Azərbaycan miLLİ elmlər akademiyasi a. Bakixanov adina tariX İnstitutu



Yüklə 4,04 Mb.

səhifə22/189
tarix24.12.2017
ölçüsü4,04 Mb.
1   ...   18   19   20   21   22   23   24   25   ...   189

və i.a.) istisna təşkil edirdi. Ticarət siyasəti də bunlara müvafiq  surətdə - yenidən 

nəzərdən  keçirildi.  Belə  ki,  maliyyə  nazirinin  fikrincə,  Leyptsiq  tranzitinin 

əlverişliyini  qoruyub  saxlamaqla  öz  tranzitimizin  və  fabriklərimizin  müdafiə 

olunması bir yerə sığışdırıla bilməzdi‖ [6]. 

Maliyyə 

idarəsinin 

Rusiya 

pambıq-parça 



sənayesinin 

inkişaf 


perspektivləri  və  bununla  əlaqədar  olaraq  onun  məhsullarının  Avropa  bazarında 

faydalı  satışının  təmin  oluna  bilməyəcəyini  nəzərə  alan  platforması  bir  növ  ikili 

məqsəd  daşıyırdı:  Zaqafqaziyanı  Rusiya  sənayesinin  daxili  bazarına  çevirmək  və 

Öz  Asiyada  rus  ticarətini  inkişaf  etdirmək.  Bu  isə  Rusiya  ilə  Avropa  arasındakı 

―bütün Asiya bazarlarında‖ rus manufaktura məmulatlarına verilmiş üstünlük kimi 

qiymətləndirilirdi  [7].  Buna  görə  də  1831-ci  ilin  iyununda  Zaqafqaziya  Avropa 

malları  üçün  bağlanıldı.  1831-ci  ilin  qadağan  tarifi  Rusiya  sənayesini  (başlıca 

olaraq  toxuculuq  sənayesini)  beynəlxalq  rəqabətdən  qoruyaraq,  onu  başqa 

bölgələrdən idxal üçün əslində bağlı olan xüsusi satış bazarı ilə təmin edirdi. 

Çar  hökuməti  öz  iqtisadi  siyasətini  həyata  keçirməklə  ilk  növbədə 

Azərbaycanın təbii zənginliklərinə  maraq göstərirdi. O, faydalı qazıntılarla zəngin 

olan rayonların öyrənilməsi üçün mütəxəsəsislər göndərirdi. Bir çox mütəxəssislər 

Qərbi  Azərbaycanın  çay  yataqlarında  qızılın  olub-olmadığını  öyrənməklə  məşğul 

olurdular.  Dağ-mədən  mütəxəssiləri,  Rusiya  Elmlər  Akademiyasının  fəxri  üzvü 

qraf 

A.A.Musin-Puşkin, 



dağ-mədən 

mühəndisləri 

Eyxfeld, 

Korniksi, 

Voskoboynikov və b. XIX əsrin birinci yarısı ərzində Ağstafa çayından sağ tərəfdə, 

Porxalı  kəndinin  yaxınlığında  yerləşən  Qazax  yatağını,  Gürcüstan  sərhədlərindən 

Gəncəyədək,  Gəncəçay  da  daxil  olmaqla,  Kiçik  Qafqazın  şimal  ətəkləri  boyunca 

axan  bütün  çayları  tədqiq  edirdilər.  40-cı  illərdən  etibarən  onlar  artıq  öz 

tədqiqatlarını  qızıl  yataqlarının  olması  baxımından  daha  çox  ümid  verən  Tərtər 

çayı  da  daxil  olmaqla  Qarabağadək  genişləndirdilər  [8].  Lakin  qızıl  yataqlarının 

baha  başa  gələn  axtarışları  o  dövrdə  gözlənilən  nəticəni  vermədi  və  onların 

tədqiqatı dayandırıldı. 

Car-Balakən  dairəsində  qalay  yataqlarının  kəşfiyyatı  aparıldı,  burada, 

dağların  birində  qalay  filizi  tapıldı.  1824-cü  ildə  Qazax  distansiyasındakı 

Qarabayat dağında, Şuşa şəhərinin ətrafında da kükürd kolçedanı aşkara çıxarıldı. 

Çar hökuməti Azərbaycanda ipəkçiliyin inkişafının bu sahəsinin yüksəlişi 

üçün bir sıra tədbirlər gördü. General Yermolov hələ 1825-ci ildə Şamaxıdakı tut 

bağlarının  genişləndirilməsi  barədə  sərəncam  vermişdi.  1829-cu  ildə  isə  o  öz 

məktubunda  maliyə  nazirinə  yazırdı  ki,  ―mən  öz  tərəfimdən  ən  yaxşı    ipəyin 

istehsal olunduğu Şirvan əyalətini himayə edirəm, mənim sərəncamım üzrə hər ilm 

1000000 və daha çox tut ağacı əkilir‖ [9]. 

Bu  məktub  hökumətin  Azərbaycanda  ipəkçiliyin  inkişafında,  Rusiyanın 

ipək  sənayesi  üçün  xammal  bazasının  yaradılmasında  nə  qədər  maraqlı  olduğunu 

sübut  edir.  Peterburqda  çıxan  ―Kommerçeskaya  qazeta‖  yazırdı:  ―Şəki  əyaləti 




başqa əyalətlərə nisbətən daha çox miqdarda və daha yaxşı keyfiyyətli ipək istehsal 

edir. 1827-ci ildə bu əyalətdən satış üçün 8200 pud ipək aparılmışdır‖ [10]. 

30-50-ci  illərdə  Rusiya  ipək  sənayesinin  təlabatı  daha  da  artdı,  bu  da 

toxuculuq  sənayesini  xammalla  təmin  etmək  üçün  hökumət  tərəfindən  bir  sıra 

tədbirlərin  həyata  keçirilməsinə  gətirib  çıxardı.  1836-cı  il  üçün  Peterburqda 

―Zaqafqaziya  diyarında  ipəkçiliyin  inkişaf  və  ticarəti  həvəsləndirmək  və 

yaxşılaşdırmaq üçün‖ kompaniya təşkil edirdi. Kompaniyaya qraf A.X.Benkendorf 

,  knyaz  Dolqorukov  və  b.  kimi  ali  dövlət  məmurları  başçılıq  edirdilər.  Bu  faktın 

özü 

ucqarların, 



cümlədən 

də 

Azərbaycanın 



ipək 

sərvətlərinin 

―mənimsənilməsinə‖  hökumətin  necə  böyük  di9qqət  yetirdiyini  aydın  göstərir. 

Xəzinənin  Şəki  əyalətindəki  bütün  tut  bağları  pulsuz  olaraq  beşillik  müddətinə 

kompaniyaya  verildi.  Bu  bağlara  təhkim  edilmiş,  kompaniya  tərəfindən  amansız 

istismara  məruz  qalan  rəncbərlərdə  onun  sərəncamına  verildi.  Kompaniya  yerli 

sakinlərdən barama və xam ipəyi maliyyə nazirliyi tərəfindən qoyulmuş qiymətlər 

üzrə almaq hüququna malik idi. 

Azərbaycan  Rusiya  ipək  sənayesinin  ən  mühüm  xammal  bazasına 

çevrildi.  1838-ci  ildə  Moskva və  onun  ətrafındakı emal  olunmuş 33180 pud xam 

ipəyin  5/8  hissəsi  Zaqafqaziya,  başlıca  olaraq  Azərbaycan  ipəyinin  və  ancaq  3/8 

hissəsi xaricdən gətirilmiş xammalın payına düşürdü [11]. 

30-cu və xüsusən də 40-cı illərdə Azərbaycan kənd təsərrüfatında indiqo, 

yeni  tütün,  pambıq  və  düyü  növləri  kimi  bitkilərin  əkilməsi,  zəfəranın 

keyfiyyətinin  yaxşılaşdırılması  və  s.  üçün  cəhdlər  göstərilirdi.  1833-cü  ildə 

―Zaqafqaziyada kənd təsərrüfatı, manufaktura sənayesi və ticarəti həvəsləndirməyə 

cəmiyyəti‖nin layihəsitəsdiq təsdiq edildi. 

Ticarət  sahəsinin  xüsusən  çoxlu  cəmiyyətlər  yaradıldı.  1838-ci  ildə  10  il 

ərzində rus malları ticarəti ilə məşğul olan ―Zaqafqaziya ticarət işi‖ adlı cəmiyyət 

fəaliyyətə    başladı.  Bu  cəmiyyət  ―Zaqafqaziya  ticarət  kompaniyası‖nın  yenidən 

işlənmiş  layihəsi  əsasında  yaradılmışdı.  Müəssisələrin  təsisçisi  və  direktoru  olan 

A.D.Zavileyski  A.S.Qriboyedovun  ölümündən  sonra  fabrik  və  zavodlar  yaratmaq 

ideyasından  tamamilə  əl  çəkməli  oldu.  Meydana  çıxmış  ticarət  firmaları  və 

cəmiyyətlərinin əksəriyyətinin ömrü uzun olmadı. 

XIX  yüzilliyin  birinci  yarısı  ərzində  Azərbaycanın  iqtisadi  cəhətdən 

mənimsənilməsi  yolunda  ancaq  ilk  addımlar  atılırdı.  Bu  istiqamətdəki  cəhdlərin 

məhdud,  çox  vaxt  isə  yarımçıq  xarakteri  də  Rusiyada  dağılmaqda  olan  feodal-

təhkimçilik  quruluşu  şəraitində  inkişaf  edən  Rusiya  sənaye  kapitalizminin 

bünövrəsinin zəifliyi və məhdudluğu ilə izah olunurdu. 

Çar  hökumətinin  məqsəd  və  vəzifələri  Azərbaycanı  müstəmləkəyə, 

xammal  bazasına  çevirməyə  yönəlsə  də,  bu  şəraitdə  Azərbaycan  iqtisadiyyatının 

ipəkçilik və balıqçılıq təsərrüfatı kimi mühüm sahələrinə rus kapitalınıı soxulması, 

Azərbaycanın  yeraltı  sərvətlərinin  aşkara  çıxarılması  sahəsində  görülən  tədbirlər, 





Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   189


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə