Azərbaycan miLLİ elmlər akademiyasi a. Bakixanov adina tariX İnstitutu



Yüklə 4,04 Mb.
Pdf görüntüsü
səhifə117/189
tarix24.12.2017
ölçüsü4,04 Mb.
#18030
1   ...   113   114   115   116   117   118   119   120   ...   189

hakimiyyət  orqanlarının  özü  belə  bunu  etiraf  etməyə  məcbur  olurdu.  Çoxsaylı 

rəsmi sənədlərdə qaçaqların xalqın ən geniş yardımına arxalandıqları qeyd edilir. 

Yelizavetpol qubernatoru Cənubi Qafqaz diyarı baş rəisinin adına 1885-ci 

il  25  iyul  tarixli  hesabatında  qaçaqlarla  mübarizə  üçün  görülmüş  tədbirlər 

barəsində məlumat verərək, bədbin halda etiraf edirdi ki, ... ―nə qədər onlar, demək 

olar  ki,  bütün  müsəlman  əhalisinin  himayədarlığından  istifadə  edirlər,  görülmüş 

tədbirlərin tam müvəffəqiyyətinə ümid bəsləmək qeyri-mümkündür‖ [47]. 

Şimali  Azərbaycanın  bütün  quberniyalarında  qaçaqların  gizlədilməsi 

fövqəladə  dərəcədə  geniş  yayılmışdı.  Polis  ―quldurların  (qaçaqların  -  Red.)  hansı 

kəndlərdə  gizləndiklərini  bilir,  əl-ayaqdan  düşür,  lakin  gizlədilməyə  əməli  yardım 

göstərən bütün əhli polisə qarşı olduğundan, onları tapa bilmir‖ [48]. 

Qeyd etmək lazımdır  ki, çox vaxt qaçaq dəstələrində zülmkarlara qarşı təkcə 

azərbaycanlılar deyil, başqa millətdən olanlar da çıxış edirdilər. 

Mütləq  qüvvə  üstünlüyünün  çar  hakimiyyəti  tərəfində  olması  və  böyük 

dəstələrin  hakimiyyət  orqanlarının  təqibindən  yaxa  qurtarmasının  çətinliyi  üzündən 

qaçaqlar partizan mübarizəsi taktikasını tətbiq edirdilər: onlar sayı 10 nəfərdən ibarət 

olan xırda dəstələr halında fəaliyyət göstərirdi. Lakin bəzən onlar daha böyük dəstələr 

şəklində  də  birləşirdilər. Qaçaqlar  qəflətən basqınlar  edir,  gözlənilmədən  meydana 

atılır və o sürətlə də, aradan çıxırdılar. Qaçaqlar adətən at üstündə hərəkət edir, bəzən 

gün ərzində böyük məsafələri qət edirdilər. Qaçaqlar üçün fövqəladə igidlik və hünər 

səciyyəvi  idi.  Onlar  hər  addımda  özlərini  izləyən  ölümün  gözünə  dik  və  cəsarətlə 

baxırdılar. 

XIX  yüzillikdə  qaçaq  hərəkatı  tarixinin  ən  şanlı  səhifələri  Azərbaycan 

xalqının əfsanəvi qəhrəmanı  Qaçaq Nəbi  tərəfindən  yazılmışdır. Belə  hesab  edirlər 

ki, o, 1854-cü ildə Zəngəzur qəzasının Mollu kəndində anadan olmuşdur. Onun atası 

yoxsul kəndli olan Əli özünün böyük ailəsini çətinliklə dolandırırdı. Nəbi hələ uşaq 

ikən həmkəndlisinə - qolçomaq Kərbəlayı Cəfərə çobanlığa verilmiş, ağır istismar və 

hədsiz  özbaşınalığın  bütün  dəhşətlərini  öz  üzərində  hiss  etmişdi.  O,  artıq  gənc 

yaşlarından  kəndin  yoxsul  adamlarının  qanını  zəli  kimi  soranların  hamısına  nifrət 

edirdi. 1875-ci ildə o, aşağımolluların torpaqlarını ələ keçirmiş yerli torpaq sahibkarı 

Məmməd bəyi ağır yaralamışdı, həmin vaxtdan Nəbi hökumətdən gizlənməli olmuş və 

qaçağa  çevrilmişdi.  Nəbi  20  il  ərzində  əldə  silah  kəndlilərin  mənafeyini  qoruyaraq, 

yerli istismarçıları və çar müstəmləkəçilərini dəhşətə salmışdı. 

Naxçıvan qəzasının Zeyvə kəndində ən məhsuldar torpaqlardan kənd varlıları 

və torpaq sahibkarlarının özləri istifadə edirdilər. Bu, kəndlilərin vəziyyətinə ağır təsir 

göstərir,  onlan  ağır  ehtiyaca  möhtac  edirdi.  Kəskin  aztorpaqlılıq  üstündə  varlı  və 

yoxsul  kənd  sakinləri  arasında  hər  il  toqquşmalar  baş  verirdi.  Kəndlilər  çarın 

özünədək  bütün  idarələrə  şikayətlə  müraciət  edirdilər.  Kəndlilərin  inadlı  mübarizəsi 

hakimiyyət  orqanlarını  Tiflisdən  bu  kəndə  məmurlar  göndərməyə  məcbur  etdi. 

Kəndlilər bunu Nəbiyə çatdırdılar. Nəbi yolda məmurların qabağını kəsərək, onlara 




divan  tutacağı  ilə  hədələdi.  Bu  məsələnin  taleyini  həll  etdi.  Bərk  qorxuya  düşmüş 

məmurlar mübahisəni şikayətçilərin xeyrinə həll etdilər. 

Nəbinin  dəstəsi  harada  olursa  olsun,  kəndlilər  onların  ağır  vəziyyətlərində 

nəinki  at,  ərzaq  verir,  həm  də  qaçaqların  mübarizəsində  bilavasitə  iştirak  etməklə 

düşməni əzməkdə onlara kömək edirdilər. 

Qaçaq  Nəbinin arvadı, xalq arasında igidlikdə ad qazanan Həcər  onun sadiq 

silahdaşı idi. 

İran  və  yerli  feodallara  qarşı  mübarizədə  Cənubi  Azərbaycan  kəndlilərinə 

kömək  üçün  Nəbinin  dəstəsi  tez-tez  Arazın  o  tayına  keçirdi.  Cənubi  Azərbaycan 

xanları Nəbiyə nifrət edərək, hər vasitə ilə onu məhv etməyə çalışırdılar. 

Nəbi  öz  qəhrəman  mübarizəsi  ilə  xalq  qəhrəmanı  və  zəhmətkeş 

mənafelərinin müdafiəçisi şöhrətini qazandı. Azərbaycan kəndliləri öz qəhrəmanları 

ilə fəxr edirdilər. Onların çoxu çətin anlarda kömək üçün Nəbiyə müraciət edir, çar 

məmurlarını onun adı ilə hədələyirdilər. 

Kəndlilərin  çıxışı  təkcə  yerli  çar  hakimiyyət  orqanlarını  deyil,  həm  də 

imperiyanın ali məmurlarını narahat edirdi. İstismarçılara qarşı vuruşan Nəbi və digər 

igidlərin  geniş  xalq  kütlələri  içərisində  müdafiə  edilməsi  onlan  xüsusən  təşvişə 

salırdı. 

1894-cü  il  iyunun  20-də  Gürcüvan  kəndində  Nəbinin  qardaşı  Mehdi 

hökumət  casuslarının  qurbanı  oldu.  Bundan  üç  gün  sonra  Nəbi  həmin  kəndin 

mülkədarı  və  tacirlərinə  divan  tutdu.  Sonra  o,  Həcəri  Çiçəkli  kəndində  qoyaraq, 

Arazın  o  tayına  keçdi.  Hökumət  casusları  dərhal  bunu  Zəngəzur  və  Naxçıvan  qəza 

rəislərinə  çatdırdılar.  Onlar  Çiçəkliyə  hücum  təşkil  edib  Həcəri  tutdular  və  Gorus 

qalasına saldılar. 1895-ci il oktyabrın 28-də Nəbi öz dəstəsi ilə  Gorusu mühasirəyə 

aldı və qala rəisi Səlim bəydən Həcərin buraxılmasını tələb etdi. Tələb yerinə yetirildi. 

Çar  hakimiyyəti  orqanları  Nəbini  öldürən  və  ya  onun  öldürülməsində 

fərqlənən  adamlara  çoxlu  pul,  qiymətli  hədiyyələr,  vəzifə  və  medalla 

mükafatlandırmağı vəd etmişdi. 

1895-ci  ilin  sentyabrında  Naxçıvan  qəza  rəisi  Urmiya  şəhərində  yaşayan, 

orada  ticarətlə  məşğul  olan  Ordubad  taciri  hacı  Fərəc  oğluna  Nəbinin  İranda 

öldürülməsini  təşkil  etməyi  tapşırdı.  Nəbinin  qətli  üçün  tacirə  qızıl  medal  və  1000 

man. xərclik vəd edildi o qaçaqlardan Şahhüseyn və Kərbəlayı İmamı satın almağa nail 

oldu. Onlar bir həftə ərzində Nəbini öldürməyə boyun oldular. 1896-cı il martın 12-də 

onlar  İranın  Larni  kəndində  Nəbiyə  hücum  edərək  onu  öldürdülər  [49].  Nəbinin 

dəstəsi  hamı  tərəfindən  tanınmış  başçının  ölümündən  sonra  dağıldı.  Nəbinin  ölümü 

kəndlilərin qəzəbinə səbəb oldu. Onlar sevimli xalq qəhrəmanının xatirəsini həmişəlik 

əziz  tutaraq,  haqqında  ürəkdən  gələn  nəğmələr  qoşdular.  Sonralar  bu  nəğmələr 

"Qaçaq Nəbi" xalq dastanının əsasını təşkil etdi. 

Qaçaq  hərəkatı  müstəmləkəçiləri  ciddi  surətdə  narahat  edir,  onu  yatırmaq 

üçün  çarizm  ən  amansız  tədbirləri  görürdü  [50].  Hakimiyyət  orqanları  zemstvo 

mühafizə dəstələrini, ovçu komandalarını və hərbi hissələri qaçaqlara qarşı göndərirdi. 



Yüklə 4,04 Mb.

Dostları ilə paylaş:
1   ...   113   114   115   116   117   118   119   120   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə