Azərbaycan miLLİ elmlər akademiyasi a. Bakixanov adina tariX İnstitutu



Yüklə 4,04 Mb.
Pdf görüntüsü
səhifə127/189
tarix24.12.2017
ölçüsü4,04 Mb.
#18030
1   ...   123   124   125   126   127   128   129   130   ...   189

VIII FƏSİL 

 

SOSĠAL-SĠYASĠ VƏZĠYYƏT, 

FƏHLƏ HƏRƏKATININ BAġLANMASI 

 

§ 1. FƏHLƏLƏRĠN VƏZĠYYƏTĠ 

 

Çar  Rusiyasında,  xüsusilə  onun  müstəmləkə  ucqarlarında  fəhlələrin 



vəziyyəti  hədsiz  dərəcədə  ağır  idi.  Bakının  və  Azərbaycan  qəzalarının  sənaye 

müəssisələrində  xüsusilə  uzunmüddətli  iş  günü  mövcud  idi.  XIX  yüzilliyin  70-ci 

illərində Bakının neft mədənlərində iş günü 14 saata qədər uzanırdı [1]. Nəticədə 

nəinki başqa ehtiyaclar, heç istirahət üçün də lazımi vaxt qalmırdı [2]. 

Bakının digər sənaye müəssisələrində və dəmir yolunda isə iş günü, əlavə 

işlər də nəzərə alınmaqla 12 və daha artıq saatı təşkil edirdi [3]. Bir çox mexaniki 

emalatxanalarda iş günü 14 saata çatırdı [4]. Nuxa və Şuşa qəzalarının ipəksarıma 

fabriklərində gün çıxandan gün batana qədər işləyirdilər. 

Çar  hökuməti  tərəfindən  1897-ci  il  iyunun  2-də  Peterburq  fəhlələrinin 

təzyiqi  ilə  qəbul  edilmiş  ―Fabrik-zavod  sənayesi  müəssisələrində  iş  gününün 

uzunluğu  və  bölüşdürülməsi  haqqında‖  qanunla  iş  günü  11,5  saat 

müəyyənləşdirilmişdi.  Lakin  ölkənin  digər  əyalətlərində  olduğu  kimi, 

Azərbaycanın sənaye və nəqliyyat müəssisələrinin sahibləri  daha uzun iş gününü 

saxlamaq  üçün  müxtəlif  vasitələrə  əl  atırdılar  [5].  Azərbaycandakı  müəssisələrin 

əksəriyyətində  bu  qanun  nəşr  olunduqdan  sonra  da  fəhlələr  12  saat  və  daha  çox 

çalışırdılar [6]. 

Azərbaycan  fəhlələrinin  əmək  şəraiti  də  dözülməz  idi.  XIX  yüzilliyin 

sonlarında  iki  dəfə  Bakıda  olmuş  A.M.Qorki  yazırdı:  ―Neft  mədənləri  mənim 

xatirimdə dəhşətli cəhənnəmin məharətlə çəkilmiş mənzərəsi kimi qalmışdı‖. 

Neft  hasilatında  ən  ağır  peşələrdən  biri  dartaycıların  əməyi  idi.  Onlar 

bütün  gün  ərzində  uzun  iri  konusvari  metal  qabı  (ona  jelonka  deyirdilər)  quyuya 

buraxmalı, onun qalxmasını izləməli, çıxarılmış nefti boşaltmalı idilər. Dartaycılar 

bir  dəqiqə  də  olsun  öz  işlərindən  ayrıla  bilməzdilər.  Hədsiz  dərəcədə  ağır  və 

yeknəsəq  işin  nəticəsində  onlar  tezliklə  əlilə  çevrilirdilər.  Açarçıların,  həmçinin 

qara fəhlələrin işi də çox ağır idi. 

Neftayırma  və  kimya  müəssisələrində olan iş  şəraiti  fəhlələrin  sağlamlığı 

üçün xüsusilə ziyanlı idi. 

Tütünçü  fəhlələr  havasız  kiçik  binalarda  işləyirdilər.  Burada  atmosferin 

havası gözləri və ciyərləri yandıran ağır tütün tozu ilə hopmuş olurdu. 

Azərbaycanın  sənaye  müəssisələrində  və  nəqliyyatda  əmək  mühafizəsi, 

demək olar ki, yox dərəcəsində idi, bədbəxt hadisələr isə kütləvi hal almışdı. 1899-

1900-cü illərdə Bakının neft mədənlərində 2047 bədbəxt hadisə baş vermişdi ki, bu 

zaman  20098  fəhlə  xəsarət  almış,  107  nəfər  isə  ölmüşdü  [7].  Balaxanı 



xəstəxanasının  məlumatına  görə,  yalnız  1894-cü  ilin  ortalarından  1896-cı  ilin 

ortalarınadək  fəhlələr  arasında  4460  şikəstolma  halı  qeydə  alınmışdı  [8].  Neft 

sənayesində ölümlə nəticələnmiş bədbəxt hadisələrin sayı Rusiyanın mədən-zavod 

sənayesindən orta hesabla 2,3 dəfə yüksək idi. 

Yüksək  gəlir  əldə  edən  neft  sənayeçiləri  -  kapitalistlər  əməyin 

mühafizəsinə və yanğın əleyhinə tədbirlərə vəsait sərf etməkdən boyun qaçırırdılar. 

Hətta  yüzilliyin  sonunda  Bakının  mədən-zavod  rayonlarında  yanğınsöndürən 

dəstələr yox idi. 

Hədsiz  dərəcədə  ağır  əmək  və  həyat  şəraiti,  tibbi-sanitariya  yardımının 

kifayət qədər olmaması və yaxud tam yoxluğu fəhlələr arasında peşə xəstəliklərinin 

(yatalaq, vərəm və s.) yayılmasına səbəb olurdu. 

Bütün bunların nəticəsində Azərbaycan fəhlələri arasında ölüm halları çox 

yüksək  idi.  On  minlərlə  fəhlə  vaxtından  əvvəl  həyatdan  köçür  və  yaxud  əlilə 

çevrilirdi. 

Azərbaycan  fəhlələri  özlərinin  ağır  əməyi  müqabilində  cüzi  əmək  haqqı 

alırdılar. Aşağı ixtisaslı fəhlələrin əməyinə xüsusilə az qiymət verilirdi. Aylıq əmək 

haqqı  alan  ixtisaslı  fəhlələrdən  fərqli  olaraq,  mövsümi  və  qara  fəhlələrə  gündəlik 

haqq verilirdi. 

1893-cü  ildə  neft  mədənlərinin  ixtisassız  fəhlələri  il  ərzində  orta  hesabla 

226 manat, ayda 20 manat qazandıqları halda, ixtisaslı fəhlələr müvafiq olaraq 556 

manat,  yaxud  ayda  50  manat  qazanırdılar  [9].  ―Lakin  belə  əmək  haqqını  neftçi 

fəhlələrin  ancaq  təxminən  20  faizi  alırdı.  Emal  sənayesi  müəssisələrində  əmək 

haqqı daha aşağı səviyyədə idi. Məsələn, ipəksarıma sahəsində fəhlələr gündə 40-

75  qəp.  qazanırdılar  [10].  Bakı  quberniyasındakı  kərpic  zavodlarında  işləyən 

fəhlələrin orta gündəlik əmək haqqı 40 qəp. təşkil edirdi [11]. Bakı vətəgələrində 

fəhlələr ayda 6-7 man. və bir qədər çörək və ət alırdılar. Ovlanmış balıqla və ondan 

hazırlanmış ərzaqla qidalanmaq yüksək cərimə edilmək hədəsi ilə qadağan edilirdi 

[12]. 


Azərbaycan  fəhlələrinin  əmək  haqlarının  ödənilməsində  qeyri-bərabər 

müstəmləkə  prinsipi  hökm  sürürdü.  Əmək  haqqı  çox  vaxt  milli  mənsubiyyətlə 

bağlı  olurdu.  Belə  ki,  azərbaycanlı  fəhlələr  (xüsusilə  Cənubi  Azərbaycandan 

olanlar)  eyni  işə  görə  başqa  millətlərə  nisbətən  az  əmək  haqqı  alırdılar.  Bu,  çox 

vaxt  kapitalistlər  tərəfindən  fəhlələr  arasında  milli  təfriqə  salmaq  məqsədilə 

edilirdi.  Qadın  və  uşaqların  əmək  haqqı  xüsusilə  aşağı  idi.  Onlar  kişilərlə  eyni 

dərəcədə işləmələrinə baxmayaraq, 20-50 faiz az əmək haqqı alırdılar. İpəksarıma 

fabriklərində uşaqlar üzücü əmək günü müqabilində 7-9 qəp. əldə edirdilər. 

Fəhlələrin əmək haqqını hər vasitə ilə kəsməyə çalışan kapitalistlər cərimə 

sistemini geniş tətbiq edirdilər. Rusiya fəhlələrinin 1886-cı ildə qazandıqları qanun 

Azərbaycan müəssisələrinin bir hissəsində yalnız 1899-cu ildə həyata kcçirilməyə 

başlandı [13]. Lakin bundan sonra da Azərbaycanın bir çox müəssisələrində ―cəza 

cədvəlləri‖  işə  gəlməməyə  və  yaxud  gecikməyə,  iş  vaxtı  danışmağa,  lazımsız 



Yüklə 4,04 Mb.

Dostları ilə paylaş:
1   ...   123   124   125   126   127   128   129   130   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə