Azərbaycan miLLİ elmlər akademiyasi a. Bakixanov adina tariX İnstitutu



Yüklə 4,04 Mb.
Pdf görüntüsü
səhifə26/189
tarix24.12.2017
ölçüsü4,04 Mb.
#18030
1   ...   22   23   24   25   26   27   28   29   ...   189

Neftverən  torpaqların  sahibi  kimi,  xəzinə  30  il  ərzində    yalnız  öz 

mənfəətini  güdərək  neft6  hasilatını  artırmaq,  əsilo  sənaye  yaratmaq  üçün  heç  bir 

əsaslı  iş  görməmişdi.  İltizam  sisteminin  tətbiqi  texniki  yenilik  tətbiq  etmədən 

amansız  istismar  hesabına  gəlir  əldə  etməyə  şərait  yaradır,  ölkənin  iqtisadi 

inkişafına maneə törədirdi. 

Azərbaycanda  neft  emalı  ilə  ancaq  yüzilliyin  ikinci  yarısında  məşğul 

olunsa  da,  buna  əvvəllərdə  müəyyən  təşəbbüslər  göstərilmişdi.  1837-ci  ildə  dağ-

mədən  mühəöndisi  Volkoboynikovun  neft  emalı  üçün  hazırladığı  qurğu 

təkmilləşdirilmədiyinə görə, ondan istifadə etmək mümükün olmadı. Azərbaycanın 

qərbində  zəy  istehsal  olunurdu.  Zəylik  kəndi  yaxınlığında  çıxarılan  xam  zəyi 

yandırmaq  üçün  bir  neçə  soba  vardı.  1805-ci  ildə  bu  müəssisədə  filiz  istehsalı 

iltizama verildi. Zəyin pudu 80 qəpiyə xəzinəyə satılmalı idi. 1811-ci ildən 1828-ci 

ilədək  müəssisə  müntəzəm  işləmişdi.  Bu  ildən  ta  1850-ci  ilə  kimi  zəy  istehsalı 

yenidən  iltizama  verilmişdi.  Xəzinəyə  buradan  ildə  5-6  min  manat  gəlir 

götürürdülər. 

Yeyinti məhsulu sahəsində narın və daş duz istehsalı xüsusi yer tuturdu. 

Abçeronda 27 göldən narın duz yığılırdı. Belə göllər Cavad və Ağcabədi 

yaxınlığında da vardı. Bu göllər 1808-1821-ci illərdə iltizama verilmiş, 1821-1825-

ci  illərdə  xəzinənin  idarəsində  olmuş,  1826-1834-cü  illərdə  yenidən  iltizama 

keçmiş  və  nəhayət,  1834-cü  ildən  1850-ci  ilədək  təzədən  xəzinənin  idarəsinə 

qaytarılmışdı.  Kəndlilərin  çoxu  narın  duzu  istehsalında  işləməklə  dövlətə  olan 

mükəlləfiyyətlərini yerinə yetirmiş olurdular. Burada muzdlu əməkdən də istifadə 

olunurdu [20]. 

Abşeron  duz  gölləri  daha  zəngin  idi.  1819-cu  ildə  təkcə  Masazır  və 

Zığdan 160 min puddan çox duz alınmışdı, 40-cı illərdə orta hesabla hər il 400 min 

pud istehsal edilirdi [21]. 

Naxçıvanda daş duz Şıxmahmud, Cəhri və Sust kəndləri arasındakı dağlıq 

ərazidən çıxarılırdı. 1828-ci ilədək duz mədənləri Kəlbalı xanın ixtiyarında olmuş 

və  göstərilən  kəndlərin  əhalisinin  bir  hissəsi  bu  mədənlərdə  duz  çıxarılmasına 

təhkim  olunmuşdu.  Duz  mədənləri  çar  xəzinəsinin  əlinə  keçəndən  sonra  da  duz 

eyni  üsulla  çıxarılırdı.  1830-1840-cı  illərdə  bu  mədənlər  iltizama  verilmişdi.  Daş 

duz  çıxarılması  40-cı  illərdə  xeyli  artmışdı.  1843-cü  ildə  97,7  min  pud  duz 

çıxarılmışdısa,  1849-cu  ildə  bu,  136,4  min.  Puda  çatmışdı.  Buna  uyğun  olaraq 

dövlətin  gəliri  də  çoxalmışdı.  1828-1829-cu  ildə  daş  duz  istehsalından  xəzinəyə 

gələn  gəlir  1000  manat  idisə,  bu,  40-cı  illərdə  orta  hesabla  ildə  9000  manata 

qalxmışdı. 

Azərbaycanda keçmişdə olduğu  kimi,  yenə  müəyyən qədər şərab istehsal 

olunur və araq çəkilirdi. 30-cu illərin əvvəllərində Şirvan əyalətində təxminən 198 

min  litr  araq  şərab  və  24  min  litrə  qədər  araq  istehsal  edilmişdi.  40-cı  illərin 

ortalarında Şəki qəzasında ildə orta hesabla 168 min litr şərab, 33,6 min litr4 araq 

istehsal olunurdu. Qarabağda istehsalın həcmi daha böyük idi. Burada 840 min litr 



şərab və 42 min litr araqalınmışdı. Yalnız Gəncə şəhərində 228 min litr şərab hasil 

edilmişdi.  İstehsal  olunan  spirtli  içkiləryerli  əhalinin  istehlakına  gedir  və  əsasən 

yerli bazarlarda satılırdı [22]. 

Azərbaycanda  yeyinti  məhsulları  istehsalı  sahəsində  balıq  və  balıqdan 

hazırlanan məhsullar xüsusi yer tuturdu. Mustafa xanın hakimiyyəti dövründə balıq 

vətəgələri  iltizama  verilirdi.  1814-cü  ildə  Şəki  xanlığının  sərhədlərindən 

başlayaraq,  Xəzərə  qədər  Kür  çayında  balıq  tutmaq  20  il  müddətinə  iltizama 

verilmişdi.  1829-cu  ildə  bu  sahə  də  xəzinənin  ixtiyarına  keçdi.  Salyan  balıq 

vətəgələri əsasında ―Salyan xəzinə qəyyumluğu‖ adlı kommersiya şirkəti yaradıldı. 

Sonrakı  dövrlərdə  ölkənin  bütün  balıq  vətəgələrin  tədricən  ―qəyyumluğun‖ 

ixtiyarına keçmişdi. 1845-ci ildə ―Salyan qəyyumluğu‖ ləğv ediləndən sonra, artıq 

vətəgələrin  hamısından  yenidən iltizam  əsasında istifadəyə başladılar. 1829-1945-

ci  illər  ərzində  Azərbaycanın  balıq  vətəgələrində  tutulan  balığın  miqdarı  524,7 

mindən  660,8  min  ədədə  qədər  artmişdı.  Ovlanan  balıq  və  ondan  hazırlanan 

məhsullardan  yerli  əhali  qismən  istifadə  edir,  qalanı  isə  əsasən  Rusiyaya 

göndərilirdi. 

Azərbaycanın balıq vətəgələrində işləyənlərin bir çoxu Rusiyadan buraya 

gəlmələr  idi.  1838-ci  ildə  Salyan  və  Qızılağacda  600  nəfərə  qədər  rus  fəhləsi 

işləyirdi. Balıq ovu mövsümündə bu işə 400 nəfərə qədər yerli əhali cəlb edilirdi. 

Balıq vətəgələrində 330 nəfər qara fəhlə kimi çalışır, 270 nəfər peşəkar balıqçı isə 

balıq  ovu  ilə  məşğul  olurdu.  Ölkənin  balıq  vətəgələrində,  xüsusilə  Salyanda 

muzdla  işlədilənlərin  sayı  getdikcə  artmaqda  idi.  40-cı  illərin  əvvəllərində  yalnız 

Salyan  vətəgələrində  muzdlu  işçilərin  və  peşəkar  balıqçıların  sayı  1000  nəfərə 

qədər idi. 

Azərbaycanda  şəhərlərin  hələ  qədimdən  mövcud  olması  sənətkarlığın 

inkişafı  üçün  şərait  yaradırdı.  Dərziçilik,  papaqçılıq,  boyaçılıq,  dabbağçılıq, 

tornaçılıq,  tənəkəçilik,  saatsazlıq,  baftaçılıq,  təsərrüfat-məişət  məmulatı  istehsalı, 

tikinti  materialları  istehsalı,  eləcə  də  yeyinti-ərzaq  sahələri,  habelə  bəzək  şeyləri 

ilə,  musiqi  alətlərinin  hazırlanması,  toxuculuq,  metal  emalı  sahələri  və  s.  ölkənin 

iqtisadi  həyatında  mühüm  yer  tuturdu.  Ümumiyyətlə,  Azərbaycanda  100-dən  çox 

sənət və peşə sahəsi var idi. 

Azərbaycan  iqtisadiyyatının  belə  çoxsahəliliyi  ölkənin  təbii  zənginlikləri, 

onun  iqtisadi  inkişafının  xüsusiyyətləri,  daxili  bazar  tələbatının  nisbətən  yüksək 

olması, habelə işçi qüvvəsinin bolluğu və s. ilə bağlı idi. 

Göstərilən  sənət  və  peşə  sahələrindən  bir  çox  (dərziçilik,  papaqçılıq, 

keçəçilik,  palançılıq  və  s.)  kəndli  əhalisinin  tələblərini,  habelə  istehlakçı 

sifarişçilərinin ehtiyaclarını ödəyirdi. 

Sənətkarlığın  xırda  əmtəə  istehsalı  pilləsinə  yüksələ  bilən  və  bazar  üçün 

məmulat  istehsal  edən  sahələrindən  toxuculuğu  (ipək  mallar),  xalçaçılığı, 

gəbəçiliyi, metal emalını – misgərlik, silah istehsalı, boyaqçılığı, dabbağlığı, tikinti 

materialları (kərpic-kirəmit) istehsalını, şərabçılığı və s. göstərmək olar. Lakin bu 



Yüklə 4,04 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə