpaqlarından  başqa 



sahə-həyətyanı  torpaqlar  da  var  idi.  Kəndlilərin  xeyli  maddi  və  pul  vəsaiti  sərf 

etdikləri  torpaq  sahələri  sahə-həyətyanı  torpaqlar  sayılırdı.  Bu  torpaqlar  dövlət 

kəndlilərinin  nəsli  istifadəsində  qalırdı.  Müəyyən  bir  torpaq  sahəsinin  onu  birinci 

olaraq əkinə yararlı hala salmış adamın nəsli istifadəsinə verilməsi kimi cəmiyyətdə 

mövcud  olan  qayda  Şimali  Azərbaycanın  dövlət  kəndində  sahə-həyətyanı 

torpaqlarının  meydana  çıxmasının  digər  səbəbi  idi.  Dövlət  torpaqlarının  sadəcə 

çəpərlənməsi  və  onların  intensiv  surətdə  becərilməsi  yolu  ilə  sahə-həyətyanı 

torpaqlarının yaranması kifayət qədər geniş yayılmışdı. Həyətyanı torpaq sahibliyi 

də  bu  yolla  yaranırdı:  kəndlilər  meşələri  təmizləyir,  onu  əkinlərə  və  bağlara 

çevirirdilər.  Onlar  hesab  edirdilər  ki,  torpağı  meşədən  təmizləmək  üçün  sərf 

etdikləri  zəhmət  onlara  bu  torpaq  sahəsindən  təkbaşına  istifadə  etmək  hüququ 

verir. 


Dövlət kəndliləri həyətyanı, biçin və bağ torpaqlarından istifadə hüququnu 

öz xüsusi mülkiyyətləri kimi satırdılar, özü də alıcı vergi və rüsumları ödəmək üzrə 

satıcının  bütün  təhəddüdlərini  öz  üzərinə  götürürdü.  Lakin  əkin  torpaqlarından 

istifadə hüququnun da satılması halları baş verirdi. Belə torpaqların alğı-satqısı əsasən 

eyni bir icmanın üzvləri arasında baş verir və buna görə də satılan torpaqlar bu icmanın 

tərkibindən  kənara  çıxmırdı.  Lakin  torpaqlardan  istifadə  hüququnun  digər  kəndlərin 

sakinlərinə və hətta şəhərlilərə satılması halları da var idi. ―Rayonda kəndlilərin ictimai 

torpaq  münasibətləri  torpaq  barəsində  ancaq  xüsusi  mülkiyyətçilər  arasında  baş  verə 

biləcək alğı-satqının tamamilə sərbəst surətdə həyata keçirilməsinə yol verir. Torpaqların 

girov qoyulması və alınıb-satılması burada (Lənkəran qəzasında)  geniş  yayılmışdır‖ [7]. 

Torpaqların əsas alıcıları varlı kəndlilər və bəylər idi [8]. 

Torpaqların  satışı,  yazılı  müqavilələrsiz,  torpağın  faktiki  olaraq  başqasına 

verilməsi  yolu  ilə  həyata  keçirilirdi.  Lakin  bəzən  alıcıda  qəbalə  şəklində  adicə 

imzalanmış  kağız  qalırdı  ki,  burada  da  hansısa  kəndlinin  hansısa  kəndliyə  nə  qədər 

torpağı  hansı  qiymətə  satdığı  qeyd  olunurdu.  Adətən  torpaqdan  istifadə  və  torpaq 

sahibliyi hüququ bir parça kağızdakı bu cür qəbzlərlə satılırdı. 

XIX  yüzilliyin  sonunda  Bakı  qəzasında  xüsusən  çox  torpaq  satılmışdı.  1897-

1899-cu illər ərzində Bakı qəzasının kəndlərində 1000-dən artıq torpaq sahəsinin alğı-

satqısı olmuşdur [9]. Dövlət kəndliləri təkcə öz həyətyanı torpaqlarını deyil, hətta əkin 

torpaqlarını da satır və girov qoyurdular. Kəndlilər öz torpaqlarını satmaqdan başqa, onu 

müəyyən haqq müqabilində icarəyə də verirdilər. 



XIX  yüzilliyin  40-cı  illərindən  dövlət  torpağından  istifadə  müqabilində 

kəndlilərdən  pulla  haqq  almırdı.  Hələ  feodal  rentası  şəklində  olan  bu  haqq  tədricən 

dövlət vergisi formasını aldı. Kəndlilər torpaqlardan istifadəyə görə icarədarlar kimi icarə 

haqqı ödəyirdilər. Rəsmi çar sənədlərində dövlət torpaqlarından istifadə edən kəndlilərin 

təsərrüfatları xüsusi təsərrüfatlar sırasına şamil edilirdi [10]. 

Xüsusi  sahibkar  kəndinə  gəldikdə  isə  pay  torpaqları  kəndlilərin  ixtiyarına 

verilmişdi.  Hərçənd  ki,  onlar  əvvəlki  kimi  torpaq  sahibkarı  olan  bəydən  iqtisadi 

asılılıqda qalaraq, onların xeyrinə mükəlləfiyyətlər yerinə yetirməli idilər. 

Həm dövlət, həm də sahibkar kəndində icarə geniş yayılmışdı. Torpağı bəylər, 

varlı  kəndlilər  və  öz  pay  torpaqlarını  becərmək  imkanı  olmayan  kəndlilər  icarəyə 

verirdilər. 

İcarə  adətən  qısamüddətli olurdu,  lakin  uzunmüddətli  icarə  də  mövcud  idi. 

Qısamüddətli icarə müqaviləsi 1-3, uzunmüddətli isə 2-30 ilə və daha uzun müddətə 

bağlanılırdı.  Şimali  Azərbaycan  rayonlarında  ən  çox  yayılmış  uzunmüddətli  icarə 

müqavilələri təxminən 7-12 illə məhdudlaşırdı. İcarənin ən geniş yayılmış forması bir 

neçə növdə təmsil olunmuş natural (məhsul) icarə idi. Bu növlərdən birincisi və ən 

geniş yayılanı pay icarəsi, paydarlıq idi. Bu icarə zamanı kəndli mülkədardan icarə 

olunmuş  torpağı  öz  alət  və  iş  heyvanları  ilə  becərir  və  məhsulun  bir  hissəsini 

mülkədara  verirdi.  İcarənin  digər  forması  pul  icarəsi  idi.  Məhsulun  bölünmədiyi 

torpaq  sahibinin  əvvəlcədən  müəyyən  edilmiş  məlum  haqqı  pulla  aldığı  torpaq 

icarəsi halları pulla torpaq icarəsinə keçid idi. Kəndlilərin əksər kütləsi ona görə pulla 

icarəyə can atmırdı ki, nəğd pul tapmaq onlar üçün çətin idi, özü də icarədar kəndli 

bu pulu əksər hallarda əvvəlcədən - məhsul yığımınadək ödəməli idi. 

Pulla  icarə  başlıca  olaraq  kəndin  həmişə  nəğd  pula  malik  olan  və  torpağı 

nisbətən  uzun  müddətə  icarəyə  götürən  varlı  təbəqələr  içərisində  yayılmışdı.  Pulla 

icarə şəraitində natural münasibətlər  tədricən bəy  və icarədar kəndlilər arasında pul 

münasibətləri  formasını  alırdı.  Belə  şəraitdə  icarədarların  varlı  hissəsi  aztorpaqlı 

kəndlilərin  hesabına  öz  icarə  sahələrini  genişləndirir  və  beləliklə  də,  muzdlu 

fəhlələrin  -  torpaqsız  və  aztorpaqlı  kəndlilərin  əməyini  istismar  edən  kapitalist 

icarədarlar  meydana çıxırdılar. 



Su  sahibliyi  və  sudan  istifadə.  Bu  dövrdə  Şimali  Azərbaycan  3  milyon 

desyatin əkin üçün əlverişli torpağın 2 milyon desyatindən çoxunun suya ehtiyacı olan 

bir ölkə idi. Kür və Araz çayları vadilərində süni suvarmasız becərmək qeyri-mümkün 

idi. Cənubi Qafqazm şərqində, aran yerlərində əhalinin rifahı torpağın böyüklüyündən 

deyil, suvarma suyunun qədərindən asılı idi [11]. 

Şimali Azərbaycan suvarma üçün zəngin su ehtiyatına malikdi; su ehtiyatının 

çox hissəsini çaylar, bulaqlar, qara su, təbii nohur və s. təşkil edir. Bütün Şərqdə olduğu 

kimi, Şimali Azərbaycanda da başlıca suvarma mənbəyi çaylardan ibarətdir. Bu dövrdə 

Cənubi Qafqazda 181 çayın [12] 131-i [13] Şimali Azərbaycan ərazisində axırdı. Kür və 

Araz  su  ehtiyatına  görə  Şimali  Azərbaycanın  ən  iri  çayları  idi.  Şimali  Azərbaycanda 

suvarma  əsas  etibarilə  arxlar  vasitəsilə  təşkil  edilirdi.  1880-1890-cı  illərdə  Şimali 



Yüklə 4,04 Mb.

Dostları ilə paylaş:
1   ...   104   105   106   107   108   109   110   111   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə