Azərbaycan miLLİ elmlər akademiyasi a. Bakixanov adina tariX İnstitutu



Yüklə 4,04 Mb.
Pdf görüntüsü
səhifə139/189
tarix24.12.2017
ölçüsü4,04 Mb.
#18030
1   ...   135   136   137   138   139   140   141   142   ...   189

çəki cədvəlini tərtib etmişdi. V.İ.Raqozin, K.İ.Lisenko və b. əsərləri Bakı neftinin 

kimyəvi tərkibinin öyrənilməsində mühüm əhəmiyyət kəsb etdi. 

Paralel  olaraq  neft  avadanlığı  və  neft  texnologiyası  sahələrində  də  elmi-

texniki fikir inkişaf etməyə başlamışdı. 

Rus  Texniki  Cəmiyyətinin  1879-cu  ildə  açılmış  Bakı  şöbəsi  neft 

quyularının  qazılması  texnikası  və  metodlarının,  neft  məhsullarının  analizi  və 

təmizlənməsi üsullarının təkmilləşdirilməsinə böyük kömək göstərdi. Azərbaycanlı 

mütəxəssislər  M.Hacınski,  İ.Rzayev,  F.Rütəmbəyov,  A.Mirzəyev  və  b.  bu 

cəmiyyətin üzvləri idilər. 

80-90-cı  illərdə  Bakının  neftayırma  zavodlarında  neftin  kimyəvi  emalı 

üzrə  laboratoriyalar  fəaliyyətə başlayır. Strasburq Universitetində  ali  təhsil almış, 

üzvi kimya sahəsində ilk azərbaycanlı kimyaçı alim Mövsüm bəy Xanlarov (1857-

1921) bu laboratoriyaların birində tədqiqat işinə başladı. Almaniyada məşhur üzvi 

kimyaçı  Rudolf  Fittiqin  laboratoriyasında  işləyərkən  M.  Xanlarov  kimya  doktoru 

alimlik dərəcəsi almaq üçün dissertasiya müdafiə etmişdi. O, Almaniyada özünün 

iki əsərini çap etdirmişdi. Onlardan biri-"Tiouksus turşusunun rodanlı etilə  təsiri" 

adlı əsəri "Alman kimya cəmiyyətlərinin hesabatları‖nda, digər "Butirolakton və a-

etil-butilo-lakton  haqqında"  adlı  əsəri  isə  "Alman  kimya  salnaməsi"ndə  nəşr 

olunmuşdu.  Bakıya  gəldikdən  sonra  o,  böyük  rus  alimi  D.İ.Mendeleyev  və 

başqalarının  zəmanəti  ilə  Rus  Fiziki-Kimya  Cəmiyyətinə  üzv  qəbul  edilmişdi. 

M.Xanlarov  Bakıda  özünün  laktanlar  haqında  tədqiqatını  davam  etdirmişdi.  Bu 

dövrdə Bakının neftayırma zavodlarında Xanlarovdan başqa, Rusiya və Avropada, 

ali təhsil almış bir sıra digər azərbaycanlı kimyaçıları S.P.Qəmbərov, İ.T.Əmirov, 

A.İ.Babayev və b. da işləyirdi. 

XIX  yüzilliyin  ikinci  yarısında  kənd  təsərrüfatının  intensivləşdirilməsi 

biologiya,  kənd  təsərrüfatı  və  təbabətə  dair  biliklərə  tələbatı  artırırdı.  Rus  və 

Avropa torpaqşünasları, botanikləri, zooloqları, dendroloqları Azərbaycanın torpaq 

örtüyünü, bitki və heyvanlar aləmini öyrənməyə başladılar. Rus alimləri Kür-Araz 

və  Şirvan  ovalıqlarını,  Quba  və  Lənkəran  düzənliklərini,  Talış  meşə  massivlərini 

tədqiq  edir,  onu  landşaft-coğrafi  zonalara  bölməyə  cəhd  göstərir,  əkinçilik  və 

aqrotexnikanın əsas vəzifələrini müəyyənləşdirirdilər. 

Eyni  zamanda  rus  və  Avropa  alimləri,  aqronomları,  texnoloqları, 

iqtisadçıları  pambığın,  tütünün,  baramanın,  üzümün,  qızıl  boyanın,  balığın 

becərilməsi və yetişdirilməsinin, onların saxlanılmasının, emalının və daşınmasının 

elmi metodları və zəruri olan alət və vasitələri haqqında çoxlu kitab  və məqalələr 

nəşr  edirlər.  Onların  tədqiqatları  yerli  ziyalılarda,  praktiki  olaraq  əkinçiliklə, 

bağçılıqla,  heyvandarlıqla  məşğul  olan  adamlarda  kənd  təsərrüfatı  va  bioloji 

elmlərə  yüksək  maraq  doğururdu.  1895-ci  ildə  Azərbaycanda  bir  sıra  nümunəvi 

pambıq  sahələri,  Bakı  şəhərində  isə  ilk  ixtioloji  laboratoriya  fəaliyyət  göstərirdi. 

1878-ci  ildən  başlayaraq  rus  dilindən  Azərbaycan  dilinə  tərcümə  edilmiş  elmi-

kütləvi  kitabçalar  nəşr  olunur  ki,  onlarda  pambığa  və  baramaya  qulluq  etməyə. 



meliorasiyaya,  heyvanlarda  vəba,  taun  epidemiyalarının  qarşısını  almağa  dair 

praktiki məsləhətlər verilirdi. İ.Q.Əlibəyov, A.Rüstəmov, Cavanşir Qarabaği və b. 

dövri  mətbuatda  kənd  təsərrüfatı  və  tibbi  mövzularda  çıxış  edirdilər.  Həkimlərin 

Qafqaz  Cəmiyyətinin  Bakı  şöbəsi  böyük  elmi-kütləvi  tədbirlər  həyata  keçirirdi. 

Azərbaycanlı  həkimlər Ə.K.Mehmandarov, M.R.Vəkilov, A.X.Axundov həkimlik 

fəaliyyəti ilə yanaşı, elmi-tibbi fikrin inkişafına böyük əmək sərf edirdilər. Həkim 

A.X.Axundov  Almaniyada  İbn  Sinanın  təbabət  qanunu  haqqında  dissertasiya 

müdafiə etdi. Həkim Ə.K.Mehmandarov 1893-cü ildə Qafqaz həkimlərinin birinci 

qurultayında  Yelizavetpol  quberniyasının  Cavanşir  qəzasında  tez-tez  baş  verən 

vəba  epidemiyası  səbəblərinin  öyrənilməsinə  həsr  olunmuşn  xüsusi  məruzə  ilə 

çıxış etdi [4]. Lakin XIX yüzilliyin son qərinəsində Azərbaycanda biologiya, kənd 

təsərrüfatı  və  təbabət  üzrə  biliklərin  yayılması  və  inkişafı  daha  çox  Həsən  bəy 



Zərdabinin (1842-1907) adı ilə bağlıdır. 

H.Zərdabi  orta  təhsilini  Şamaxı  və  Tiflisdə,  ali  təhsilini  isə  Moskvada 

almışdı. O, 1865-ci ildə Moskva Universitetinin təbabət elmləri şöbəsini bitirmişdi. 

İnqilabi  əhvali-ruhiyyəli  rus  ziyalıları  arasında  yaşayan  Zərdabi  Universitetdə 

təhsil aldığı illərdə N.Q.Çernışevski, N.A.Dobrolyubov və D.İ.Pisarevin mütərəqqi 

dünyagörüşlərini 

öyrənib 

mənimsəmiş, 

şair 

A.N.Pleşşeyevlə, 



tarixçi 

S.M.Solovyovla  yaxınlıq  etmişdi.  Vətənə  qayıtdıqdan  sonra  Zərdabi  geniş  elmi-

pedaqoji və publisist fəaliyyətinə başladı: Bakı məktəblərində təbiət tarixindən dərs 

deyir  (1869-1879-cu  illər),  ilk  milli  qəzeti  -  "Əkinçi"ni  nəşr  etdirir  (1875-1877-ci 

illər),  "Kaspi"  qəzetində  işləyir  (1896-1907-ci  illər),  yerli  əhali  arasında 

yorulmadan  təbii-elmi,  kənd  təsərrüfatı  və  tibbi  bilikləri  yayır,  zəhmətkeş  xalqın, 

xüsusilə  kəndlilərin  mənafeyinin  mülkədar-bəylər  və  çar  məmurları  tərəfindən 

tapdanılmasına qarşı açıq çıxışlar edirdi. 

H.Zərdabi  təbiətşünaslıq,  kənd  təsərrüfatı  və  sosial-iqtisadi  mövzularda 

çoxlu  əsərin  müəllifidir.  О  çox  geniş  diapazona  malik  alim  idi,  mədəniyyətin, 

astronomiyanın,  biologiyanın,  aqrotexnikanın,  təbabətin,  sənayenin  nailiyyətləri 

onu  eyni  dərəcədə  maraqlandırırdı.  О  bu  sahələrin  bir  çoxuna  dair  tamamilə 

orijinal ideya və fikirlər söyləmişdir. 

H.Zərdabinin  elmi  yaradıcılığı  о  dövrün  rus  və  Avropa  təbiət  elmləri  ilə 

sıx  bağlı  idi,  onun  bir  çox  problemlərini  özündə  cəmləşdirirdi.  Görkəmli  rus  və 

Avropa  təbiətşünasları  ilə  birlikdə  Zərdabi  də  Yerin  yaranması,  burada  həyatı 

meydana  gətirmiş  materiyanın  Kainatda  əbədi  dövranı  haqqında  о  dövrdə  elmdə 

bərqərar  olan  ideyanın  tərəfdarı  idi.  О  özünün  bir  çox  əsərlərində  Kant-Laplasın 

Günəş sistemi mənşəyinin ilkin qazabənzər duman kütləsindən ibarət olması fikrini 

müdafiə  edirdi.  H.Zərdabi  güman  edirdi  ki,  ulduzlar  və  onların  sistemləri  dünya 

materiyasının qanunauyğun inkişafı sayəsində yaranır və ölür. Bəzi bürclərdə yeni 

ulduzların  meydana  gəlməsinin  səbəblərini  izah  edən  azərbaycanlı  alim  yazırdı: 

"...Yeni  ulduzların  meydana  gəlməsi  təsadüfi  hadisə  olmayıb,  dünya  cisimlərinin 

və Günəş sisteminin qanunauyğun inkişafında müəyyən pillədir" [5]. 




Yüklə 4,04 Mb.

Dostları ilə paylaş:
1   ...   135   136   137   138   139   140   141   142   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə