Azərbaycan miLLİ elmlər akademiyasi a. Bakixanov adina tariX İnstitutu



Yüklə 4,04 Mb.
Pdf görüntüsü
səhifə112/189
tarix24.12.2017
ölçüsü4,04 Mb.
#18030
1   ...   108   109   110   111   112   113   114   115   ...   189

Nəhayət, 1887-ci ildən etibarən Azərbaycan kəndliləri üzərinə  hərbi vergi 

adlanan daha bir xüsusi mükəlləfiyyət qoyulmuşdu. İmperiyada 1874-cü ildən tətbiq 

olunmuş ümumi hərbi mükəlləfiyyət 1886-cı ildə Cənubi Qafqaza şamil edilsə də, 

azərbaycanlılar orduya çağırılmırdılar, çünki çarizm onlara etibar etmirdi. Orduya 

səfərbərlik  əvəzinə  çar  müstəmləkəçiləri  azərbaycanlılar  üzərinə  xüsusi  vergi 

qoymağı  qərara  alırdılar.  Bu  vergi  orduya  səfərbərliyə  alınmalı  olan  şəxslərin 

üçillik orta qazancı nəzərə alınmaqla hesablanırdı. Hərbi verginin qoyulmasında Rusiya 

çarizminin  Azərbaycanda  yürütdüyü  böyük  dövlətçi  -  şovinist  müstəmləkə  siyasəti  öz 

parlaq təzahürünü tapırdı. 

Azərbaycanın  sahibkar  kəndliləri  daha  ağır  istismara  məruz  qalırdılar. 

Sahibkar  kəndliləri  torpaq  sahiblərinin  xeyrinə  müxtəlif  mükəlləfiyyətlər  daşıyırdılar. 

Bu mükəlləfiyyətlər içərisində əsas  yeri malcəhət və ya bəhrə adlanan məhsul vergisi 

tuturdu.  Bu  vergi  bütün  kənd  təsərrüfatı  bitkiləri  məhsullarının    1/10  hissəsini  təşkil 

edirdi. Özü də kəndlilər malcəhəti məhsulun yığıldığı yerdən 50 verst məsafədə bəy 

və ya onun vəkili tərəfindən göstərilmiş məntəqəyə gətirməyə borclu idilər. İslahatdan 

sonrakı  dövrdə  torpaq  sahibi  və  kəndlinin  qarşılıqlı  razılığı  əsasında  malcəhət  pul 

vergisi  ilə  əvəz  olunmah  idi.  Lakin  kəndlilər  əslində  bu  hüquqdan  istifadə  edə 

bilmirdilər. 

Sahibkar kəndlilərin digər çoxsaylı mükəlləfiyyətlərlə çətin vəziyyətə salınmış 

zəif  təsərrüfatlan  üçün  məhsulunun 

1/

10 


hissəsinin  alınması  ağır  yük  idi.  Malcəhətin 

yığılmasının  daimi  yol  yoldaşı  olan  sui-istifadə  və  özbaşınalıqlar  bu  vergini  daha  da 

ağırlaşdırırdı.

 

Bəylər  bir  qayda  olaraq  vergilərin  həcmini  özbaşına  artırırdılar.  Çar 



məmurlarının  özləri  də  bunu  etiraf  edirdilər.  Hətta  əhali  yaşamayan  torpaqlardan 

malcəhət tələb edildiyi hallar da olurdu. Malcəhətin yığılması zamanı kəndlilərə qarşı 

vəhşi  özbaşınalıqlara  yol  verilirdi.  Hadisəni  öz  gözləri  ilə  görmüş  şahidin  verdiyi 

məlumata görə, 1880-ci ildə torpaq sahibkarı Məmmədağa Əbrəxanov Şuşa qəzasının 

Xanadzax kənd sakinini ulağa yüklənib döymək üçün  xırmana aparılan dərzlərinə od 

vurmuşdu.  Ulaq  da,  dərzlər  də  yanmışdı.  Kəndlinin  bütün  ―günahı‖  ondan  ibarət 

olmuşdu ki, o, dərzlərin döyülməsi üçün bəydən icazə almamışdı. 

Malcəhətdən  başqa  yararlı  pay  torpağının  (həm  həyətyanı,  həm  də  tarla 

torpaqlarının) hər desyatini üçün torpaq sahibinin xeyrinə kəndlidən 30 qəpik həcmində 

pul  vergisi  də  alınırdı.  Qazax  qəzasının  məlik  və  ağa  malikanələrində  bu  pul  vergisi 

hər desyatindən 15 qəpik hesabı ilə alınırdı [33]. 

Qanunla  müəyyənləşdirilmiş  mükəlləfiyyətlərdən  başqa  həm  də  keçmiş 

zamanlardan  miras qalmış və  adət-ənənələrlə ―qanuniləşdirilmiş‖ bir  sıra vergilər də 

mövcud  idi.  Bayramlıq  (Novruz  bayramı  günü  bəyə  verilən  hədiyyələr),  toypulu 

(kəndlinin  evlənməsi  ilə  əlaqədar  bəyə  verilən  pul  vergisi),  toyxərci  (torpaq 

sahibkarının  evlənməsi  münasibətilə  ona  verilən  hədiyyələr),  darğalıq  pulu 

(malcəhət  yığanlara  verilən  məbləği  2  qəpikdən  50  qəpiyədək  olan  pul 

―bəxşişləri‖) və s. belə vergilər idi. 



Göründüyü  kimi,  çar  qanunu  sahibkar  kəndlilərini  torpaq  sabibkarları 

tərəfindən amansız istismara məruz qoyurdu. Bu da kənddə məhsuldar qüvvələrin 

tənəzzülünün  səbəblərindən  biri  idi  və  yeni  istehsal  münasibətlərinin  buradakı 

inkişafını ləngidirdi. 

Ağır  mükəlləfiyyətlər  yükünü  kəndlilərin  üzərinə  yıxaraq  çar  hökuməti 

borclu  qalmış  kəndlilərdən  vergilərin  zorla  alınmasını  təmin  edəcək  bir  sıra 

amansız  iqtisadi  tədbirlər  nəzərdə  tuturdu.  Torpaq  sahiblərinə  borclu  olan 

kəndlilərin  razılığı  ilə  onların  çox  ucuz  qiymətləndirilən  əməyindən  bəy 

təsərrüfatlarında  istifadə  etməyə  icazə  verilirdi.  Borclu  kəndli  öz  borcunu  biyar 

yolu  ilə  könüllü  surətdə  ödəməkdən  imtina  etdikdə  torpaq  sahibkan  ―borclunun 

özünü  və  ya  onun  ailə  üzvlərindən  kimisə  öz  həmkəndlisinin  yanında‖,  hətta 

kənara  -  həmin  və  ya  qonşu  qəzada  işləməyə  vermək  hüququna  malik  idi.  Kənd 

məhkəməsinin  hökmü  və  barışıq  hakiminin  razılığı  ilə  vergi  borcu  olan  kəndlini 

hətta  ―uzaq  olmayan  quberniyalara‖  məcburi  işə  göndərməyə  icazə  verilirdi. 

Borclu  kəndliyə  məxsus  olan  daşınmaz  əmlakdan  götürülən  gəlir  torpaq 

sahibkarma  verilə  və  həmin  əmlakın  özü  torpaq  sahibkanın  nəfinə  satıla  bilərdi. 

Nəhayət,  müstəsna  hallarda  torpaq  sahibinə  illik  mükəlləfiyyətlərin  məbləği 

həcmində borclu olan kəndlinin pay torpağının və həyətinin açıq müzayidə yolu ilə 

satılması nəzərdə tutulurdu [34]. 

Rusiya imperiyasının bütün zəhmətkeşləri kimi, Azərbaycan kəndliləri də 

ən  adi  siyasi  hüquqlardan  və  vətəndaş  azadlıqlarından  məhrum  idilər. 

Azərbaycanda  həm  dövlət,  həm  də  sahibkar  kəndlərində  yaradılmış  kənd  idarəsi 

mahiyyətcə  mütləqiyyət  dövlətinin  polis  və  xəzinə  ehtiyaclarma  uyğunlaşdırılmış 

inzibati-məhkəmə vahidi olub, bu dövlətin müstəmləkə siyasətini həyata keçirmək 

üçün əlverişli alətə malik idi. 

Kənd  cəmiyyətinin  sərəncamverici  orqanı  olan  kənd  yığıncağının 

fəaliyyəti ciddi çərçivəyə salınmış, polis, vergi və sırf icma işləri (otlaqlar və digər 

ictimai  torpaqların  idarə  olunması  və  i.a.)  ilə  məhdudlaşdırılmışdı.  Kənd 

cəmiyyətinin özündə bütün işləri varlı kəndlilər idarə cdirdilər. 

XIX əsrin ikinci yarısında Şimali Azərbaycan kəndlilərinin sosial-iqtisadi 

həyatında  əmələ  gələn  dəyişiklik  öz  əksini  əhalinin  məişətində,  onun  bütün 

sahələrində, o cümlədən kəndin yaşayış evlərində də tapmışdı. Kəndlərin quruluşu, 

forma və strukturu da etdikcə dəyişir, bir tərəfdən, əhalinin artması, digər tərəfdən 

isə  böyük  ailələrin,  feodal-patriarxal  ailələrin  bölünməsi,  parçalanması  prosesi 

güclənirdi.  Bunun  nəticəsində  də  evlərin,  təsərrüfatların  sayı  sürətlə  artırdı.  Öz 

tərkibi  etibarilə  4  nəslin  nümayəndəsini  əhatə  edən,  5-6  evli  qardaşın  bir  yerdə 

yaşadığı  və  üzvlərinin  sayı  20-30,  bəzən  isə  daha  çox  olan  böyük  ailələrin 

bölünməsi nəticəsində kəndlər getdikcə böyüyür və genişlənirdi. Bu proses də, öz 

növbəsində,  kəndlərin  salınmasına  və  planlaşdırılmasına  təsir  edir,  onlarda 

müəyyən  dəyişikliklərin  yaranmasına  səbəb  olurdu.  Yeni  evlərin  artması 




Yüklə 4,04 Mb.

Dostları ilə paylaş:
1   ...   108   109   110   111   112   113   114   115   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə