Azərbaycan miLLİ elmlər akademiyasi a. Bakixanov adina tariX İnstitutu



Yüklə 4,04 Mb.
Pdf görüntüsü
səhifə115/189
tarix24.12.2017
ölçüsü4,04 Mb.
#18030
1   ...   111   112   113   114   115   116   117   118   ...   189

qolçomaq ailəsi idi. Dörd ailənin büdcəsi kəsirli idi, yəni bu ailələr yoxsul ailələr 

idi.  4  ailənin  isə  gəliri  xərclərini  bir  qədər  üstələyirdi.  Bu  ailələr  ortabablara  aid 

edilirdi. 

Rəsmi statistikanın olmaması Azərbaycan kəndində sosial təbəqələşmənin 

dərinliyini göstərən ümumiləşdirici rəqəmlər gətirməyə imkan vermir. Yelizavetpol 

quberniyasının  Xaltəklə  kəndi  üzrə  məlumatlar  kənddə  sosial  təbəqələşməni 

göstərmək  üçün  nümunə  ola  bilər:  1896-cı  ildə  kəndin  97  həyətindən  ancaq  bir 

varlı  kəndli  1000  manatlıqdan  çox,  bir  kəndli  isə  1000  manatdan  bir  qədər  az 

qiyməti  olan  müxtəlif  tikililərə  malik  idi.  Göstərilən  2  qolçomağın  istehsal  etdiyi 

ümumi məhsulun dəyəri 3 min manatdan 4 min manatadək idi. 29 həyətin isə hər 

birinin  tikililərinin  qiyməti  200  manatdan  500  manatadək  idi  və  bunlardan  ancaq 

səkkizinin ümumi illik məhsulunun dəyəri 1000 manatdan yuxarı idi. Onları varlı 

kəndlilər  kateqoriyasına  aid  etmək  lazımdır.  Deməli,  varlıların  sayı  10  nəfərdən 

artıq deyildi, qalan 21 həyət isə ortabab həyətləri idi. 

36  həyətin  hər  birinin  tikililərinin  qiyməti  200  manatdan,  29  həyətin  hər 

birinin tikililərinin  qiyməti isə 100 manatdan az idi. Göstərilən 65 yoxsul həyətin 

45-nin hər birinin ümumi illik orta məhsulunun dəyəri 500 manat, qalanlarının isə 

hər  birinin  belə  məhsulunun  dəyəri  bundan  bir  qədər  çox  idi  [36].  Bir  kənd  üzrə 

olan  bu  məlumatlar  XIX  yüzilliyin  sonunda  Şimali  Azərbaycanın  dərin  sosial 

təbəqələşmə prosesi gedən kəndlərinin hamısı üçün səciyyəvi idi. 

Azərbaycan kəndliləri içərisində sosial təbəqələşmə prosesi məhsulsuzluq 

illərində  xüsusilə  geniş  miqyas  alır  və  xeyli  güclənirdi.  Hər  bir  aclıq  ili,  hər  bir 

qıtlıq on minlərlə təsərrüfatı var-yoxdan çıxarırdı. İslahatdan sonrakı dövrdə Şimali 

Azərbaycanda qıtlıq illəri getdikcə daha tez-tez təkrar olunurdu. 1860-1870-ci illər 

ərzində ancaq 1865-1867-ci illər bol məhsul illəri olmuş, qalan illərdə isə taxıl və 

ələfin  ümumi  və  ya  qismən  qıtlığı  qeydə  alınmışdı.  1871-ci  ildən  1880-ci  ilədək 

olan  dövrdə  1875,  1877  və  1878-ci  illərdə  Yelizavetpol  quberniyasında,  1874-cü 

və  1875-ci  illərdə  Bakı  quberniyasında  və  1880-ci  ildə  isə  hər  iki  quberniyada 

yığılan taxıl məhsulu qeyri-kafi olmuşdu. 1881-ci ildən 1890-cı ilədək olan dövrdə 

ilk  yeddi  il  taxılın  kafi  məhsuldarlığı  ilə  səciyyələnmiş,  sonuncu  üç  il  isə  qıtlıq 

illəri olmuşdu. Nəhayət, XIX  yüzilliyin sonuncu onilliyi bir silsilə  fasiləsiz  qıtlıq 

illəri ilə səciyyələnir. Bu dövrdə aclıq 1891-1892-ci ilin sərt qışında, 1893-cü ildə 

Cənubi  Qafqazın  hər  yerində,  1896-cı,  1897-ci  və  1898-ci  illərdə  özünü 

göstərmişdir  [37].  Qıtlıq,  aclıq  və  təbii  fəlakət  illərində  yüz  minlərlə  yoxsul  və 

ortababın bir hissəsinin əkinləri,  mal-qarası  və  iş heyvanları azalır, bəyə, sələmçi 

qolçomağa, tacirə, kənd kapitalistlərinə borcları artır, xəzinə kəsirləri çoxalırdı. Çar 

hökuməti  tərəfindən  birbaşa  və  dolayı  yolla  vergilərin  bütün  ağırlığı  çiyinlərinə 

qoyulmuş  yoxsul kəndlilər  xəzinənin borcluları  sırasına  düşürdülər. 1870-ci  ildən 

müəyyən  və  qeyri-müəyyən  vergilərin  yığılması  üzrə  xəzinənin  kəsiri  340  min 

manatdan 2 mln manatadək, yəni demək olar ki, 600% artmışdı [38]. 




Kəndlilərin  ağır  vəziyyəti  onları  doğma  yerlərini  tərk  etməyə,  qazanc 

dalınca şəhərlərə və ya başqa kəndlərə köçməyə məcbur edirdi. Kəndlilərin qazanc 

dalınca  getməsi  –  kəsbkarlıq  kəndlilərinin  təbəqələşməsi  prosesinin  ən  parlaq 

əlamətlərindən biri idi. 

Hər il kəndlilərin bir hissəsi, xüsusən də dağlıq və dağətəyi rayonlarda, öz 

kiçik torpaq parçasında səpin işlərini başa çatdırdıqdan sonra işləmək üçün başlıca 

olaraq  düzənlikdə  yerləşən  digər  qəzaların  müxtəlif  kəndlərinə,  habelə  şəhərlərə, 

zavodlara,  fabriklərə,  mədənlərə  və  başqa  sənaye  müəssisələrinə  gedirdi. 

Kəndlilərin  ən  yoxsul,  çox  vaxt  borc  içində  itib-batmış  hissəsi  pay  torpağını 

birdəfəlik atır, torpaqla əlaqəni tamamilə üzür və doğma kəndlərini həmişəlik tərk 

edərək, öz iş qüvvəsini satmaq hesabına yaşamağa başlayırdı. 

Cavad  qəzası  Qədimçay  kəndi  sakinlərinin  yazdıqları  kimi  ―indi  də  çox 

az-az,  bircə  müstəqil  ev  sahibi  evdə  qalır  və  öz  ailəsini  dolandırır,  qalanları  isə, 

demək  olar  ki,  hamısı  qazanmaq  və  ailəsini  dolandırmaq  üçün  müxtəlif  şəhərlərə 

və  kəndlərə  səpələniblər‖  [39].  Yelizavetpol  quberniyasındakı  bir  çox  qəzaların 

kəndləri  həddən  artıq  ehtiyac  və  aclıq  üzündən  ―özlərini  dolandırmaq  üçün 

müxtəlif  kəndlərə  səpələnməyə‖  məcbur  olmuşdular.  15-20  yaşlı  cavanların  isə 

xeyli hissəsi işləmək üçün Bakıya yola düşürdü [40]. 

Əkinçilik  kəsbkarlığı  kəndlilərin  daimi  fəhlə-muzdur,  mövsümi  və 

günəmuzd  fəhlə  kimi  sahibkar  mülkədarların,  iri  və  orta  kənd  burjuaziyasının 

nümayəndələrinin,  qolçomaqların  və  tacirlərin  təsərrüfatlarında  işləməyində 

təzahür  edirdi.  1897-ci  il  sayımına  görə,  Şimali  Azərbaycanda  (Bakı  və 

Yelizavetpol  quberniyalarında)  1  nəfərdən  11  nəfərədək  daimi  muzdlu  fəhlənin 

əməyindən  istifadə  olunan  11965  müxtəlif  tipli  təsərrüfat,  o  cümlədən  əkinçilik 

təsərrüfatı var idi. Ümumiyətlə isə bu təsərrüfatlarda 19502 fəhlə işləyirdi [41]. 

Əkinçi kəsbkarların əsas kütləsi müvsümi və günəmuzd fəhlələr idi. Belə 

kəsbkarlar  əkinçi,  biçinçi,  dəryazçı  kimi  işləyir,  çəltik,  tütün,  üzüm  və  pambıq 

plantasiyalarında  məhsul  yığır,  barama  qurdlarının  bəslənilməsi,  baramanın 

növlərə  ayrılması,  ipək  sarıması  və  biyan  kökü  çıxarılması  ilə  məşğul  olur, 

çobanlığa gedirdilər və s. 

Kənd  təsərrüfatında  və  xüsusən  də  onun  texniki  bitkilər  becərilməsi 

muzdlu əməyin tətbiqinin artması kəndlilərin təbəqələşməsinin mühüm əlaməti idi. 

Qeyri-əkinçi  kəsbkarlığı  ―torpaq  sahibləri‖  olan  kəndlilərin  mövsümi  və 

günəmuzd  fəhlə  kimi  Şimali  Azərbaycanın  neft,  dağ-zavod,  dağ-mədən,  balıq, 

ipəksarıma,  ipəkburma,  spirtçəkmə,  un  üyütmə,  çəltiktəmizləmə,  tənbəki, 

pambıqtəmizləmə və digər sənaye sahələrinin işi ilə əlaqədar idi. 

Qeyri-əkinçi  kəsbkarlarının  sayından  çox  idi.  Onların  ən  çox  hissəsi 

Bakıya  yola  düşürdü.  Burada  neft  sənayesinin  və  onunla  bağlı  olan  istehsal 

sahələrinin, dəniz nəqliyyatının, digər kapitalist müəssisələrinin coşqun inkişafı ilə 

əlaqədar olaraq ucuz işçi qüvvəsinə daimi tələbat hiss olunurdu. 




Yüklə 4,04 Mb.

Dostları ilə paylaş:
1   ...   111   112   113   114   115   116   117   118   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə