Azərbaycan miLLİ elmlər akademiyasi a. Bakixanov adina tariX İnstitutu



Yüklə 4,04 Mb.
Pdf görüntüsü
səhifə109/189
tarix24.12.2017
ölçüsü4,04 Mb.
#18030
1   ...   105   106   107   108   109   110   111   112   ...   189

Azərbaycanda  arxların  sayı  1000-ə  çatırdı.  Bu  arxların  böyük  əksəriyyəti  Yelizavetpol 

quberniyasında  idi.  Kəndlilər  suvarma  vasitəsi  kimi  kəhriz  və  su  anbarlarından  da 

islifadə edirdilər.  1884-cü ildə Yelizavetpol, Şuşa, Naxçıvan, Qazax qəzalarında 497 

kəhriz qeydə alınmışdı [14]. 

Quraqlıq zamanı susuz qalan arxları su ilə təmin etmək üçün güclü yağış, 

yaxud çayların suyu çox olan vaxtda suları, ehtiyat mənbəyi kimi, saxlamaqdan ötrü 

su anbarları tikilirdi. Şimali Azərbaycanda belə anbarların sayı 158-ə çatırdı [15]. 

Şimali  Azərbaycanda  bütün  suvarılan  əkinlərin  sahəsi  582,856  desyatinə 

çatırdı  [16].  Bu,  suvarma  vasitəsilə  əkilməyə  yararlı  olan  bütün  torpaqların  cəmi 

dörddə birindən bir qədər çoxunu təşkil edirdi. 

Suvarma vasitələrinin çox hissəsi xüsusi sahibkarların əlində toplanmışdı. 

Muğanda Şirvan xanlarına mənsub olan, Araz çayından başlanğıc götürən Qızılarx və 

Xakiarx  kimi  iri  suvarma  sistemləri  ilə  yüz  min  desyatindən  çox  torpaq  suvarılırdı. 

Sudan istifadə xalq adəti ilə nizama salımrdı. Bu adətdən istifadə etməkdə dövlət və 

sahibkar kəndliləri eyni hüquqa malik idilər. Xalq adəti təbii axar sulan əhalinin ümumi 

əmlakı hesab edirdi [17]. 

Təbii  sulardan  bərabər  istifadə  hüququ  bütün  Şərqdə  olduğu  kimi,  Şimali 

Azərbaycanda da sahil hüququnun olmaması ilə əlaqədar idi. Yəni çayın sahilinə yaxın 

olan kənd cəmiyyətləri və xüsusi sahibkarlar torpaqlarını suvarmaq üçün çayın sahilindən 

xeyli uzaq olanlarla eyni dərəcədə sudan istifadə etmək hüququna malik idilər [18]. 

Təbii  suların  əksinə  olaraq  arx,  kəhriz,  su  anbarı,  su  quyusu  və  s.  ilə  yer 

üzərinə  çıxarılan  sular  həmin  suvarma  vasitəsinin  inşasında  iştirak  edən  torpaq 

sahiblərinin  və  kənd  cəmiyyətlərinin  xüsusi  mülkiyyəti  hesab  olunurdu.  Adətə  görə, 

ayrı-ayrı şəxslər və kənd cəmiyyətləri tərəfindən çəkilən arxın suyundan heç bir yad 

şəxsin  və  kənd  cəmiyyətinin  istifadə  etməyə  ixtiyarı  yox  idi.  Arxın  çəkilməsində 

iştirak edən kənd cəmiyyətinin üzvləri sərf olunan əməyə  və  vəsaitin qədərinə  görə 

sudan istifadə etmək hüququ alırdılar. Çayda, arxda axan suyun qabağını kəsib, özünə 

çoxlu su payı götürmək və s. ciddi surətdə qadağan edilirdi [19]. 

Şimali Azərbaycan kəndində suvarma suyunun növbə ilə bölüşdürülməsi bir 

neçə mərhələdən ibarət idi. İlk mərhələdə suvarma suyu kənd cəmiyyətləri arasında, 

sonra  hər  cəmiyyətə  daxil  olan  kəndlər  arasında,  nəhayət,  son  mərhələdə  isə  hər 

kəndin  payına  düşən  suvarma  suyu  əvvəlcə  həyət  qrupları,  sonra  isə  hər  qrupun 

daxilində  olan  həyətlər  arasında  bölüşdürülürdü.  Həyətlər  suvarma  suyunu 

bölüşdürmək  üçün  öz  aralarında  qruplar  təşkil  edirdilər.  Şimali  Azərbaycan 

kəndində bu qrupların dağ, təsnək, kəşkəl, göz. dəngə və s. növü məlum idi [20]. 

―Dəngə‖ suvarma qrupu Bakı, ―göz‖ qrupu Yelizavetpol, ―dağ‖ qrupu isə Naxçıvan 

qəzasında  yayılmışdı.  Suvarma  suyu  çox  yerdə  həyətlərin  sayına  görə  bölünürdü. 

Lakin  təbəqələşmənin  qüvvətlənməsi  ilə  əlaqədar  hər  həyətin  əkin  sahəsinin 

bərabər  olmaması,  suvarma  suyuna  tələbatın  artması  vəs.  suvarma  suyunun 

həyətlərin  sayına  görə  bölüşdürülməsində  böyük  çətinlik  törədirdi.  Buna  görə  də 




təbəqələşmə nəticəsində qüvvətli. torpağı nisbətən çox olan kəndlərin əhalisi suyun 

həyətlərin sayına görə deyil, torpağın sahəsinə görə bölüşdürülməsini tələb edirdi. 

Qəzaların  çoxunda  suvarma  suyu  qeyri-bərabər  bölüşdürülürdü.  Lənkəran 

qəzasında  çəltik  təsərrüfatının  geniş  yayılması  sudan  istifadə  qaydasını  başqa 

qəzalara  nisbətən  daha  da  mürəkkəbləşdirmişdi;  çəltik  plantasiyalarının 

genişlənməsi  ilə  suya  tələbatın  anması  nəticəsində  burada  həmçinin  başqa 

qəzalarda  suvarma  suyu  nəinki  qeyri-bərabər  bölüşdürülürdü,  su  payının 

oğurlanması,  zəbt  edilməsi,  su  üstündə  dava-dalaş  düşməsi  və  s.  adi  hal  olmuşdu 

[21]. 

Suvarma  suyunun  düzgün  bölüşdürülməməsi,  su  üzərində  hüququ  və  sudan 



istifadə qaydalarını rəsmiləşdirən heç bir qanunun olmaması, bunların hələ də xalq 

adət-ənənələrinə  əsaslanması  suvarma  təsərrüfatında  böyük  qarmaqarışıqlıq  və 

hərc-mərclik yaratmışdı. 

Suvarma suyunun bölüşdürülməsini təşkil edən inzibati şəxslər - mirab və 

cuvarlar  da  varlı  kəndlilərin  mənafeyini  müdafiə  edirdilər.  Mahallarda  bütün  bu 

işlər  suvarma  təsərrüfatına  rəhbərlik  mirabların  əllərində  mərkəzləşmişdi.  Onun 

başlıca  vəzifəsi  baş  arxlar  vasitəsilə  suyun  kənd  cəmiyyətləri,  onların  tərkibinə 

daxil  olan  kəndlər  arasında  bölüşdürülməsinə  nəzarət  etməkdən,  sudan  istifadə 

növbəsini nizama salmaqdan və cuvarların işinə nəzarətdən və s. ibarət idi. Cuvarlar 

isə  arxların  texniki  vəziyyətinə,  bir  arxdan  istifadə  edən  bir  və  ya  bir  neçə  kəndin 

sudan istifadə qaydasına, həmin kənddə həyətlərin arasında suyun bölüşdürülməsinə 

nəzarət edirdilər. 

1890-cı  il  dekabrın  3-də  Cənubi  Qafqazda  torpaqların  suvarılması  işində 

hüquqi  əsaslar  və  qayda-qanun  yaratmaq  məqsədilə  ―Sudan  istifadə  haqqında 

Əsasnamə‖  qəbul  edildi.  Bu,  Cənubi  Qafqazda  su  sahibliyi  və  sudan  istifadənin 

hüququ əsaslarını, suvarma işlərinə nəzarət edən idarələrin quruluşunu, bu idarələrin 

vəzifəli şəxslərinin  hüquqlarını, görüləcək işləri müəyyən etdi. 

―Əsasnamə‖ su üzərində xüsusi mülkiyyətin ləğv olunmasını elan etdisə də, 

o, əslində iri mülk sahiblərinin mənafeyinə toxunmadan sudan istifadədə mövcud olan 

əvvəlki  qaydanı  saxladı.  Suvarma  üzrə  yeni  inzibati  bölgü  yaratdı,  bütün  suvarma 

təsərrüfatına rəhbərlik edən Qafqaz su müfəttişi və hər su sahəsinin idarəçisi sayılan su 

mühəndisi vəzifələrini təsis etdi. Yenə də hər üç ildən bir seçilən mirab sudan istifadə 

işində həlledici rola malik idi. Hər il seçilən cuvarlar yenə də mirablara tabe edilirdilər. 

―Əsasnamə‖  sudan  istifadə  qaydalarında  dəyişiklik  yaratmasa  da,  onları 

rəsmiləşdirməkdə  mühüm  iş  gördü.  Ayrı-ayrı  yerlərdə  mövcud  olan  müxtəlif  sudan 

istifadə qaydalarını eyniləşdirdi və rəsmiləşdirdi, bütün Şimali Azərbaycan kəndi üçün 

eyni  sudan  istifadə  qaydaları  müəyyən  etdi.  Lakin  ―Əsasnamə‖də  irəli  sürülən 

müddəalar  əsasən  kağız  üzərində  qaldı,  yenə  də  suvarma  suyunun  bölüşdürülməsində 

növbə qaydasının pozulması, hərc-mərclik, özbaşınalıq halları hələ də qalmaqda idi. 

Çarizmin  köçürmə  siyasəti.  Çarizmin  köçürmə  siyasəti  onun  aqrar 

siyasətinin həlqələrindən biri idi. 




Yüklə 4,04 Mb.

Dostları ilə paylaş:
1   ...   105   106   107   108   109   110   111   112   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə