Azərbaycan miLLİ elmlər akademiyasi a. Bakixanov adina tariX İnstitutu



Yüklə 4,04 Mb.
Pdf görüntüsü
səhifə24/189
tarix24.12.2017
ölçüsü4,04 Mb.
#18030
1   ...   20   21   22   23   24   25   26   27   ...   189

həm də qonşu ölkələrin Dağıstan və Gürcüstanın da malları üçün gözəl qış otlaqları 

idi. Yay alp çəmənlikləri – yaylaqlar da geniş əraziləri tuturdu. 

40-50-ci  illərdə  iribuynuzlu  mal-qaranın  sayı  xeyli  artmışdı.  1845-ci  ilə 

aid  olan  məlumatlara  görə,  Azərbaycanın  altı  qəzasında  –  Quba,  Bakı,  Şamaxı, 

Lənkəran,  Nuxa  və  Şuşa  qəzalarında  onun  sayı  272,1  min  başa  çatırdı. 

Xırdabuynuzlu  mal-qaranın  –  qoyun  və  keçilərin  də  sayı  artırdı.  1843-cü  ildə 

Azərbaycanın  həmin  qəzalarının  hüdudlarında  476,9  min  baş  xırdabuynuzlu  mal-

qara var idi. 

Həmin  dövrdə  həm  mal-qaranın  sayına,  həm  də  bu  sayın  artımına  görə 

Azərbaycanın  aparıcı  maldarlıq  rayonları  Şamaxı,  Şuşa,  Yelizavetpol  və  Quba 

qəzaları idi. 

1845-ci  ilin  məlumatlarına  görə  (Yelizavetpol  və  Car-Balakən  dairələri, 

habelə Naxçıvan və İrəvan bölgələri nəzərə alınmadan), atların sayı 88 min baş idi. 

XIX  yüzilliyin  I  yarısında  Azərbaycanda  iri  və  xırdabuynuzlu  mal-qara, 

atlardan başqa xeyli miqdarda yük heyvanları – dəvə, qatır və ulaq bəslənirdi. 

40-50-ci  illərdə  Azərbaycan  heyvandarlığında  xeyli  dəyişikliklərə 

baxmayaraq, bu sahədə, əsasən, natural təsərrüfat hökmran olaraq qalmaqda davam 

edir  və  sahənin  əmtəəliyi  çox  zəif  təzahür  edirdi.  Məsələn,  1845-ci  ildə 

Azərbaycanın həmin altı qəzasında satışa 2750 baş at (atların ümumi sayının ancaq 

3,1%-i),  19150  baş  iribuynuzlu  mal-qara  (8,7%)  və  89  min  baş  qoyun  (11,7%) 

çıxarılmışdı.  Bundan  başqa,  həmin  qəzalarda  satışa  20,5  pud  yağ,  23,3  min  pud 

pendir, 11,8 min pud piy və 49,5 min pud dəri çıxarılmışdı. 270 min başdan artıq 

iribuynuzlu mal-qaranın və 760 min başdan artıq qoyun və keçinin olduğu şəraitdə 

bu, əlbəttə ki az idi. 

Bununla  belə  kənd  təsərrüfatının  əvvəlki  qapalılığı  öz  yerini  əmtəə 

mübadiləsinin  və  şəhərlə  kənd  arasında  əlaqələrin  müəyyən  qədər  artmasına 

verirdi. Heyvandarlıq məhsulları əsasən şəhərlərdə satıldığı halda, bazara çıxarılan 

taxılın  mühum  hissəsi  maldar  kəndlilər  tərəfindən  istehlak  edilirdi.  1845-ci  ildə 

bütün  Xəzər  vilayəti  üzrə  mal-qara  və  maldarlıq  məhsullarının  satışından  əldə 

olunan gəlir 332,6 min manata, taxıl satışından götürülən gəlir isə 397 min manata 

bərabər olmuşdur. 

XIX  yüzilliyin  30-50-ci  illərində  Azərbaycan  ipəkçiliyi  inkişaf  etməkdə 

davam edirdi. Rus sənayesinin xam ipəyə olan tələbatı daim artırdı. Ucuz xammal 

əldə etməkdə maraqlı olan hökumət və ticarət-sənaye dairələri ipəkçiliyin inkişafı 

üçün  müəyyən  cəhdlər  göstərirdi.  1836-cı  ildə  Peterburqda  təsis  olunmuş 

kampaniya  ―Zaqafqaziyada  ipəkçiliyi  və  ticarət  sənayesini  yayan  cəmiyyət‖ 

Nuxanı öz fəaliyyətinin mərkəzi seçdi. Şəki əyalətinin bütün xəzinəyə məxsus tut 

bağları  5  illik  müddətə  pulsuz  olaraq,  sonrakı  25  il  ərzində  isə  götürülən  gəlirə 

müvafiq  olaraq  ucuz  qiymətə  cəmiyyətə  verildi.  Bağlara  təhkim  olunmuş  700 

yaxın  dövlət  kəndlisi  –  rəncbər  də  cəmiyyətin  sərəncamına  verildi.  Qısa  müddət 

ərzində kampaniya öz təsərrüfatını xeyli genişləndirdi. Kampaniyanın sərəncamına 



verilmiş  760  bağda  1836-cı  ildə  4300  min,  18  il  sonra  isə  (1854-cü  ildə)  artıq  7 

mln-dan  yuxarı  tut  ağacı  var  idi.  Kampaniya  rəncbərləri  istismar  etmək  hesabına 

ipək istehsalını təxminən 3 dəfə artırmağa nail oldu [12]. 

40-cı  illərin  sonuna  yaxın  istehsal  edilən  xam  ipəyin  miqdarı  28-29  min 

puda çatdı. Ümumiyyətlə, 30-50-ci illər ərzində Azərbaycan rus sənayesi üçün bu 

qiymətli  xammalın  əsas  istehsal  bazasına  çevrildi.  Zaqafqaziyada  emal  olunan 

ipəyin 85 faizi Azərbaycanın payına düşürdü. 

Xam  ipəyin  bir  hissəsi,  başlıca  olaraq,  Şamaxı  şəhərində  və  onun 

ətrafındakı  kəndlərdə  yerləşən  yerli  ipəktoxuma  müəssisələrində  emal  olunurdu; 

ipəyin  az  bir  hissəsi  xaricə,  əsasən  Fransaya  ixrac  edilirdi.  Azərbaycan  xam 

ipəyinin əsaə hissəsi isə Rusiyaya daşınırdı. Onu Nijni-Novqorod yarmarkasına və 

Moskvaya göndərirdilər. Artıq XIX yüzilliyin 30-cu illərin sonuna  yaxın rus ipək 

sənayesi  olaraq,  Zaqafqaziyadan  göndərilən  xammalın  hesabına  işləyirdi.  Həmin 

dövrdə  Moskva  və  onun  ətrafındakı  fabriklərdə  emal  olunmuş  xam  ipəyin  5/8 

hissəsindən  çoxu  Zaqafqaziyanın,  başlıca  olaraq  isə,  Azərbaycan  ipəyinin  payına 

düşürdü. 

40-50-ci  illərdə  Azərbaycandan  xam  ipək  daşınması  artmaqda  davam 

edirdi. 50-ci illərin əvvəllərində Zaqafqaziyada istehsal olunan 30-35 min pud xam 

ipəkdən  2/3-si  Rusiyaya  aparılır,  1/4-i  yerlərdə  sərf  olunur,  qalanı  (təxminən  8 

faizi) xaricə ixrac edilirdi [13]. 

Beləliklə,  Rusiya  işğalından  sonra  Azərbaycan  iqtisadiyyatında  ipəkçilik 

inkişaf  etməkdə  olan  rus  ipək  sənayesi  üçün  xammal  tədarükçüsü  kimi  müstəsna 

olaraq əmtəə əhəmiyyəti kəsb etdi. 

Bu dövrdə tütünçülük də əmtəə istehsalı sahəsinə mevrilirdi. 30-cu illərin 

əvvəllərində  tütün Azərbaycanın ancaq 4  əyalətində  becərildiyi halda,40-cı  illərin 

ortalarında bununla artıq 8 qəzada məşğul olurdular. Tütün istehsalının həcmi xeyli 

artsa  da,  əldə  olunan  tütünün  miqdarı  çox  deyildi.  Lakin  bu  sahədə  istehsalın 

əmtəəliyi  kifayət  qədər  yüksək  idi.  Məsələn,  1845-vi  ildə  8  qəzada  toplanılmış  4 

min puddan bir qədər artıq tütünün 2 min puda qədəri satışa getmirdi [14]. 

Rusiya  bazarında  yüksək  keyfiyyətli  tütün  növlərinə  təlabat  xaricdən 

gətirilmiş  ən  yaxşı  tütün  növlərinin  –  Havana,  Alban  və  Perqam  növlərinin 

Azərbaycanın  iqlim  şəraitində  əldə  edilməsi  üçün  bir  sıra  bölgələrdə  onlatrın 

becərilməsinə marağı artırdı. 

Texniki  bitkilərdən  qızılboya  istehsalı  daha  böyük  əhəmiyyətə  malik  idi. 

Onun  köklərindən  yüksək  keyfiyyətli  təbii  boyalar  hazırlanırdı.  Qızılboya 

Azərbaycanda  qədimdən  istehsal  olunurdu.  O  hələ  orta  əsrlərdə  Azərbaycan 

parçalarına, xalçalarına və digər məmulatlarına dünya şöhrəti qazandırmışdı. Ötən 

yüzilliyin  40-cı  illərində  qızıl  boyaya  sənaye  tələbatı  artdı.  Azərbaycan  qızıl 

boyasının  yaxşı  keyfiyyətinə  əmin  olan  rus  sənayeçiləri  Xəzər  dənizinin  qərb 

sahillərində bu bitkinin plantasiyalarının genişlənməsi və istehsalın artmasında fəal 

içtirak  edirdilər  [15].  1851-ci  ilə  qədər  Azərbaycan  və  Dağıstanda  qızıl  boya 



Yüklə 4,04 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə