Azərbaycan miLLİ elmlər akademiyasi a. Bakixanov adina tariX İnstitutu



Yüklə 4,04 Mb.
Pdf görüntüsü
səhifə118/189
tarix24.12.2017
ölçüsü4,04 Mb.
#18030
1   ...   114   115   116   117   118   119   120   121   ...   189

Hökumət  orqanlarının  əlinə  düşən  qaçaqlar  hərbi  səhra  məhkəmələrində  mühakimə 

edilir,  qaçaqlara  yardım  göndərənlərə  qarşı  amansız  tədbirlər  görülürdü.  Cəza 

tədbirləri  həm  ayrı-ayrı  şəxslərə,  həm  də  bütöv  kənd  cəmiyyətlərinə  qarşı  tətbiq 

edilirdi. Sonunculara qarşı tətbiq edilən cəza tədbirlərinin məqsədi sərt iqtisadi təzyiq 

yolu  ilə  kəndliləri  qaçaqlara  yardımı  dayandırmağa  məcbur  etməkdən  ibarət  idi.  Bu 

tədbirlərdən ən ağırı ekzekusiya (bədən cəzası) idi: qaçaqlarla əlaqədar olan kəndlərdə 

hərbi, adətən kazak komandası yerləşdirilir və bu komandanı sakinlər öz hesablarına 

saxlamalı idilər. Məsələn, 1896-cı ildə Göyçay qəzasının Qarabucaq kəndi ekzekusiyaya 

məruz qaldı, 25 nəfər kazak da bir aylığa burada yerləşdirildi [51]. 

Ekzekusiyalar  hərbi  komandalar  tərəfindən  kəndlilər  üzərində  kobud 

özbaşınalıq,  ələsalınma  və  birbaşa  zorakarlıqla  müşayiət  olunurdu.  Çar  hökuməti 

qacaqlara yardım göstərmiş kəndlərin bütünlüklə sürgün edilməsi kimi amansız cəza 

tədbirlərini  tətbiq  etməkdən  çəkinmirdi.  Hökumət  orqanları  sürgün  edilmiş 

kəndlilərin  yerində  rus  köçkünlərini  yerləşdirir,  onlardan  özünün  müstəmləkə 

siyasətini həyata keçirmək aləti kimi, qismən də qaçaqlara qarşı mübarizədə istifadə 

etməyə  can  atırdı.  Yalnız  altı  il  (1889-1894)  ərzində  Quba  qəzasında  beş  kəndin 

sakinləri  bütünlüklə  sürgün  edilmiş,  onların  yerində  köçkün  rus  kəndləri 

yaradılmışdı, 

Kəndlilərin  sosial  və  müstəmləkə  zülmünə  qarşı  etirazının  digər,  müxtəlif 

hakimiyyət  orqanlarına,  vəzifəli  şəxslərə  sözün  əsl  mənasında,  ərizə  yağışı 

yağdırırdılar. 

Kəndli  etirazının  bu,  ən  az  fəal  formasının  geniş  yayılması  Şimali 

Azərbaycan  kəndlilərinin  əsrlər  boyu  despotik  rejimdə  (əvvəl  xan,  sonra  isə 

mütləqiyyət  rejimi)  yaşaması  ilə  şərtlənirdi.  Ağır  əsarət  isə  ―nəsildən-nəslə‖  keçən 

itaət vərdişi doğururdu. Hakimiyyət orqanları ilə açıq toqquşmadan çəkinən kəndlilər 

şikayətlərə geniş şəkildə əl atırdılar. Qanun şikayətləri qadağan etmirdi. Hakimiyyət 

orqanlarından  himayədarlıq  axtaran  kəndlilərin  əsassız  ümidləri  şikayətlərin,  bəzən 

məqsədlərinə çatması da, bu etiraz formasının geniş yayılmasına təkan verirdi. 

Kəndli şikayətlərinin ən çox hissəsi kəndlilərin torpaq sahibliyi və torpaqdan 

istifadə  məsələləri  ilə  əlaqədar  idi.  Kəndlilər  torpaq  təminatlarının  yaxşılaşdırılması 

tələbi ilə müxtəlif idarə və vəzifəli şəxsləri sanki aramsız ―atəşə‖ tuturdular. Lakin kiçik 

istisnalar edilməklə, aztorpaqlılıq barəsindəki kəndli şikayətləri nəticəsiz qalırdı. 

Xəzinə torpaqlarının kütləvi şəkildə bəylər tərəfindən tutulması ilə əlaqədar 

olaraq  dövlət  kəndlilərindən  çoxlu  şikayətlər  gəlirdi  [52].  Əksər  hallarda  pay 

torpaqlarının  zorla  tutulması  barəsindəki  kəndli  şikayətləri  müsbət  nəticə  vermirdi 

[53]. Kəndli şikayətlərinin ancaq kiçik bir hissəsi onların xeyrinə həll edilirdi. 

Kənddə kapitalist münasibətlərinin inkişafı və kəndlilərin təbəqələşməsi ilə 

əlaqədar  zəhmətkeş  kəndlilərin  istismarçı  qolçomaqlara  qarşı  mübarizəsi  meydana 

çıxdı və genişlənməyə başladı. Kəndlilər öz pay torpaqlarının qolçomaqlar tərəfindən 

tutulması  cəhdlərinə qarşı fəal mübarizə aparırdılar. Onlar varlıların vaxtaşırı torpaq 

bölgülərini ləğv etmək yolu ilə əvvəllər ələ keçirilmiş pay torpaqlarını əldə saxlamaq 



cəhdlərinə  inadlı  müqavimət  göstərirdilər.  Kəndlilər  kəndin  varlı  təbəqəsinin 

zorakılığına  qarşı  mübarizə  apararaq,  pay  torpaqlarının  vaxtaşırı  olaraq  yenidən 

bölüşdürülməsini tələb edirdilər. 

1895-ci  ildə  Bakı  qəzası  Saray  kəndinin  34  torpaqsız  kəndlisi  Cənubi 

Qafqaz  diyarının  baş  rəisinə  şikayətlə  müraciət  edib  tələb  edirdilər  ki,  ya  onlar 

mükəlləfiyyətləri daşımaqdan azad edilsinlər, ya da pay torpaqları bərabər bölünsün. 

Kəndli  həyatının  ən  vacib  məsələlərindən  biri  vergi  əsarətini 

yüngülləşdirmək  uğrunda mübarizə idi. Kəndlilər öz şikayətlərində həddən artıq ağır 

vergi  və  mükəlləfiyyətləri  azaltmağı,  onları  özlərinin  iqtisadi  imkanları  ilə 

uyğunlaşdırmağı,  ödənilməmiş  vergiləri  bağışlamağı  və  s.  inadla  tələb  edirdilər.  Bir 

qayda  olaraq,  çar  hakimiyyət  orqanları  bu  məsələlərdə  kəndlilərin  ağır  vəziyyəti  ilə 

hesablaşmır  və  ancaq  xəzinənin  mənafeyi  qayğısına  qalırdı.  Kəndli  şikayətlərinin 

əksəriyyətinin taleyi göstərir ki, ancaq çox nadir hallarda çar hakimiyyət orqanları vergi 

yükünü azaltmağa, ödənilməmiş vergiləri ləğv etməyə razılıq verirdilər. 

Buna  görə  də  bəzi  kəndlilər  bütöv  kənd  cəmiyyətləri  halında  vergiləri 

ödəməkdən  boyun  qaçırırdılar.  Bəzən  də  məsələ  kəndlilərin  nifrət  etdikləri  vergi 

yığanlara  qarşı  zorakılığa  qədər  gedib  çıxırdı.  Hətta  kəndlilərin  mükəlləfiyyətləri 

yerinə  yetirmək  iqtidarında  olmayan  borclular  sırasına  düşdükləri  hallarda  belə,  çar 

hakimiyyət  orqanları  onların  vergi  yükünü  yüngülləşdirməkdən  boyun  qaçırırdı  [54]. 

Buna  görə  də  kəndlilər  tez-tez  mükəlləfiyyətləri  yerinə  yetirməkdən  boyun 

qaçırırdılar. 

Kəndli  ərizələrinin  böyük  hissəsini  yerli  hakimiyyət  orqanlarında  çalışan 

vəzifəli  şəxslərin  özbaşınalığı  və  sui-istifadələrinə  (bunlar  çarizmin  Rusiya 

imperiyasında  yaratdığı  zorakılıq  rejiminin  qanunauyğun  nəticələri  idi)  qarşı 

şikayətlər təşkil edirdi. 

Kəndli hərəkatı formalarından biri meşələrin qırılması idi. Məlum olduğu kimi, 

kəndlilərin  meşə  ilə  təmin  olunma  səviyyəsi  onların  maddi  təminatı  vəziyyətini 

müəyyənləşdirən mühüm amillərdən biri idi. 

XIX  yüzilliyin  50-ci  illərinədək  Şimali  Azərbaycanın  dövlət  kəndliləri 

meşələrdən  sərbəst  və  təmənnasız  istifadə  edirdilər.  Sonralar  hakimiyyət  orqanları 

kəndlilərin meşədən istifadə hüquqlarına qarşı hücuma başladı. Bunun da nəticəsində 

80-ci ilin ortalarında,  yüksək vəzifəli bir çar məmurunun etiraf etdiyi kimi,  ―meşələrdən 

sərbəst istifadə etməkdən əhaliyə ancaq xoş xatirələr qalmışdı‖ [55]. 

Meşələrin  qırılması  üstündə  1899-cu  ildə  Nuxa  qəzasının  Sabatlı  kəndində 

ciddi həyəcanlar baş verdi. Qətiyyən meşələri olmayan sabatlılar ağac materiallarını ya 

satın  alır,  ya  da  onu  gizlicə  Zaqatala  dairəsinin  qonşuluğunda  yerləşən  xəzinə 

meşələrindən  qırırdılar.  1899-cu  il  mayın  15-də  berdankalarla  silahlanmış  bir  qrup 

sabatlı arabalarda meşəyə gəlib ağac kəsməyə başladı. Meşə gözətçilərı onları görüb 

yaxınlaşmağa  başlayanda,  kəndlilər  meşəni  qırmaqda  davam  edə-edə  atəş  açdılar. 

Gözətçilərin  özbaşına  meşə  qırılması  barəsində  göndərdikləri  xəbərdən  sonra  atlı-



Yüklə 4,04 Mb.

Dostları ilə paylaş:
1   ...   114   115   116   117   118   119   120   121   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə