Azərbaycan miLLİ elmlər akademiyasi a. Bakixanov adina tariX İnstitutu



Yüklə 4,04 Mb.
Pdf görüntüsü
səhifə28/189
tarix24.12.2017
ölçüsü4,04 Mb.
#18030
1   ...   24   25   26   27   28   29   30   31   ...   189

ayrı-ayrı  ailələrdə,  həm  də  xüsusi  dərzixanalarda  tikilirdi.  1832-ci  ildə  5  şəhərdə 

470 nəfərə qədər dərzi işləyirdi. 

1831-1832-ci illərdə Azərbaycanın 5 şəhərində 136 dabbağxana vardı. 40-

cı illərdə dabbağxanaların sayı ik dəfədən çox artmış, yəni 324 olmuşdu. Onların 

yarıdan  çoxu  –  178-i  Nuxada,  57-si  Şamaxıda,  33-ü  Qubada,  26-sı  Gəncədə,  9-u 

Naxçıvanda cəmləşmişdi [28]. 

40-cı illərdə Azərbaycanın 8 şəhərində 700-ə qədər papaqçı çalışırdı [29]. 

Ayaqqabı, xüsusilə başma istehsalı çox inkişaf etmişdi. 1830-cu ildə Bakı, 

Quba, Şamaxı, Naxçıvan və Ordubad şəhərlərində 350 nəfər başmaqçı olmuşdusa, 

1848-ci ildə onların sayı 600 nəfərə çatmışdı. 1848-ci ildə təkcə Şamaxı şəhərində 

227 və Nuxada isə 147 nəfər başmaqçı vardı. 

Azərbaycanda  sərraclıq  əsasən  şəhərlərdə  mövcud  idi.  40-cı  illərdə  6 

şəhərdə 90 nəfərdən çox sərrac vardı. 

Azərbaycanda  sənətkarlığa  nisbətən  peşələr  sayca  daha  çox  idi.  Kəndli 

ehtiyac  üzündən  müxtəlif  peşələrlə  məşğul  olmağa  məcbur  idi.  Kənd  təsərrüfatı 

işləri  qurtardıqdan  sonra,  habelə  qış  aylarında  kəndli  ailəsi  kənd  təsərrüfatı 

məhsullarının  emalı  işi  ilə  məşğul  olurdu.  Məişət  üçün  zəruri  olan  peşə  məmulatı 

aildə  hazırlanırdı.  Yoxsul  kənlilər  heç  vaxt  öz  təsərrüfatı  ilə  özlərini  doydura 

bilmirdi, buna görə də onların başlıca yaşayış mənbəyi peşə idi. Peşələrin olduqca 

rəngrəngliyi və məişətə möhkəm daxil olması məhz bu amillə izah edilməlidir. 

Ölkədə qədim tarixə malik olan boyaqçılıq peçəsi həm yun, həm ipək və 

həm də başqa növ xammalın boyanmasında mühüm rol oynayırdı. Yalnız 1832-ci 

ildə Azərbaycanda 160-a yaxın boyaqxana işləyirdi. Bunlardan əlavə, çox az kəndli 

ailəsi tapmaq olardı ki, toxunma işində istifadə edilən ipi özü boyamasın. Müxtəlif 

rənglərdən  istifadə  etmək,  onları  seçmək,  bir-birinə  uyğunlaşdırmaq  sahəsində 

boyaqçılar  zəngin  təcrübəyə  malik  idilər.  Bir  sıra  peşələrdə  ənənə  və  ustalıq  bir-

birilə bir növ çulğaşmışdı. 

Ağac emalı həm  şəhərlərdə, həm də  dağ və  dağətəyi rayonlarda  əhalinin 

əsaə məşğuliyyətindən birini təşkil edirdi. Kənd təsərrüfatı alətlərinin ağac hissələri 

(balta,  dəhrə  və  s.),  həmçinin  təsərrüfatda  və  məişətdə  çox  işlədilən  cəhrə,  yun 

darağı,  nehrə,  yaba,  kürək,  vəl,  şana,  araba  təkəri,  boyunduraq,  nərdivan,  tabaq, 

təknə, ovlov, çömçə, qaşıq, araba, cürbəcür musiqi alətləri (tar, kamaça, zurna, ney, 

balaban,  dəf  və  qaval  sağanağı  və  s.)  məhz  ağacdan  düzəldilirdi.  Bundan  başqa, 

ağacdan  müxtəlif  sandıqlar,  mücrülər,  qəlyanlar,  eləcə  də  nadir  şəbəkələr 

hazırlanırdı. 

XIX əsrin 40-cı illərində Azərbaycanda sənətkarların və peşəkarların sayı 

12  min  nəfərdən  çox  idi.  Onların  əksəriyyəti  şəhərlərdə  cəmləşmişdi.  Ölkədə 

sənətkarlıq  və  peşələrin  az  bir  hissəsi  xırda  əmtəə  istehsalı  mərhələsinə  qədər 

yüksələ bilmişdi [30]. 

XIX  əsrin  artıq  I  rübündə  ipək  emalı  sahəsi  nəinki  xırda  əmtəə  istehsalı 

bazasına daxil olmaqda idi, hətta Şamaxıda ipəktoxuma istehsalında əmək bölgüsü 



inkişaf etmişdi. Bir toxucu dəzgahını 5 nəfər idarə edirdi, həm də müxtəlif çeşidli 

parçalar  toxunurdu.  Beləliklə,  ipəktoxuma  orada  (Şamaxıda  –  Red.)  manufaktura 

mərhələsinə  daxil  olmuşdu.  Bu  müəssisələrin  hər  birində  orta  hesabla  9  nəfərə 

qədər  toxucu  işləyirdi.  Həmin  dövrdə  sırf  kapitalist  manufakturası  da  yaranmağa 

başladı.  Eyni  bir  kapitalın  komandası  altında  xeyli  fəhlənin  bir  yerə  yığılması 

ümumiyyətlə,  həm  kooperasiyanın,  həm  də  manbufakturanın  təbii  başlanğıc 

nöqtəsini təşkil edirdi [31]. 

1827-ci  ildə  Nuxanın  (Şəki)  yaxınlığında  Xanabad  kəndində  ipək  emalı 

fabriki  işə  salındı.  Müəssisə  çar  dövlət  xəzinəsinə  mənsub  idi.  Müəssisədə  20 

ipəksarıyan  dəzgah,  10  ikiqat  kürə  və  sapburan  maşınlar  qoyulmuşdu.  Bu  nəinki 

Azərbaycanda,  həm  də  Zaqafqaziyada  ilk  kapitalist  manufakturası  idi.  Xanabad 

manufakturasında  30-cu illərin  əvvəlində  90 nəfərdən çox  muzdlu rəhlə  işləyirdi. 

İstehsal  olunan  xam  ipək  kustar  üsulla  emal  edilən  xam  ipəkdən  2-3  dəfə  baha 

satılırdı.  Müəssisədə  əmək  bölgüsü  o  qədər  də  geniş  deyildi.  İpək  sapı  açılır  və 

sonra  isə  burularaq  toxuculuq  üçün  yararlı  hala  salınırdı.  Əl  əməyi  istehsalatda 

yenə də üstün yer tuturdu. 

1836-cı  ildə  Xanabad  müəssisəsi  xəzinənin  ixtiyarından  ―Zaqafqaziyada 

ipəkçiliyi  və  ticarət  sənayesini  yayan  cəmiyyət‖in  əlinə  keçdi.  571,4  min  manat 

kapitalı  olan  bu  səhmdar  kampaniyası  dövlətin  təşəbbüsü  ilə  təsis  edilmişdi  [32]. 

Bu cəmiyyətin əsas istehsal bazası istər ipək (barama) istehsalı, istərsə də ilkin ipək 

emalı  baxımından  Azərbaycanda  yerləşirdi.  Ona  görə  də  həmin  tarixi  burada 

kapitalist səhmdar istehsalının başlanğıcı hesab etmək olar [33]. 

―Zaqafqaziyada ipəkçiliyi və ticarət sənayesini yayan cəmiyyət‖in Nuxada 

ipək emal edən başqa bir müəssisəsi də var idi. Bu müəssisəni də xəzinə səhmdar 

cəmiyyətinə  vermişdi.  Müəssisədə  10  sarıma  dəzgahı,  12  baramaaçan  tiyan  və  5 

sapburan maşın vardı [34]. Aydındır ki, Xanabad müəssisəsi kimi bu da kapitalist 

manufakturası  idi.  Səhmdar  cəmiyyətin  göstərilən  müəssisələrdən  əlavə  təcrübə 

stansiyaları, ipəkçilik məktəbi və s. var idi [35]. 

Təkcə  Nuxada  deyil,  Vartaşendə  də  manufattura  tipli  müəssisələr  vardı. 

Muradxanovun  buradakı  ipək  emalı  müəssisəsini  də  kapitalist  manufakturası 

zümrəsinə  aid  etmək  olar.  Sonrakı  dövrlərdə  bu  kimi  müssisələrin  sayı  artmışdı. 

Manufaktura  emal  sənayesinin  digər  sahələrində,  həmçinin  neft  istehsalında  da 

mövcud idi. 

Məlumdur ki,  manufaktura xırda  əmtəə istehsalı ilə fabrik arasında keçid 

mərhələsi olduğunu və orada əmək bölgüsünün inkişafı son dərəcə yavaş getdiyinə 

görə,  kapitalist  manufakturaları  xırda  istehsalı  tamamilə  sıxışdırıb  aradan  qaldıra 

bilməmiş, buna görə də manufaktura sənaye əkinçilikdən bütünlükdə ayrılmamışdı. 

Azərbaycanda manufaktura feodal istehsal münasibətlərinin hakim olduğu 

bir  şəraitdə  yaranıb  inkişaf  edirdi.  Lakin  bu  manufakturalar  öz  ictimai  təbiəti 

etibarilə,  inkişaf  meylinə  görə  əsil  kapitalist  müəssisələri  idi.  Onların  iki  tərəfdən 

(dövlətin və yaxud feodalın) idarə edilməsi yalnız xüsusiyyət məsələsi idi. 



Yüklə 4,04 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə