Azərbaycan miLLİ elmlər akademiyasi a. Bakixanov adina tariX İnstitutu



Yüklə 4,04 Mb.

səhifə135/189
tarix24.12.2017
ölçüsü4,04 Mb.
1   ...   131   132   133   134   135   136   137   138   ...   189

olan  Yelizavetpol  sənət  məktəbi dördsinifli  Zaqatala  sənət  məktəbindən  fərqli olaraq 

təhsil səviyyəsinə görə üstün idi və müasir kənd təsərrüfatı texnikasından istifadə etməyi 

bacaran  mütəxəssislər  hazırlanmasını  həyata  keçirməli  idi.  Çöl  işlərindən  azad 

vaxtlarda  şagirdlər  sənət  emalatxanalarında  səbəttoxuma,  araba,  təkər  düzəltmək, 

xarratlıq, çilingərlik və s. peşələrlə məşğul olurdular. 

Kəndli  uşaqlarını  məktəbə  cəlb  etmək  üçün  pansionlar  təşkil  olunmuşdu. 

Təhsil  haqqı  ildə  24  manata  çatan  bu  pansion-məktəblər  ictimai,  yerli  vəsaitin 

hesabına saxlanılırdı. 

Bakıda  sənət  məktəbi  1888-ci  ildə  açılmışdı,  lakin  təhsil  səviyyəsinin  zəif 

olması  1896-cı  ildə  onun  mexanika  və  kimya  şöbələri  olan  aşağı  texniki  məktəbə 

(BATM)  çevrilməsinə  səbəb  oldu.  Bu  məktəb  sənət  öyrətməkdən  başqa 

müəssisələrində  fəhlə  əməyinə  rəhbərlik  edə  biləcək  məzunlar  da  hazırlamalı  idi. 

Məktəb  mexaniki  şöbənin  tərkibində  açıldı.  Məktəbin  nəzdində  dördsinifli  aşağı 

sənət  məktəbi  və  yaşlılar  üçün  təcrübəçilər  kursu  vardı.  BATM-da  5  emalatxana 

fəaliyyət  göstərirdi.  XIX  əsrin  sonlarında  burada  təhsil  haqqı  60  manat,  sənət 

məktəbində isə 12 manat idi. BATM məzunlarını çilingər, xarrat, dəmirçi, həmçinin 

mexanik və maşinist vəzifələrinə həvəslə qəbul edirdilər. 

Sənaye  məktəblərinin  proqramları  ümumi  və  ixtisas  təhsilini  birləşdirirdi. 

Bu  məktəblər  xəzinə,  habelə  şəhər  idarəsinin  vəsaiti,  yerli  vergilər  və  təhsil  haqqı 

hesabına saxlanırdı. 

1900-cü  il  yanvarın  1-dən  Azərbaycanın  bütün  sənaye  məktəblərindəki 

şagirdlərin  sayı  381  nəfər  (o  cümlədən  60  nəfər  azərbaycanlı)  idi.  Azərbaycanlı 

şagirdlərin  ən  yüksək  xüsusi  çəkisi  (37,9%)  (132  nəfərdən  50-si)  Gəncə  məktəbinin 

payına  düşürdü.  Bakı  texniki  məktəbi  aşağı  sənət  məktəbində  şagirdlərin  sosial 

tərkibi  şəhərlilərin  (müvafiq  surətdə  61,4%  və  49,2%),  Gəncə  və  Zaqatala 

məktəblərində isə kəndlilərin (müvafıq olaraq 56,1% vo 72,61%) böyük əksəriyyəti 

təşkil  etməsi  ilə  səciyyələnirdi.  Azərbaycanın  texniki  və  peşə  məktəbləri  yüzilliyin 

sonunadək 296 mütəxəssis hazırlamışdı. Sadaladığımız məktəblər təhsilin səviyyəsi və 

məzunlar kontingentinin məhdudluğuna görə aktual iqtisadi vəzifələrin həllinə lazımi 

təsir göstərə bilməzdi, lakin müasir texnika ilə təchiz olunmuş müəssisələrdə işləmək 

üçün  ixtisaslı  fəhlələrin  hazırlanmasının  əsasını  qoydu.  Kənd  yerlərindəki  ibtidai 

məktəblərdə  ipəkçilik,  arıçılıq,  bağçılıq,  üzümçülük  və  bostançılıq  üzrə  səmərəli 

təsərrüfat  üsulları  və  bəzi  peşələr  öyrədilirdi.  Sənaye  məktəblərinin  proqramına 

peşə  və  kənd  təsərrüfatı  məşğələlərinin  daxil  edilməsi  də  çar  hökumətinin  belə 

məktəblərin  şagirdlərinə  təsərrüfat  ehtiyaclarına  uyğunlaşdırılmış  təhsil  vermək, 

orta  məktəblərdən  kəndli,  fəhlə  və  digər  yoxsul  əməkçi  əhali  təbəqələrinin 

uşaqlarını kənarlaşdırmaq meylini əks etdirirdi. 

1896-cı  ildə  Bakı  yaxınlığındakı  Mərdəkan  kəndində  məşhur  mesenat 

sahibkar H.Z.Tağıyev tərəfindən Azərbaycanda bağbanlar hazırlayan birinci xüsusi 

məktəb açıldı. 1898-ci ilin əvvəllərində bağçılıq məktəbində əsasən Abşeron kəndli 

uşaqlarından ibarət olan 46 şagird təhsil alırdı. 



İkinci  bağçılıq  məktəbi  xəzinənin  xərci  hesabına  1899-cu  ildə  Qubada 

açıldı.  Hər  iki  məktəbin  qısa  müddət  ərzində  mövcud  olması  üzündən  bağçılığın 

inkişafına əməli təsir göstərə bilməmişdi. 

Şagirdlərin  təhsil  müəssisələrindən  kənarda  qalması,  təhsil  səviyyəsi 

müxtəlif profilli xüsusi məktəblərin yaradılmasını şərtləndirirdi. Təhsil idarələrinin 

rəhbərliyi  və  yerli  hakimiyyət  orqanları  xüsusi  məktəblərin  açılmasına  imkan 

verərkən, onları ciddi surətdə yoxlayır, müəllimlərin təsdiqi zamam başlıca diqqəti 

onların  siyasi  səbatlılığına  yönəldirdi.  Xüsusi  məktəblər,  o  cümlədən  də 

gimnaziyalar  və  progimnaziyalar  xalq  təhsili  şəbəkəsindəki  boşluqlan  müəyyən 

qədər  doldursalar  da,  onlar  əsasən  şəhər  əhalisinin  varlı  təbəqələri  üçün  nəzərdə 

tutulmuşdu. 

1899-cu ilin sonuna yaxın Bakı quberniyasında 2043 şagirdi (o cümlədən 

880 qız) olan 37, Yelizavetpol quberniyasında isə 760 şagirdi (o cümlədən 237 qız) 

olan  10  xüsusi  məktəb  vardı.  Azərbaycanlılar  bu  məktəblərdəki  bütün  şagirdlərin 

orta hesabla 4,5%-ni təşkil edirdilər. 

Yuxarıda göstərilən tədris müəssisələrindən əlavə, keçən əsrin sonlarından 

etibarən  mühasiblik,  ticarət,  tibb,  biçmə,  tikiş  və  s.  kimi  müxtəlif  xüsusi  ixtisas 

məktəbləri  və  kursları  açılmağa  başladı.  Əhalinin  imkanlı  hissəsinin  estetik 

tələbatını  ödəmək  üçün  1896-cı  ildə  A.  E.  Yermolayeva  tərəfindən  Bakıda  ilk 

musiqi məktəbi açıldı. 1899-cu ildə burada 97 şagird (onlardan 81-i qız) royalda, 

skripkada  çalmağı  və  nəğmə  oxumağı  öyrənirdilər.  1897-ci  ildə  Y.P.  Şiltsova 

Bakıda rəssamlıq məktəbi açdı. 

XIX  yüzilliyin  80-ci  illərindən  etibarən  Azərbaycanda,  başlıca  olaraq 

Bakıda, yaşlılar üçün ilk məktəb və kurslar meydana çıxmağa başladı. 

1893-cü ildə bir qrup tərəqqipərvər müəllimin təşəbbüsü ilə təşkil edilmiş 

Bakı  bazargünü  məktəbi  fəhlələrin  maariflənməsi  işində  xüsusən  böyük 

əhəmiyyətə  malik  idi.  Bu  məktəbdə  təlim  pulsuz  idi  və  müəllimlər  əməkhaqqı 

almırdılar. 

Yaşlılarla yanaşı, əmək fəaliyyətinə erkən başlamış yeniyetmə uşaqlar da 

bütün  şəhərdə  yeganə  olan  bu  bazargünü  məktəbinə  axışırdılar.  Burada  oxumaq 

üçün 18 verst uzaqda olan mədən rayonlarından da gəlirdilər. 

Bazargünü  məktəbi  dinləyicilərinin  milli  tərkibi  yekcins  deyildi.  1895-ci 

ildə 284 dinləyicidən 34 nəfəri azərbaycanlı idi. 1895-ci ildə Gəncə şəhər məktəbi 

yanında  yaşlılar  üçün  bazargünü  kursları  açıldı.  Növbəti  ildə  Nuxa  qəzasının 

Xaçmaz  kəndində  rus  dilinin  öyrənilməsi  üzrə  cümə  günü  məktəbi  fəaliyyətə 

başladı. 1899-cu ildə axşam kursları Şamaxıda da açıldı. 

1897-ci ildə Bakıda qadınlar üçün bazargünü  məktəbi də açıldı ki, 1899-

cu ilin sonunda burada 138 qadın təhsil alırdı. 

Azərbaycanlı  zəhmətkeşlərin  təhsil  almasında,  onlara  rus  dilinin 

öyrədilməsində Bakı texniki məktəbinin nəzdində təşkil edilmiş axşam kurslarının 

da  rolu  az  olmamışdı.  1897-ci  ildə  açılmış  bu  kurslar  800  nəfərədək  dinləyici 





Dostları ilə paylaş:
1   ...   131   132   133   134   135   136   137   138   ...   189


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə