Azərbaycan miLLİ elmlər akademiyasi a. Bakixanov adina tariX İnstitutu



Yüklə 4,04 Mb.
Pdf görüntüsü
səhifə137/189
tarix24.12.2017
ölçüsü4,04 Mb.
#18030
1   ...   133   134   135   136   137   138   139   140   ...   189

xalqının  tarixinə,  adət-ənənələrinə,  onun  dilinə  canlı  maraq  göstərirdi.  Onun  cəhdləri  ilə 

Bakı səhnəsində M.F.Axundovun bir sıra pyeslərinin ilk tamaşaçısı təşkil edilmiş, Şamaxıda 

üçsinifli məktəb açılmışdı. Məhz  D.S.Staroselskinin vəsatəti ilə ilk Azərbaycan qəzetinin 

mətbəəsi üçün İstanbuldan şrift alınmış, elə qəzet də burada çap olunmağa başlamışdı. 

―Əkinçi‖ qəzetinin ilk nömrəsi 1875-ci il iyulun 22-də işıq üzü gördü. Bu xəbər 

bütün Qafqazda geniş əks-səda doğurdu. 

H.Zərdabi  qəzetin  buraxılmasını  fövqəladə  dərəcədə  çətin  şəraitdə  təşkil  etməli 

olurdu. Bütün redaksiya bir nəfərdən ibarət idi: H.Zərdabi qəzetin təkcə naşiri və redaktoru 

deyil, həm də onun korrektoru, bəzən isə hətta mürəttibi idi. 

1875-1877-ci illərdə  ―Əkinçi‖nin  56  nömrəsi  çıxmışdı.  İlk  dövrlərdə bu qəzetin 

buraxılışı maliyyə cəhətdən zərər gətirirdi. Geniş kütlələrin ―Əkinçi‖yə marağını oyatmaq 

üçün H.Zərdabi qəzetin pulsuz yayılması vasitəsinə də əl atdı. 

H.Zərdabi tədricən ―Əkinçi‖nin ətrafında ziyalılar və təhsil alan gənclərdən ibarət 

kifayət  qədər  böyük  bir  fəallıq  qrupunu  birləşdirdi.  S.Ə.Şirvani,  N.Vəzirov,  A.Adıgözəl, 

Moskvada Petrovski Kənd Təsərrüfatı Akademiyasında ali təhsil almış Əsgər ağa Gorani, 

Hacı Məmədsadıq (Əbülhəsən Həvail), Mirzə Həsən Əl-qədəri, Ələkbər Heydəri, Məhbus 

(Əli  Mədəd)  Dərbəndi  və  başqaları  qəzetlə  fəal  əməkdaşlıq  edirdilər.  M.F.Axundov  da 

―Əkinçi‖nin  səhifələrində  çıxış  edirdi.  Cənubi  Qafqaz  və  Dağıstan  şəhərlərində,  İranda 

qəzetin  öz  müxbirləri  var  idi.  H.Zərdabi  o  zaman  Peterburq,  Moskva,  Tiflis,  İrəvan  və 

Gəncədə, habelə digər yerlərdə işləyən azərbaycanlı, gürcü, rus və erməni dostları ilə geniş 

əlaqələr  saxlayırdı. Qəzetin nəşrinin bütün müsəlman Şərqi üçün böyük əhəmiyyəti var idi. 

―Əkinçi‖  beynəlxalq  əks-səda  doğurmuşdu.    Bu  qəzet  bütün  Şərq  dünyasının  Avropa 

üsulunda nəşr olunmuş birinci mətbu orqanı idi. Onu həm də Qərb ölkələrində tanıyırdılar. 

―Əkinçi‖ mütərəqqi maarçı, demokratik ideyaları təbliğ edir, mövhumata, cəhalətə 

və  avamlığa  qarşı  çıxır,  azərbaycan  gerçəkliyinin  bir  çox  zəruri  problemlərini  qaldırırdı. 

Qəzet öz dövrünü keçirmiş sosial-iqtisadi qaydaloarı aradan qaldırmaq və azadlığa çıxmaq 

üçün məhz elm və maarifin ən mühüm vasitə rolu oynadığına əmin olaraq, xalq kütlələrinin 

maarifləndirilməsi  ideyasını  ardıcıl  şəkildə  və  inadla  müdafiə  edirdi.  O,  təhsil  və  tərbiyə 

məsələlərinə  xüsusi  əhəmiyyət  verir,  məktəblərdə  yeni  təlim  və  tərbiyə  üsullarının  tətbiq 

edilməsinə  tərəfdar  çıxırdı:  ―Əkinçi‖  Azərbaycanda  qadın  təhsilinin,  qadınların  ictimai 

həyata cəlb olunmasının zəruriliyini müdafiə edən ilk Azərbaycan qəzeti idi. 

Qəzet ana  dilinin  saflığı  uğrunda  yorulmaz  mübarizə  aparırdı. Azərbaycan  milli 

publistika  dilinin  yaradılmasında  bu  qəzetin  böyük  xidməti  vardı.  ―Əkinçi‖  Mirzə  Fətəli 

Axundov ənənələrini inkişaf etdirərək, ədəbiyyatın xalq həyatının yaxşılaşdırılması uğrunda, 

ədəbiyyatda  formalist  cərəyanlara  və  diaqmistik  ədəbiyyata  qarşı  da  genişlənib,  inkişaf 

etməsi uğrunda qətiyyətlə çıxış edirdi. 

H.Zərdabi və onun redaktə etdiyi qəzet Cənubi Qafqaz xalqları arasında çoxəsrlik 

əlaqələrin möhkəmləndirilməsi ideyalarının qızğın təbliğatçısı kimi çıxış edir, bu xalqların 

daha da yaxınlaşması uğrunda mübarizə aparırdı. 

―Əkinçi‖nin demokratik ideyaları bəzi mürtəce bəylər, ruhanilər və çar məmurları 

tərəfindən narahatlıqla qarşılanırdı. Qaragüruhçular ona qarşı qalxmışdılar. Nəticədə 1877-ci 



ilin  əvvəllərində  qəzetin  abunəçilərinin  sayı  300  nəfərə  endi,  bunlardan  da  150-si  kənd 

yerlərində idi. 1877-1878-ci illər Rusiya-Türkiyə müharibəsinin başlanması ilə çar senzurası 

qəzetdə siyasi xarakterli məsələlərə toxunmağı qadağan etdikdən sonra ―Əkinçi‖ üçün ağır 

şərait  yarandı.  Belə  ki,  belə  şəraitdə  hökumət  1877-ci  ilin  sentyabrında  qəzetin  nəşrinin 

dayandırılması barəsində fərman verdi. 

―Əkinçi‖  Azərbaycanda  mütərəqqi  ictimai  fikrin  inkişafında  və 

bütövlükdə  Azərbaycan  mədəniyyətinin  intişarında  böyük  rol  oynamışdı.  O,  qısa 

müddət  ərzində  ən  qabaqcıl  ziyalıları  öz  ətrafında  birləşdirmiş,  Azərbaycan 

xalqının həyatının bir çox sahələrinə müsbət təsir göstərərək, geniş kütlələri maddi 

və mənəvi həyatda mütərəqqi dəyişikliklər uğrunda mübarizəyə çağırırdı. 

―Əkinçi‖nin  nəşri  dayandıqdan  iki  il  sonra  Tiflisdə  Azərbaycan  dilində 

başqa  bir  qəzet  –  ―Ziya‖  çıxmağa  başladı.  Onun  birinci  nömrəsi  1879-cu  il 

yanvarın  16-da  çıxdı.  Qəzet  həftədə  bir  dəfə  litoqrafiya  üsulu  ilə  çap  olunurdu, 

həcmi  4-8  səhifə  idi.  Qəzet  1880-ci  ilə  qədər  çıxmış,  onun  76  nömrəsi 

buraxılmışdı.  1880-ci  il  dekabrın  6-dan  etibarən  ―Ziya‖  qəzeti  ―Ziyayi-

Qafqaziyyə‖  adı  altında  çıxmağa  başladı.  Özü  də  bu  qəzet  mətbəə  üsulu  ilə  çap 

olunurdu.  Onun  nəşri  1884-cü  il  iyunun  1-dək  davam  etdi.  Bu  müddət  ərzində 

qəzetin  104  nömrəsi  çıxdı.  ―Ziyayi-Qafqaziyyə‖  qəzeti  daha  geniş  proqram  üzrə 

nəşr  olunurdu.  Bu  proqramda  ictimai-siyasi  problemlərə  də  geniş  yer  verilirdi. 

Lakin o, öz  sələfi ilə  müqayisədə  irəliyə  elə  bir ciddi addım ata  bilmədi.  1880-ci 

ildə  Tiflisdə  Seyid  Ünsizadənin  qardaşı  Cəlal  Ünsizadə  tərəfindən  ―Kəşkül‖  adlı 

yeni  qəzet  nəşr  olunmağa  başladı.  ―Kəşkül‖  qəzetdən  çox  jurnala  oxşayırdı.  Onu 

naşiri təhsilli, Avropa və rus mədəniyyəti ilə tanış olan bir adam idi. ―Kəşkül‖ öz 

ideya  istiqamətinə  görə  ―Əkinçi‖yə  yaxın  idi.  O.  siyasət,  ticarət,  sənaye, 

sənətkarlıq  və  mədəniyyət  məsələlərinə  toxunurdu.  Bəzi  məlumatlara  görə, 

Azərbaycan  dilində  nəşri  ilə  yanaşı,  bir  müddət  bu  qəzetin  ərəb  və  fars  dillərində 

variantlar  da  çap  edilmişdir.  1884-cü  il  yanvarın  1-dən  ―Kəşkül‖  həftəlik  qəzetə 

çevrildi  və  1891-ci  ilədək  nəşr  edildi.  ―Kəşkül‖də  publisistik  məqalələr,  dil, 

ədəbiyyat, incəsənət,  ictimai-siyasi  məsələlər üzrə  yazılar,  orijinal  ədəbi parçalar, 

Avropa,  Şərq  və  rus  ədəbiyyatından  tərcümələr  çap  olunurdu.  Qəzet  ―Əkinçi‖nin 

demokratik  ənənələrini  davam  etdirərək,  Şərq  despotizmini,  geriliyi,  mədəni 

inkişaf  yollarını  göstərirdi.  Eyni  zamanda  ―Kəşkül‖  mütərəqqi  Azərbaycan 

ziyalılarının  köməyinə  ümid  bəsləyir,  onlara  arxalanır.  Qəzet  yazırdı:  ―Yeni 

başlanmış  həyat  yeni  köməyə  və  təlimata  möhtacdır.  Ümid  edirik  ki,  bizimlə 

yanaşı, millətin yaradılmış bu vərəqin nəşrinə kömək edəcəklər‖ 

Rusiyanın  mərkəzi  şəhərlərində,  Qori  Müəllimlər  Seminariyasında  və 

başqa  yerlərdə  təhsil  almış  gənclər  ―Kəşkül‖  qəzetinin  mütərəqqi  təşəbbüslərini 

müdafiə  edərək,  onun  ətrafına  toplaşırdılar.  ―Kəşkül‖ün  başladığı  hərəkatda 

Tiflisin  rus  ziyalıları,  tərəqqipərvər  Tiflis  müəllimləri  də  iştirak  edirdilər. 

S.Ə.Şirvani,  F.Köçərli,  M.Şahtaxtlı,  A.Qayıbov  və  başqaları  qəzetlə  fəal  surətdə 

əməkdaşlıq  edirdilər.  Qəzetin  Bakı,  Quba,  Qarabağ  və  İrəvanda  öz  müvəkkilləri 



Yüklə 4,04 Mb.

Dostları ilə paylaş:
1   ...   133   134   135   136   137   138   139   140   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə