Azərbaycan miLLİ elmlər akademiyasi a. Bakixanov adina tariX İnstitutu



Yüklə 4,04 Mb.
Pdf görüntüsü
səhifə156/189
tarix24.12.2017
ölçüsü4,04 Mb.
#18030
1   ...   152   153   154   155   156   157   158   159   ...   189

başladı.  Erməniləri  köçürməklə  çar  hökuməti  bir  tərəfdən,  onları  –  müharibələrin 

gedişində  Rusiyanın  xeyrinə  satqınlıq  edərək  təbəəsi  olduqları  dövlətlərə  xəyanət 

etmiş  bu  xristianları  İran  və  Türkiyə  dövlətlərinin  ədalətli  cəzalarından  yayındırır, 

digər tərəfdən isə Şimali Azərbaycanın müsəlman-türk əhalisi içərisində özünə xristian 

dayağı  yaradırdı.  XIX  əsrin  əvvəllərindən  etibarən İrəvan,  Naxçıvan,  Qarabağ  və  b. 

kimi  əzəli  Azərbaycan  torpaqlarında  erməniləri  məskunlaşdırmaqla  məhz  Rusiya 

dövlətinin əlilə Azərbaycanın bu günə qədərki bir çox itkilərinə zəmin yaradılmış, bu gün 

respublikamız qarşısında duran qlobal problemlərin bünövrəsi qoyulmuşdur. 

Feodal  pərakəndəliyinin  didib  parçaladığı  Şimali  Azərbaycanı  bütövlüklə 

Cənubi Qafqazı şah İranı və soltan Türkiyəsi ilə gərgin mübarizədə qəsb edə bilmiş çar 

Rusiyasının yaratdığı müstəmləkəçi rejim ilk gündən xalqın sosial təbəqələrinə güclü 

səbəb  olmuş,  Gəncədə,  Car-Balakəndə,  Şəkidə,  Qubada,  Zaqatalada,  Talışda, 

Şirvanda  və  b.  yerlərdə  işğalçı  müstəmləkəçilərə  qarşı  silahlı  üsyanlara,  həyəcanlara, 

qaçaq  hərəkatı  kimi  müxtəlif  müqavimət  aksiyalarına  gətirib  çıxarmışdır.  Müxtəlif 

səbəblər  üzündən  bu  çıxışlar  əsasən  məğlubiyyətlə  nəticələnsə  də,  Vətənimiz 

üzərində  rus  ağalığının  əsaslarını  laxlatmaq  baxımından  onların  tamamilə  nəticəsiz 

qaldıqlarını iddia etmək olmaz. 

Əgər çar Rusiyası Quzey Azərbaycanın hərbi-siyasi istilasını XIX əsrin ilk 

otuzilliyi  ərzində  başa  çatdıra  bilmişdisə,  bu  torpaqların  iqtisadi  cəhətdən 

mənimsənilməsinin  təşkili,  Azərbaycan  iqtisadiyyatının  Rusiyanın  iqtisadi 

mənafelərinin  xidmətinə  cəlb  olunması  prosesi  kifayət  qədər  uzun  müddət  çəkərək 

XIX  yüzilliyin  80-ci  illərinədək  davam  etmişdir.  Həmin  əsrdə  Azərbaycan 

iqtisadiyyatının xarakter və strukturunda köklü keyfiyyət dəyişiklikləri getmiş, yüz il 

ərzində feodal pərakəndəliyi şəraitində mövcud olan əsasən natural feodal təsərrüfatı 

tədricən öz yerini bazar münasibətlərinə, köklü iqtisadi ixtisaslaşmaya, genişmiqyaslı 

vahid daxili bazara  arxalanan,  min tellərlə Ümumrusiya  və  dünya bazarı ilə əlaqədar 

olan kapitalist iqtisadiyyatına vermişdir. 

Rusiya  işğallarından  sonra  yaradılan  nisbi  daxili  siyasi  sabitlik,  daxili  feodal 

sərhədlərinin  aradan  qaldırılması,  daxili  gömrüyün  ləğvi,  vahid  pul,  ölçü  və  çəki 

sistemlərinin  tətbiqi,  əmtəə-pul  münasibətlərinin  inkişafı  ənənəvi  təsərrüfat 

sahələrinin tədricən dirçəlməsinə və inkişafına gətirib çıxardı. Lakin ötən əsr ərzində 

iqtisadiyyatın  istər  kənd  təsərrüfatı,  istərsə  sənaye,  istərsə  də  ticarət-sənətkarlıq 

sahələrində bu inkişaf prosesi son dərəcə mürəkkəb və ziddiyyətli olmuşdur. 

Yerli  iqtisadiyyatın  özünəməxsusluğundan,  bu  müsəlman  ölkəsində 

mövcud  olan  mürəkkəb  sosial-iqtisadi  münasibətlər  sistemindən  zəif  baş  çıxardan, 

bəzi  məsələlərdən  isə  ümumiyyətlə  xəbərsiz  olan  müxtəlif  ranqlı  müstəmləkəçi 

məmurlar  ordusunun  təsərrüfat  və  mülahizələrinə  söykənən  Rusiya  hökumətinin 

Şimali  Azərbaycanla  uzun  müddət  sabit  sosial-iqtisadi  siyasət  xətti  olmamışdır.  Bu 

siyasət  tez-tez,  xüsusən  də  əsrin  yarısında  müxtəlif  kəskin  dönüşlərlə  əlamətdar 

olmuşdur.  30-cu  illərin  xalq  üsyanında  iştirakına  görə,  Azərbaycanın  imtiyazlı 

təbəqələrini  1841-ci  ildə  cəzalandırmaq,  həmçinin  həmin  təbəqələrin  torpaqları 



hesabına  xəzinə  mülklərini  genişləndirmək  istəyən  çar  hökuməti  kəskin 

müqavimətlə  rastlaşaraq geriyə çəkilməli, 1846-cı il 6 dekabr tarixli çar fərmanı və 

1847-ci  il  kəndli  "Əsasnamə"ləri  ilə  Şimali  Azərbaycanın  sosial  elitası  ilə  ittifaqa 

girməyə cəhd göstərməli olmuşdur. Bu qanunvericilik aktları ilə çar hökuməti nəinki 

tiyuldar bəylərin hüquqlarını mülkədarlarla eyniləşdirmiş, həmçinin xüsusi sahibkar 

kəndliləri  üzərində  bəylərin  geniş  hüquqlarını  təsbit  etmişdir.  Lakin  çarizmin 

Azərbaycan  kəndlilərini,  Rusiyada  olduğu  kimi,  torpağa  təhkim  etmək  cəhdi  uğur 

qazanmamışdır. Çar mütləqiyyəti özünün feodal-təhkimçilik mahiyyətinə nə qədər 

sadiq olsa da, feodal idarəçilik üsullarını nə qədər qısqanclıqla qorusa da, beynəlxalq 

sahədə  uğursuzluqların  ağırlığı  və  ölkənin  daxilində  yetişən  yeni  sosial-sinfi 

qüvvələrin təzyiqi ilə güzəştə getməyə məcbur oldu və Avropadakı quberniyalarının 

ardınca  ucqarlarda,  о  cümlədən  1870-1877-ci  illərdə  Şimali  Azərbaycanda  da 

kəndli  islahatları  keçirtdi.  Hələ  1864-1866-cı  illərdə  kəndlilər  üzərində  torpaq 

sahibkarlarının  polis-məhkəmə  hüquqlarını  ləğv  edən,  məhdud  hüquqlu  kənd 

özünüidarələrini  yaratmağa  məcbur  olan  çar  hökuməti  14  may  1870-ci  il  tarixli 

"Kəndli  əsasnaməsi"  ilə  Zaqafqaziyanın  bütün  müsəlman  bölgələrində  sahibkar 

torpaqlarında yaşayan kəndlilərə öz pay torpaqlarını satın alıb özəlləşdirmək, torpaq 

sahibkarlarına  çevrilmək  hüququ  verməli  oldu.  Bu  islahat  nə  qədər  böyük 

məhdudiyyətlərlə  keçirilsə  də,  hər  halda  Azərbaycan  kəndində  kapitalist 

münasibətlərinin  inkişafı  üçün  əlverişli  zəmin  yaratdı,  kənddə  əmtəə-kapitalist 

münasibətlərinin  inkişafına  təkan  verdi.  Azərbaycan  kəndlilərinin  təxminən  65-70 

faizini  təşkil  edən  xəzinə  (dövlət)  kəndlilərinin  torpaqdan  istifadəsi  sahəsində  isə 

çar hökuməti bəzi xırda dəyişikliklərdən başqa heç nə etmədi. 

Ölkənin,  Rusiya  və  dünya  bazarlarının  tələbatı  ötən  əsrdə  Şimali 

Azərbaycanda  bir  sıra  sənaye  sahələrinin  meydana  çıxıb  formalaşmasına  səbəb 

oldu.  XIX  əsrin  sonlarında  dünyanın  neft  mərkəzlərinə  çevrilmiş  Şimali 

Azərbaycanda  neft  sənayesi  ilə  yanaşı,  metal  emalı,  kimya,  yüngül,  şərabçılıq  və 

araqçəkmə  və  s.  sənaye  sahələri  iqtisadiyyatda  mühüm  yer  tuturdu.  Sənayenin 

müxtəlif  sahələrində istehsalın ilkin, sadə formalarından ali inhisar birliklərinədək 

müxtəlif  təsərrüfatçılıq  formaları  təşəkkül  tapmışdır.  Bir  sıra  sənaye  sahələrində 

(neft  hasilatı  və  emalı,  toxuculuq,  yeyinti,  gəmiçilik)  milli  burju8aziyanın 

nümayəndələri  mühüm  rol  oynayırdı.  Ancaq  bütünlüklə  kənd  təsərrüfatı  kimi, 

Şimali  Azərbaycan  sənayesi  də  müstəmləkə  xarakteri  daşıyıb,  Rusiya 

iqtisadiyyatına xammal və məmulatlarla təchiz etməyə yönəldilmişdir. 

XIX əsrdə Şimali Azərbaycanda ticarət geniş intişar tapmış, həftəbazarları 

şəbəkəsi genişlənmiş, Rusiya, İran, Türkiyə və Avropa bazarları ilə ticarət əlaqələri 

xeyli  güclənmişdir.  Ticarət  kapitalında  yerli  azərbaycanlı  tacirlər  kifayət  qədər 

sanballı, xüsusi çəkiyə malik idilər. 

Ötən  yüzilliklərdə  Rusiyadan,  Avropa  ölkələrindən  Şimali  Azərbaycan 

bazarlarına  yol  açan  ucuz  sənaye  malları  bir  sıra  sənətkarlıq  sahəsinə  mənfi  təsir 

göstərsə  də,  dövrünü  keçirmiş  bəzi  sənət  sahələri  (xalçaçılıq,  ipəkçiliyin  bəzi 



Yüklə 4,04 Mb.

Dostları ilə paylaş:
1   ...   152   153   154   155   156   157   158   159   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə