Azərbaycan miLLİ elmlər akademiyasi a. Bakixanov adina tariX İnstitutu



Yüklə 4,04 Mb.
Pdf görüntüsü
səhifə25/189
tarix24.12.2017
ölçüsü4,04 Mb.
#18030
1   ...   21   22   23   24   25   26   27   28   ...   189

becərilməsi  əsaslı  surətdə  mənimsənilərək,  iqtisadi  həyatın  sərfəli  və  gəlirli 

sahələrindən  birini  təşkil  edirdi.  O  zaman  Rusiyaya    120  min  puddan  140  min 

pudadək  qızılboya  kökü  aparılırdı.  Azərbaycanda  qızılboya  başlıca  olaraq  Quba, 

Şamaxı və Lənkəran qəzalarında becərilir [16], Bakıdan, Niyazabad limanından və 

Dərbənddən  ixrac  olunurdu.  1851-ci  ildən  1860-cı  ilədək  qızılboya  istehsalının 

başlıca  mərkəzində  Quba  qəzasında  2,762 min  manatlıq 334,5 min pud qızılboya 

kökü  istehsal  olunmuş  və  Nijni-Novqorod  yarmarkasına  aparılmışdı.  Azərbaycan 

qızılboya istehsalı üzrə Rusiya toxuculuq sənayesinin ehtiyaclarını təmin edən sırf 

ticarət  xarakterli  kənd  təsərrüfatı  sahəsi  idi.  50-ci  illərdə  Moskva  yaxınlığında 

xüsusu olaraq Xəzər sahillərindən gətirilən qızılboyanın emalı üçün fabrik tikildi. 

Azərbaycan  qızılboyası  özünün  yüksək  keyfiyyətilə  xarici  boyaqların  rus 

bazarında müvəffəqiyyətlə sıxışdırıb çıxarır, hətta xaricə də ixrac olunurdu. 

Digər  texniki  bitkinin  –  pambığın  istehsalında  vəziyyət  başqa  cür  idi. 

Azərbaycanın  Rusiya  tərəfindən  işğalı  illərində  pambığın  istehsalı  azaldı.  30-cu 

illərin  əvvəllərində  burada  cəmisi  11,5  min  pud  pambıq  becərilirdi.  30-cu  illərin 

ortalarında  hökumət  tərəfindən  bu  qiymətli  bitkinin  inkişafı  üçün  bəzi  tədbirlər 

görüldü  və  uzunlifli  Misir  və  Braziliya  pambıq  növlərinin  Zaqafqaziyada  tətbiq 

olunmasına  səy  göstərildi.  Qarabağ  və  Şəki  əyalətlərində  xəziknə  pambıq 

plantasiyaları  yaratmaq  üçün  cəhdlər  göstərildi.  Lakin  40-50-ci  illərdə 

pambıqçılıqda istehsalın həcmi hələ də çox məhdud idi. 1845-ci ildə Azərbaycanın 

8 qəzasında səpilmiş çiyidin çəkisi cəmisi 1,3 min puda bərabər idi. 

Bu dövrdə düyü, buğda və digər dənli bitkilərin baha olduğu bir şəraitdə 

pambıq becərilməsinin iqtisadi cəhətdən əlverişli olmaması, habelə ucuz xarici və 

rus fabrik çit parçalarının diyarda geniş yayılması pambıqçılıqda durğunluğa səbəb 

olmuşdu [17]. 

Qədimdən  bəri  ancaq  Abşeron  yarımadasında  yetişdirilən  zəfəran 

təsərrüfatı  da  kəskin  tənəzzül  dövrü  keçirirdi.  Maliyyə  nazirliyinin  tapşırığı  üzrə  

yaradılmış ―Cənubi Qafqaz Rusiya torpaqlarının statistika, etnoqrafiya, topoqrafiya 

və  maliyyə  baxımından  xülasəsi‖nin  tərtibçiləri  qeyd  edirdilər  ki,  zəfəranın 

becərilməsi ilə ən çox Bakı əyalətində məşğul olurdular. 5-6 kənd istisna olmaqla 

Abşeronun  bütün  kəndlərində  bu  bitki  əhalinin  mühüm  gəlir  mənbəyini  təşkil 

edirdi.  30-cu  illərin  əvvəllərində  zəfəranın  illik  istehsalı  1000  puda  çatırdı  və 

kəndlilər  onun  satışından  360  min  manat  pul  götürürdülər.  Zəfəranı  İran  və 

Həştərxana aparıb satan tacirlər 200 min manat gəlir götürürdülər. 

Lakin  40-cı  illərdə  zəfəran  istehsalı  azalmağa  başladı.  361  pud  zəfəranın 

yığıldığı 1846-cı il istisna olmaqla onun illik istehsal 120 puddan yuxarı yığıldığı 

1846-cı  il  istisna  olmaqla  onun  illik  istehsalı  120  puddan  yuxarı  qalxmırdı.  Bu 

vəziyyət onunla izah olunurdu ki, zəfəran təsərrüfatının mənafeyi çarizmin iqtisadi 

siyasətinin  ümumi  xəttinə  uyğun  gəlmirdi.  Yerli  əhali  və  tacirlərin  gəlir  mənbəyi 

olan bu sahə çar xəzinəsinə heç bir xeyir vermirdi. 




30-40-cı  illərdə  üzümçülük  və  bağçılıqla  nəzərəçarpacaq  artım  müşahidə 

olunur,  üzüm  və  meyvə  bağlarının  sayı  çoxalırdı.  1849-cu  ildə  Azərbaycanın  6 

qəzasında  21413  meyvə  və  üzüm  bağı  var  idi.  Lakin  şərabçılıq  zəif  inkişaf  

etmişdi.  30-cu  illərin  əvvəllərində  Mədrəsə  və  Gürcüvan  kəndlərində  16  min 

vedrədən  çox  çaxır  və  2  min  vedrəyədək  araq  istehsal  edilmişdi.  40-cı  illərin 

ortalarında Şəki qəzasında çaxır istehsalı təxminən 14 min vedrə, araq istehsalı isə 

təxminən  3  min  vedrə  olmuşdu.  Azərbaycandan  kənara  aparılan  digər  bağçılıq 

məhsulları yenə də fındıq, qurudulmuş armud, alma və s. idi. 

Lakin  nə  üzümçülük,  nə  də  bağçılıq  bu  dövrdə  hələ  də  yüksək  əmtəə 

istehsalı xarakteri almamışdı. 

30-50-ci  illərdə  bostançılıq  da  geniş  yayılmışdı.  O,  başlıca  olaraq  yerli 

əhalinin  ehtiyaclarını  ödəyir  və  kənd  təsərrüfatının  zəif  inkişaf  etmiş  əmtəə 

sahələrindən biri olaraq qalırdı. Lakin burada da bəzi dəyişikliklər baş verirdi. 40-

50-ci  illərdə  Azərbaycanda  rus  köçkünləri  tərəfindən  buraya  gətirilmiş  kartof 

becərilməyə başlanmışdı. 

Beləliklə,  Azərbaycanın  Rusiya  tərəfindən  işğalından  sonra  onun 

təsərrüfatının  inkişafında  müəyyən  yüksəliş  baş  verdi.  Lakin  bu  inkişaf    birtərəfli 

gedirdi, yəni başlıca olaraq, xammal istehsal olunurdu. Bu da ölkə iqtisadiyyatının 

müstəmləkə xarakterinin göstəricisidir. XIX yüzilliyin 30-50-ci illəri sosial-iqtisadi 

həyata  mühüm  dəyişikliklərin  müəyyənləşdiyi  dövrdür.  İqtisadiyyatın  bəzi 

sahələri,  xüsusən  də  texniki  bitkilər  istehsalı  Mərkəzi  Rusiyanın  tərəfindən  irəli 

sürülən sənaye tələbatını, habelə yerli şəhərlərin tələblərini ödəməyə yönəldilmişdi

kənd təsərrüfatı məhsulları əmtəə xarakteri almağa başlayırdı. 

 

§3. SƏNAYE ĠSTEHSALI VƏ SƏNƏTKARLIQ.                                                              

MANUFAKTURANIN YARANMASI 

 

Neft  və  bəzi  başqa  hasilat  sahələri  xanlıqlar  dövründə  olduğu  kimi 



iltizama  verilirdi.  1808-1825-ci  illərdə  Abşeronun  neft  quyuları  iltizamda  idi. 

Sonrakı  dövrlərdə  neft  hasilatı  yalnız  1826,  1834  və  1850-ci  illərdə  xəzinənin 

idarəsində  olmuşdur.  İltizam  sisteminin  yararsızlığı  üzündən  inkişaf  olduqca  ləng 

gedirdi.  Əgər  1825-ci  ildə  121  quyudan  neft  çıxarılırdısa,  40-cı  illərdə  belə 

quyuların  sayı  133-ə  çatmışdı  [18].  Kimyəvi  və  texniki  xassələrinə  görə  ən 

qiymətli  yanacaq  Suraxanıda  hasil  edilirdi.  Suraxanıda  olan  25  quyunun  15-dən 

qiymətli  ağ  neft  çıxarılırdı.  Dünyada  ilk  buruq  qoymaq  cəhdi  1848-ci  ildə 

Bibiheybətdə baş vermişdir. 

Neft hasilatı gah artır, gah da azalırdı. 1818-ci ildə Abşeronda 2142 min 

pud neft çıxarılmışdısa, 1834-cü ildə hasilat 230 min puda enmişdi. Sonrakı illərdə 

hasilat bir qədər artmış, 1848-ci ildə 272,7 min puda çatmışdı. Hasil edilən neftin 

pudu gümüş pulla 35 qəpiyə satılırdı [19]. 




Yüklə 4,04 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə