Azərbaycan miLLİ elmlər akademiyasi a. Bakixanov adina tariX İnstitutu



Yüklə 4,04 Mb.
Pdf görüntüsü
səhifə15/189
tarix24.12.2017
ölçüsü4,04 Mb.
#18030
1   ...   11   12   13   14   15   16   17   18   ...   189

danışıqlarına  başlamaq qərarına  gəldi.  Bu danışıqlar sentyabrın 27-də  Qarabağda, 

Gülüstan  kəndində  başladı  və  1813-cü  il  oktyabrın  12-də  sülh  müqaviləsinin 

imzalanması ilə başa çatdı. 

Gülüstan  müqaviləsinə  görə, İran Rusiyanın qələbəsini,  Gəncə, Qarabağ, 

Şəki,  Şirvan,  Quba,  Bakı  və  Lənkəran  xanlıqlarının  ərazisinin,  habelə  Şərqi 

Gürcüstan və Dağıstanın Rusiyanın ixtiyarına keçməsini tanıdı. 

İrəvan və Naxçıvan xanlıqları İranın hakimiyyəti altında qaldı. İran təkcə 

Rusiyanın  Xəzər  dənizində  hərbi  gəmilər  saxlamaq  barədə  hüququnu    tanıdı. 

Aşağı,  5%-lik  gömrük  tarifi  qoyuldu  ki,  bu  da  o  demək  idi  ki,  rus  tacirləri  üçün 

İrana  yol  açılırdı.  İranın  daxilində  isə  rus  tacirləri  daxili  gömrük  rüsumlarını 

ödəməkdən  azad  olunurdu.  Bütün  bunlar  Rusiya-İran  ticarətinin  inkişafı  üçün 

əlverişli şərait yaradırdı. 

Gülüstan  müqaviləsi  Şimali  Azərbaycan  və  bütün  Zaqafqaziyanın  çar 

Rusiyası tərəfindən istilasını təsdiq edirdi. Bu müqavilənin bağlanılması ilə Şimali 

Azərbaycanın Rusiya tərəfindən isyilasının birinci mərhələsi başa çatdı. 

 

§ 3. ĠKĠNCĠ RUSĠYA-ĠRAN MÜHARĠBƏSĠ.                              



ĠSTĠLANIN BAġA ÇATMASI 

 

Rusiyanın 1804-1813-cü illər Rusiya-İran müharibəsində qələbəsi, Cənubi 



Qafqazın böyük bir hissəsinin Rusiya tərəfindən istilası ingilis müstəmləkəçilərinin 

qızğın  qəzəbinə  səbəb  oldu.  Gülüstan  müqaviləsini  özü  üçün  rüsvayçılıq  hesab 

edən və Cənubi Qafqazı  ələ keçirmək  üçün  yeni planlar hazırlayan İran sarayı isə 

Rusiyanın  Cənubi  Qafqazı  zəbt  etməsi  ilə  barışmaq  istəmirdi.  İranın  bu  planları 

İngiltərənin Cənubi Qafqazdakı planlarına tam uyğun gəlirdi və buna  görə ingilis 

diplomatiyası  hər  vasitə  ilə  yeni  münaqişələr  törədir,  İranı  Rusiya  ilə  yeni 

müharibəyə təhrik edirdi. Bu məqsədlə Tehrana yeni Britaniya səfiri göndərildi. O, 

şahı  inandırmağa  çalışırdı  ki,  İran  Cənubi  Qafqazı  ələ  keçirə  bilər,  ancaq  bunun 

üçün  güclü  ordu  yaratmaq  lazımdır.  Səfir  öz  hökumətinin  yaxşı  təlim  görmüş  və 

silahlanmış 50 minlik korpus yaratmaqda İrana kömək göstərməyə hazır olduğunu 

bildirdi [22]. 

Müharibənin qurtarmasından cəmi bir il sonra, 1814-cü il noyabrın 25-də 

Tehranda  İngiltərə  ilə  İran  arasında  müqavilə  bağlandı.  Bu  müqavilə  Rusiyaya 

qarşı yönəldilmişdi. İran şahı İran sərkərdələri tərəfdən Hindistanın təhlükəsizliyini 

təmin  etməyi  öz  öhdəsinə  götürürdü.  Böyük  Britaniya  isə  İrana  hər  il,  1809-cu  il 

müqaviləsi üzrə müəyyən olunmuş məbləğdə maliyyə yardımı göstərmək, ordu və 

hərbi gəmilər ayırmaq haqqında öz öhdəliyini bir daha təsdiq etdi. 

İngiltərə  İrana  Gülüstan  müqaviləsi  ilə  müəyyənləşdirilmiş  Rusiya-İran 

sərhədlərinə  yenidən  baxmağa  nail  olmaq  barədə  söz  verdi.İngiltərə  İrana  yeni 

təlimatçı  zabitlər,  sursat,  Təbrizdə  fəalliyyət  göstərən  silah  zavodu  üçün 

avadanlıqlar  göndərməyə  başladı.  Qafqazdakı  rus  qoşunlarının  baş  komandanı 



A.P.Yermolov  1817-ci  ildə  nümayəndə  heyyətinin  başçısı  kimi  İranda  olarkən 

çoxlu ingilis zabitinin qızğın fəaliyyətinin şahidi olmuşdu. 

Vəliəhd,  Cənubi  Azərbaycanın  hakimi  Abbas  Mirzə  Rusiyaya  qarşı  yeni 

müharibənin hazırlanmasında yenə də  mühüm rol oynayırdı. İngilis diplomatiyası 

hər  vasitə  ilə  onu  İngiltərənin  daimi  nəzarəti  altında  saxlamağa  çalışırdı.  Abbas 

Mirzə  isə,  öz  növbəsində,  özünü  ingilis  zabitləri  və  siyasi  məsləhətçilərlə  əhatə 

etmişdi  və  onların  köməyi  ilə  öz  ordusunu  yenidən  qururdu.  İranın  anbar  və 

cəbbəxanaları ingilis tüfəngləri və döyüş sursatı ilə dolu idi. 

İngiltərə ilə yeni müqavilə bağlamaq və ordunu müharibəyə hazırlamaqla 

yanaşı,  İran  sarayı  eyni  zamanda  belə  hesab  edirdi  ki,  Rusiyadan  müəyyən 

güzəştlərə  nail  olmaq  üçün  əlverişli  şərait  yaranmışdır.  1815-ci  ildə  Gülüstan 

müqaviləsinə  yenidən  baxmağa  Rusiyanın  razılığını  almaq  və  Cənubi  Qafqazın, 

əsasən  Azərbaycan  ərazisinin  heç  olmazsa  bir  hissəsinin  İrana  verilməsinə  nail 

olmaq üçün İngilrətə ilə sıx bağlı olan və çoxdan onun təlimatından istifadə edən 

Mirzə  Əbdül  Həsən  xanın  başçılığı  ilə  Peterburqa  nümayəndə  heyəti  göndərildi. 

İngiltərə  və  İranla  münasibətləri  kəskinləşdirməyi  istəməyən  çar  hökuməti 

sərhədlərin müəyyənləşdirilməsində bəzi xırda güzəştlərə getməyi qərara aldı və bu 

məqsədlə  1817-ci  ildə  A.P.Yermolovun  başçılığı  ilə  İrana  nümayəndə  heyəti 

göndərdi.  Nümayəndə  heyətinə  Rusiya  ilə  İran  arasında  möhkəm  dostluq  və 

qardaşlıq  əlaqələri  üçün  əsas  ola  biləcək  xüsusi  müqavilə  bağlamağa  səlahiyyət 

verilmişdi [23]. 

A.P.Yermolovun  səfirliyi  İranda  soyuq  qarşılandı.  İngilislər  tərəfindən 

qızışdırılan  vəliəhd  Abbas  Mirzə,  hətta  Yermolovun  səfirliyindən  ölkədə  hərbi 

əhval-rihiyyəni qızışdırmaq üçün istifadə etməyə çalışdı. Bu zaman o belə bir şayiə 

yaydı ki, rus səfiri İranı işğal etmək üçün 12 minlik korpus gətirmişdir. 

Rus  səfirliyini  qorxutmaq  məqsədilə  Abbas  Mirzə  Təbrizə,  onların 

qarşısına  on  minlərlə  əsgərdən  ibarət  olan  hərbi  birləşmə  göndərdi.  Yermolovun 

keçdiyi  bütün  yol  boyu  onu  ingilis  zabitləri  müşayiət  edirdi.  Tərəflərin  elə  ilk 

görüşündə  İrandakı  ingilis  səfirinin  iştirakı  ilə  şah  diplomatiyası  Gülüstan 

müqaviləsinə  görə  Rusiyaya  keçmiş  torpaqların  İrana  verilməsini  tələb  etdi.  Şah 

sarayının mübahisəli məsələləri danışıqlar yolu ilə həll etmək fikrində olmadığına 

və İngiltərənin köməyi ilə müharibəyə hazırlaşdığına əmin olan general Yermolov 

İranı  tərk  etdi.  Rusiyaya  qayıtdıqdan  sonra  Yermolov  Peterburqa  yazırdı: 

―İngilislər ehtiyat edirdilər ki, İran bizim hakim təsirimiz altına düşə bilər‖. O daha 

sonra qeyd edirdi ki, ―vəliəhdin sarayında ingilislərsiz heç bir iş görülmür‖ [24]. 

XIX  yüzilliyin  20-ci  illərində  İranın  Rusiyaya  qarşı  hərbi  hazırlığı  yeni 

mərhələyə  qədəm  qoydu  və  çox  fəallaşdı.  İngilis  diplomatiyası  ehtiyat  edirdi  ki, 

Rusiya Şərq məsələsini öz xeyrinə həll edə bilər və ona görə də hər vasitə ilə İranı 

müharibəyə  təhrik  edirdi.  İngilislər  çaha  pulla,  silahla  və  sursatla  göstərdikləri 

yardımı  daha  da  gücləndirirdilər.  İngilis  zabitləri  sərhəd  qalalarını 

möhkəmləndirirdilər.  Bu  işdə  ingilis  texniki  qoşunlarının  polkovniki  Montis 



Yüklə 4,04 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə