Azərbaycan miLLİ elmlər akademiyasi a. Bakixanov adina tariX İnstitutu



Yüklə 4,04 Mb.
Pdf görüntüsü
səhifə16/189
tarix24.12.2017
ölçüsü4,04 Mb.
#18030
1   ...   12   13   14   15   16   17   18   19   ...   189

mühüm  rol  oynayırdı.  Tehranda  və  Təbrizdə  tökmə  zavodların  əsası  qoyulmuş, 

Təbrizdə  barıt  istehsalı  nizama  salınmışdı.  ―...İngilis,  fransız  zabitləri  növbə  ilə 

İran ordusunu təşkil etməyə cəhd edirdilər. Bir sistemi digəri əvəz edir və hər biri 

növbə ilə pozulurdu‖. 

Şah  sarayı  ingilislərin  köməyi  ilə  öz  ordusunun  gücünü  artırır,  gələcək 

müharibədə Türkiyədən kömək almağa səy göstərirdi. Bu işdə də İngiltərə İorana 

kömək etdi.  1823-cü ildə  İran və  Türkiyə  arasında  müqavilə  bağlandı İngilislərin 

köməyi ilə Cənubi Qafqazda geniş casusluq və təxribat işləri təşkil edildi. Bundan 

məqsəd müharibənin başlanması ilə yerlərdə İran tərəfdarlarını gücləndirmək, yerli 

əhalini Rusiyaya qarşı üsyana qaldırmaq idi. 

1825-ci  ilin  payızında  Abbas  Mirzənin  qoşunu  üçün  İsfahana  200  tay 

ingilis  silahı  gətirildi.  1826-cı  ildə  İngiltərə  Hindistandan  daha  15  min  tüfəng 

göndərdi. Bu zaman ingilislər şaha bildirdilər ki, gələcəkdə kömək yalnız o zaman 

göstəriləcəkdir ki, İran Rusiyaya qarşı müharibəyə başlansın. Elə həmin il İngiltərə 

artıq Rusiyaya qarşı müharibəyə başlamağı inadla israr edirdi [25]. 

Rusiya  hökuməti  İranla  toqquşmaqdan  qaçmağa  çalışırdı.  I  Nukolay 

Yermolova yazırdı: ―İndi demək olar ki, bütün dağlı xalqlarının bizim  əleyhimizə 

qalxdığı  bir  vaxtda,  Avropadakı  işlər,  xüsusilə  Türkiyə  ilə  münasibətlər  öz 

əhəmiyyətinə görə böyük diqqət tələb etdiyi bir vaxtda iranlılarla əlaqələri pozmaq 

haqqında  düşünmək  ağılsızlıq  olardı‖.  Ona  görə  də  Rusiya  hökuməti  danışıqlar 

aparmaq  və  ərazi  məsələlərini  dinc  yolla  həll  etmək  üçün  yenidən  Tehrana  öz 

nümayəndəsini göndərməyi qərara aldı. 1826-cı ildə general Menşikovun başçılıq 

etdiyi  rus  nümayəndə  heyəti  İrana  gəldi.  Aldığı  təlimata  əsasən,  Menşikov  şah 

sarayının  nəzərinə  çatdırmalı  idi  ki,  Rusiyanın  məqsədi  İranla  sülhü,  mehriban 

razılıq  və  dostluq  münasibətlərini  qorumaqdan,  beləliklə,  İranın  Rusiyanın  işğal 

məqsədi  daşıması  və  öz  ərazisini  genişləndirmək  istəməsi  gümanını  aradan 

qaldırmaqdan  ibarət olmalı idi. Menşikov sərhəd haqqında məsələni tənzimləməyə 

―şahı  razı  salmaq  üçün  bütün  gücünü  sərf  etməli  idi‖.  Çarın  sərəncamı  ilə 

Menşikov Qarabağın və Talış xanlığının bir hissəsini güzəşt etməyə hazır idi [26]. 

Rusiyanın  İranla  hərbi  münaqişəyə  girməmək  üçün  göstərdiyi  bu  cəhd 

müvəffəqiyyətsizliyə  uğradı.  Menşikovu  İranda  çox  soyuq  və  davakarcasına 

qarşıladılar  və  o  çox  pis  qəbul  olundu,  hətta  Şimali  Azərbaycan  sərhədlərinə 

soxulan  çoxlu  qoşunla  rastlaşdı.  Şahın  yay  iqamətgahı  Sultaniyyəyə  gələn 

Menşikov başa düşdü ki, müharibə labüddür. O özü və onu müşayiət edənlər çoxlu 

həqarət və təhqirdən sonra ancaq avqustun sonunda İrandan çıxa bildilər. 

İran  sarayı  özünün  Rusiyaya  qarşı  hazırladığı  müharibə  planlarında 

―Qafqaz  müsəlman  vilayətlərinin‖,  daha  doğrusu,  Azərbaycan  və  Dağıstanın 

―hamılıqla silahlanmasına‖ böyük ümid bəsləyirdi [27]. Qaçqın 

Azərbaycan  xanları  Abbas  Mirzə  Qafqaz  xalqları  arasında  milli  və  dini 

ədavəti qızışdıracağına da ümid bəsləyirdi. 




1826-cı  il  mayın  26-da  İran  qoşunu  sərhəd  dəstələrinə  hücum  etdi,  iki 

aydan  sonra  isə,  iyulun  19-da  Abbas  Mirzənin  60  minlik  ordusu  Şimali 

Azərbaycana soxukdu. 

Abbas  Mirzənin  planı  qəflətən  Qarabağa  soxulmaq,  Şuşanı  ələ  keçirmək 

və  sonra  isə  Gəncəni  tutmaqla  Tiflisə  hücum  etmək  idi.  Tiflis  üzərinə  hücum  üç 

tərəfdən:  cənubdan,  şərqdən  və  şimal-şərqdən  planlaşdırılmışdı.  İrəvan  sərdarı 

Hüseyn  xan cənubdan Şuragəl və  Pəmbəkəç  soxulmalı və  burada  AbbasMirzənin 

əsas  qüvvələrinin  yaxınlaşmasını  gözləməli  idi.  Abbas  Mirzənin  yanında  olan 

gürcü  şahzadəsi  Aleksadr  isə  İran  ordusu  ilə  Kaxetiyaya  girməli  və  burada  Car-

Bakakən dəstələri ilə birləşib şimal-şərqdən Tiflis üzərinə hərəkət etməli idi. Bütün 

bu dəstələr Tiflis  yaxınlığında birləşməli və eyni vaxtda vurulan zərbə ilə onu  ələ 

keçirməli idilər. 

Ordunun  bir  hissəsi  yol  üstündəki  hər  şeyi  oddan  və  qılıncdan  keçirərək, 

Gəncəyə  tərəf  hərəkət  etdi.  Digər  əsas  qüvvələr  şuşa  üzərinə  yeridildi.  Şuşaya 

çəkilən əhali, düşmənin əlinə keçməsin deyə, hər şeyi məhv edirdi. 

Sayı 30 min nəfər olan İran ordusuna qarşı 9 rota, 6 yüngül top və çox zəif 

bir  kazak  alayı  dayanırdı.  Bu  hissələrdən  3  rota  və  iki  yop  mal-qaranın  sürülüb 

aparılmasının qarşısını almaq üçün Qarabağın dağlıq hissəsində yerləşirdi. 

Zaqafqaziyadakı  rus  qoşunlarının  sayının  azlığı  və  pərakəndəliyi  İran 

qoşununun  Quba,  Bakı  və  b.  yerlərə  hərəkəti  üçün  əlverişli  şərait  yaratdı.  İran 

ordusu  ilə  İrana  qaçmış,  hakimiyyətiddiasında  olan  xanlar  –  gəncəli  Cavad  xanın 

oğlu  Uğurlu  xan,  bakılı  Hüseynqulu  xan,  şirvanlı  Mustafa  xan  vəö  başqaları  da 

gəlirdilər.  Qarabağda  İrana  meyil  edən  bəy  qrupları  öz  fəallığını  artırırdılar.  İran 

şahının hakimiyyəti altında olan İraəvan xanı rus ordusunun düşərgə saldığı rayona 

böyük  atlı  dəstəsilə  hücum  etdi.  Əhali  öz  keçmiş  xanlarına  kömək  məqsədilə 

Rusiya  əleyhinə  üsyanlar  qaldırdı.  Belə  bir  üsyan  Gəncədə  baş  verdi.  Bu  çıxışın 

iştirakçıları iyulun 27-də həbsxananı ələ keçirdilər, iyulun 28-ə keçən gecə isə yerli 

qarnizonu darmadağın etdilər. Zurnabaddan rus qarnizonunun köməyinə gələn rota 

top atəşi ilə qarşılandı, rota geri çəkildi. Şəhər Abbas Mirzənin qoşunu tərəfindən 

tutldu  [28].  Beləliklə,  hərbi  əməliyyatlar  Şimali  Azərbaycanın,  demək  olar  ki, 

bütün ərazisini və Ermənistanın bir hissəsini əhatə etdi. 

İran  qoşunlarının  və  İraəvan  xanının  bütün  Qarabağı,  Yelizavetpol 

dairəsini,  Qazax  və  Şəmşəddili  əhatə  edən  mərkəzi  hərbi  əməliyyatlar  rayonunda 

vurduğu  ilk  zərbəni  kazaklar,  maaflar  və  bəylərdən  təşkil  olunmuş  dəstələr  öz 

üzərlərinə  götürdülər.  Mirak,  BöyükQarakilsə  və  Balıqçayı  qoruyan  bu  dəstələri 

Vətənin  taleyindən  çox  quldurluq  və  qənimət  ələ  keçirmək  müharibənin  başladığı 

elə  birinci  gün  oraya  rus  zabitinin  başçılığı  altında  300  nəfərlik  süvari 

göndərilmişdi.  Balıqçayı  qoruyan  rus  qoşunları  düşmənin  üstün  qüvvələrinin 

təzyiqi  altında  geri  çəkildilər  və  Dilican  dərəsində  möhkəmləndilər.  Süvari  dəstə 

burada  onlarla  birləşdi.  Birləşmiş  qüvvələr  geriyə,  Balıqçaya  hərəkət  edərək,  onu 

yenidən ələ keçirdilər. 



Yüklə 4,04 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə