Azərbaycan miLLİ elmlər akademiyasi a. Bakixanov adina tariX İnstitutu



Yüklə 4,04 Mb.

səhifə14/189
tarix24.12.2017
ölçüsü4,04 Mb.
1   ...   10   11   12   13   14   15   16   17   ...   189

İran süvari qoşunu ilə döyüşə atıldı. Sonra isə bütün rus qoşunu hücuma keçdi və 

düşmən geri çəkilməyə məcbur oldu [33]. 

İran  ordusu  Şamxorçay  yanında  möhkəmlənməyi,  sonra  isə  rus  qoşunu 

üzərinə  hücum  etməyi  qərara  aldı.  Lakin  hücum  edən  rus  qoşununun  zərbələri 

altında şah qoşunları pərən-pərən düşdü. Şah qvardiyası qılıncdan keçirildi, süvari 

qoşunun  təqib  etdiyi  sağ  qalmış  sərbazlar  qaçmağa  başladılar.  Bu  süvari  qoşun 

―İran ordularına xeyli zərbə vurdu və çoxlu qənimətlər ələ keçirdi‖ [34]. 

Şamxor  məğlubiyyətindən  sonra  İran  ordusu  tələsik  Gəncədən  geri 

çəkildi,  sentyabrın  4-də  general  Mədətovun  rus  dəstəsi  Gəncəyə  daxil  oldu. 

Sentyabrın  9-da  rus  korpusunun  əsas  qüvvələri  Gəncəyə  gələrək  general 

Mədətovun qrupu ilə birləşdi. 

Bu  zaman  Şamxor  məğlubiyyətini  eşidən  Abbas  Mirzə  Şuşanın 

mühasirəsindən  əl  çəkməyə  və  oğlunun  əzilmiş  qoşununun  köməyinə  hərəkət 

etməyə  məcbur  oldu.  O,  Şuşa  ətrafında  ərzaq  və  digər  ehtiyatları  olan  10  minlik 

qoşun  saxladı.  Şuşa  qalasının  rəisi  özünün  sərəncamında  olan  azsaylı  qarnizonun 

qüvvələri  ilə  düşmən  düşərgəsinə    hücum  etdi  və  ―qələbə  çaldı,  iranlılar  qaçıb 

dağıldılar və bütün qaliblərin əlinə keçdi‖ [35]. 

İran  ordusunun  yaxınlaşdığını  eşidən  rus  komandanlığı  zərbə  qrupunu 

Gəncə  yaxınlığında  cəmləşirdi.  Sentyabrın10-da  sonralar  Yermolovu  əvəz  edən 

Paskeviç  də  əlavə  qoşunla  buraya  gəldi.  Rəqiblər  döyüş  meydanında  üzbəüz 

dayanmışdılar.  Rus  qoşunu  8700  adamdan  ibarət  idi.  İran  ordusu  15500  nəfərlik 

nizami piyadadan, 10700 nəfərlik süvaridən ibarət idi. 

Abbas  Mirzə  Pəmbək  və  Şuragəldəki  rus  sərhəd  məntəqələrinə  hücum 

üçün həm də İrəvan xanının qüvvəllərindən istifadə etməyi qərara almışdı. Pirqulu 

xanın komandanlığı altında 4 minlik dəstə isə Səlim xanın Şəkidəki hakimiyyətini 

bərpa  etmək,  sonra  is.  Kaxetiyada  gürcü  şahzadəsi  Aleksadrın  qoşunları  ilə 

birləşərək Tiflis üzərinə birgə hücum üçün Şəkiyə göndərildi. 

Lakin  Abbas  Mirzənin  planları  həyata  keçmədi.  O,  ilk  zərbəni  Ağoğlan 

adlanan  yerin  yaxınlığında,  Araz  sahilində  aldı.  İrəvanlı  Hüseynqulu  xanın 

qoşunları  isə  Pəmbək  və  Şuragələ  soxuldular.  Onları  çoxsaylı  rus  qoşunları 

qarşıladı. Bu qoşunlar Dilican dərəsində erməni əhalisininköməyi ilə qələbə çaldı. 

Pirqulu xan da Şəkidə darmadağın edildi, Abbas Mirzə qərara gəldi ki, özü Şəkiyə 

yerisin və Pirqulu xanın qalan qüvvələri ilə birləşsin. Bu məqsədlə o öz qoşunlarını 

Arazdakı  Aslandüz    keçidi  qarşısında  cəmləşdirdi.  Rus  dəstələrinin  rəisi 

Kotlyarevski Abbas Mirzənin niyyətini başa düşdü və onun hərəkətlərinin qarşısını 

almaq qərarına gəldi. Lakin Kotlyarevskinin qüvvələri az idi, ona görə də qətiyyət 

və qəfillik tələb olunurdu. O, düşmənin arxasına keçmək və gözlənilmədən arxadan 

zərbə vurmaq məqsədilə daölarla 70 kilometrlik gücə yürüşü etdi. Hücum o qədər 

gözlənilməz  oldu  ki,  Abbas  Mirzənin  darmadağın  edilmiş  qoşununun  qalıqları 

düşərgəni  qoyaraq  qaşmaqla  canlarını  qurtardı.  Abbas  Mirzə  əzilmiş  hissələrin 

qalıqlarını  toplayaraq,  səhərisi  gün  məğlubiyyətinin  əvəzini  çıxmağa  qərara  aldı. 



Lakin  Kotlyarevski  Aslandüz  istehkamlarına  hücum  edib  onun  qoşunlarını 

darmadağın etdi. 

Pirqulu  xan  İran  qoşunlarının  darmadağın  edilməsindən  xəbər  tutaraq, 

tələsik  Şəki  xanlığının,  ümumiyyətlə,  Şimali  Azərbaycan  ərazisini  tərk  etdi. 

Tezliklə Kotlyarevski İran qoşunlarını sıxışdırıb çıxarmaq üçün Lənkəran xanlığına 

göndərildi.  O,  1812-ci  il  dekabrın  17-də  təxminən  2000  nəfərlik  dəstə  ilə 

Ağoğlandan yola düşərək Arazı keçdi və dekabrın 21-də Lənkəran xanlığına daxil 

oldu. Xəzər donanması da buraya göndərilmişdi. 

İngilis  tərəfindən  təlimat  almış  iranlılar  Lənkəran  qarnizonunu 

möhkəmləndirdilər.  Lənkəran  qarnizonuna  2500  nəfər  piyadadan  ibatər  kömək 

gəldi [20]. 

Dekabrın  21-də  İran  qoşunlarının  ön  dəstələri  Muğanda  darmadağın 

edildi.  Rus  qoşunlarının  yaxınlaşdığından  xəbər    tutan  İran  qoşunları  Ərçivandan 

geri çəkildilər. 

Kotlyarevski  Ərçivanda  kiçik  bir  qarnizon  qoyaraq,  Lənkərana  tərəf 

irəlilədi.  O,  xanlığın  ərazisinə  daxil  oldu.    Lənkəran  qalasının  təslim  olunması 

barəsində  Kotlyarevsikinin  dəfələrlə  etdiyi  təkliflər  rədd  olundu.  Rus  qoşunları 

dekabrın  30-dək  davam  edən  fasiləsiz  artilleriya  atəşinə  tutdu.  Dekabrın  31-də 

Kotyarevsiki qoşunu üç hissəyə bölərək axşam qala divarlarına yaxınlaşdı və 1813-

cü  il  yanvarın  1-də  səhərə  yaxın  hücuma  başladı.  Amansız  və  qanlı  çarpışma  üç 

saatdan çox çəkmədi və qala alındı. 

Lənkəranın  alınması  Rusiya-İran  müharibəsinin  taleyini  həll  etdi.  Abbas 

Mirzənin  yanında  xidmət  edən  fransız  zabiti  rus  qoşunlarının  Aslandüz  və 

Lənkəranda  qazandıqları  qələbələrin  əhəmiyyəti  haqqında  yazırdı:  ―Xüsusən  də 

Aslandüz  vuruşması  və  Lənkəranın  alınması  onların  (iranlıların)  demək  olar  ki, 

bütün hərbi vasitəsinin axırına çıxdı. İngilis zabiyinin komandanlığı altında oloan 

artilleriyanın  demək  olar  ki,  hamısı,  eləcə  də  hərbi  sursat  və  taxt-tac  varisi 

şahzadənin düşərgəsi rusların əlinə keçdi. Bu düşərgədən nə bircə çadır, nə də bircə 

dəvə belə xilas ola bildi‖ [21]. 

Aslandüz    və  Lənkəran  qələbələri  müharibənin  taleyini  həll  etdi.  Artıq 

aydın oldu ki, demək olar ki, heç bir şey rus qoşunlarının İranın içərilərinə doğru 

irəliləməsinə  mane  ola  bilməz.  İrandakı  ingilis  səfiri  Ouzli  Rusiya  və  İran 

arasındakı  müharibənin  dayandırılmasının  zəruri  olması  haqqında  Londondan 

göstəriş aldı. 1813-cü ilin əvvəllərində Rtişşev və sülh haqqında danışıqlara hazır 

olduğunu  bildirmiş  şah  sarayı  arasında  yazışma  başlandı.  Rtişşev  yenidən  qeyd 

edirdi  ki,  tutulmuş  bütün  torpaqları  Rusiya  tərkibində  saxlamaq  şərtilə  sülh 

bağlamağa  hazırdır,  bu  isə  şah  sarayını  razı  salmırdı.  Şah  sarayı  1813-cü  il  yay 

kampaniyasının  geniş  planını  işləyib  hazırladı,  öz  casuslarını  Azərbaycana  və 

ümumiyyətlə,  Zaqafqaziyaya  göndərərək,  yerli  feodalları  şah  qoşunlarına  kömək 

göstərməyə  çağırdı.  Lakin  müsbət  cavab  almayaraq,  habelə  bir  sıra  parlaq 

qələbələrdən  sonra  Rusiyanın  Zaqafqaziyada  güclənməsindən  qorxaraq,  sülh 





Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   189


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə