Azərbaycan miLLİ elmlər akademiyasi a. Bakixanov adina tariX İnstitutu



Yüklə 4,04 Mb.
Pdf görüntüsü
səhifə12/189
tarix24.12.2017
ölçüsü4,04 Mb.
#18030
1   ...   8   9   10   11   12   13   14   15   ...   189

başladı.  Qarababa  kəndi  rayonunda  döyüş  baş  verdi,  Qudoviç  yenidən 

məğlubiyyətə  uğradı.  1808-ci  il  kampaniyası  uğursuz  başa  çatdı  və  Qudoviç 

istefaya getməyə məcbur oldu. 

1809-cu  ilin  əvvəllərindən  Rusiyanın  Zaqafqaziyadakı  vəziyyəti  daha  da 

mürəkkəbləşdi.  İran  İngiltərənin  rəhbərliyi  altında  hərbi  əməliyyatları  davam 

etdirməyə,  Arabağa  soxulmağa  hazırlaşırdı.  Sarıqamışda  14  min  sərbaz 

cəmləşdirilmişdi. Qafqazda rus qoşunlarının sayı 43,5 min nəfərə çatdığı bir vaxtda 

İran bütövlükdə 150 min nəfərlik ordu çıxarmaq niyyətində idi. 

Yeni  baş  komandan  Tormosov  İranla  münasibətləri  danışıqlarla  nizama 

salmağa  ümid  bəsləyirdi.  Lakin  1809-cu  ilin  iyununda  şahın  özü  Qarabağ  və 

İrəvanla  kifayətlənməmək  və  qüvvələrini  Türkiyə  ilə  birləşdirmək  üçün  Qərbdə 

hərbi əməliyytalar cəbhəsini genişləndirmək niyyəti ilə Cənubi Azərbaycana gəldi. 

Şah  Zaqafqaziya  hakimləri  və  sakinlərinə  fərmanlar  göndərərək,  onları  Rusiyaya 

qarşı çıxış etməyə çağırdı. 

1809-ci  ilin  hərbi  əməliyyatları  iluyda  iki  İran  qoşununun  Qarabağ  və 

Pəmbəkə yürüşləri ilə eyni zamanda başladı. Üçüncü qoşun hissəsi Göyçə (Sevan) 

gölünün  yanında  dayandı.  Onun  əməliyyat  meydanı  Gəncə,  Qazax  və  şəmşəddil 

olmalı idi. Lakin İran qoşunlarına öz planlarını həyata keçirmək müyəssər olmadı. 

Abbas Mirzə rus qoşunları ilə qarşılaşmaqdan hər vasitə ilə çəkinirdi. Avqustda o, 

Gəncəyə hücum etdi. Rus qoşunları da oraya tələsdi. Abbas Mirzə yenidən, döyüşə 

girmədən, bir neçə yaşayış məntəqisini talan edərək, Arazın o tayına çəkildi. 

1809-cu ilin sentyabrında on bir minlik İran süvari qoşunu Talış xanlığına 

soxuldu və Lənkəranı talan etdi. Mir Mustafa xan öz qoşunlarının qalıqları və ailəsi 

ilə  birlikdə  yarımadada  gizlənməyə  məcbur  oldu.  Həmin  günlərdə  əsgəranda  İran 

və  Rusiya  arasında  danışıqlar  yenidən  başlandı.  General  Tormosov  İran 

nümayəndəsi Mirzə Bezürkdən Talış xanlığının müstəqilliyini tanımağı tələb etdi. 

İrandakı ingilis səfiri sülh müqaviləsinin bağlanmasına hər vasitə ilə mane 

olurdu. O, şahı inandırırdı ki, İranın qarşısında qoyulan şərtlər çar sarayı tərəfindən 

deyil,  Tormosov  tərəfindən  irəli  sürülür.Eyni  zamanda  İngiltərə  İran  qoşunlarını 

silahal təchiz edirdi. Məsələn, danışıqların getdiyi günlərdə İran İngiltərədən 3000 

əsgər,  100  top,  2000  tüfəng,  1,2  mln  man.  pul,  ―top  tökmək  və  Astrabad, 

Mazandaran,  Gilan  və  Ləngərudda  gəmi  qayırmaq  üçün  müxtəlif    ustalar‖  [16] 

almışdı. 

İngiltərə  və  Türkiyənin  maneçiliyi  üzündən  danışıqlar  kəsildi.  Türkiyə 

barışıq  bağlanacağı  təqdirdi  İranla  müharibədən  azad  olacaq  qoşunların  hesabına 

Rusiyanın güclənməsindən ehtiyat edirdi. 

Ona  görə  də  soltan  danışıqları  pozmaq  üçün  öz  səlahiyyətli 

nümayəndəsini  qiymətli  hədiyyələrlə  Tehrana  göndərdi.  Abbas  Mirzəyə  isə  onun 

tam  ixtiyarına  12  inlik  nizami  seçmə  türk  qoşununu  verməyi  təklif  etdi. 

Zaqafqaziyadakı rus qoşunları ağır vəziyyətə düşdü. 




1810-cu  ilin  iyununda  İran  qoşunları  Qarabağa,  Gəncəyə  və  Pəmbəkə 

doğru  irəlilədi.  İran  qoşunlarının  öz  dəstələri  Tuğ  kəndinin  yaxınlığında, 

Qarğabazar  adlanan  yerdə  dayandı.  Iranlılar  Mehridə  də  möhkəmləndilər  [17]. 

Təbriz  istiqamətində  Cənubi  Azərbaycana  irəliləməyin  açarı  rolunu  oynayan 

Mehrinin  mühüm  strateji  əhəmiyyətini  nəzərə  alan,  sayca  400  nəfərdən  bir  qədər 

artıq  dəstəsi  olan  Kotlyarevski  Mehriyə  doğru  hərəkət  etdi.  İyunun  15-də  kəndi 

hücumla  ələ  keçirmək  ona  müyəssər  oldu  [18].  Arazın  o  tayına  geri  çəkilmiş 

iranlılar  iyulun  2-də  yenidən  Mehriyə  yaxınlaşdılar.  Mühasirə  5  gün  davam  etdi. 

Lakin  şah  komandanlığı  onun  alınmazlığına  əmin  olaraq,  geri  çəkilmək 

məcburiyyətində  qaldı.  İyulun  8-nə  keçən  gecə  Kotlyarevski  İran  qoşunlarının 

Mehri  yaxınlığında  yerləşən  düşərgəsinə  qəflətən  hücum  etdi.  Süngü  döyüşündə 

İran  dəstəsi  darmadağın  edildi  və  Qarabağın  hüdudlarından  kənara  atıldı.  Rus 

qoşunlarının bu qələbəsi Zaqafqaziyadakı bütün vəziyyəti dəyişdi. Lakin şah sarayı 

Pəmbək  və  Şuragəl  istiqamətində  yeni  hücum  hazırlayırdı.  İranlılar  Abaran 

yaxınlığında  yığışdılar.  Türkiyə  tərəfindən  gözlənilən  təhlükə  İran  qoşunlarının 

üzərinə  hücum  etməyə  imkan  vermirdi.  1810-cu  ilin  avqustunda  İanla  Türkiyə 

arasında  Rusiya  əleyhinə  hərbi  ittifaq  bağlandı.  Lakin  bunun  da  köməyi  olmadı. 

İran  qoşunları  Ahalkələki  yaxınlığında  darmadağın  edildi.  Abbas  Mirzə  rus 

dəstələri  ilə  yeni  toqquşmalardan  çəkinərək,  barışıq  haqqında  danışıqlara  yenidən 

başlamaq qərarına gəldi. 

O,  eyni  zamanda,  fəal  surətdə  yeni  kampaniyaya  hazırlaşır,  ingilislər  isə 

Rusiya-İran sərhədlərindəki qalaların mökəmləndirilməsi ilə əsaslı surətdə məşğul 

olurdular.  Bu  vaxt  Malholm  təlimatçılar  qrupu  toplar  və  digər  silahlarla  birlikdə 

Tehrana gəldi. 1811-ci ildə Xarford Ceksonu Tehranda başqa bir səfir – Ouzli əvəz 

etdi. O özü ilə birlikdə üçillik maliyyə  yardımının hamısını, habelə 3 min tüfəng, 

20 top, hərbi sursat və ləvazimat gətirmişdi [19]. 

1812-ci  il  martın  14-də,  yəni  Fransa  ilə  Rusiya  arasında  əlaqələrin 

kəsilməsi  ərəfəsində  və  Bonopart  əleyhinə  İngiltərə-Rusiya  ittifaqının  yaradıldığı 

dövrdə Ouzli müqaviləni imzaladı. Bu müqavilə 1809-cu 

il  müqaviləsini  təsdiq  edirdi.  Bu  müqaviləyə  görə,  İngiltərə  İrana  lazımi 

maqdarda  qoşun  göndərməyi  və  yaxud  da  Britaniya  səfirinin  bilavasitə  nəzarəti 

altında bütün müharibə ərzində ordunun saxlanması üçün hər il 200 min tümən pul 

ödəməyi öz öhdəsinə götürdü. İngiltərə hökuməti Xəzərdə gəmiqayırmanın təşkili, 

hərbi  anbarların  tikintisi  üçün  mütəxəssislər  qrupu  ayırmağı,  zəruri  hallarda  hərbi 

gəmilərini  İran  körfəzinə  göndərməyi  boynuna  götürdü.  Bu  gəmilər  körfəzin 

istənilən limanını tutmaq hüququna malik idi. 

İran İngiltərədən belə əhəmiyyətli yardım alaraq, barışıqdan imtina etdi və 

fəal  surətdə  hücuma  hazırlaşmağa  başladı.  Bu  həm  də  ondan  irəli  gəlmişdi  ki, 

ingilislər  şah  sarayını  inandırırdılar  ki,  Rusiyanın  vəziyyəti  xeyli  mürəkkəbdir, 

qoşunlar  Zaqafqaziyadan  Qərbə  atılıb,  Napoleon  Rusiya  üzərinə    hücuma 

hazırlaşır.  İngilislərin  məsləhəti  ilə  Fətəli  şah  ruhanilərin  başçısını  çağırdı  və 



Yüklə 4,04 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə