Azərbaycan miLLİ elmlər akademiyasi a. Bakixanov adina tariX İnstitutu



Yüklə 4,04 Mb.

səhifə119/189
tarix24.12.2017
ölçüsü4,04 Mb.
1   ...   115   116   117   118   119   120   121   122   ...   189

silahlı dəstələr və zemstvo mühafizəçiləri tezliklə bu meşəyə gəldilər. Sabatlılar onları 

da tüfəng atəşi ilə qarşıladılar. 

Mayın  20-nə  keçən  gecə  qəza  rəisi  başda  olmaqla  500  nəfərə  qədər  silahlı 

kazak və zemstvo mühafizəçisi Sabatlıya gəldi. Kəndlilərə divan tutulması başladı. 125 

kəndli  zorla  bir  yerə  toplanıldı  və  meşədə  olmuş  süvarilər  baş  verən  həyəcanın 

təşəbbüskarlarını tanıdılar. 18 nəfər həbs edildi və Zaqatala həbsxanasına atıldı. 

Kənddə  zülmə  qarşı  mübarizə  formalarından  biri  mülkədar  və  qolçomaq 

evlərinin və mülklərinin yandırılması idi. Bu yanğınlar qolçomaq istismarı, zorakılığı və 

özbaşınalığı müqabilində kəndli intiqamının bir növ ifadəsi idi. 

Bəy  və  vəzifəli  şəxslərin,  xüsusən  də  kətxudaların  mülklərinin  dövlət  və 

xüsusən də sahibkar kəndliləri tərəfindən yandırılması  hallarına da təsadüf olunurdu. 

Belə hadisələr Cavanşir qəzasının Marağal, Lənkəran qəzasının Qızılağac kəndlərində 

və  b.  yerlərdə  baş  vermişdi.  Mülkədar  malikanələrinin  yandırılması  halları  Göyçay 

qəzasında  geniş  miqyas  almışdı.  Qəsdən  yandırılma  halları  ən  çox  məhz  torpaq 

məsələsinin  xüsusən kəskin xarakter aldığı yerlərdə, o cümlədən Nuxa, Yelizavetpol, 

Şuşa, Cavanşir qəzalarında baş verirdi. 

O dövr Azərbaycan kəndində bəy torpaqlarının kəndlilər tərəfindən tutulması 

hallarına  rast  gəlinirdi.  Məsələn,  1888-ci  ildə  Yelizavetpol  qəzasındakı  Qarabulaq 

kəndinin  sakinləri  Şabanəli  Şəfibəyovun  torpaqlarını  tutmuşdular  [56].  Lakin  bəy 

torpaqlarının  tutulması  kütləvi  xarakter  daşımır,  ən  çoxu  təsadüfı  hadisələr  kimi  baş 

verirdi. 

Kəndlilərin  göstərdikləri  cəsarət  və  igidliyə  baxmayaraq,  onların  kortəbii, 

qeyri-mütəşəkkil xarakter daşıyan çıxışları məğlubiyyətə uğrayırdı. Kəndli hərəkatının 

təbiəti  elə  idi  ki,  çıxışlar  əksər  hallarda  məhdud  xarakter  daşıyır,  kəndlilər  öz 

mübarizələrinin əsas məqsəd və vəzifələrini başa düşmürdülər. 

 

 



 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


VII FƏSĠL 

 

ƏHALĠNĠN TƏRKĠBĠNDƏ 



SOSĠAL DƏYĠġĠKLĠKLƏR 

 

§ 1. ġĠMALĠ AZƏRBAYCANDA 



BURJUAZĠYANIN TƏġƏKKÜLÜ 

 

XIX yüzilliyin II yarısında Şimali Azərbaycanın ictimai-iqtisadi həyatında 



baş  verən  dəyişikliklər  burada  burjua  cəmiyyəti  təbəqələrinin  formalaşmasına 

zəmin yaradırdı. 

Şimali Azərbaycanı imperiyanın mərkəzi rayonlarının sənayesi üçün satış 

bazarı  və  xammal  mənbəyi  kimi  qiymətləndirən  çarizmin  müstəmləkə  siyasətinə, 

ilkin  kapital  yığımı  mənbələrinin  məhdudluğuna,  XIX  əsrin  II  yarısında 

Azərbaycan  kəndində  feodal  qalıqlarının  qalmasına  baxmayaraq,  diyarda 

burjuaziyanın  təşəkkülü  prosesi  gedirdi.  Özlərinin  bütün  məhdudluğuna 

baxmayaraq, XIX yüzilliyin 70-ci illərində keçirilmiş burjua islahatları bu prosesə 

müsbət  təsir  göstərirdi.  Şimali  Azərbaycanda  sənaye  və  ticarət  burjuaziyasının 

formalaşması  prosesi,  həmçinin  əsrin  sonunda  kredit  bank  sisteminin  meydana 

çıxması  və  inkişaf edərək iqtisadi həyatda  birinci  dərəcəli  əhəmiyyət  kəsb etməsi 

ilə daha da sürətləndi. 

Yüzilliyin  son  rübündə  Şimali  Azərbaycan  sənayesinə  əvvəlcə  həm  rus, 

80-ci  illərdən  isə  həm  də  xarici  kapital  axınının  güclənməsi  müəyyən  dərəcədə 

Azərbaycan  burjuaziyasının  çoxmillətliyini  şərtləndirirdi.  Onun  tərkibinə  milli 

burjuaziya  ilə  yanaşı,  erməni  və  rus  burjuaziyasının  nümayəndələri,  digər 

millətlərdən olan kapitalistlər daxil idilər. 

Şimali  Azərbaycanda  neft  sənayeçiləri,  işbazları,  fabrik  sahibləri  və 

zavodçulardan,  gəmi  sahibləri  və  gəlirli  ev  sahiblərindən,  habelə  varlı  tacirlərdən 

ibarət olan iri burjuaziyanın tərkibi ilbəil genişlənirdi. Orta burjuaziya-orta həcmli 

sənaye, ticarət, nəqliyyat və s. müəssisələrin sahibkarları iqtisadi və siyasi baxımdan iri 

burjuaziyaya qoşulurdular. 

Rusiyanın  digər  bölgələrinin  burjuaziyası  kimi,  Şimali  Azərbaycan 

burjuaziyası  da  siyasi  mənafelərin  ümumiliyi  baxımından  vahidlik  təşkil  edirdi.  Bu 

məsələdə də o, Bakı, Gədəbəy və başqa yerlərdə kapitalist müəssisələrinə sahib olan 

rus və xarici sənayeçilər və bankirlərlə qovuşurdu. 

Şimali  Azərbaycanın  xırda  burjuaziyası  çoxsaylı  idi.  Onun  tərkibində  xırda 

sənətkar  -  kustar  müəssisələrinin  sahibləri,  kiçik  tacirlər  və  binəkdarlar,  xidmət 

sahəsindəki  xırda  müəssisələrin  sahibkarları  və  b.  daxil  idi.  Öz  sosial  təbiətinə  görə, 

ümumiyyətlə, xırda burjua olan kəndlilərə gəldikdə isə, islahatdan sonrakı bütün Rusiyada 

olduğu kimi, burada da onlar parçalanır, bir qütbə varlı kəndlilər, qolçomaqlar, digərinə isə 

muzdla işləyən kəndlilər, yoxsullar cəmləşirdi. 




Sənaye  istehsalının  müxtəlif  sahələri  və  müxtəlif  inkişaf  mərhələlərində 

burjuaziyanın milli qruplarının nisbəti eyni deyildi. Daim dəyişən bu nisbət müstəmləkə 

iqtisadiyyatının  inkişafına  xas  olan  meylləri  əks  etdirirdi.  Bu  da  burjuaziyanın  əsas 

formalaşma mərkəzinə çevrilmiş neft Bakısında daha açıq şəkildə özünü göstərirdi. 

Bütövlükdə  isə  Şimali  Azərbaycan  sənayesinin  aparıcı  sahəsində-neft 

sənayesində  Azərbaycan  milli  burjuaziyasının  iqtisadi  mövqeləri  güclü  deyildi.  Hələ 

1872-ci ildə, iltizam sisteminin ləğv edildiyi ilk vaxtlarda, neftli sahələrin 13 sahibkarı 

içərisində Azərbaycan kapitalı ancaq 2 kapitalistlə təmsil olunmuşdu [1]. 

70-ci illərin sonu - 80-ci illərin əvvəllərində Azərbaycan kapitalı neftayırma 

sahəsində  xeyli  geniş  şəkildə  təmsil  olunmuşdu.  1883-cü  ildə  Bakının  100  ağ  neft 

zavodçusundan  40  nəfərdən  çoxu  azərbaycanlılar  (H.Z.Tağıyev,  N.Mehdiyev, 

A.M.Nuriyev, Q.S.Sadıqov, M.S. Səlimxanov və b.) idi [2]. 

90-cı  illərin  əvvəllərinə  yaxın  neft  sənayesindəki  milli  kapital  qruplarının 

nisbətində mühüm dəyişikliklər baş verdi. İstehsal və mübadilə üsullarının kapitalizm 

dövründə  təzahür  edən  beynəlmiləlləşmə  meyli  digər  aparıcı  sənaye  sahələrində 

olduğu kimi, neft sənayesində də müxtəlif milli kapital qruplarının qovuşmasına gətirib 

çıxarırdı. 

Neft  hasilatı  və  emalının,  neft  məhsulları  daşınması  və  ticarətinin  xeyli 

hissəsini  əsası  Rusiyada  külli  miqdarda  kapital qazanmış  İsveç  mənşəli  kapitalistlər 

tərəfindən  1879-cu  ildə  qoyulmuş,  ölkədə  ilk  inhisara  çevrilmiş  ―Nobel 

qardaşları‖nın  neft istehsalı  şirkəti öz  əlində  cəmləşdirmişdi.  1891-ci  ildə  ―Nobel 

qardaşları‖  şirkətinə  məxsus  olan  mədənlərdə  Bakıda  çıxarılan  bütün  neftin  13,2 

faizi hasil edilirdi. 

Neftayırma  sənayesində  o  zamankı  əsas  məhsulun  -  ağ  neftin 

istehsalındakı  xüsusi  çəki  baxımından  22,8  faizi  Azərbaycan  kapitalının  payına 

düşürdü.  ―Nobel  qardaşları‖  şirkəti  də  daxil  olmaqla  ağ  neftin  34,5  faizi  rus 

kapitalistlərinin müəssisələri tərəfindən istehsal olunmuşdu. 

Azərbaycan  kapitalı  başlıca  olaraq  bir  neçə  on  min  puddan  10  mln 

pudadək neft istehsal edən orta və xırda müəssisələrlə təmsil olunmuşdu [3]. 

Neft sənayeçiləri M.Nağıyev və Ş.Əsədullayevə mənsub olan neftçıxarma 

firmalarının  müəssisələrində  1  mln-dan  10  mln  pudadək  neft  hasil  olunurdu.  10 

mln  puddan  çox  neft  çıxaran  müəssisələr  qrupunda  isə  Azərbaycan  kapitalı, 

ümumiyyətlə,  təmsil  olunmamışdı  [4].  Neft  müəssisələrinə  malik  digər 

azərbaycanlı kapitalistlər arasında M.Manafov və b. da var idi. M.Muxtarov podrat 

qazması üzrə iri firmanın sahibi idi. 

Neft  sənayesində  rus  kapitalını  V.A.Kokorev,  S.M.Şibayev,  P.İ.Tubonin, 

A.M.Benkendorf  və  b.,  erməni  kapitalını  isə  A.İ.Mantaşev,  Mirzəyev  qardaşları 

təmsil edirdilər. 

XX  yüzilliyin  əvvəlinə  yaxın  neftayırma  sənayesində  də  burjuaziyanın 

milli qruplarının mövqeləri dəyişikliklərə uğradı. Bu sahədə rus kapitalının xüsusi 

çəkisi bir qədər artdı. Eyni zamanda neftayırmada erməni və Azərbaycan kapitalına 





Dostları ilə paylaş:
1   ...   115   116   117   118   119   120   121   122   ...   189


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə