Azərbaycan miLLİ elmlər akademiyasi a. Bakixanov adina tariX İnstitutu



Yüklə 4,04 Mb.
Pdf görüntüsü
səhifə120/189
tarix24.12.2017
ölçüsü4,04 Mb.
#18030
1   ...   116   117   118   119   120   121   122   123   ...   189

məxsus firmaların xüsusi çəkisi xeyli azaldı [5]. Bu, hər şeydən əvvəl, 1901-1903-

cü illər iqtisadi böhranının, yerli müəssisələrin rəqabətə dözümsüzlüyünün, onların 

kiçikliyinin və kifayət qədər mütəşəkkil olmamasının nəticəsi idi. 

Neftayırma və onunla əlaqədar olan kimya istehsalı sahəsində Azərbaycan 

kapitalı  Ş.Əsədullayev,  M.Nağıyev,  İ.Hacınski,  M.Ə.Səlimxanov  və  başqalarının 

müəssisələri ilə təmsil olunmuşdu. 

Neft  hasilatı  və  emalı  sahələrində  istehsalın  intensiv  surətdə  gedən 

təmərküzləşməsi  prosesi,  neft  inhisarlarının  meydana  çıxması,  bu,  ən  mühüm 

sənaye  sahəsində  onların  hökmranlığının  bərqərar  olması  əsrin  sonuna  yaxın  neft 

maqnatlarının  iqtisadi  və  siyasi  mövqelərinin  güclənməsinə  gətirib  çıxardı.  Onlar  iri 

sənaye  kapitalının  digər  nümayəndələri  ilə  birlikdə  burjuaziyanın  yuxarı  təbəqəsinə 

çevrildilər. 

Bakı  rayonunda  cəmlənmiş  metal  emalı  müəssisələri  sahiblərinin  də  tərkibi 

çoxmillətli  idi.  Azərbaycan  kapitalı  sənaye  istehsalının  bu  mühüm  sahəsində  kifayət 

qədər geniş surətdə təmsil olunmuşdu. Əsrin sonunda M.Muxtarovun, demək olar ki, 950 

fəhləsi, Cavanşirov qardaşlarının 300 fəhləsi olan zavodları, A.A.Dadaşovun 100 fəhləsi 

olan tərsanə emalatxanaları və b. iri metal emalı müəssisələri sırasında idi [61]. 

Metal  emalında  rus  kapitalı  S.M.Şibayev,  S.M.Rısev  və  F.A.Lyapinin 

müəssisələri, ―Qafqaz və Merkuri‖ gəmiçilik cəmiyyətinin emalatxanaları, xarici kapital 

isə Levenson, A.F.Berinq, K.F.Eyzenşmidt və b. müəssisələri ilə təmsil olunmuşdu. 

―Nobel  qardaşları‖  şirkətinə  iri  mexaniki  emalatxanalar  məxsus  idi.  Alman 

kapitalına  məxsus  olan  və  elektrik  enerjisi  sahəsində  aparıcı  mövqe  tutan 

―Elektriçeskaya  sila‖  cəmiyyətinin  səhmlərinin  xeyli  hissəsi  H.Z.Tağıyevin  əlində 

idi. 


Azərbaycan  kapitalı  yüngül,  yeyinti  və  bəzi  digər  sənaye  sahələrində  geniş 

təmsil olunmuşdu. Məsələn, ipək sənayesinin inkişafı, başlıca olaraq, Azərbaycan milli 

kapitalı  ilə  bağlı  idi  [7].  XX  yüzilliyin  əvvəllərində  ipəkçilik  sənayesinin  ən  mühüm 

rayonunda  -  Nuxada  müəssisələrin 

2

/

3



  hissəsi  azərbaycanlı  kapitalistlərə  məxsus  idi. 

Burada  140  nəfərdən  çox  fəhləsi  olan  ən  iri  fabrikin  sahibi  Ağa  Musa  Məmmədov, 

Mehdi Hacı  Abdul oğlu, Hacı  Süleyman  Hüseyn  oğlu,  Əbdülkərim  Hacı  Kərim oğlu, 

Salam  Lətif  oğlu  və  b.  Nuxa  və  Nuxa  qəzalarındakı  ipəksarıma  və  ipəkburma 

müəssisələrinin sahibkarları sırasında idilər. 

XIX  yüzilliyin  sonunda  Şimali  Azərbaycanda  inkişaf  edən  pambıqçılığın 

əsasında  yeni  sənaye  sahəsi  -  pambıqtəmizləmə  müəssisələri  meydana  çıxdı.  Bu 

kapitalist müəssisələrinin xeyli hissəsi Azərbaycan kapitalistlərinə məxsus idi. 1900-

cü ildə tikilən və H.Z.Tağıyevə məxsus olan Bakı pambıq emalı fabriki Azərbaycanda 

ilk pambıqtəmizləmə müəssisəsi idi [8]. 

Unüyütmə və çəltiktəmizləmə istehsalı əsasən rus və Azərbaycan kapitalının 

əlində idi. 




Tənbəki  fabrikləri  də  yerli  kapitalın  nümayəndələrinə  -  azərbaycanlı 

kapitalistlərdən M.Q.Dadaşov, Novruzov, Həsənov Abdullayev, A.Sultanov və b. rus 

kapitalisti Pivovarova məxsus idi 

1847-ci  ildən  1881-ci  ilədək  olan  dövrdə  balıq  sənayesində  möhtəşəm 

dərəcədə qazanc götürmüş 6 nəfər yerli sahibkar növbə ilə ağalıq etmişdi [9]. Bunların 

içərisində  sonralar  Bakı  rayonunda  iri  neft  sənayeçilərinə  çevrilmiş  Mirzəyev  və 

Mantaşev seçilirdi [10]. XIX yüzilliyin sonuna yaxın bu sahəni idarə edən 10-12 ən iri 

sahibkarın içərisində azərbaycanlılar cəmisi 4 nəfər (H.Z.Tağıyev, Sultanov, Əhməd 

Mustafa oğlu, Ağa Mustafa oğlu) idi [11]. 

Azərbaycan  kapitalı  şərabçılıq  və  araqçəkmə  sənayesində  təmsil 

olunmamışdı.  Burada  yerli  alman  kolonistləri  (Forer  qardaşları,  Hummel)  və  erməni 

kapitalistlərinin nümayəndələri ağalıq edirdilər. 

Azərbaycan  burjuaziyası  Xəzər  gəmi  sahibləri  içərisində  mühüm  yer  tuturdu. 

Azərbaycanlı  kapitalistlər  -  Hüseynovlar,  Dadaşovlar,  M.S.Manafov,  H.Z.Tağıyev, 

Q.K.Aşurov,  Rəsulovlar  onların  ən  iriləri  sırasında  idilər.  Ötən  yüzilliyin  sonunda 

bütün  Xəzər  ticarət  donanmasındakı  gəmilərin  44,4  faizi  və  bütün  donanmanın 

yükgötürmə imkanlarının 42,1 faizi onlara məxsus idi [12]. 

Milli  kapital  Bakı,  Şamaxı,  Gəncə,  Nuxa,  Şuşa,  Naxçıvan  və  b.  şəhərlərdə 

ticarət burjuaziyasının əllərində cəmləşmişdi. 

1897-ci ildə iki quberniyanın 20 min tacirindən 12,9 min nəfəri Bakı və 7,1 

min nəfəri Yelizavetpol quberniyasında idi [13]. 14,2 min nəfər şəhər tacirindən 7,3 

min  nəfəri  təkcə  Bakının  payına  düşürdü  [14].  Bu,  ticarət  burjuaziyasının  əsas 

kütləsinin Bakıda cəmləşdiyini göstərir. 

Azərbaycan  kapitalının  nümayəndələri,  demək  olar  ki,  bütün  taxıl,  baqqaliyyə 

malları,  yun,  dəri  məmulatları,  meyvə  və  topdansatış  ticarətini  öz  əllərində 

cəmləşdirmişdilər.  Neft  və  neft  məhsulları,  metal  və  metal  məmulatları,  meşə 

materialları və s. ticarətində xarici və rus ticarət kapitallarının mövqeləri daha geniş 

idi. 


XIX  yüzilliyin  son  rübündə  Şimali  Azərbaycanda  ilk  kredit  bank 

müəssisələri meydana çıxmağa başladı. 1874-cü ildə açılmış ilk kredit müəssisəsinin - 

Bakı  qarşılıqlı  kredit  cəmiyyətinin  təsisçiləri  Azərbaycan  və  erməni  şəhər 

burjuaziyasının orta kapitalist təbəqələri idi [15]. 

XIX  yüzilliyin  sonuna  yaxın  Bakıda  artıq  əsasən  Rusiyanın  səhmdar 

kommersiya banklarının şöbələrindən ibarət olan 15 bank müəssisəsi və A.Ələsgərov. 

Q.Arafelov,  T.Haşımov,  B.Söydiyev  və  H.Z.Tağıyevə  məxsus  olan  5  bank  kontoru 

vardı [16]. Gəncə,  Şuşa, Nuxa, Gədəbəy və  digər yerlərin sənayeçiləri, tacirləri və 

kənd  burjuaziyası  dövlət  bankının  Tiflis  şöbəsindən  və  Tiflis  şəhərinin  digər  kredit 

müəssisələrindən kredit götürürdülər [17]. 

Kredit  bank  müəssisələrinin  mövcudluğu  burjuaziyanın  təbəqələşməsinə, 

onun yuxarı təbəqəsinin zənginləşməsinə və qüvvətlənməsinə şərait yaradırdı. 




Yüklə 4,04 Mb.

Dostları ilə paylaş:
1   ...   116   117   118   119   120   121   122   123   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə