Azərbaycan miLLİ elmlər akademiyasi a. Bakixanov adina tariX İnstitutu



Yüklə 4,04 Mb.
Pdf görüntüsü
səhifə134/189
tarix24.12.2017
ölçüsü4,04 Mb.
#18030
1   ...   130   131   132   133   134   135   136   137   ...   189

nizamnamələr  təsdiq  olundu.  Bu  nizamnamələrə  görə,  bütün  gimnaziyalar  klassik 

istiqamət aldı, real gimnaziyalar isə realnı məktəblərlə əvəz olundu. 

Hökumət  və  onun  arxasında  dayanan  mürtəce  dairələr  klassik  təhsili 

yaymaqla  gəncləri  müasir  gerçəklikdən,  materialist  dünya-görüşündən  və 

―nihilizmdən‖  yayındırmağa  ümid  edirdilər.  Yeni  nizamnamələr  real  məktəb 

məzunlarının  universitetlərə  yolunu  bağladı.  Elmi  fəaliyyət  və  ali  dövlət  xidməti 

sahəsi üçün kadrlar hazırlayan universitetlərə qəbul olunmaq hüququ ancaq gimnaziya 

məzunlarına  (əksəriyyəti  zadəgan  və  məmurlardan  ibarət  idi)  verilirdi.  Real  təhsil 

alanlara ancaq xüsusi ali ixtisas məktəblərinə daxil olmaq imkanı yaradılırdı. Bu da çar 

hökumətinin ticarət-sənaye burjuaziyasının fəaliyyətini ancaq təsərrüfat-texniki sahə 

ilə məhdudlaşdırmaq cəhdini əks etdirirdi. 

Orta  təhsil  müəssisələrində  təhsil  pullu  idi  və  bu  hal  getdikcə  artırdı.  XIX 

yüzilliyin  sonunda  Azərbaycanda  bu  haqq  40-75  manata,  pansionlarda  tərbiyə  almaq 

haqqı isə 125-300 manata bərabər idi. Orta illik qazancı 268 manat (1899-cu il) olan 

neft  sənayesi  fəhlələri  uşaqlarına  orta  təhsil,  xüsusən  də  pansionlarda  təhsil  vermək 

iqtidarında deyildilər. 

Tədris  müəssisələrinin  proqramları,  dərslik  və  vəsaitlərin  məzmunu  əvvəlki 

dövrlərə  nisbətən  daha  ciddi  nizamlanırdı.  Bakı  realnı  məktəbində  şagirdlərin  sayı 

1876-cı ildə 431, 1899-cu ildə isə 658 nəfərə (o cümlədən azərbaycanlılar, müvafiq 

olaraq, 44 və 67 nəfərə) çatırdı. 

1881-ci  ildə  mövcud  şəhər  məktəblərinin  əsasında  Yelizavetpol 

gimnaziyası  və  Şuşa  realnı  məktəbi  təşkil  edildi.  Demokratik  qüvvələrin  gərgin 

mübarizəsindən sonra 1896-cı ildə Bakıda A.Pobedonostsevin xüsusi progimnaziyası 

əsasında birinci kişi gimnaziyası açıldı. Rusiya gimnaziyalarından ən irisindən biri olan 

bu məktəbdə əsrin sonunda 997 şagird təhsil alırdı. 

XX  yüzilliyin  əvvəllərinə  yaxın  Azərbaycanın  bütün  kişi  orta  təhsil 

müəssisələrində cəmisi 2366 şagird, o cümlədən 223 (9%) azərbaycanlı təhsil alırdı. 

Kişi orta təhsili ilə bərabər, qadın orta təhsili də inkişaf etməyə başladı. 1874-

cü  ildə Bakıda  ilk qadın  gimnaziyası açıldı. 1883-cü  ildən  bu  məktəb  Mariya  adını 

aldı. 


Bu  vaxtadək  Bakıda  mövcud  olan,  Müqəddəs  Nina  qadın  təhsil  müəssisəsi 

də  1897-ci  il  ərəfəsində  orta  məktəbə  çevrildi.  Daha  bir  natamam  orta  məktəb  - 

eyniadlı  cəmiyyətin  qadın  progimnaziyası  1899-cu  ildə  Yelizavetpolda  (Gəncədə) 

yaradıldı. XIX yüzilliyin sonuna yaxın Azərbaycanın bütün qadın orta məktəblərində 

(progimnaziyalar da daxil olmaqla) 1283 şagird vardı. Bunların yalnız 6 nəfəri (0,4%) 

azərbaycanlı qız idi. 

XIX yüzilliyin son rübü ərzində orta təhsil müəssisələri şagirdlərinin  sosial 

tərkibi şəhər silklərindən olan şagirdlərin xüsusi çəkisinin artması və zadəgan-məmur 

balalarının  sayının  xeyli  məhdudlaşması  istiqamətində  dəyişirdi. Bu  da  kapitalizmin 

intensiv inkişafı dövründə əhalinin sosial strukturunda, özü də ilk növbədə Bakıda baş 

verən dəyişikliklərə müvafiq idi. 



Təhsil  haqqının  artması,  7-8  il  ərzində  şagirdin  saxlanılmasının  bahalığı, 

birinci  sinfə  daxil  olanların  hamısı  üçün  yüksək  tələbli  müsabiqə  imtahanları,  realnı 

məktəblərin  dördüncü  sinif  şagirdlərinə  ali  təhsil  müəssisələrinə  qəbul  olunmaq 

hüququnu verən, yeddinci sinfə keçirilməsini məhdudlaşdırmağı məsləhət görən 1895-

ci il 29 aprel tarixli imtahan qaydaları haqqında və 1887-ci il tarixli nazir sərəncamı 

zəhmətkeş  uşaqlarının  orta  məktəbə  daxilolma  imkanlarının  məhdudlaşdırılmasına 

yönəldilmişdi,  həm  orta,  həm  də  xüsusən  ali  məktəbin  demokratikləşməsinə  doğan 

ehtiyacı əks etdirirdi. 

İntizam qaydalarının ciddiliyinə baxmayaraq, şagirdlər qeyri-leqal dərnəklər  

təşkil edir, qadağan edilmiş kitablar oxuyurdular. 

XIX  əsrin  70-90-cı  illərində  onlarca  azərbaycanlı  tələbə,  o  cümlədən 

İ.Rəhimov, H.Hacıbəyov, İshaq və İbrahim Mehmandarov  qardaşları, Ə.Şahtaxtinski 

Moskva və Peterburqda azadlıq hərəkatında fəal iştirak etmişlər. 

Orta  məktəblərin  təşkili  istedadlı  və  siyasi  cəhətdən  etibarlı  olmaq  şərti  ilə 

əsasən imkanlı ailələrin övladları üçün ali məktəbə yol açdı. 1848-ci ildən XIX əsrin 

sonlarınadək  Rusiya  və  xarici  ali  məktəblərdə  təhsil  almış  azərbaycanlılar  arasında 

(xronologiya  üzrə)  A.Yadigarov,  H.Məlikov,  İ.Axundov,  M.A.Şahtaxtinski, 

F.Sultanov,  İ.S.Şahtaxtinski,  Ç.Sultanov,  H.Axundov,  Ə.K.Mehmandarov,  N.Vəzirov, 

Ə.A.Adıgözəlov,  M.T.Əliyev,  İ.Rəhimov,  İbrahim  Mehmandarov,  Ə.H.Axundov, 

İshaq  Mehmandarov,  F.Vəzirov,  Ə.M.Topçubaşov,  Ə.Hüseynzadə,  H.Cavanşir, 

M.Cavanşir,  X.Xasməmmədov,  İ.Ziyadxanov,  F.  Rüstəmbəyov,  A.Xasməmmədov, 

R.Sultanov, H.Tahşinski, Q.Qarabəyov, T.Mehmandarov, M.Şərifov, Ə.Ə.Əmirxanov, 

B.Rüstəmbəyov də vardı [1]. 

İxtisaslı  fəhlələrə,  mütəxəssislərə  tələbatın  artması  ümumtəhsil  məktəbləri 

sayəsində mümkün olan texniki-peşə təhsilinin zəruriliyinə səbəb oldu. 

Xəzər  ticarət  donanmasının  inkişafı  ilə  əlaqədar  1881-ci  ildə  açılan  Bakı 

dənizçilik sinfi  ilk peşə təhsili müəssisəsi oldu. İlk dövrlərdən onun vəzifəsi peşəkar 

dənizçilərdən  yelkənli  donanma  üçün  şturmanlar  və  şkiperlər  hazırlamaqla 

məhdudlaşırdı.  Burada  təhsil  pulsuz  idi,  1891-ci  ildə  daxili  xətlərdə  işləyən  buxar 

gəmiləri  üçün  kapitanlar  buraxan  şkiper  şöbəsi  açıldı.  Dənizçilik  sinfi  nəzdində 

gəmisürən vəsiqəsi almaq istəyən peşəkar dənizçilərdən də (bu vəsiqə olmadan gəmi 

sürməyə icazə verilmirdi) imtahanlar götürülürdü. 1891-ci ildən 1902-ci ilədək ən azı 

600  dənizçi  belə  imtahanlardan  keçmişdi.  Təkcə  1895-ci  ildə  12  azərbaycanlı 

gəmiçi  vəsiqəsi  almışdı.  1896-cı  ildə  Bakı  gəmiçilik  sinfi  yanında  axşam  gəmi 

mexanikləri  kursu  açıldı.  Bu  kurslar  ehtiyac  duyulan  mütəxəssis-mexaniklər 

hazırlayırdı.  1899-cu  ilin  sonuna  yaxın  dənizçilik  sinfində  111  şagird  (o  cümlədən 

şkiper şöbəsində 26 nəfər) təhsil alırdı. 

Azərbaycanda  ilk  sənət  məktəbi  kənd  təsərrüfatı  işində  ənənəvi  üsulların 

yayılması,  kənd  yerlərində  lazım  olan  sənətlərin,  o  cümlədən  ipəkçiliyin,  həmçinin 

bostançılığın,  bağçılığın  və  s.  öyrədilməsi  məqsədilə  əlverişli  iqlim  şəraitində  olan 

Zaqatala  (1882-ci  ildə)  və  Yelizavetpolda  (1884-ci  ildə)  açılmışdı.  Yeddi  illik  kursu 



Yüklə 4,04 Mb.

Dostları ilə paylaş:
1   ...   130   131   132   133   134   135   136   137   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə