Azərbaycan miLLİ elmlər akademiyasi a. Bakixanov adina tariX İnstitutu



Yüklə 4,04 Mb.
Pdf görüntüsü
səhifə128/189
tarix24.12.2017
ölçüsü4,04 Mb.
#18030
1   ...   124   125   126   127   128   129   130   131   ...   189

olaraq  bir  yerdən  başqa  yerə  getməyə,  avaraçılıq  və  materialları  korlamağa  görə 

fəhlələri cərimə  etməyi nəzərdə  tuturdu. Sonuncu hallarda  kapitalistlər cərimə ilə 

yanaşı,  fəhlələri  vurulmuş  ziyanı  ödəməyə  də  məcbur  edirdilər  [14].  Bir  çox 

müəssisə  sahibləri  çar  qanunlarının  hətta  çox  məhdud  olan  tələblərindən  yan 

keçərək, cərimə pullarını  gizlədir və mənimsəyir, fəhlələrə haqq-hesab kitabçaları 

verməkdən boyun qaçırırdılar [15]. 

Azərbaycan fəhlələrinin mənzil şəraiti də hədsiz dərəcədə ağır idi. Bakının 

mədən-zavod  rayonları  ərazisində,  balıq  vətəgələrində,  Gədəbəy  misəritmə 

zavodunda  və  bir  çox  başqa  müəssisələrdə  fəhlələrin  mənzilləri  kazarmalardan, 

ailəli  fəhlələrin  bir  hissəsinin  kirayə  etdiyi  daxmalardan,  bəzən  isə  sadəcə  olaraq 

yerüstü  damlardan  ibarət  idi.  Neftçi  fəhlələrin  mənzil  şəraiti  xüsusilə  daha  pis  idi. 

Onların çoxunun, yaşadığı kazarmaları xarakterizə edən M.Qorki yazırd: ―Buruqların 

xaosu  arasında  tarixəqədərki  insanların  mənzillərinə  çox  oxşayan,  yonulmamış 

sarımtıl və boz daşlardan tələsik tikilmis alçaq fəhlə kazarmaları yerə yapışmışdı‖ [16]. 

Kazarmaların əksəriyyətində pəncərə yox idi. 

Kiçik neftçıxarma şirkətləri və qazma üzrə podratçı fəhlələrin  mənzil şəraiti 

xüsusilə  ağır  idi.  Hətta  kazarmalardan  istifadə  etmək  imkanından  məhrum  olan  bu 

fəhlələrin  əksəriyyəti  buruqlarda  ocaqxanalarda  məskən  salmağa,  özlərinə  yer  damı 

qazmağa, yayda isə yerdə yatmağa məcbur idilər [17]. 

Dözülməz  mənzil  şəraiti  fəhlələrin  sağlamlığına  ağır  təsir  göstərirdi. 

Darısqallıq və natəmizliyin nəticəsi olan kütləvi xəstəliklər minlərlə fəhlənin həyatını 

məhv edirdi. H.Zərdabinin yazdığı kimi, ―fəhlə mənzilləri... o dərəcədə yararsızdır ki, 

onları  ölüm  mənbəyi  adlandırmaq  olar...  Bu  mənzillərdə  hər  min  nəfərə  ildə  100 

ölüm hadisəsi düşür‖ [18]. 

Fəhlələrin əmək haqqının xeyli hissəsini mənzil xərcləri təşkil edirdi. Mənzil 

kirayəsi  Bakıda  xüsusilə  yüksək  idi.  O,  ölkənin  digər  sənaye  mərkəzlərində  bu 

sahədəki  vəziyyəti  xeyli  ötüb  keçirdi.  90-cı  illərin  ortalarında  Bakı  fəhlələri  ən 

rahatsız  və  acınacaqlı  vəziyyətdə  olan  otağa  belə  öz  orta  əmək  haqqının  20  faizini 

verməyə məcbur idilər. Əmək haqqına əlavə verilən ―mənzil pulları‖nı fəhlələrin çox 

az hissəsi alırdı. Fəhlələr əksər hallarda yemək hazırlamaq üçün istifadə etdikləri neft 

və mazuta, mənzillərin qızdırılmasına və suya görə də haqq ödəməyə məcbur idilər. 

Bir çox illər ərzində neft sənayeçiləri fəhlə qəsəbələrinin tikilməsi haqqında 

məsələni  müzakirə  etməkdən  belə  imtina  edirdilər.  Yalnız  1897-ci  ildə  vəba 

epidemiyası  ilə  əlaqədar  onlar  çar  hökuməti  qarşısında  fəhlə  qəsəbələrinin  tikilməsi 

üçün  torpaq  sahələri  ayırmaq  haqqında  məsələ  qaldırdılar.  Lakin  bu  məsələ  həll 

edilmədi. 

Cüzi  əmək  haqqı,  ağır,  mənzil  şəraiti  fəhlələrin  məişətini  dözülməz  edirdi. 

Onlardan  bir  çoxu,  xüsusilə  ailəlilər  yarımcan  həyata  məhkum  edilmişdilər.  Çar 

hökumət  nümayəndələrinin  etiraf  etdiklərinə  görə,  neftayırma  zavodlarının  ailəli 

fəhlələri ―çox çətinliklə dolanırdılar, qara fəhlələr isə bir çox zəruri şeylərdən özlərini 

məhrumetməyə məcbur olurdular‖ [19] Fəhlələrin məruz qaldıqları amansız istismar 



onların siyasi hüquqsuzluğu, çarizmin və sahibkarların zülmü, müəssisələrdə hökm 

sürən  polis  rejimi  ilə  çulğalaşırdı,  Azərbaycanda  fəhlələrin  siyasi  hüquqsuzluğu, 

çarizmin müstəmləkə siyasəti ilə daha da dərinləşirdi. 

Hətta  çar  qanunlarının  tələblərini  pozan  kapitalistlər  tez-tez  fəhlələri 

vaxtından əvvəl işdən azad edir, müvəqqəti fəhlələri daimi işlə təmin etməkdən imtina 

edirdilər.  Cənubi  Qafqaz  dəmir  yolunun  müdiriyyəti  fəhlələri  işdən  çıxarmağı 

asanlaşdırmaq üçün işə daxil olarkən iki ərizə verməyi tələb edirdi. Onlardan birində 

―əgər  mən  depoda  artıq  olaramsa,  məni  işdən  xəbərdarlıqsız  azad  etmənizi  xahiş 

edirəm. Buna görə mənim tərəfimdən etiraz olmayacaq‖ sözləri, digərində isə ―cənab 

rəis,  xidməti  davam  etdirmək  istəmədiyimdən  məni  azad  etmənizi  xahiş  edirəm‖ 

sözləri yazılırdı [20]. 

Fəhlələrin  ―dikbaşlığa‖,  ―tabe  olmamağa‖,  ―təbliğata‖  və  s.  görə  işdən 

çıxarılması adi hal olmuşdu. Polis tərəfindən inqilabi fəaliyyətə görə günahlandırılan 

fəhlələr amansız təqib edilir və dərhal işdən qovulurdular. 

Fəhlələri  itaətdə  saxlamaq  üçün  sahibkarların  bəziləri  silahlı  dəstələr 

(qoçular və s.) yaradırdılar. Çar hakimiyyət orqanları əmək və kapital arasındakı bütün 

münaqişələrdə sahibkarların tərəfini saxlayırdı. Fəhlələrin istismara qarşı və öz insani 

hüquqları  uğrundakı  çıxışlarına  qarşı  mübarizədə  çarizm  polis  təqiblərindən  istiadə 

edirdi. Xəfiyyələrin saxlanılmasına külli miqdarda vəsait xərclənirdi. 1899-cu ildə II 

Nikolay  sənaye  rayonlarında  polis  nəzarətini  gücləndirmək  barədə  sərəncam  verdi. 

Belə  rayonlarda  polis  ştatları  artırılırdı.  ―Müəssisələrdə  qayda-qanunu  qorumaq‖, 

―fəhlələri qiyamlardan çəkindirmək‖ və s. polisin vəzifələrinə daxil idi [21]. 

Hələ  90-cı  illərin  əvvəllərində  çar  hökuməti  şəhərin  mədən  rayonlarında 

fəhlələrə  nəzarət  etmək  vəzifəsi  həvalə  edilmiş  Sabunçu  polismeysterliyini  yaratdı. 

Bu  rayonda  polisin  saxlanılmasına  sərf  olunan  xərcləri  neft  sənayeçiləri  qurultayı 

şurası öz üzərinə götürdü [22]. 

1899-cu  ildə  Bakı  quberniyasında  yaradılmış  fabrik  müfəttişliyi  də  əsasən 

kapitalistlərin  tərəfində  çıxış  edirdi.  Əmək  qanunlarınm  ayrı-ayrı  bəndlərinin 

pozulmasına  görə  sahibkarlara  yalnız  təsadüfi  iradlar  göstərməklə  kifayətlənən 

müfəttişlik  fəhlələrin  fəallığını  məhdudlaşdırmağa,  onların  çıxışlarına  yol 

verməməyə, münaqişələrin sülh yolu ilə həll olunmasına çalışırdı. 

Çar  hökuməti  orqanları,  fabrik  müfəttişliyi  və  mədən  nəzarəti  azərbaycanlı 

fəhlələrlə  xüsusilə  qəddar  rəftar  edirdilər.  Onlann  şikayət  və  xahişləri  adətən  rədd 

olunurdu.  Ucqarlarda  milli  kadrlara  belə  münasibət  mütləqiyyətin  müstəmləkə 

siyasətinin nəticəsi idi 

Fəhlələr  şəhər  özünüidarə  orqanlarına  seçkilərdə  iştirak  etmək  hüququndan 

məhrum idilər. Azərbaycanın Bakı və digər dumalarına seçilənlərin arasında fəhlələr 

yox idi. 

Rusiyanın  hər  yerində  olduğu  kimi,  Azərbaycanda  da  çar  hökuməti  fəhlə 

təşkilatlarını və çıxışlarını amansız şəkildə təqib edirdi. Mövcud mürtəce qanunçuluqla 

kifayətlənməyən çar hökuməti Bakı fəhlələrinə qarşı polis və jandarmların terror aktı 



Yüklə 4,04 Mb.

Dostları ilə paylaş:
1   ...   124   125   126   127   128   129   130   131   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə