Azərbaycan miLLİ elmlər akademiyasi a. Bakixanov adina tariX İnstitutu



Yüklə 4,04 Mb.
Pdf görüntüsü
səhifə155/189
tarix24.12.2017
ölçüsü4,04 Mb.
#18030
1   ...   151   152   153   154   155   156   157   158   ...   189

mənzillər  öz  yerini  tədricən  daha  müasir  və  abad  yaşayış  binalarına  verirdi.  Kənd 

rayonlarında,  xüsusən  də  ölkənin  qəza  mərkəzlərində  tikilmiş  şəhər  və  yarımşəhər 

tipli  yaşayış  binaları  özünün  keçmiş  qapalılığını  getdikcə  daha  çox  itirdi.  Əsas  fasadı 

indi küçəyə doğru yönələn  yaşayış binalarının daxili planlaşdırılması da dəyişmişdi. 

Fasadlarda böyük  pəncərələr, geniş  küçə  eyvanları  və  ifadəli  bəzək  ünsürləri  geniş 

tətbiq  olunurdu.  Mənzil tikintisindəki bütün bu yeniliklər Gəncə, Nuxa, Quba, Şuşa, 

Ordubad  və  digər  Azərbaycan  şəhərlərinin  inşa  işlərində  geniş  surətdə  öz  əksini 

tapırdı. 

Azərbaycan qəzalarındakı ənənəvi şəhərsalma prinsipləri yerli təbii-coğrafi 

xüsusiyyətlər,  istehsalat,  təsərrüfat,  iqlim  şəraiti  ilə  qırılmaz  surətdə  bağlı  idi. 

Məsələn,  Azərbaycanın  demək  olar  ki,  bütün  dağ  və  dağətəyi  yerlərində  yaşayış 

evləri xüsusən yığcam şəkildə tikilirdi. Yaşayış evlərinin aşağı mərtəbələri təsərrüfat 

ehtiyacları  üçün  istifadə  olunurdu.  Evlər  dekorativ  elementlərlə  bəzədilirdi.  Ordubad 

rayonunda  yaşayış  evləri  işıqlandırmanın  orijinallığı  və  kompozisiyalı  strukturla 

fərqlənirdi. Onların səkkizguşəli vesti-bülləri, fasadlarda isə ifadəli portalları var idi. 

Yaşayış evlərinin  yuxan  qatlarında "balaxana"  adlanan qonaq otaqları  düzəldilirdi. 

Yay  zamanı  yaşayış  evlərinin  sərin  və  sakinlər  üçün  rahat  olmasına  xüsusi  diqqət 

yetirilirdi. Tez-tez baş verən güclü zəlzələlərlə əlaqədar olaraq Şamaxı rayonunda, bir 

qayda olaraq, birmərtəbəli, dağıntıya daha dözümlü olan binalar tikilirdi. 

İnzibati,  dini  binaların,  habelə  varlı  adamlar  üçün  tikilən  xüsusi  yaşayış 

binalarının  memarlığında  rus  klassisizminə  xas  olan  kompozisiya  üsulları  və 

motivlərinin tətbiqi kifayət qədər geniş  yayılmışdı. Lakin bu yeni üslub və formalar 

yerli  mənzil  tikintisi  təcrübəsilə,  xalq  ustaları  tərəfindən  orijinal  surətdə,  yenidən 

işlənərək milli memarlığın sabit ənənələri ilə üzvi surətdə qovuşurdu. 

Tikinti  texnikasında  da  dəyişikliklər  müşahidə  olunurdu,  hər  yerdə  yeni 

tikinti  materiallarının  -  dam  dəmirinin,  kənardan  gətirilənlən  meşə  materiallarının, 

şüşənin və s. meydana çıxması nəzərə

 

çarpırdı. Bu da dövrün tələblərinə cavab verən 



mütərəqqi  mühəndis  konstruksiyalarının,  yeni  tikinti  üsul  və  metodlarının  meydana 

çıxmasını  şərtləndirirdi.  Köhnə,  kvadrat  formalı  bişmiş  kərpic,  demək  olar  ki,  hər 

yerdə daha  əlverişli olan düzbucaqlı  kərpic  tərəfindən  sıxışdırılıb  aradan çıxarılırdı, 

mənzili pis qızdıran və çoxlu yanacaq işlədən qədim buxarılar şəhər evlərində Avropa 

tipli  qənaətli  sobalarla  əvəz  olunurdu  və  s.  Kənardan  xeyli  meşə  materiallarının 

gətirilməsi ilə əlaqədar olaraq, Bakı və Abşerondakı mənzil tikintisində əvvəllər tətbiq 

edilən  daş  qübbəvari  konstruksiyalardan  gətirilmə  ağac  materiallarından  qurulan 

yüngül damlara keçilirdi. 

Rus  və  xarici  səyyahların,  alimlərin  diqqətini  cəlb  edən  qədim  memarlıq 

abidələrinə  maraq  get-gedə  artırdı.  Əlüstü  yazılmış  səyyah  qeydləri  öz  yerini 

mütəxəssislərin sanballı təsvirlərinə verirdi. Bu baxımdan məşhur rus alimləri B.Dorn, 

N.Xanıkov,  T.Berezin  və  b.  əsərləri,  memarlıq  akademiki  D.Qrimi  tərəfindən  tərtib 

edilmiş  memarlıq  ölçüləri,  görkəmli  rus  rəssamları  Q.Qaqarin  və  xüsusən  də 



V.Vereşşaginin  Azərbaycanın  bir  sıra  qiymətli  arxitektura  qurğuları  əks  olunmuş 

rəsmləri xüsusən əhəmiyyətlidir. 

Memarlıq abidələrinin bərpası üzrə də xeyli iş görülürdü. Hələ 50-ci illərdə 

Şəki  Xan  sarayında  bu  cür  işlər  başa  çatdırılmışdı;  60-70-ci  illərdə  Bakının  qala 

divarları rayonunda  bərpa  işləri  aparılmış,  lakin  bu  zaman  şəhərin  bir  sıra  memarlıq 

abidələrinin  dağıdılmasına  da  yol  verilmişdir.  Məsələn,  1865-ci  ildə  sahil  boyunca 

qala divarlarının bir hissəsinin dağıdılması hesabına bulvar salınmağa başlanmış, bu 

divarların daşlarından isə şəhərdə binalar tikilməsində istifadə edilmişdir. 

80-ci  illərdə  Bakı  qalasının  ikinci  divarı  da  dağıdılmağa  başlandı.  Onun 

yerində Nikolayev küçəsində yeni əsaslı binalar ucaldıldı. 1896-cı ildə qalanın ikinci 

darvazası  tikildi.  Onun  inşaatçısı  Kərbəlayı  Məmmədhəsən  Hacı  Mahmud  oğlu 

olmuşdur. О zaman Azərbaycanın başqa yerlərində əsasən inzibati və  dini məqsədli 

binalar  tikilirdi.  Məsələn,  keçmiş  Qarabağ  xan  nəsli  nümayəndələrindən  biri  olan 

Gövhər ağanın sifarişi ilə 1883-cü ildə Şuşada Azərbaycan memarı Kərbəlayı Seyfxan 

tərəfindən  məscid  tikilmişdi.  1888-ci  ildə  isə  Məşədi  İbrahim  oğlu  Xızıda  yeni 

məscid inşa etmişdi. 

 

NƏTĠCƏ 

 

On doqquzuncu yüzillik Azərbaycan xalqının tarixində, Vətənimizin sosial-



iqtisadi,  siyasi  və  mədəni  həyatında  son  dərəcə  ınühüm  dəyişikliklər  dövrü 

olmuşdur.  Ötən  əsrin  ilk  otuzilliyində  Azərbaycan  torpaqları  xarici  işğalçıların 

hücumlarına  məruz  qalmış,  torpaqlarımız  uzunmüddətli  dağıdıcı  müharibələr 

meydanına  çevrilmişdir.  Bu  müharibələrin  gedişində  ölkədə  çoxsaylı  insan  tələfatı 

olmuş, minlərlə ailə doğma yurd-yuvasından didərgin düşmüş, kənd və şəhərlərimiz 

xaraba qalmış, məhsuldar qüvvələrə  böyük zərər vurulmuşdur. Lakin xalqımız üçün 

bu tarixi dövrdə ən  böyük  itki  xarici  işğalçıların, ilk  növbədə  Rusiya  qəsbkarlarının 

zərbələri  altında  Azərbaycan  dövlətçiliyinin  məhv  edilməsi  və  bir  ölkənin,  vahid 

xalqın  torpaqlarının  Arazdan  şimala  və  cənuba  -  iki  yerə  parçalanması  oldu. 

Rusiyanın  I  Dövlət  dumasında  çıxışında  Gəncədən  seçilmiş  deputat  İsmayıl  xan 

Ziyadxanov  qeyd  edir  ki,  Rusiya  işğalından  keçən  yüz il  ərzində "biz  müsəlmanlar, 

həmişə əsir müamiləsi görmüş və bu sifətlə hər təqibata məruz qalaraq, hər cür haqq 

və  hüquqdan  faydalanmaz  kölə  vəziyyətinə  endirilmişik...  Ölkəmiz  istila  edilər-

edilməz, dərhal milli varlığımıza təcavüzə qalxışıldı". 

Hərbi-siyasi uğurlara baxmayaraq, çar hökuməti yaxşı başa  düşürdü ki, bu 

yeni  istila  olunmuş  müsəlman  şimal  diyarında  mövqeyi  kifayət  qədər  qeyri-sabitdir. 

Ona görə də bu yerlərdə özünə xristian dayağı yaratmaq, Arazın şimal və cənubunda 

yaşayan  eyni  xalqın  arasında  xristianlardan  ibarət  tikanlı  sanitar  kordonu  yaratmaq 

üçün  çar  hökumət  dairələri  İran  və  Türkiyə  ərazisində  yaşayan  erməniləri  kütləvi 

surətdə  Zaqafqaziya  hüdudlarına  köçürməyə,  rusları  və  almanları  Şimali 

Azərbaycanda məskunlaşdırmağa, müxtəlif bölgələrdə yerli əhalini xristianlaşdırmağa 



Yüklə 4,04 Mb.

Dostları ilə paylaş:
1   ...   151   152   153   154   155   156   157   158   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə