Azərbaycan miLLİ elmlər akademiyasi a. Bakixanov adina tariX İnstitutu



Yüklə 4,04 Mb.
Pdf görüntüsü
səhifə114/189
tarix24.12.2017
ölçüsü4,04 Mb.
#18030
1   ...   110   111   112   113   114   115   116   117   ...   189

lazımi  səviyyədə  olmurdu.  Valideynlər  və  ailənin  yaşlı  üzvləri  təsərrüfat  işlərini 

görüb  qurtardıqdan  və  məhsulu  yığdıqdan  sonra  yalnız  qışda  uşaqlara  xalq  nağılları 

danışar, xalq uşaq şeirləri öyrədərdilər. 

Bəzi  iri  kəndlər  və  qəza  mərkəzləri  istisna  olmaqla  kəndlərin  çoxunda 

məktəb,  kitabxana,  klub,  digər  mədəni-maarif  ocaqlar,  yox  idi.  Dövlət  tərəfindən 

xalq  maarifinin  inkişafına  fıkir  verilmədiyinə,  əhalinin  savadlanması  qeydinə 

qalınmadığına  görə  kəndlərdə  savadlı  adamlara  çox  az  rast  gəlinirdi.  Kəndlərdə 

həkim  və  tibb  təhsilli  mütəxəssis  olmadığı  üçün  xəstələr  şəhərlərə  və  ya  başqa 

yerlərə  aparılırdı,  əsasən  isə  xalq  təbibləri  tərəfindən  müalicə  olunurdular.  Xalq 

təbiblərinin tibbi təhsili yox idi. Onların çoxu nəsildən-nəslə keçən böyük təcrübi 

biliyi  və  müxtəlif  müalicə  üsul  və  vasitələri  ilə  xəstələri  sağaldırdılar.  Xalq 

təbibləri  təcrübi  yolla  insan  orqanizmini,  insan  bədənini,  onun  quruluşunu, 

orqanlarını, onların əsas funksiyalarını bilirdilər. Habelə bir çox xəstəliklər, onların 

törənmə səbəbləri, habelə müalicəsi, müalicə üçün istifadə edilən üsul və vasitələr 

müəyyən  miqyasda  xalq  təbiblərinə  məlum  idi.  Xalq  təbibləri  xəstəliklərin 

müalicəsində  başlıca  olaraq  bitkilərdən,  heyvan  məhsullarından,  mineral  mənşəli 

maddələrdən, habelə günəş, su, qum, hava və s. bu kimi təbii vasitələrdən istifadə 

edirdilər. 

Bununla  belə  kəndlərdə  müxtəlif  xəstəliklərin  müalicəsi  zamanı  əhali 

arasında  xəstələrə  dua  yazdırmaq,  onlan  ―pirə‖,  ―ocağa‖  və  xalq  arasında 

müqəddəs  sayılan  digər  yerlərə  aparmaq,  qurbari  kəsmək,  nəzir-niyaz  vermək 

vasitələrindən  də  istifadə  olunurdu.  Bu  sahədə  bəzi  mollalar,  falçılar,  cadugərlər, 

cindarlar və başqaları fəaliyyət göstərirdilər. 

Xalqın  məişəti  XIX əsrin ikinci  yarısında bir sıra bayramlar, mərasimlər, 

ritual adət və ənənələrlə zəngin olmuşdur. Bu bayramlar, mərasimlər, ritual adət və 

ənənələr  içərisində  Novruz  bayramı,  Məhsul  bayramı,  Qurban  bayramı,  Orucluq, 

Məhərrəmlik,  habelə  toy  və  dəfn  mərasimləri  xüsusi  yer  tuturdu.  Bu  bayram  və 

mərasimlər  kəndlilərin  məişətinə  geniş  daxil  olmuşdu.  Bayram  günlərində 

həyətlərdə  xalq  tamaşaları,  oyun  və  əyləncələr  göstərilirdi.  Bu  oyun,  əyləncə  və 

tamaşalar içərisində ―kosa-kosa‖, ―kəndirbazlıq‖ və s. xüsusilə geniş yayılmışdı. 

 

§ 3. SOSĠAL TƏBƏQƏLƏġMƏ 

 

Əmtəə  istehsalının  inkişafı  Azərbaycan  kəndində  sosial  təbəqələşmənin 



güclənməsinə  zəmin  yaradırdı.  XIX  yüzilliyin  ikinci  yarısında  kapitalist  istehsal 

üsulunun  mahiyyətini  əks  etdirən  sosial  təbəqələşmə  prosesi  iki  antaqonist 

təbəqənin  -  cüzi  azlığın,  əksəriyyəti  xırda  olan  kənd  burjuaziyasının  və  üstün 

çoxluğun,  əksəriyyəti  pay  torpaqlı  muzdlulardan  ibarət  olan  kənd  fəhlələrinin 

əmələ gəlməsində təzahür edirdi. 

1861-ci il islahatı ərəfəsində, Rusiyada kapitalizmin yetişməsi dövrü kimi 

hesab  edilən  dövrdəki  təbəqələşmə  tədricən  Şimali  Azərbaycanın  sosial-iqtisadi 



həyatında səciyyəvi hadisəyə  çevrilirdi. Ancaq sahibkar kəndlilərinə aid  olmasına 

baxmayaraq,  1870-ci  il  14  may  aqrar  islahatı  Azərbaycan  kəndində  sosial 

təbəqələşmə prosesini bir qədər sürətləndirdi. 

Kəndli  ―Əsasnamə‖si  pay  torpaqlarını  icmalıqla  istifadə  üçün  kənd 

cəmiyyətlərinin  və  ayrı-ayrı  kəndli  həyətlərinin  ixtiyarına  verirdi.  İslahatın 

keçirildiyi dövrdə  hökmran olan əmtəə-pul  münasibətlərinin səviyyəsi  kəndli pay 

torpaqlarından  istifadənin  həyət  formasını  üstünlük  təşkil  edən  formaya  çevirdi. 

Nizamnamələrin (ustavnıye qramotı) tərtibi zamanı kəndlilərin mütləq çoxluğu pay 

torpağının  həyətlər  -  sahələr  üzrə  bölünməsini  tələb  etdi.  Bu,  kənd  icmasının 

dağılmasına gətirib çıxardı, əmlak bərabərsizliyini gücləndirdi. Sonuncu isə sosial 

təbəqələşmənin göstəricilərindən biridir. 

Sosial  təbəqələşmə  prosesi  torpaqdan  icmalıqla  istifadə  edən  dövlət 

kəndliləri içərisində də baş verirdi. Dövlət kəndliləri içərisində sürətlənməkdə olan 

təbəqələşmə  prosesinin  nəticəsində  yoxsullaşmış  kəndlilərin  torpaqları  tədricən 

varlı kəndlilərin əlində cəmləşirdi. XIX  yüzilliyin sonuna  yaxın pay torpaqlarının 

vaxtaşırı  bölgüsünə  əsaslanan  icma  tam  dağılma  mərhələsində  idi.  Kəndin 

―möhtərəm‖ adamları adlanan, təkcə bütün icmanı deyil, həm də bütün kənd idarə 

orqanlarını  əllərində  saxlayan  kənd  varlıları  və  qolçomaqların  təsiri  nəticəsində 

icma qaydaları qətiyyən hesaba alınmırdı. İcmaların böyük əksəriyyətində torpağın 

bölgüsü 20-30 və hətta 40 ildən bir, o da bu vaxt ərzində pay torpaqlarının mühüm 

hissəsini özlərinə  toplamağa  macal  tapmış nüfuzlu azlığa  qarşı çoxluğun tələbləri 

hədələyici xarakter alandan sonra keçirilirdi. 

Torpağın vaxtaşırı bölünməsinin aradan qalxması və onun ayrı-ayrı kəndli 

həyətlərinin  ixtiyarına  keçməsi  kəndlilər  arasında  sürətlənmiş  sosial 

təbəqələşmənin ən başlıca göstəricilərindən biri idi. 

Yelizavetpol  quberniyası  Əhmədbəyli  kəndi  sakinlərinin  yazdıqları  kimi, 

onlarda  pay  torpaqları  nəfərlərin  sayına  görə  bölünmürdü.  ―Sonuncu  torpaq 

bölgüsündən  sonra  varlı  həm  kəndlilərimizin  torpağı  ələ  keçirməyə  macal 

tapmalarından bəri torpaq almırıq. Onlar artıq dalbadal bir neçə ildir ki, torpaqdan 

istifadə  edirdilər.  Kənddə  50 varlı  və  25  yoxsul  həyəti  var.  Varlı  kəndlilər  bizim 

torpaqlardan əvəzsiz istifadə edirlər‖ [35]. 

XIX  yüzilliyin  80-ci  illərinin  ortalarında  toplanılmış  statistik  məlumatlar 

islahatdan  sonrakı  dövrdə  dövlət  kəndində  gedən  təbəqələşmənin  səviyyəsi  və 

miqyasını  inandırıcı  şəkildə  göstərir.  Kapitalizm  inkişaf  etdikcə  aztorpaqlı  və 

ortabab  kəndlilərin  bir  hissəsi  öz  təsərrüfat  müstəqilliyini  itirir,  əsarətə  düşür  və 

nəhayət,  var-yoxdan  çıxırdı.  Əgər  1884-cü  ildə  Şimali  Azərbaycanda  18831 

torpaqsız kəndli vardısa, 10 il sonra, 1895-ci ildə, onların sayı 36709 çatırdı. 

Şimali  Azərbaycan  kəndlilərinin  təbəqələşməsi  onların  büdcələrindən  də 

aydın  müşahidə  edilir.  Bu,  yoxsulları,  ortababları  və  qolçomaqları  bir-birindən 

aydın surətdə fərqləndirməyə imkan verir. 9 kənddən olan 9 ailə üzrə məlumatlara 

görə,  bu  ailələrdən  ancaq  birinin  büdcəsində  gəlir  xərclərdən  xeyli  çox  idi.  Bu, 



Yüklə 4,04 Mb.

Dostları ilə paylaş:
1   ...   110   111   112   113   114   115   116   117   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə