Azərbaycan miLLİ elmlər akademiyasi a. Bakixanov adina tariX İnstitutu



Yüklə 4,04 Mb.
Pdf görüntüsü
səhifə31/189
tarix24.12.2017
ölçüsü4,04 Mb.
#18030
1   ...   27   28   29   30   31   32   33   34   ...   189

miqdarı  ilbəil  artmağa  başladı.  1831-ci  ildə  Mərkəzi  Rusiyadan  buraya  167  min 

manatlıq  pambıq-parça  məmulatı  gətirilmişdisə,  1850-ci  ildə  bu  rəqəm  712  min 

manata çatmışdı [56]. Rusiya dəmirinə və rəngarəng qaglarına burada ehtiyac var 

idi.  1838-ci  ildə  Mərkəzi  Rusiyadan  Azərbaycana  146  min  manatlıq,  1847-ci  ildə 

189  min  manatlıq  dəmir  və  dəmir  məmulatı  gətirilmişdi.  Mərkəzi  Rusiyadan 

Azərbaycana  dəmir  və  dəmir  məmulatı,  demək  olar  ki,  əsasən  Bakı  limanı 

vasitətilə gətirilirdi. 50-ci illərin əvvəllərində Rusiyadan Bakıya gətirilən təxminən 

100  min  pud  dəmirin  25  min  puda  25  min  pudu  İrana  ixrac  edilir,  qalanı  isə 

Qafqazda olan tələbat üçün işlənirdi [57]. 

Azərbaycanın  İranla  ticarət  əlaqələri  də  ilbəil  genişlənirdi.  Azərbaycan 

neftinə, duzuna, zəfəranına və s. məhsullarına İranda son dərəcə böyük tələbat var 

idi. İranın da kustar məmulatı və bir sıra kənd təsərrüfatı məhsulları burada yaxşı 

alınırdı.  Azərbaycan  eyni  zamanda  Mərkəzi  Rusiyadan  İrana  olan  izracatda  və 

oradan  olan  idxalatda  da  həlledici  rola  malik  idi  və  Rusiyanın  İranla  ticarət 

əlaqələrinin ümumi yekununda Azərbaycanın xüsusi çəkisi çox idi. 

Çar  hökuməti  Rusiyanın  İranla  ticarətinin  inkişafına  xüsusi  əhəmiyyət 

verirdi.  Azərbaycanın  İranla  ticarəti  Bakı,  Cavad,  Salyan,  Lənkəran,  Cəbrayıl, 

Naxçıvan  və  Ordubad  gömrükxanalarında  qeydiyyatdan  keçirilirdi.  1833-cü  ildə 

həmin  gömrükxanalar  vasitəsilə  İrandan  Azərbaycana  1058  min  manatlıq  mal 

gətirilmişdi [58]. 

Azərbaycanın  İranla  ticarətində  yenə  də  Bakı  xüsusilə  böyük  rol 

oynayırdı. Bakıdan İrana 30-cu illərdə orta hesabla ildə 112 min, 40-cı illərdə 131 

min manatlıq mal ixrac edilmiş və həmin illərdə müvafiq surətdə 342 min, 354 min 

manatlıq  mal  idxal  edilmişdi  [59].  Bu  dövrdə  İran  Azərbaycan  neftinin 

satılmasında mühüm rol oynayırdı. Burada hasil edilən neftin mühüm hissəsi İrana 

ixrac  edilirdi.  1847-ci  ildə  Bakıda  təsis  edilən  ―Baranov,  Remizov,  Yegizarov  və 

Kº‖  şirkətinin  Bakıdan  İrana  dəmir  ixracının  çoxalmasında  əhəmiyyətli  rol 

oynamışdı. 

Beləliklə, XIX əsrin birinci yarısında Azərbaycanda əmtəəlik məhsulların 

həcmi  artmış  və  əmtəə  tədavülü  inkişaf  etmiş,  ticarət  kapitalı  çoxalmış,  bazarın 

həcmi, əmtəə-pul münasibətləri genişlənmişdi. 

 

§ 5. AQRAR MÜNASĠBƏTLƏR 

 

Şimali  Azərbaycanın  Rusiya  tərəfindən  istilasından  sonra  feodal  torpaq 



mülkiyyətinin  iki  əsas  forması  –  xəzinə  (divan  torpaqları)  və  xüsusi  sahibkar 

torpağı formaları mövcud idi. 

Hələ  istilanın  gedişində  əvvəllər  xanlara,  əmlakları  müsadirə  olunmuş 

bəylərə məxsus olmuş böyük torpaq sahələri çar xəzinəsinin sərəncamına keçmişdi. 

Bundan  başqa,  Azərbaycan  kəndində  kəndlilərin  icmalıqla  istifadə  etdikləri  və 



xəzinənin  sərəncamında  olan  torpaqlar  da  var  idi  ki,  bunlar  da  divan  torpaqları 

adlanırdı. Bu torpaqlarda istiladan sonra çar xəzinəsinin sərəncamına verildi. 

Xəzinə  torpaq  mülkiyyətinin  üstünlüyü  Şərq  ölkələrində  aqrar  quruluşun 

əsas  xüsusiyyətlərindən  biri  idi,  belə  ki,  feodal  torpaq  mülkiyyətinin  hökmranlığı 

Şərqdə feodalizm xüsusiyyəti idi. Bu, Azərbaycanda da müşahidə olunurdu. 

XIX  yüzilliyin  birinci  yarısında  çar  xəzinəsinə  məxsusu  olan  torpaqlarla 

yanaşı,  iri  və  xırda  feodalların  mülkiyyətində  olan  torpaqlar  da  var  idi. 

Azərbaycanın  Rusiya  tərəfindən  işğalı  ərəfəsindəki  dövrdə  Azərbaycanın  hakim 

feodallar  sinfinin  iyerarxiya  pilləsinin  başında  xanlar  dururdular.  Onların  ardınca 

vassallar  –  yerli  soltanlar,  məliklər,  bəylər,  ağalar  və  b.  gəlirdi.  Ali  ruhani 

nümayəndələri  yerli  feodallar  içərisində  böyük  nüfuza  malik  idilər.  Lakin 

Azərbaycandakı  feodal  torpaq  mülkiyyəti  iyerarxiyası  bəzi  Qərbi  Avropa 

ölkələrində olduğu kimi, çoxpilləli deyildi. 

Şimali Azərbaycanın Rusiya tərəfindən istilası feodal torpaq mülkiyyətinə 

ciddi  təsir  göstərirdi  [60].  Hələ  istilanın  gedişində  Azərbaycanın  xanları  bəzi 

yerlərdə,  məsələn,  Qarabağ,  Şəki,  Şirvan,  Talış  və  Naxçıvanda  tədricən,  bəzi 

yerlərdə  (Gəncə,  Quba  və  Bakıda)  dərhal  dövlət  hakimiyyətindən  məhrum 

olmuşdular. Torpaq sahibləri olaraq qalsalar da, xanların əksəriyyəti dövlət başçısı 

hüququnu itirdi. Xan üsuli-idarəsinin ləğvi və onu komendant üsuli-idarəsi ilə əvəz 

olunması  ilə  birlikdə  öz  əhəmiyyətini  itirdi,  bəylərin  iri  hakim  xanlardan  vassal- 

asılı münasibətlərdə aradan qalxdı [61]. 

Şimali  Azərbaycanın  feodal  torpaq  mülkiyyətinin  köhnə  formaları, 

məsələn, tiyul, mülk, mülki-xalisə və vəqf qalmaqda davam edirdi. 

Çar hökuməti tiyul torpaqların bağışlanılmasının əvvəllər burada mövcud 

olan  qaydasını  əsasən  qoruyub  saxladı.  XIX  yüzilliyin  birinci  yarısında  tiyulların 

bəxş edilməsi üçün əsas səbəb rolunu feodalların hərbi və digər xidmətləri, onların 

çarizmə  sədaqəti  oynayırdı.  Bu,  əyalət  komendantlarının  çoxsaylı  ―bəxşetmə 

fərmanlarında‖ və onların hərbi dairə rəislərinə sərəncamlarında parlaq surətdə əks 

olunmuşdur.  Məsələn,  Qafqaz  ordusunun  baş  komandanı  Tormosov  1811-ci  ildə 

Quba  əyalətinin  218  kəndli  həyəti  olan  Keuxanlı,  Mirzəkənd,  Xudat,  Padar  və 

digər  dövlət  kəndlərinin  kollegiya  assessoru  Ağa  bəy  Sadıqova  bağışlanması 

barədə göstəriş vermişdi. 

Şirvan komendantı 1822-ci ildə 4 kəndin mustafa bəyin istifadəsinə Talış 

müvəqqəti idarəsi bir sıra  kəndlərin  Alxazov familiyalı bəyə  bağışlanması barədə 

əmr  vermişdi.  Belə  bəxşetmələr  nəticəsində  feodal  əksər  hallarda  torpaq  yox, 

ondan  vergilər  götürmək  hüququ  alırdı.  Bəxşetmə  fərmanlarında  torpağın 

bağışlanmasına  çox  nadir  hallarda  rast  gəlinir.  Azərbaycanın  istilasından  sonrakı 

tiyul feodal torpaq institutunun xüsusiyyətlərindən biri də məhz bu olaraq qalırdı. 

Tiyul torpaqları bir qayda olraq, feodalın ömürlük sahibliyində olurdu. Bu 

torpaqlar satmaq və bağışlamaq obyekti ola bilməzdi; ancaq hüquqi varisin özünün 

çarizm qarşısında xidmətlərə malik olduğu halda irsən keçə bilərdi. Tiyul barəsində 



Yüklə 4,04 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə