Azərbaycan miLLİ elmlər akademiyasi a. Bakixanov adina tariX İnstitutu



Yüklə 4,04 Mb.
Pdf görüntüsü
səhifə11/189
tarix24.12.2017
ölçüsü4,04 Mb.
#18030
1   ...   7   8   9   10   11   12   13   14   ...   189

Rusiya  bunu  qabaqcadan  görür  və  buna  görə  də  İranla  sülh  bağlamağa  cəhd 

göstərirdi. Lakin İranla danışıaqlar müvəffəqiyyətlə nəticələnmədi. 

Rusiya-Türk  müharibəsinin  başlanmasından  sonra  Qafqazdakı  rus 

qoşunlarının komandanlığı Tərtər çayında istehkam yaratmağı qərara aldı.  Quba, 

Bakı  və  Dərbəndi  təzəcə  ələ  keçirmiş,  Şəki  və  Car-Balakındə  üsyanı  yatırtmış 

qoşunlar  oraya  göndərilmişdi.  Baş  komandan  general  Qudoviç  rus  ordusunun 

başında  Gümrüyə  yönəldi.  Burada  rus və  türk qoşunları arasında  qanlı döyüş baş 

verdi. Mirzə Adıgözəl bəy bu döyüş haqqında yazırdı: ―Hər iki qoşun Arpa çayında 

qarşılaşdı  və  bir-birinin  qarşısında  yerləşdilər.  Bir  qədər  vaxtan  sonra  döyüş  baş 

verdi.  Qaş  qaralana  yaxın  osmanlılar  məğlub  eduildilər.  Ruslar  osmanlılardan 

qənimətlər və çoxlu top ələ keçirdilər‖ [14]. Bu döyüş 1807-ci il iyunun 18-də baş 

vermişdi.  Elə  həmin  ildə  İran  qoşunlarının  Zaqafqaziyaya  viran  edici  yürüşləri 

yenidən başladı. 

Napoleon  1807-ci  ilin  əvvəllərində  İran  şahını  Rusiya  ilə  mübarizəni 

gücləndirməyə çağırırdı. 1807-ci il yanvarın 17-də Napoleon iran şahına yazırdı ki, 

Rusiya  üzərində  qələbə  ―məni  səninlə  yaxınlaşdırır‖,  ona  görə  də  Rusiya  üzərinə 

hücum etməyi, Zaqafqaziyanı tutmağı, ―Xəzər dənizini ruslardan ötrü bağlamağı‖ 

məsləhət görürdü. O, ―üç dövlətin əbədi ittifaqını‖ (yəni Fransa, İran və Türkiyənin 

ittifaqını)  yaratmağa  çağırırdı.  Fətəli  şah  öz  növbəsində  Napoleonun  yanına  çox 

zəngin hədiyyələrlə nümayəndə heyəti göndərdi və ittifaq bağlamağı təklif etdi. 

Napoleon  Fətəli  şaha  cavabında  onu  Rusiya  əleyhinə  mübarizəni 

gücləndirməyə  çağırır  və  Fransa.  İran  və  Türkiyədən  ibarət  antirusiya  blokunu 

yaratmağı  təklif  edirdi.  Cavab  məktubunda  deyilirdi:  ―Gürcüstanı  və  Yeni 

imperiyanı  (yəni  Qacarlar  imperiyası  –  M.İ.)  təşkil  etmiş  bütün  başqa  əyalətləri 

ondan  la  və  Xəzər  darvazasını  ona  qarşı  möhkəmləndir‖.  Şah  hökuməti  bu  təklifi 

qəbul etdi. 

Fransanın yeni nümayəndə  heyəti İrana gəldi. 1807-ci il aprelin sonunda 

İranınm səlahiyyətli nümayəndəsi I Napoleonun olduğu Şərqi Prussiyaya gəldi və 

danışıqlara  başladı.  I  Napoleon  müqavilənin  bağlanmasını  gözləməyərək  İrana 

göndərilmək üçün 50 top, 10 min tüfəng və 4 min piyada hazırlamaq əmrini verdio. 

1807-ci  il  mjayın  4-də  Finkenşteyndə  Fransa-İran  müqaviləsi  imzalandı.  Bu 

müqaviləyə  görə,  Zaqafqaziyanı  tutmaq  üçün  İrana  hərbi  kömək  göstərilməsi 

nəzərdə  tutulurdu.  Tezliklə  İrana  general  Qardanın  başçılıq  etdiyi  fransız 

diplomatik nümayəndə heyəti gəldi. Onun gəlişi ilə Finkenşteyn müqaviləsi tələm-

tələsik təsdiq olundu. 1808-ci il yanvarın 21-də müqavilə bağlandı. Bu müqaviləyə 

görə, İran fransız cəbbəxanasından 20 min tüfəng satın ala bilərdi. 

Rusiya və İran arasında barışığın görünməkdə olan əlamətləri Fransa-İran 

müqaviləsinin  bağlanması  və  fransız  diplomatik  nümayəndə  heyətinin  İrana 

gəlməsi  ilə  yoxa  çıxdı.  ―Fransa  hökumətinin  fitnələri  nəticəsində  bizim  bu 

diyardakı  işlərimiz  ümidlərimizin  əksinə  hal  almağa  başlayır‖.  Fransızların 




rəhbərliyi ilə İsfahanda top istehsalı qaydaya salındı. Tehranda isə artilleriya parkı 

təşkil olundu. 

Fransızlar  İran  ordusunu  yenidən  qurmağa  başladılar.  General  Qardan 

eyni zamanda Iran və Rusiya arasındakı danışıqlara hər vasitə ilə mane olurdu. 

Hələ  1807-ci  ilin  yayında  beynəlxalq  vəziyyətdə  dəyişikliklər  baş  verdi. 

Rusiya ilə Fransa arasında Tilzit sazişi, habelə hücum və müdafiə ittifaqı haqqında 

gizli  rus-fransız  müqaviləsi  imzalandı.  Tilzitdə  Napoleon  İran  və  Türkiyənin 

mənafelərinin  təmin  olunmasını  təkid  etmədi.  Tilzit  müqaviləsinin  ikinci  gizli 

maddəsində  qeyd  olunurdu  ki,  Fransa  özünün  Türkiyə  və  İran  işlərindəki 

vasitəçiliyindən imtina edir.  Lakin sonrakı  hadisələr  göstərir ki, Fransa  və  Rusiya 

arasında  Tilzitdə  bağlanılmış  bu  ittifaq  məcburi  ittifaq  idi.  Fransız  mütəxəssisləri 

İranı  Rusiya  ilə  yeni  silahlı  toqqujşmalara  hazırlamaqda  davam  edirdilər  vəşah 

sarayı da Napoleonun köməyinə ümidini itirməyərək, Fransa ilə əlaqələri kəsmək 

istəmirdi. Lakin yaranmış şərait şahı İngiltərə ilə yaxınlaşmağa sövq edirdi. 

İngiltərə  hökuməti  şəraitdən  dərhal  istifadə  etdi  və  İranda  öz  yerini  hər 

vasitə  ilə  möhkəmləndirmək  qərarına  gəldi.  Lakin  şah  rüşvət  və  hədə-qorxulara 

baxmayaraq,  Malkolmu  qəbul  etmədi.  Şah  Gürcüstanı  ona  qaytarmağı  vəd  etmiş 

Napoleonun  qüvvəsinə  hələ  də  inanırdı.  Tezliklə  Cekson  başda  olmaqla  ikinci 

diplomatik  nümayəndə  heyəti  İrana  gəldi  cekson  şahın  Fransa  ilə  əlaqələrini 

kəsməyinə  nail  oldu.  O,  şahı  və  şah  sarayını  satın  almaq  üçün  böyük  vəsaitdən 

istifadə edirdi. 1809-cu ilin fevralında general Qardan Tehranı tərk etməyə məcbur 

oldu.  1809-cu  ildə  İngiltərə  İranla  müqavilə  imzaladı.  Bu  müqaviləyə  görə,  İran 

İngiltərə ilə düşmənçilik edən bütün dövlətlərlə münasibətlərini kəsməyi öhdəsinə 

götürdü.  İngiltərə  şaha  Rusiya  ilə  müharibə  müddətində  hər  il  120-min  funt-

sterloinq  məbləğində  malıyyə  yardımı  göstərməyi,  silah,  hərbi  sursat  və 

təlimatçılar verməyi vəd edirdi. 

Danışıqlarla  yanaşı,  gələcək  hərbi  əməliyyatlara  hazırlıq  gedirdi.  Artıq 

1808-ci  ilin  mayında  10  minlik  İran  qoşunu  İrəvana  doğru  çəkilirdi  [15].  Rus 

qoşunlarının  baş  komandanı  general  Qudoviç  də  öz  qoşunlarını  İran  sərhədinə 

doğru  yönəltdi  və  sentyabrın  40-  də  Soğanlıq  düşərgəsindən  3  min  nəfərdən  bir 

qədər artıq qoşunla Pəmbəkə doğru yeridi. O oradan İran qoşunlarına hücum etmək 

niyyətində idi. Qudoviç eyni zamanda Naxçıvanı  ələ keçirməyi general Nebolsinə 

əmr  etdi.  Nebolsin  sentyabrın  11-də  3000  nəfərllik  qoşunla  Şuşadan  yola  düşdü. 

Sentyabrın  26-da  Qudoviç  irəvanlı  Hüseyn  xan  başda  olmaqla  4  min  nəfərdən 

ibarət İran qoşununu məğlub etdi. Rus qoşunları irəvana geri çəkilən Hüseyn xanı 

təqib  edərək  yolüstü  Eçmiədzini  ələ  keçirtdi.  Bu  zaman  general  Nebolsin 

Naxçıvana  doğru  irəliləyərək,  oktyabrın  sonunda  Qarababa  kəndi  yanında  İran 

qoşunlarını  dağıtdı  və  Naxçıvanı  tutdu.  Rus  qoşunlarının  birləşmiş  qüvvələri 

İrəvanın  mühasirəsinə  başladı  və  mayın  ortalarında  qalaya  hücuma  keçdi.  Lakin 

müvəffəqiyyətsizliyə uğrayıb geri çəkildi. Rus qoşunları Naxçıvanı da tərk etməyə 

məcbur  oldular.  Abbas  Mirzə  Naxçıvanı  tutaraq,  rus  qoşunlarını  təqib  etməyə 



Yüklə 4,04 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə