Azərbaycan miLLİ elmlər akademiyasi a. Bakixanov adina tariX İnstitutu



Yüklə 4,04 Mb.
Pdf görüntüsü
səhifə126/189
tarix24.12.2017
ölçüsü4,04 Mb.
#18030
1   ...   122   123   124   125   126   127   128   129   ...   189

burjuaziyası  və  fəhlələri  meydana  gəlirdi.  Kəndin  bütün  ölkə  ilə  daimi  iqtisadi 

əlaqələrə cəlb edilməsi Azərbaycan millətinin təşəkkülü prosesinin ümumi xarakter 

kəsb etməsini göstərirdi. 

Azərbaycan  millətinin  təşəkkülü  milləti  xarakterizə  edən  bütün 

əlamətlərin  inkişafında  və  möhkəmlənməsində  ifadə  olunurdu.  Azərbaycan  dili 

insanların  ünsiyyət  vasitəsi  kimi,  ümummilli  dil  idi.  Yadelli  işğalçılara  qarşı 

çoxəsrlik  mübarizəyə,  assimilyasiya  siyasətinə  baxmayaraq,  Azərbaycan  xalqı  öz 

dilini  qoruyub  saxlaya  bildi.  Bu  dildə  onun  Nəsimi,  Xətayi,  Füzuli,  Vaqif  və  b. 

dünya ədəbiyyatına şah əsərlər bəxş etmişlər. 

Feodal  qapalılığının  aradan  qalxması,  iqtisadi  və  mədəni  mərkəzlərin 

yaranması,  əhalinin  sosial-iqtisadi  fəallığının  artması,  ölkənin  ayrı-ayrı  rayonları 

arasında iqtisadi və mədəni əlaqələrin güclənməsi Azərbaycan milli dilinin inkişafı 

üçün  şərait  yaradırdı.  Azərbaycan  dilində  ilk  qəzet  olan  ―Əkinçi‖nin  nəşri, 

mətbuatın, kitab nəşrinin daha da inkişafı, Azərbaycan ədəbiyyatının M.F.Axundov 

kimi  nəhənglərinin  pyeslərində  əks  olunan  ədəbiyyatda  demokratik  cərəyanın 

formalaşması  kimi amillər ədəbi dillə xalq danışıq dilinin  yaxınlaşmasına  yardım 

etmiş və Azərbaycan millətinin təşəkkülünün ilk mərhələsində milli dilin inkişafına 

təkan vermişlər. 

Azərbaycan  dilinin  lüğət  tərkibi  getdikcə  zənginləşir  və  bu  dil 

ədəbiyyatda,  elmdə,  məişətdə  və  təsərrüfat  həyatında  ümummilli  və  vahid  dil 

olurdu.  Dildə  bu  təkamülün  əsası  iqtisadi  birlik,  milli  bazarın  tələbatı  əsasında 

insanların  birliyinin  möhkəmlənməsi  idi.  Millətin  mühüm  əlaməti  milli 

mədəniyyətin,  şüur  və  psixologiyanın  spesifik,  özünəməxsus  ümummilliyi  idi. 

Milli  mədəniyyətin  özünəməxsusluğu  Azərbaycan  xalqının  vərdişlərində, 

ənənələrində,  məişətində  əks  olunurdu.  Xalqdan  miras  qalmış  keyfiyyətlər 

ümummilli  xarakter  daşıyırdı.  Azərbaycan  millətinə  xalqdan  irsi  olaraq 

əməksevərlik,  azadlıqsevərlik,  mərdlik  keçmişdi.  Azərbaycanlıların  milli 

xarakterində qonaqpərvərlik, böyüklərə hörmət, xeyirxahlıq, yoldaşlığa və dostluğa 

sədaqət özünü aydın göstərirdi. 

Azərbaycan 

ədəbiyyatının 

M.F.Axundov, 

C.Məmmədquluzadə, 

Ə.Haqverdiyev.  N.Vəzirov,  H.Zərdabi,  N.Nərimanov  və  b.  bu  kimi  bir  çox 

görkəmli  nümayəndəsi  mədəniyyəti  yeni  ideya  məzmunu  ilə  zənginləşdirir, 

demokratik  istiqaməti  inkişaf  etdirirdilər.  Onların  ədəbi  və  elmi  publisistik 

fəaliyyəti,  Azərbaycan  teatrının  və  mədəni-maarif  müəssisələrinin  yaranması, 

maarifdə,  incəsənətdə,  musiqidə,  xalq  yaradıcılığında  yeni  əlamətlərin  meydana 

gəlməsi,  digər  xalqların  mədəniyyətinə  geniş  maraq  Azərbaycan  xalqının 

oyanmaqda olan milli şüurunu səciyyələndirən əlamətlər idi. 

Burjuaziyanın bir çox liberal baxışlı nümayəndələri də Azərbaycan xalqını 

maarifə və elmə çağırırdılar. Bakıda çıxan ―Kaspi‖ qəzetinin ətrafında Əhməd bəy 

Ağayev,  Əli  bəy  Hüseynzadə,  Əlimərdan  bəy  Topçubaşov  kimi  maarifpərvər  - 

liberal burjua xadimləri toplaşmışdılar. 




Məlumdur  ki,  Rusiyada  çar  hökuməti  tərəfindən  ―Azərbaycan‖  və 

―azərbaycanlı‖  terminlərinin  işlədilməsi  vətəndaşlıq  hüququ  qazanmamışdır. 

Azərbaycanlıları  müsəlman,  türk,  tatar  adlandırırdılar.  Lakin  Azərbaycan  ideyası 

Azərbaycan ziyalıları tərəfindən yaşadılırdı. 

İlk  dəfə  M.F.Axundovun  işlətdiyi  ―millət‖  anlayışının  ədəbiyyatda  və 

mətbuatda  meydana  çıxması  XIX  yüzilliyin  ikinci  yarısına  aiddir.  XIX  yüzilliyin 

80-cı  illərində  nəşr  olunan  və  öz  səhifələrində  Azərbaycan  milliyyəti  ideyasını 

geniş  təbliğ  edən  ―Kəşkül‖  qəzeti  isə  ilk  dəfə  ―Azərbaycan  milləti‖  anlayışını 

işlətdi [40]. 

1891-ci  ildə  ―Kaspi‖  qəzetində  Məhəmməd  ağa  Şaxtaxtlı  ―Zaqafqaziya 

müsəlmanlarını  necə  adlandırmalı‖  məqaləsində  bu türkdilli  millətin azərbaycanlı 

olduğunu bildirmişdir [41]. 

1892-ci ildə Kamal Ünsizadə xalqımızda milli şüuru oyatmaq məqsədi ilə 

―Azərbaycan‖ adlı qəzet çıxarmağa  təşəbbüs göstərmiş, ancaq çar hökuməti buna 

icazə verməmişdi [42]. 

Bütün bunlar maarifçi ziyalılarımızın azərbaycanlılıq ideyasını yaşatdığını 

aydın göstərir. XX əsrin əvvəllərində bu ideyanı siyasi doktrina şəklində həyata və 

siyasi səhnəyə M.Ə.Rəsulzadə də çıxartmışdır. 

Beləliklə, 

XIX 


yüzilliyin 

ikinci 


yarısında 

intensiv 

şəkildə 

azərbaycanlıların  millət  kimi  formalaşması  prosesi  gedirdi.  Bütün  başqa  millətlər 

kimi, təşəkkül tapmaqda olan Azərbaycan  milləti bütün sinifləri, sosial qruplar və 

zümrələr birləşdirilirdi. 

Azərbaycan millətinin təşəkkülü prosesinin intişarını Şimali Azərbaycanın 

müstəmləkə  vəziyyəti  məhdudlaşdırırdı.  Qəzalarda  bəziləri  kapitalist  inkişafı 

axınına  cəlb  etdiyi  halda,  digərlərində,  ucqarlarda  yerləşən  qəzalarda 

kapitalizməqədərki  münasibətlər  hələ  də  qalırdı.  Rusiyanı  xalqlar  həbsxanasına 

çevirən,  qeyri-rus  xalqlarına  qarşı  amansız  istismar  siyasəti  yeridən  çarizm 

ucqarlarda,  o  cümlədən  Şimali  Azərbaycanda  feodal  münasibətlərini  qoruyub 

saxlamağa  çalışır,  ərazidə  sənaye  və  mədəni  mərkəzlərin  yaranmasına, 

ümumiyyətlə təhsilin, xüsusən ana dilində  yayılmasını ləngidirdi ki, bu da Şimali 

Azərbaycanda  məhsuldar  qüvvələrin,  daxili  iqtisadi,  siyasi  və  mədəni  əlaqələrin 

geniş inkişafına mane olurdu. 

 

 

 



 

 

 



 

 

 




Yüklə 4,04 Mb.

Dostları ilə paylaş:
1   ...   122   123   124   125   126   127   128   129   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə