Azərbaycan miLLİ elmlər akademiyasi a. Bakixanov adina tariX İnstitutu



Yüklə 4,04 Mb.
Pdf görüntüsü
səhifə132/189
tarix24.12.2017
ölçüsü4,04 Mb.
#18030
1   ...   128   129   130   131   132   133   134   135   ...   189

C.Məmmədquluzadə,  Azərbaycan  mədəniyyətinin bir sıra  xadimləri  yeni  əlifbaya 

keçmək tərəfdarı idilər. 

Kütləvi  dünyəvi  Azərbaycan  məktəbinin  güman  edilən  proqramı,  maddi 

bazanın  yaradılması  üsulları,  müəllim  kadrların  hazırlanması,  ana  dilində  təhsil 

vasitələrinin  tərtib  edilməsi,  qadın  təhsilinin  təşkili  və  s.  məsələlər  ətrafındakı 

mübahisə  kəskin  xarakter  alırdı.  Bütün  bu  məsələlər  Qafqaz  dövri  mətbuatında, 

xüsusən  1875-ci  ildən  1877-ci  ilədək  görkəmli  maarifçi  və  alim  Həsən  bəy 

Məlikov  (Zərdabi)  tərəfindən  Bakıda  nəşr  edilmiş  ilk  Azərbaycan  ―Əkinçi‖ 

qəzetinin səhifələrində öz əksini tapmışdır. 

Bu  aktual  məsələlərin  müzakirəsində  M.F.Axundov  və  H.Zərdabi  ilə 

yanaşı,  Azərbaycanın  mütərəqqi  gəncləri  -  sonradan  Azərbaycan  mədəniyyətinin 

görkəmli  xadimləri  olmuş  ali  məktəb  tələbələri  N.Vəzirov,  Ə.A.Adıgözəlov, 

M.T.Əliyev və b. yaxından iştirak edirdilər. 

Sosial-iqtisadi  dəyişikliklər  və  Rusiyanın  müsəlman  əhalisi  içərisində 

yayılmış yeni mədəni meyillərin təsiri altında artıq 70-ci illərdə ayrı-ayrı məktəblər 

―üsuli-cədidə‖  (―yeni  üsula‖  keçməyə  başladı.  Bu  yeni  tədris  üsulunun  ən  əsas 

prinsiplərindən biri hərf-heca üsulundan daha səmərəli səs üsuluna keçiddən ibarət 

idi. Üsuli-cədid məktəblərin ən mühüm əhəmiyyəti ondan ibarət idi ki, burada ilk 

dəfə  olaraq  elmi  biliklərin  əsasları  ana  dilində  öyrədilməyə  başlandı.  Bir  sıra 

məktəblərdə  ana  dili  ilə  yanaşı  rus  dili  də  tədris  edilirdi.  Yeni  üsul  şüurlu  təlimə 

yiyələnməyə yönəldilmişdi və əzbərləmə sisteminin zəifləməsinə, şagirdlərlə insani 

rəftara  doğru  aparırdı.  Məktəb  binaları  müasir  tədris  avadanlıqları  ilə  təchiz 

edilməyə  başladı.  Bu  yeniliklər  məktəbləri  kapitalist  inkişafı  şəraitinə 

uyğunlaşdırmaq cəhdindən ibarət idi. 

Yeni  tipli  ilk  məktəblərdən  biri  görkəmli  Azərbaycan  şairi  Seyid  Əzim 

Şirvaninin 1869-cu ildə Şamaxıda açdığı məktəb idi. 

Böyük  pedaqoqlar  Həsənəli  Qaradaği,  Mir  Möhsün  Nəvvab  və 

C.Fətəlibəyovun  Şuşadakı,  Mirzə  İsmayıl  Xasirin  Lənkərandakı  məktəbləri 

dünyəvi  xarakterə  malik  idi.  Yeni  tipli  məktəblərin  yayılmasında  1882-ci  ildə 

Ordubadda  ―Əxtar‖  (―Ulduzlar‖),  1894-cü  ildə  isə  Naxçıvanda  ―Tərbiyə‖ 

məktəblərini  açmış  Məmmədtağı  Sidqinin  (Səfərovun)  böyük  xidməti  olmuşdu. 

Naxçıvanda  ilk  dünyəvi  qadın  məktəbi  də  Məmmədtağı  Sidqi  tərəfindən  1896-cı 

ildə təsis olunmuşdu. 

Yeni  məktəblərin  ən  qabaqcıl  müəllimlərinin  ətrafında  ədəbi  məclislər 

fəaliyyətə  başlayırdı.  Şuşa  ―Məclisi-Fəramuşan‖ının  (―Tənhalar  cəmiyyəti‖) 

başında M.Nəvvab, Ordubad ―Əncümani şüəra‖sının (―Şairlər cəmiyyəti‖) başında 

M.T.Sidqi,  Şamaxı  ―Beyt  üs-Səfa‖sının  (―Səfa  evi‖)  başında  isə  S.Ə.Şirvani 

dururdu. 

Azərbaycan  əhalisinin  maariflənməsi  tarixində  rus-tatar  məktəbləri  (çar 

Rusiyasında azərbaycanlılar bəzən tatar da adlandırılırdı - Red.) deyilən məktəblər 

nəzərə çarpacaq dərəcədə rol oynamışdır. Bu məktəblər ana dilində təlimi hər cür 



təhsilin  ən  mühüm  əsası  sayan  mütərəqqi  Azərbaycan  ziyalılarının  təşəbbüsü  ilə, 

onların  inadkarlığı  hesabına  meydana  çıxmışdı.  İlk  belə  bir  məktəbi  Bakıda  gənc 

pedaqoqlar  -  Həbib  bəy  Mahmudbəyov  və  Sultan  Məcid  Qənizadə  tərəfindən, 

1887-ci  ildə  onlar  Tiflisdəki  Aleksandr  Müəllimlər  İnstitutunu  bitirdikdən  dərhal 

sonra təşkil edilmişdir. Bu məktəbin xüsusi nizamnaməsi yox idi və əvvəlcə üçillik 

kurslu birsinifli xüsusi məktəb kimi fəaliyyət göstərirdi. Sonralar rus-tatar məktəbi 

ikisinifli məktəbə çevrildi. 

Digər  rus  məktəblərindən  fərqli  olaraq,  burada  1881-ci  il  əsasnaməsinə 

müvafiq surətdə birinci tədris ilində Azərbaycan dilinin keçilməsinə yol verilir və 

bu dərs məcburi fənn sayılırdı. 

Elə ilk dörd il ərzində birinci rus-tatar məktəbini 100 savadlı oğlan bitirdi. 

Sonralar  məşhurlaşmış  Azərbaycan  səhnə  ustaları  Hüseyn  Ərəblinski,  Mirzəağa 

Əliyev, Mirmahmud Kazımovski, pedaqoq və maarifçi Əlisgəndərov Cəfərzadə bu 

məktəbin  ilk  şagirdləri  sırasında  idi.  1891-ci  ildən  rus-tatar  məktəbi  şəhər 

idarəsinin  xərci  hesabına  saxlanılmağa  başlanıldı.  Şəhər  idarəsi  mütərəqqi 

ictimaiyyətin  tələblərinə  güzəştə  gedərək,  1891-ci  ildə  mövcud  olan  məktəbə 

bənzər daha bir məktəb açdı. 1899-cu ilin sonu üçün Bakıda 408 şagirdi olan 6 rus-

tatar məktəbi vardı. 

Bakının ardınca  Azərbaycanın digər  şəhərlərində də   Naxçıvanda (1894-cü 

ildə), Nuxada (1885, 1894, 1898-ci illərdə) Şuşada (1896-cı ildə), Salyanda (1897-ci 

ildə), Gəncədə (1899-ci ildə) yeni məktəblər açıldı. 

1899-cu ilin sonunda Azərbaycanın bütün rus-tatar məktəblərində 837 şagird 

təhsil  alırdı.  Ümumtəhsil  fənn  müəllimləri  və  şagirdlərin  demək  olar  ki,  hamısı 

azərbaycanlılardan  ibarət  idi.  Sonralar,  XX  yüzilliyin  əvvəllərində  qadın  rus-tatar 

məktəbləri də meydana çıxmağa başladı. 

Digər  ibtidai  məktəblər  kimi,  rus-tatar  məktəbləri  də  başqa  məktəblərlə 

varislik əlaqəsinə malik deyildi. Lakin yaş səviyyəsi maneə törətməyən hallarda rus-

tatar  məktəbləri  rus  dilini  bilməyən  şagirdləri  daha  yüksək  səviyyəli  tədris 

müəssisələrinə,  o  cümlədən  orta  məktəblərə  qəbul  üçün  hazırlayırdı.  Bu,  həmin 

məktəblərin  ən  mühüm  vəzifələrindən  biri  idi.  Rus-tatar  məktəblərinin  ən  hazırlıqlı 

məzunları  real  məktəblərə  (M.Əzizbəyov,  T.Şahbazi)  gimnaziyaya  (N.Vəzirov, 

F.Rzabəyli),  habelə  Zaqafqaziya  Müəllimlər  Seminariyasına  (Ü.Hacıbəyov)  daxil 

olmuşdular. Üç sinifli şəhər Mixaylov məktəbinin, Bakı dənizçilik məktəbinin, Bakı 

ibtidai  texniki  məktəbin,  demək  olar  ki,  bütün  azərbaycanlı  şagirdləri  rus-tatar 

məktəblərində oxumuşdular. 

Azərbaycanın  ibtidai  məktəbləri,  o  cümlədən  rus-tatar  məktəbləri  üçün 

müəllimlər  hazırlanmasında  Qoridəki  Zaqafqaziya  Müəllimlər  Seminariyası, 

xüsusən də onun əsasən M.F.Axundov və A.O.Çernyayevskinin səyləri nəticəsində 

1879-cu ildə açılmış Azərbaycan şöbəsi böyük rol oynadı. Azərbaycan şöbəsinin ən 

ucqar  kəndlərindən  olan  gənclərin  hesabına  komplektləşdirilməsində,  gələcək 




Yüklə 4,04 Mb.

Dostları ilə paylaş:
1   ...   128   129   130   131   132   133   134   135   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə