Azərbaycan miLLİ elmlər akademiyasi a. Bakixanov adina tariX İnstitutu



Yüklə 4,04 Mb.
Pdf görüntüsü
səhifə23/189
tarix24.12.2017
ölçüsü4,04 Mb.
#18030
1   ...   19   20   21   22   23   24   25   26   ...   189

―praktiki  ipəkçilik  məktəbinin‖  yaradılması  və  i.a.obyektiv  olaraq  Azərbaycanın 

iqtisadi inkişafına kömək edirdi. 



 

§ 2. KƏND TƏSƏRRÜFATI 

 

XIX  əsrin  birinci  yarısında  Azərbaycan  kənd  təsərrüfatı  feodal 



münasibətlərinin  üstün  mövqe  tutması  ilə  səciyyələnirdi.  1801-1828-ci  illər,  yəni 

Şimali Azərbaycanın Rusiya tərəfindən bilavasitə istilası dövründə kənd təsərrüfatı 

dəfələrlə  ağır  sınaqlara  məruz  qalmışdı.  XIX  əsrin  birinci  otuz  illiyində 

Azərbaycanın  düşdüyü  mürəkkəb  hərbi-siyasi  şərait,  ölkənin  feodal  pərakəndliyi 

kənd təsərrüfatının vəziyyətinə mənfi təsir göstərirdi. Rusiya-İran  müharibələrinin 

hərbi  əməliyyatları  dövründə  Azərbaycan  ərazisi  üç  dəfə  -1804,  1812  və  1826-cı 

illərdə yadelli işğalçıların viranedici hücumlarına məruz qalmışdı. 

İran  və  Rusiya  qoşunlarının  törətdiyi  qarət  və  zorakılıqlar  nəticəsində 

Qarabağ,  Talış,  Şamaxı  və  Şəki  xanlıqlarından  on  minlərlə  iri  və  xırdabuynuzlu 

mal-qara qovulub aparılmış, xeyli sakinin əmlakı əlindən alınmış, minlərlə ailə ev-

eşiyindən məhrum edilmişdi. 

Yadelli qoşunların soyğunçu basqınları ilk növbədə məhsuldar qüvvələrin 

dağılmasına,  əkin  sahələrinin  və  dənli  bitkilərin  istehsalının  ixtisar  olunmasına, 

kənd  təsərrüfatında  əsas  qoşqu  qüvvəsi  olan  iribuynuzlu,  habelə  xırdabuynuzlu 

mal-qaranın  sayının  azalmasına,  ipəkçilik,  pambıqçılıq  və  s.  sahələrin  tənəzzülə 

uğramasına səbəb olmuşdu. 

Lakin  Azərbaycan  kəndlilərinin  özlərinin  adi  dinc  əməyə  qayıtdıqları 

nisbətən  dinclik  və  ya  xarici  basqınlardan  müxtəlif    fasilələr  dövründə  kənd 

təsərrüfatı  məhsulları  nəinki  yerli əhalinin tələbatını ödəyir, hətta  müəyyən qədəri 

bazara  çıxarılır.  Məsələn,  təsərrüfata  az  zərər  vurmamış  birinci  Rusiya-İran 

müharibəsinin sonuna yaxın bir sıra əyalətlərdə taxıl istehsalı hələ də yerli tələbatı 

üstələyirdi.  Bununla  əlaqədar  olaraq,  rus  komandanlığının  sərəncamı  üzrə 

Şirvandakı  taxıl  əkinləri  ixtiras  olundu,  taxılın  ―artıqları‖  təkcə  bütün  taxıl 

vergisini  danışıqsız  ödəməyə  deyil,  həm  də  rus  intendantlığına  lazımi  miqdarda 

sursat  satmağa  imkan  verirdi.  1812-ci  il  təkcə  Şəki  və  Şamaxı  xanlıqları  rus 

ordusuna  onmin  çervert  (1.160  min  pud)  taxıl  satmağı  öhdəyə  götürmüşdülər. 

Buğda,  düyü,  zəfəran,  qurudulmuş  meyvə,  mal-qara,  ipək  və  qızıl  boya,  az 

miqdarda olsa da, ölkə daxilində satışa gedir, habelə Gürcüstana, İrana və Rusiyaya 

ixrac olunurdu. 

Şimali  Azərbaycanın  Rusiya  tərəfindən işğalının başa  çatmasından  sonra 

Azərbaycan müstəmləkəyə çevrilsə də, kənd təsərrüfatının bərpası və inkişafı üçün 

şərait  yarandı,  daxili  müharibələrə  son  qoyuldu.  XIX  əsrin  40-cı  illərində 

həddindən  artıq  müxtəlif  olan  ölçü  və  çəki  sistemlərinin  vahid  Rusiya  ölçüləri  ilə 

əvəz  olunmasına  başlandı.  Eyni zamanda, çar xəzinəsinin  nəfiknə  bir sırfa  feodal 

rüsumlarının,  xüsusən  də  xanlıqlar  dövründən  mövcud  olan  gömrükxana 



maneələrinin  –  rahdar  deyilən  vergilərin  saxlanılması  daxili  ticarətin  inkişafını 

ləngidirdi. Xanlıqların yerini əyalətlərin tutduğu komendant üsuli-idarəsi dövründə 

əyalətlər  arasında  ―rahdar  rüsumları‖  qalmaqda  idi.  20-ci  illərin  sonuna  yaxın 

Zaqafqaziyada  17  rahdar  vergisi  və  sənətkarlıq  məmulatları  üzərinə  qoyulan  120 

müxtəlif  rüsum  alınırdı,  1851-ci  ildə  yeni  ticarət  tarifinə  görə,  Zaqafqaziyada 

istehsal olunan mallar rüsum alınmadan Rusiyaya aparıla bilər. Buna baxmayaraq 

uzun müddət ərzində Mərkəzi Rusiya quberniyalarına aparılan mallardan bu rüsum 

alınırdı. 

XIX  yüzilliyin  30-50-ci  illəri  kənd  təsərrüfatında  məhsuldar  qüvvələrin 

nəzərəçarpacaq  dərəcədə  artımı  və  əmtəə-pul  münasibətlərinin  inkişafı  dövrüdür. 

Bununla  yanaşı,  hakim  feodal  münasibətləri  kənd  təsərrüfatının  əksər  sahələrinin 

surətli  inkişafına  mane  olurdu.  Çar  hökuməti  özünün  aqrar  qanunları  ilə 

Azərbaycanda  bu  münasibətlərin  möhkəmləndirilməsinə  yardım  göstərməyə  cəhd 

edirdi. 


Kənd təsərrüfatında başlıca yeri, əvvəllərdə olduğu kimi, əkinçili tuturdu. 

Dənli bitkilər – buğda, arpa, çəltik daha geniş yayılmışdı. Buğda aparıcı dənli bitki 

olaraq qalırdı. O, Azərbaycanın bütün əyalətlərində becərilirdi. Buğdanın istehsalı 

üzrə  əsas  yeri  Şirvan  və  Qarabağ  əyalətləri  tuturdu.  Bu  əyalətlərdə  buğdanın 

ümumi  istehsalı  1830-1832-ci  illərdə  4861  min  pud,  1845-ci  ildə  isə  8347  min 

puda  bərabər  olmuşdu.  Ümumiyyətlə  isə  1845-ci  ildə  Azərbaycanın  8  qəza  və 

dairəsində  -  Quba,  Şamaxı,  Talış,  Qarabağ,  Şəki,  Naxçıvan  qəzaları,  habelə  Car-

Balakən və Yelizavetpol dairlərində, Qazax-Şəmşəddil torpaqlarında – ümumi taxıl 

yığımı 7617 min puda bərabər olmuşdu. Bu da buğdaya olan daxili tələbatı ödəyir 

və ixrac üçün məhsul qalırdı. 

Buğda kimi, arpa da Azərbaycanın bütün əyalətlərində yayılmışdı. 1845-ci 

ildə  onun  ümumi  istehsalı  6919,4  min  pud  olmuşdu.  Arpanın  yetişdirilməsində 

Şirvan və Qarabağ qəzaları fərqlənirdi. 

Düyünün (çəltiyin) ümumi istehsalı nəzərə çarpacaq dərəcədə artdı. Onun 

becərilməsində aparıcı yeri Talış əyaləti tuturdu, onun ardınca Şirvan və Qarabağ, 

habelə Quba əyalətləri gəlirdi. 1830-1832-ci illərdə bu əyalətlərdə, 1208 min pud, 

1845-ci  ildə  isə  1657  min  pud  çəltik  yığılmışdı.  Ümumiyyətlə  isə,  1845-ci  ildə 

bütün  Azərbaycan  ərazisində  düyünün  ümumi  istehsalı  2315,7  min  puda  bərabər 

idi. 

Bu  dövrdə  Azərbaycanda  darı,  yulaf,  pərinc,  paaxlalılar,  lobya,  noxud 



kimi  digər  dənli  bitkilər  az  miqdarda  becərilirdi.  XIX  yüzilliyin  əvvəlləri  ilə 

müqayisədə bu bitkilərin, xüsusən də darı becərilməsi genişlənsə də, onun ümumi 

istehsalı cüzi idi. Ümumiyyətlə isə 40-cı illərdə dənli bitkilər istehsalı ləng artırdı. 

Azərbaycan  iqtisadiyyatında  əhəmiyyətinə  görə  ikinci  yeri  tutan  kənd 

təsərrüfatı  sahəsi  heyvandarlıq  idi.  Onun  inkişafı  üçün  ölkədə  əlverişli  şərait  var 

idi. Muğan, Mil, Şirvan və digər düzlərin geniş əraziləri təkcə Azərbaycanın deyil, 




Yüklə 4,04 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə