Azərbaycan miLLİ elmlər akademiyasi a. Bakixanov adina tariX İnstitutu



Yüklə 4,04 Mb.
Pdf görüntüsü
səhifə29/189
tarix24.12.2017
ölçüsü4,04 Mb.
#18030
1   ...   25   26   27   28   29   30   31   32   ...   189

Azərbaycanda inkişaf etmiş manufaktura istehsalı bir növ Mərkəzi Rusiya 

fabriklərinin əlavəsi rolunu oynayırdı. Başqa sözlə desək, rus fabrikləri ucqarlarda 

yarımfabrikat  almaqla  istehsal  dövriyyəsini  başa  çatdırırdı.  Yerlərdə  -  ucqarlarda 

isə  istehsal  dövrü  natamam  qalır,  haradasa,  istehsalın  hansı  fazasındasa  yarımçıq 

saxlanılırdı. Müstəmləkə iqtisadiyyatına xas olan xüsusiyyətlərdən biri də məhz bu 

idi. 


Kənd təsərrüfatının elə məhsulları vardı ki, onları uzaq məsafəyə aparmaq 

sərfəli  deyildi.  Həmin  məhsulların  (barama,  üzüm,  süd  və  s.)  uzun  zaman  yolda 

olması onların keyfiyyətlərinin və əmtəə dəyərinin aşağı düşməsinə  səbəb olurdu. 

Çar  hökuməti  bu  növ  məhsulların  ilkin  emalının  yerlərdə  keçirilməsində  maraqlı 

idi. 

Azərbaycan  sənayesində  manufaktura  mərhələsi  uzunömürlü  olmamışdır. 



Kapitalist  inkişafının  bu  forması  yalnız  ipək  emalı  sənayesində  bir  əsrə  qədər 

davam etmişdir. Deməli, ipək emalı sənayesi sənaye kapitalizmi inkişafının bütün 

mərhələərini keçə bilmişdi. Çünki ipəktoxumanın hələ orta əsrlərdən ölkədə geniş 

inkişaf  tapması,  Azərbaycanın  Rusiya  tərəfindən  istilasından  sonra  ipəksarımanın 

Rusiyanın  daxili  quberniyalarında  o  qədər  də  inkişaf  etməməsi,  həm  də  rus 

ipəktoxuma  məmulatının  əhalinin  bu  mallara  olan  tələbini  uzun  zaman  ödəyə 

bilməməsi  Azərbaycanda  bu  istehsal  sahəsinin  inkişafını  dayandıra  bilməmişdi. 

Rusiyadan ucqarlara, o cümlədən Azərbaycana  hazır malların gətirilməsi yerlərdə 

müvafiq  istehsal  sahələrinin  inkişaf  mərhələlərinin  yarımçıq  qalmasına  gətirib 

çıxarırdı. Bu isə, öz növbəsində, iqtisadiyyatın birtərəfli inkişafı ilə nəticələnirdi. 

 

 

§ 4. TĠCARƏT 



 

XIX  əsrin  birinci  yarısında  Azərbaycan  ticarəti  öz  inkişafında  ölkənin 

sosial,  iqtisadi  və  siyasi  vəziyyəti  ilə  əlaqədar  olaraq  bir  sıra  mərhələlərdən 

keçmişdir.  Azərbaycan  iqtisadiyyatına  ciddi  zərbə  endirən  iki  Rusiya-İran 

müharibəsi,  çarizmin  Zaqafqaziyada  ticarət  və  gömrük  siyasətinin  qeyri-sabitliyi, 

Azərbaycanda  müxtəlif  çəki,  ölçü  və  pul  sistemlərinin  tətbiq  edilməsi  XIX  əsrin 

birinci  30  illiyində  ticarətə  mənfi  təsir  göstərən  amillər  idi.  Müharibədən  zərər 

çəkən rayonlarda ticarət xeyli tənəzzül etmişdi. Lakin buna baxmayaraq, bu dövrdə 

Azərbaycan  ticarəti,  xüsusən  onun  xarici  ticarət  əlaqələri  bütövlükdə,  yavaş  da 

olsa,  müəyyən  inkişaf  və  genişlənmə  yolunda  idi.  Mühüm  coğrafi  mövqedə 

yerləşən  Bakı  şəhərində  ticarət  genişlənmiş,  tacirlərin  sayı  və  onların  malik 

olduqları kapitalın miqdarı xeyli artmışdı. 1810-cu ildə Bakının ticarət dövriyyəsi 

500  min  manat  idisə,  1827-ci  ildə  bu,  5205  min  manata  qədər  artmışdı  [36].  Bu 

dövrdə  Azərbaycanın  Mərkəzi  Rusiya  ilə  ticarət  əlaqəsi  inkişaf  etməkdə  davam 

edirdi.  Azərbaycandan  Mərkəzi  Rusiyaya  aparılan  malların  arasında  öz  dəyərinə 

görə  mühüm  yer  tutan  ipək  və  ipək  məmulatının  miqdarı  xeyli  artmışdı. 




Azərbaycanda ipək istehsalının mərkəzi olan Şəki əyalətindən 1822-1828-ci illərdə 

Mərkəzi Rusiyaya 2066 min manatlıq 31 min pud ipək aparılmışdı. Həmin illərdə 

Rusiya  fabriklərində  istehlak  edilən  ipəyin  37  faizə  qədəri  Şəki  ipəyinin  payına 

düşürdü  [37].  Azərbaycanın  digər  rayonlarından  da  Mərkəzi  Rusiyaya  xeyli  ipək 

aparılırdı.  Belə  ki,  1823-1829-cu  illərdə  Şirvan  əyalətindən  oraya  8,3  min  pud, 

Qarabağ  əyalətindən  isə  20-ci  illərdə  hər  il  gümüş  pulla  1  mln.  manatlıq  ipək 

aparılmışdı [38]. 

Azərbaycandan  Mərkəzi  Rusiyaya  aparılan  ipək  məmulatı,  qızılboya 

(marena) ilə yanaşı, çəltik, ağ neft, zəfəran və s. malların miqdarı da ilbəil artırdı. 

Mərkəzi  Rusiyadan  Azərbaycana  gətirilən  bir  sıra  mühüm  malların, 

xüsusilə  pambıq-parça  məmulatı,  xırdavat  malları,  qab-qacaq,  dəmir,  dəmir 

məmulatı  və  s.  digər  sənaye  mallarının  miqdarı  da  çoxalır  və  yerli  əhalinin 

tələbatının  ödənilməsində  onların  əhəmiyyəti  artırdı.  Mərkəzi  Rusiyadan  hər  il 

Zaqafqaziyaya gətirilən malların xeyli hissəsi Azərbaycan bazarlarında satılırdı. 

30-cu  illərdən  etibarən  ticarət  əlaqələri  və  əməliyyatları  daha  da 

genişlənmişdi.  Azərbaycanın  Rusiya  tərəfindən  işğalının  başa  çatması  ilə  burada 

keçirilən  bir  sıra  sosial-iqtisadi  tədbirlər  sənaye,  kənd  təsərrüfatı  və  nəqliyyatla 

bərabər  ticarətin  də  inkişafına  kömək  edirdi.  Azərbaycanda  yeni-yeni  ticarət 

məntəqələri  yaranır,  ticarət  müəssisələrinin  sayı  və  dövriyyəsi  çoxalır,  ayrı-ayrı 

rayonlar  arasında  əmtəə  mübadiləsi  genişlənir,  əmtəə-pul  münasibətləri  inkişaf 

edirdi [39]. 

Bakının  nefti,  duzu  və  Zəfəranı,  Talış  əyalətinin  düyüsü,  Qubanın, 

Ordubadın,  Yelizavetpol  və  Zaqatalanın  meyvəsi,  Şəkinin  və  Şamaxının  ipəyi  və 

ipək  parçaları,  Lahıcın  mis  qabları,  Quabnın  xalçaları  və  s.  yerlərin  özünəməxsus 

spesifik malları özünə yeni bazarlar tapırdı. 

Azərbaycanın  Bakı,  Şamaxı,  Şəki,  Şuşa  və  Gəncə  kimi  mühüm  ticarət 

şəhərləri ilə bərabər, Quba, Salyan, Lənkəran, Zaqatala, Naxçıvan və Ordubadın da 

ticarət  dövriyyəsi  artır  və  onların  hər  biri  ətraf  yerlərin  alğı-satqı  mərkəzlərinə 

çevrilirdi. 

Əlverişli  coğrafi  mövqedə  yerləşməklə,  həm  də  neft  kimi  sərvətə  malik 

olmaqla  Bakı  şəhəri  Mərkəzi  Rusiya  və  İran  mallarının  Azərbaycan  rayonlarında 

yayılmasında  və  yerli  məhsulların  isə  oraya  aparılmasında  həlledici  əhəmiyyət 

kəsb edirdi. 1833-cü ildə Bakıdan Azərbaycanın digər qəzalarına və Zaqafqaziyaya 

196  min,  1852-ci  ildə  isə  500  min  manatlıq  mal  aparılmışdı.  1839-cu  ildə  həmin 

yerlərdən Bakıya 38,4  min, 50-ci illərin başlanğıcındea isə 100 min  manatlıq  mal 

gətirilmişdi  [40].  40-cı  illərin  sonunda  Bakı,  Lənkəran,  Şamaxı,  Quab  və  Nuxa 

qəzalarında 95,6 min manatlıq 211 min puda yaxın neft məhsulu (bunun 800 pudu 

ağ neft idi) satılmışdı. 

Azərbaycan  şəhərlərində  ayrı-ayrı  ticarət  məntəqələrində  ticarət 

müəsasisələrinin  sayı  və  dövriyyəsi  sürətlə  çoxalırdı.  40-cı  illərin  əvvəlində 

Şamaxı  və  Nuxa  şəhərlərinin  hər  birində  700-dən  çox,  Şuşada  və  Yelizavetpolda 



Yüklə 4,04 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə