Azərbaycan miLLİ elmlər akademiyasi a. Bakixanov adina tariX İnstitutu



Yüklə 4,04 Mb.
Pdf görüntüsü
səhifə32/189
tarix24.12.2017
ölçüsü4,04 Mb.
#18030
1   ...   28   29   30   31   32   33   34   35   ...   189

sərəncam  vermək  hüququ  müstəsna  olaraq  çar  hökuməti  idarələrinə  məxsus  idi. 

Tiyul feodalın tam xüsusi mülkiyyəti deyildi, feodal torpaq sahibliyi forması olub, 

şərti xarakter daşıyırdı. 

XIX yüzilliyin I yarısında Azərbaycanda mülk formasında geniş yayılmış 

şəxsi  feodal  torpaq  mülkiyyəti  də  mövcud  idi.  Mülk  ali  hakimə  xidmət  borcu  ilə 

əlaqədar  olmayan  irsi,  tam  feodal  torpaq  mülkiyyəti  forması  idi.  Mülk  satıla, 

başqasına güzəştə gedilə, bağışlana bilərdi və s. 

Mülki  sahibi  onun  tam  sahibi  kimi  ―mülkədar‖  adlanırdı  [62].  Təkcə 

torpaq deyil, su da (əgər suvarma arxı xüsusi şəxsin – feodalların vəsaiti hesabına 

qazılırdısa) mülk ola bilərdi. Bu halda su mülkədarın mülkünə çevrilir və mülkədar 

su və bu su ilə suvarılan torpaqlar üçün bütün kəndlilərdən öz xeyrinə vergi toplaya 

bilərdi. 

Mülki-xalisə  mülkün  növlərindən  biri  idi.  Bəylərə  məxsus  olan  mülki-

xalisə torpaqları onların tam xüsusi mülkiyətində idi. Feodal torpaq mülkiyyətinin 

bu  kateqoriyasının  sahibləri  məhkəmə  və  vergi  immunitetinə  malik  idilər.  Bu  o 

deməkdir  ki,  mülki-xalisə  torpaqlarında  yaşayan  kəndlilərdən  yığılan  bütün 

vergilər sahibkarın ixtiyarına keçirdi. Mülki-xalisə torpaqları keçmiş xanlıqların  – 

Lənkəran,  Şəki,  Şirvan,  Qarabağ  və  Quba  əyalətlərinin  ərazilərində  mövcud  idi. 

Mülki-xalisə ən çox Lənkəran əyalətində yayılmışdı. 

Nəhayət,  Azərbaycanda  məscidlər,  monastırlar  və  digər  dini  idarələr 

feodal mülkiyyətçiləri rolunda çıxış edirdilər. Müxtəlif mənqul (daşınan – Red.) və 

qeyri-mənqul  əmlakdan  (o  cümlədən  də  torpaqdan)  ibarət  olan  vəqflər  onların 

mülkiyyətində  idi.  Xüsusi  feodal  torpaq  mülkiyyətinin  ümumi  kütləsində  vəqf 

torpaqlarının xüsusi çəkisi cüzi idi. Lakin Şuşa məscidləri böyük miqdarda torpağa 

malik idilər. Bibiheybət şeyxlərinin Bakı yaxınlığındakı iri torpaq sahələri də vəqfə 

aid idi. Azərbaycanın digər yerlərində də vəqflər var idi [63]. 

XIX  yüzilliyin  I  yarısında  çarizmin  Azərbaycandakı  aqrar  siyasəti  iki 

mərhələdən  ibarət  olmuşdur.  Birinci  mərhələ  Şimali  Azərbaycanın  Rusiya 

tərəfindən istilasının başa çatmasına qədər – 1828ci ilədək istila dövrünü, ikinci və 

bundan sonrakı illəri əhatə edir. Şimali Azərbaycan xanlıqlarının Rusiya tərəfindən 

işğalı zamnaı hakim sinfin İranla əlaqəsi burada hələ güclü idi. Xanlıqların yuxarı 

təbəqələrinin  müəyyən hissəsinin İrana  meyil etməsi bunun nəticəsi idi. Ona görə 

də yerli hakim sinfin ilk zamanlar ―etibarsız‖ sayılırdı. 

İstilanın lap  əvvəlindən çarizmin aqrar siyasəti  mülkədar  hökmranlığının 

aləti  kimi  mütləqiyyətin  sosial  mahiyyətinin  doğurdu.  Təbii  ki,  Azərbaycanda 

çarizmin  sosial  dayağı  ancaq  yerli  feodallar  ola  bilərdi.  Lakin  çar  hökuməti  bu 

sosial  siyasətini  çox  mürəkkəb  xarici  və  daxili  şəraitdə,  Azərbaycanda  hakim 

sinfinin  bir  hissəsinin  əldə  silah  ölkənin  Rusiya  tərəfindən  istilasına  qarşı  çıxdığı 

bir  şəraitdə  həyata  keçirməli  olurdu.  Təbiidir  ki,  bu,  Rusiya  hökumətini  manevr 

etməyə,  yerli  feodallara  çarizmə  sədaqətlə  qulluq  göstərməyə  məcbur  etmək 

məqsədilə onlara siyasi və iqtisadi təzyiq üsulları axtarmağa vadar edirdi. 



Belə  şəraitdə  çarizm  torpaq  sahiblərinin  –  bəylərin  torpaq  sahibliyinin 

hüquqi cəhətdən sənədləşdirilməsindən istifadə edərək, belə bir tezis irəli sürdü ki, 

guya əsrlərdən bəri Azərbaycanda feodal münasibətləri olmamış və tiyuldar bəylər 

torpaq  sahibkarı  deyil,  xeyirlərinə  kəndlilər  tərəfindən  bəzi  mükəlləfiyyətlər  icra 

olunan  torpaq  ―idarəçiləridirlər‖.  Bu  tezis  yerli  feodallara  təzyiq  göstərmək  üçün 

çarizmin əlinə güclü silah verdi: hökumət bu tezisə arxalanaraq, ona xəyanət etmiş, 

etibarsızlar  aırasına  düşmüş,  yaxud  sadəcə  olaraq,  bəslənilən  ümidləri 

doğrultmamış  istənilən  feodalın  torpaqlarını  müsadirə  etmək  imkanı  qazandı. 

Müsadirə  olunmuş  mülklər  xəzinənin  ixtiyarına  keçir,  yaxud  da  digər  feodalın 

―idarəsinə‖  verilirdi.  Sonuncu  hökumətdən  torpaq  alarkən  yadında  hökumətdən 

torpaq alarkən möhkəm yadında saxlamalı idi ki, o, torpağı ancaq idarə edir, özü də 

bu  hüquqa  o,  mütləqiyyətə  sədaqətlə  və  canı-dildən  xidmət  güstərdiyi  müddətə 

malikdir. Beləliklə, torpağın belə ―idarəyə‖ verilməsi tiyuldar-feodalları çarizmdən 

tam  iqtisadi  asılılığa  salmağa  çalışanlar  üçün  əlverişli  idi.  Bununla  yanaşı,  belə 

vəziyyət çarizmin  üçün  həm  də ona görə əlverişli idi ki, o özünü  Azərbaycandakı 

bütün məskun torpaqların ali mülkiyyətçisi elan edir, bu isə ona torpaqları kütləvi 

surətdə tiyuldarlardan müsadirə etmək səlahiyyəti verirdi. 

Çarizmin  bu  dövrdəki  torpaq  siyasəti  öz  əksini  1818-ci  ildə  verilmiş 

ağalar ―Əsasnamə‖sində tapmışdır. Qazax, Şəmşəddil və Borçalı distansiyalarının 

ağalarına  şamil  edilmiş  əsasnamə  buna  əsaslanırdı  ki,  bütün  ağalar  kəndlərin 

sahibkarları deyildir və Rusiyaya göstərdikləri xidmətlərin müqabilində bu kəndləri 

ancaq ―idarə‖ edirdilər. 

Çar  hökuməti  idarələri  digər  əyalətlərdə  də  xüsusi  torpaq  sahibliyinə 

münasibətdə eynilə bu cür siyasət yürüdürdü. Lakin onlar daim qeyd edirdilər ki, 

torpaqları ―idarə‖ etmək hüququ hökumətin bəxş etdiyi mərhəmətdir və bu hüquqa 

ancaq  çarizmə  sədaqətlə  qulluq  edənlər  layiqdirlər.  Birinci  mərhələdə  çarizmin 

Azərbaycandakı torpaq siyasətinin ümumi xüsusiyyətləri belə idi. 

1830-cu  il  reskripti  və  yerli  feodalları  tiyul  hüququnda  torpaq 

paylanmasına feodallarla çarizmin ittifaqını yaratdı. Doğrudur, bir qədər sonra çar 

hökuməti bu ittifaqa zidd müəyyən addımlar da atdı, 1841-ci il qanununu verdi. Bu 

qanunla Qazax və Şəmşəddil distansiyaları ağalarının torpaqları xəzinənin xeyrinə 

müsadirə  edildi.  Lakin  rus  zadəganlarının  bu  yerlərə  keçmək  istəməsi,  habelə 

Azərbaycan  xan  və  bəylərinin  güclü  müxalifəti  və  narazılığı  üzündən  bu  siyasət 

müvəffəqiyyətsizliyə  uğradı  və  hökumət  yerli  feodallarla  pozulmuş  ittifaqı  bərpa 

etməyə  tələsdi.  1846-cı  il  6  dekabr  tarixli  reskripti  yerli  feodallara  münasibətdə 

çarizmin bu yeni siyasətinin təzahürü oldu. Bu qanun tiyuldarlara təntənəli sutərdə 

bildirirdi ki, çar mərməməti sayəsində onlar ixtiyarlarında olmuş bütün torpaqların 

tamhüquqlu irsi mülkiyyətçilərinə çevrilirdi. 

Şimali  Azərbaycanın  Rusiya  tərəfindən  istilasından  sonra  feodal  asılı 

kəndlilər iki qrupa – xəzinə (dövlət) və xüsusi sahibkar kəndlilərinə bölünürdülər. 

Çar  hökuməti  torpaqların  əksər  hissəsini  öz  əlində  cəmləşdirmişdi.  Bu  torpaqları 



Yüklə 4,04 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə