Azərbaycan miLLİ elmlər akademiyasi a. Bakixanov adina tariX İnstitutu



Yüklə 4,04 Mb.
Pdf görüntüsü
səhifə143/189
tarix24.12.2017
ölçüsü4,04 Mb.
#18030
1   ...   139   140   141   142   143   144   145   146   ...   189

Azərbaycanın 

sosial-iqtisadi 

geriliyinin  səbəbləri  90-cı  illərdə 

Azərbaycanın  maarifçi  dairələrində  geniş  müzakirə  mövzusu  idi.  MF.Axundovun 

ardınca  radikal  əhvali-ruhiyyəli  maarifçilər  bütün  bunların  səbəblərini  həm  də 

mövcud  əlifbanın  qeyri-təkmil  olmasında,  mövhumatçılıqda  görürdülər.  1869-cu 

ildə  Leyptsiq  Universitetini  bitirmiş  Məmmədağa  Şahtaxtinski  (1846-1931  -ci 

illər), yeni. təkmilləşmiş müsəlman əlifbası ideyasını irəli sürür, Avropa maarif və 

mədəniyyətinə  qovuşmağı  təbliğ  edirdi  [16].  Peterburq  yunker  hərbi  məktəbinin 

yetirməsi  Səmədağa  Mehmandarov  "Müsəlmanların  geriliyinin  səbəbləri",  "Necə 

olmalı",  "Müsəlman  ətalətinə  qarşı"  adlı  məqalələri  ilə  çıxış  edərək  göstərirdi  ki, 

"dini"  mövhumat  indiki  müsəlman  Şərqində  despotizmin  mənəvi  dayağı  rolunu 

oynayır,  əqidə  azadlığını  təqib  edir,  siyasi,  iqtisadi,  mədəni  yaradıcılıqda 

çəkişmələrə  şərait  yaradır  [17].  M.Şahtaxtinski  və  S.Mehmandarov  müsəlman 

xalqlarının  sosial-iqtisadi  və  mədəni  geriliyinin  səbəblərini  islam  kəlamlarının 

cahil  və tamahkar ruhanilər tərəfindən  yanlış şərh edilməsilə izah edirdilər. 1894-

cü  ildə  Sorbonna  Universitetini  bitirmiş  Əhməd  bəy  Ağayev  (1863-1939-cu  illər) 

bunun  səbəblərini  orta  əsrlərin  ilk  dövrü  üçün  səciyyəvi  olan  islamı  "azad"  dərk 

etmək  prinsipindən  çəkinməkdə  görürdü.  İbn  Rüştinin  və  əl-Təbərinin 

nəzəriyyəsinin  təsiri  ilə  görkəmli  islamşünas  kimi  yetişməkdə  olan  Ə.Ağayev 

Quranın əsrlər boyunca, tədricən dəyişikliyə düçar olduğunu sübut etməyə çalışırdı 

[18].  Qori  Müəllimlər  Seminariyasının  məzunları  F.Köçərli  (1865-1920-ci  illər), 



Teymıtr  bəy  Bayraməlibəyov  (1862-1937-ci  illər)  sübut  edirdilər  ki,  səbəb 

müsəlman  ruhanilərinin  cahilliyində  və  pozğunluğunda,  əsas  vəzifələrini  yaddan 

çıxarmasında, müəyyən vaxt və konkret xalq üçün nəzərdə tutulmuş islamın mülki 

qanunlarının  mütləqləşdirilməsindədir  [19].  M.Şahtaxtinski,  S.M.Mehmandarov, 

Qori  Müəllimlər  Seminariyasının  məzunu  E.Sultanov  (1862-1935-ci  illər), 

R.Əfəndiyev  (1868-1942-ci  illər),  İrəvan  Müəllimlər  Seminariyasının  yetirməsi 

H.Vəzirov  (1862-1916-cı  illər)  [20]  islamın  təriqət  və  ayinlərinin,  xüsusilə  şiə 

şəbihlərinin,  müridizm  və  babizmin  tənqidi  ilə  çıxış  edərək  onları  qızışdıran  və 

yayanlara  qarşı  qəti  tədbirlər  görməyi  tələb 

edirdilər.  H.Vəzirov, 

T.Bayraməlibəyov, M.Əfəndiyev [21] о dövrdə avam kütlə arasında geniş yayılmış 

müsəlman  mövhumat  və  xurafatının  məna  və  məqsədini  öz  məqalələrində  açıb 

göstərirdilər. Bununla belə ali müsəlman din xadimlərinin görkəmli nümayəndələri 

-    şeyxül-islam    Əhməd      Səlyani,      Axund    Əbdüs-Salam  Axundzadə,  molla 

Məhəmməd  Axund  Pişnamazzadə  və  b.  öz  dövrünün  yüksək  savada  malik, 

maarifçiliklə məşğul olan adamları idilər.  Çox vaxt onlar məktəb və  mədrəsələrdə 

dini dərslərdən başqa, ana dilindən də dərs deyirdilər. 

XIX  yüzilliyin  ikinci  yarısı  -  XX  yüzilliyin  əvvəllərində  Azərbaycanın 

qabaqcıl  fəlsəfi  və  ictimai-siyasi  fikrinin  İran,  Orta  və  Yaxın  Şərqin  digər 

ölkələrinin  mənəvi  mədəniyyətinin  yüksəlişinə  böyük  təsiri  müşahidə  olunurdu. 

M.F.Axundov,  H.Zərdabi,  N.Nərimanov,  C.Məmmədquluzadə  və  başqalarınm 

ideyalarının  təsiri  altında  Cənubi  Azərbaycanda  əsas  nümayəndələri  Mirzə 




Mülküm  xan  (1883-1909-cu  illər),  Zeynalabdin  Marağayi  (1838-1910-cu  illər), 

Əbdürrəhim  Talıbov  (1834-1911-ci  illər)  olan  maarifçi,  milli  azadlıq  hərəkatı 

formalaşırdı.  Onlann  yaradıcılıqlarının  əsas  ideyası  geriliklə,  cahilliklə  mübarizə, 

Qərb  mədəniyyətinin,  elminin,  maarifmin  öyrənilməsi,  mülki  qanunçuluğun 

tətbiqi, şəxsiyyətin, azad əmək fəaliyyətinin təhlükəsizliyinin təmin edilməsi idi. 

Mirzə  Mülküm  xan  maarifçi  xarakterli  çoxlu  əsərlərin  müəllifi,  "Qanun" 

qəzetinin  naşiri  olub,  "Fərəmuşxana"  cəmiyyətinin  əsasını  qoymuşdu.  Mirzə 

Mülküm  xan  özünün  yaradıcılığında  əvvəlcə  liberal  maarifçi,  sonralar  isə  İranda 

despotizm  və  müstəmləkəçiliyin  tənqidçisi  mövqeyindən  çıxış  etmişdir.  Mirzə 

Mülküm  xanın  ideyaları  1905-1911-cı  illər  İran  inqilabının  hazırlanmasında 

mühüm rol oynamışdı. 

Məşhur  "İbrahim  bəyin  gündəliyi"nin  müəllifi  Z.A.Marağayi  İran 

xalqlarının  sxolastika  və  cəhalət  yuxusundan  oyanması  işində  mühüm  rol 

oynamışdı.  İranın  iqtisadi  və  mədəni  geriliyi  ilə  mübarizənin  əsas  vasitələrini 

Z.A.Marağayi  elm  və  maarifdə,  Qərb  mədəniyyəti  ilə  təmasda  görürdü.  O,  İran 

xalqlarını despotizmə qarşı, konstitusiya uğrunda döyüşə çağırırdı. 

Cənubi  Azərbaycanın  elmi  və  ictimai-siyasi  fikrinin  ən  görkəmli 

nümayəndəsi,  təbiətşünaslığa  və  fəlsəfəyə  dair  bir  sıra  elmi  əsərlərin  müəllifi  Ə. 

Talıbov  idi.  Gənc  yaşlarından  Qafqaza  mühacirət  edən,  həyatının  xeyli  hissəsini 

Temirxanşurada  keçirən  Ə.Talıbov  tez-tez  Rusiyaya,  Avropaya,  Yaxın  Şərq 

ölkələrinə  gedirdi.  Ə.Talıbovun  ictimai-siyasi  dünyagörüşünün  əsas  məzmununu 

İranın sosial və milli dirçəlişi uğrunda mübarizə təşkil edirdi. Təbiətşünaslıq elmi 

fikrinin  böyük  nümayəndəsi  olan  Ə.Talıbov  yorulmadan  Avropa  və  rus  elm  və 

texnikasının  nailiyyətlərini  təbliğ  edir,  utopik  meyilli  bir  sıra  islahatlar  irəli 

sürürdü. 

 

§ 4. BƏDĠĠ ƏDƏBĠYYAT. FOLKLOR 

 

XIX  yüzilliyin  ikinci  yarısı  Azərbaycan  ədəbiyyatının  tam  yeni  ideya-



estetik  istiqamətdə  inkişafı,  böyük  nailiyyətlər  qazanması  dünya  ədəbiyyatı 

sisteminə  daxil  olması  dövrüdür.  50-ci  illərin  əvvəllərindən  Azərbaycanda 

maarifçilik  ideologiyası  əsaslarının  qoyulması,  Azərbaycan-Qərbi  Avropa  və  rus 

ədəbi əlaqələrinin qüvvətlənməsi bədii ədəbiyyatın qarşısına yeni tələblər, vəzifələr 

qoymuş, onun real gerçəkliklə əlaqəsini olduqca qüvvətləndirmiş, onda yeni ədəbi-

estetik  prinsiplərin,  növ  və  janrların  inkişaf  tapmasına  səbəb  olmuşdu.  Bu  dövr 

Azərbaycan  ədəbiyyatının  mühüm  nailiyyətləri,  yeni  yaradıcılıq  metodunun  - 

realizmin  bir  ədəbi  metod  kimi  formalaşması  və  ədəbi  prosesdə  hakim  mövqe 

tutması ilə bağlı olmuşdur. 

Qərbi  Avropa  və  rus  ədəbiyyatında  olduğu  kimi,  XIX  yüzilliyin  ikinci 

yarısında  Azərbaycan  ədəbiyyatında  yeni  realist  sənət  prinsiplərinin  təşəkkülünü 

şərtləndirən başlıca amil maarifçilik ideologiyası və bu ideologiyanın insan və onu 




Yüklə 4,04 Mb.

Dostları ilə paylaş:
1   ...   139   140   141   142   143   144   145   146   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə