Azərbaycan miLLİ elmlər akademiyasi a. Bakixanov adina tariX İnstitutu



Yüklə 4,04 Mb.
Pdf görüntüsü
səhifə129/189
tarix24.12.2017
ölçüsü4,04 Mb.
#18030
1   ...   125   126   127   128   129   130   131   132   ...   189

ilə  fərqlənən  əlahiddə  tədbirlərdən  geniş  istifadə  edirdi.  Bir  çox  qabaqcıl  fəhlələr 

―qayda-qanunu qorumaq‖ adı ilə, daha doğrusu, adi hüquq normaları gözlənilmədən 

həbs edilirdi. 

 

§ 2. FƏHLƏ HƏRƏKATININ ĠLK ADDIMLARI 



 

Ağır  həyat  və  əmək  şəraiti,  siyasi  hüquqsuzluq  fəhlələri  ədalətsizliyə, 

dözülməz istismara qarşı mübarizəyə qaldırırdı. 

Şimali  Azərbaycanda  fəhlələrin  ilk  çıxışı  1872-ci  ilin  mayında  Gədəbəydə 

Simens şirkətinin mədənlərində və misəritmə zavodunda baş vermişdi [23]. Tətil edən 

fəhlələr əmək haqqının artırılmasını, mənzil şəraitinin yaxşılaşdırılmasının və s. tələb 

edirdilər. Lakin onlar öz tələblərinin yerinə yetirilməsinə nail ola bilmədilər [24]. 

1878-ci ildə Nuxa ipəksarıma fabriki fəhlələrinin tətilləri də ilkin çıxışlara 

aiddir [25]. 

Bakı  neflt  sənayesində  ilk  tətilçilər  Abşeronda  neft  kəməri  çəkilənədək  hasil 

edilmiş nefti mədənlərdən neftayırma zavodlarına və anbarlara daşıyan arabaçı fəhlələr 

olmuşlar. 1878-1879-cu illərdə neft sənayesində 3 minə yaxın arabaçı işləyirdi [26]. 80-ci 

illərdə  və  90-cı  illərin  əvvəllərində  arabaçılar  kapitalistlər  tərəfindən  əməkhaqlarını 

azaltmaq cəhdlərinə qarşı bir neçə dəfə kortəbii tətil etmişdilər. 

Bakıda  digər  sənaye  müəssisələri  və  dəmiryolu  tikintisində  çalışanların  ayrı-

ayrı tətilləri və kortəbii çıxışları baş verirdi. Məsələn, 1880-ci il ərzində tütün fabriki 

fəhlələri  dəfələrlə  işi  dayandırmışdılar.  1881  -ci  il  fevralın  sonlarında  Cənubi  Qafqaz 

dəmir yolu tikintisinin 8-ci sahəsində (―Qurd qapıları‖ yaxınlığında) işləyən fəhlələr 

arasında  həyəcanlar  baş  verdi  [27].  Elə  həmin  ilin  yazında  Bakının  bütün  tütün 

fabriklərini  əhatə  edən  daha  bir  tətil  olmuşdu.  Fəhlələr  günəmuzd  əmək  haqqının 

artırılması  və  axtarışların  dayandırılması  tələblərini  irəli  sürmüşdülər.  Tətil  bir  neçə 

həftə  davam  etdi.  Lakin  fabrik  sahibləri  kütləvi  surətdə  işdən  qovulmaq  qorxusu  ilə 

fəhlələrin əzmini qıra bildilər [28]. 

1881-ci ilin aprelində Bakıda geniş həyəcanlar baş verdi. Bu, həyəcanlarda 

neft  daşımağın  mütərəqqi  üsullarının  tətbiqi  ilə  öz  əmək  haqlarının  xeyli  hissəsini 

itirən  çəlləkçi  fəhlələr  xüsusilə  fəal  iştirak  edirdilər.  Həyəcanlar  aprelin  14-də  75-ə 

qədər fəhləni həbs edən polisin cəza tədbirlərinə cavab olaraq başlandı. Qəzəblənmiş 

fəhlələr yoldaşlarını xilas və müdafiə etmək üçün ayağa qalxdılar. Onlar polis idarəsini 

mühasirəyə  alıb  həbs  olunanların  azad  edilməsini  tələb  etdilər.  ―Nedelya‖  qəzeti  bu 

münasibətlə  yazırdı:  ―Bir  andaca  pəncərə  və  qapılar  yerindən  çıxarıldı.  Xalq  isə  elə 

hey axışırdı. Şəhəri gurultu, inilti bürümüşdü‖ [29]. Yalnız axşama yaxın kazaklar və 

soldatlar tüfəng və şallaqların köməyi ilə fəhlələri dağıda bildilər. 

Həyəcanlar  səhərisi  gün  də  davam  etdi.  Fəhlələrin  polis  və  soldatlarla 

toqquşması baş verdi. Bu çıxışların kortəbii və qeyri-mütəşəkkil olmasına baxmayaraq, 

onun iştirakçılarının inadkarlığı və qətiyyəti hakim dairələrdə çaşqınlıq yaratdı. Yalnız 

aprelin  18-də  şəhərə  ordu  hissələri  yeridilməklə  iğtişaşlara  son  qoyuldu.  1882-ci  il 




sentyabrın 16-da ―Nobel qardaşları‖ şirkətinin Qara şəhərdəki neftayırma zavodunda 

fəhlələrin tətili baş verdi. Şirkətin idarə binasına  tərəf hərəkət edən fəhlələr ayyarım 

ərzində  müdiriyyət  tərəfindən  gecikdirilən  əməkhaqqının  təcili  olaraq  verilməsini 

tələb etdilər. Tələb yerinə yetirildi və fəhlələr işə başladılar. 

1883-cü ilin fevralında Bakıda Cənubi Qafqaz dəmir yolunun Bakı sahəsinin 

tikintisindən,  həmçinin  mədən  və  zavodlardan  qovularaq  ağır  vəziyyətə  düşmüş 

fəhlələrin  kortəbii  həyəcanları  başlandı.  ―Polisi  vur‖  sədaları  altında  dəyənəklərlə 

silahlanmış nəhəng fəhlə kütləsi, başda polismeyster və pristav olmaqla, polislərin və 

kazakların  üzərinə  hücum  etdi.  Fəhlələrə  qarşı  qoşun  yeridildi,  həyəcanın  70  fəal 

iştirakçısı həbs edildi [30]. 

1883-cü  ilin  yaz  və  payızında  Bakının  ayrı-ayrı  müəssisələrində  tətillər  baş 

verdi. 


Nuxanın  ipəksarıma  fabriklərinin  fəhlələri  amansız  istismara  qarşı  mübarizə 

üçün  öz  qüvvələrini  birləşdirməyə  cəhd  göstərirdi.  80-ci  illərin  sonu  -  90-cı  illərin 

əvvəllərində  Nuxa  ipəksarıyanları  öz  mənafelərini qorumaq üçün  həmkarlar təşkilatına 

bənzər bir təşkilat yaratmağa səy göstərirdilər [31]. 

1891-ci  ilin  başlanğıcında  Bakıda  yeni  kütləvi  həyəcanlar  baş  verdi.  Bu 

həyəcanlarda böhranla əlaqədar neft mədənlərində və zavodlarda ixtisara düşmüş fəhlələr, 

naviqasiyanın  bağlanması  ilə  işdən  azad  edilmiş  gəmi  təmirçiləri,  həmçinin  aclıq 

bürümüş Volqaboyu quberniyalarından Bakıya gələn fəhlələrin böyük bir hissəsi iştirak 

edirdi.  İşsizlərin  beşminlik  kütləsi  öz  qəzəbini  onlan  işsizliyə  və  ac-yalavac  yaşamağa 

məhkum  etmiş  mövcud  qaydaların  təcəssümü  hesab  etdikləri  polisin  üzərinə  yönəltdi 

[32]. Hiddətlənmiş kütlə polis idarəsini mühasirəyə alaraq polisləri və binanı daş-qalaq 

etdi.  Qoşunun  müdaxiləsinə  baxmayaraq,  fəhlələr  dağılışmadılar.  Günün  sonuna  yaxın 

onlar birja meydanında toplaşdılar. Polis və qoşun dəstələri kütləni ancaq axşam dağıda 

bildi. Həyəcanların başçıları  hesab olunan  60-a  qədər  fəhlə  həbsə alındı.  Fəhlələr  və 

polis nəfərləri arasında yaralananlar var idi [33]. 

Lakin fəhlələrin qəzəb və narazılığı tezliklə yenidən üzə çıxdı. Dekabrın 24 və 

26-da  Keşlədə  fəhlələr  polis  idarəsini  mühasirəyə  alaraq  onu  daşa  basdılar  və  polisləri 

döydülər. Fəhlələri ancaq kazakların köməyilə dağıtmaq mümkün oldu. 

80-ci illərdə və 90-cı illərin əvvəllərində baş verən çıxışlar kortəbii və qeyri-

mütəşəkkil  idi,  fəhlələr  hələ  öz  sinfi  mənafeyini  dərk  etmirdilər. Bununla  belə,  həmin 

çıxışlar fəhlələr üçün böyük ibrət məktəbi oldu. 

Sonrakı  illərdə  fəhlələrin  tətil  mübarizəsi  artmaqda  davam  edirdi.  Belə  ki, 

1892-1894-cü illərdə neft mədənlərində, emal sənayesində, ticarət donanmasında bir sıra 

tətillər qeydə  alınmışdı.  Onların içərisində diqqəti daha  çox cəlb  edən Mirzəbekyants 

qardaşlarının tütün fabriki fəhlələrinin 1892-ci ilin yazında başlanmış tətili idi. Tətilçilər 

məvacibin  verilməsini  və  bir  qədər  əvvəl  işdən  azad  edilmiş  fəhlələrin  öz  yerlərinə 

qaytarılmasım tələb edirdilər. Sahibkarlar tətili yatırmaq üçün polisin köməyinə əl atdılar. 

Bir  neçə  fəhlə  həbs  edildi. Bununla  belə 13  gün  davam  edən  tətil  fəhlələrin  qələbəsi  ilə 

qurtardı [34]. 



Yüklə 4,04 Mb.

Dostları ilə paylaş:
1   ...   125   126   127   128   129   130   131   132   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə